Dinozavrlar (lat. Dinosauria, qəd. yunan dilindəki δεινός - "dəhşətli" və σαῦρος - "kələz") — Mezozoy erasında Yer kürəsində hakim olan və Trias dövrünün sonlarından başlayaraq (təxminən 230 mln. il əvvəl) Təbaşir dövrünün sonunadək (təxminən 65 mln. il əvvəl) 160 milyon il mövcud olmuş quruda yaşayan onurğalı heyvanların üstdəstəsidir.
Təbaşir və Paleogen dövrlərinin sərhədində geoloji baxımdan qısa zaman kəsiyində heyvanların və bitkilərin genişmiqyaslı və kütləvi yox olması zamanı dinozavrların böyük əksəriyyəti məhv olmuşdur.

"Dinozavr" termini ingilis paleontoloqu Riçard Oven tərəfindən 1842-ci ildə təklif edilmişdir.
Dinozavrlar ilk insandan milyonlarla il əvvəl bizim planetdə mövcud olub .Amma bu günə qədər dinozavrların həyat tərzi böyük bir sirr olaraq qalır .
Yorum Gönder