Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Maraqlı"

,
Planetimizin ağciyəri adlandırılan Amazon meşəliklərləri dünyanın ən zəngin bitki örtüyü və heyvanat aləmi malikdir Cənubi Amerikada, yəni Braziliya, Kolumbiya, Peru və Venesuela kimi ölkələrin ərazisində Amazon adlı geniş, təbii bir bölgə yerləşir. 
Bölgə dünyanın ən böyük çayı olan Amazon çayının hövzəsində yerləşir. Amazon çayının uzunluğu 6400 км km təşkil edir (Braziliya Milli Kosmik Araşdırmalar Mərkəzinin hesablamalarına görə isə bu rəqəm 6992-dir). Hövzəsinin sahəsi 7180 min км²-dir. Çay And dağlarından başlanğıcını götürərək mənsəbdə 100 min km2-dın artıq sahəyə malik delta əmələ gətirərək Atlantik okeanına tökülür. Çayın çoxlu sayda qolları vardır. Onlardan təxminən 20-inin uzunluğu 1500 m-dək uzunluğa malikdirlər. Ən böyük qollarından Jurua, Madeyra, Tapajos, Şinqu, Tokantins, İsa, Japura, Riu-Neqru və s. göstərmək olar. Çayın böyük bir hissəsi Braziliyaya məxsusdur. Boliviya, Peru, Ekvador və Kolumbiya ərazilərindən isə çayın qərb hissəsindəki qolları axır. 

 Amazon meşələri “planetin ağciyərləri” adlanır. İqlimi tropik rütubətlidir. Amazon meşələrində məskunlaşma təxminən 11 min il bundan əvvəl başladı və bu arxeoloji ekspedisiyaların nəticələri ilə sübuta yetirilir. İlk böyük qəbilələrin məskənləri 13-cü əsrin əvvəllərində meşə ilə çayın sərhəd zolaqlarında əmələ gəlməyə başladı. Avropalıların ayağı yalnız 16-cı əsrin ortalarında Amazon torpaqlarına dəydi. İlk bura gələn isə Amazonun adını tarixə yazdıran Fransisko Orellana olmuşdur. Əfsanəyə görə, Avropalılara Latın Amerikasının bu geniş ərazisinə bu adını verməyə o səbəb oldu ki, ekspedisiya əsnasında İspaniyalılar bir vəhşi tayfanın qadınlarının məhz qədim yunan mifologiyasındakı "Amazon" qadınları kimi döyüşkən mübariz olmaları idi. 
Amazonun şiddətli qonaqpərvərliyi Amazonu tədqiqatçılar heç vaxt qonaqpərvər bir yer kimi hesab etməmişdi. Bu torpaq çox sayda çağırılmamış qonağın həyatına son qoyub; bəziləri yerli qəbilələrin qurbanı olub, bəziləri tropik xəstəliklərə tutularaq canını verib, bəziləri isə insan ayağı dəyməyən sıx cəngəlliklərdə yolunu itirərək, yemək və ya içməli su əldə edə bilmədiyinə görə ölmüşdür. 

Amzonda elmi kəşflər 
Bununla yanaşı, ərazinin öyrənilməsi ilə bağlı elmi işlərin aparıldığı illərdə bir çox həqiqətən qiymətli kəşflər edilmişdir. Belə ki, məsələn, Amazonda rezin ağacının böyük ehtiyatları tapılmışdır. Buradakı 40 mindən çox bitki aşkar edilmiş və araşdırılmışdır ki, bunların bir çoxu nadir xüsusiyyətlərə malikdir və ciddi xəstəliklərlə kömək edə biləcək bahalı dərman preparatlarında istifadə olunur.
Bald uakari

Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara belə rast gəlinmişdir. Onların müasir həyatla heç bir əlaqəsi olmadığından, tədqiqatçılar nə onlarla, nə də onların yaşadığı yaxın ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəlmişlər. Çox təəssüflər olsun ki, bu cür zəngin təbiət günü-gündən məhv olmaqdadır. İnsan oğlunun əli dəydiyi yerdə mütləq nəsə baş verməlidir. Elə bu meşəlik ərazilərin də hər keçən gün azalması dünyada oksigen ehtiyatlarının da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çoxalmasına gətirib çıxarır. Braziliyanın xarici dövlətlərə xeyli miqdarda borcu olduğundan o, borcun ödənilməsi üçün meşəliklərin qırılıb satılmasını çıxış yolu kimi görsə də, bir çox dövlətlər, habelə yaşıllığın qorunması üzrə ixtisaslaşmış təşkilatlar buna ciddi cəhdlə qarşı çıxır. Amazon meşələrini əhatə edən mif və əfsanələr, bir çoxları üçün bir ilham mənbəyidir - filmlər çəkilir və bu yerlər haqqında kitablar yazılır.
Silahlı (güllə) qarışqa

,
Hər dəfə yaz və payız gəlməyinə bir necə gün qalmış bir çoxlarımız Gecə və Gündüzün bərabərləşəcəyini eşidirik. Amma bunun necə və üçün baş verdiyini çoxlarımız bilmirik. Ümüd edirəm ki  bu yazıda gecə-gündüzün bərabərliyinə qisməndə olsa aydınlıq gətirəcəm...

Gecə-gündüzün bərabərliyi (və ya ekinoks) - gecə və gündüzün bərabər olduğu, Günəş şüalarının ekvatora dik şəkildə düşməsi nəticəsində şüaların çevrənin qütblərdən keçdiyi andır. İldə iki dəfə təkrarlanır - yaz gecə-gündüz bərabərliyi və payız gecə-gündüz bərabərliyi.

  • 23 sentyabrda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən cənub yarımkürəsinə dik düşməyə başlayır. Bu tarixdən etibarən cənub yarımkürəsində gündüzlər, gecələrdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarix cənub yarımkürəsində yazın, şimal yarımkürəsində payız başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində da görülür. Dünyada gecə və gündüz bir-birinə bərabər olur. Bu tarix Şimal qütb nöqtəsində altı aylıq gecənin, Cənub qütb nöqtəsində isə altı aylıq gündüzün başlanğıcıdır.
  • 21 martda baş verən gecə-gündüzün bərabərliyi: şimal və cənub yarımkürələri, Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən şimal yarımkürəsinə dik düşməyə başlayır. Cənub yarımkürəsində isə gecələr gündüzlərdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarixdə cənub yarımkürəsində payızın, şimal yarımkürəsində isə yazın başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində də görülür. Dünyada gecə və gündüz müddətləri bir-birinə bərabər olur. Bu tarix Cənub qütb nöqtəsində altı aylıq gecənin, Şimal qütb nöqtəsində isə altı aylıq gündüzün başlanğıcıdır.


Bir çoxlarımız biliri ki Qrinviç meridianı vəya Başlanğıc meridian Böyük Britaniyanın paytaxtı Londondakı Qrinviç qəsəbəsində yerləşən Qrinviç rəssədxanasından keçir. Bu meridian sıfırıncı meridianda adlanır.Amma niyə sıfırıncı meridianın Qrinviçdən keçdiyini fikirləşmisiniz ? Dünyada 100-cə böyük və qədim şəhərlər olmasına baxmayaraq başlanğıc meriddina kimi Qrinviç götürülüb. Coğrafiyanın beşiyinin yaxın şərq olduğu halda Qrinviçin seçilməsi sizcə düzgündür ?...

Başlanğıc meridianı seçilmədən əvvəl hər bir ölkənin xəritə prodüserləri başlanğıc uzunluğu olaraq öz milli rəsədxanasından keçən meridianı əsas götürürdülər. Məsələn Amerikanlar Vaşinqtonu, Fransızlar Parisi (Sen-Luis kilsəsi), Ərəblər Qüds şəhərini, İngilislər isə Qrinviçi başlanğıc meridian hesab edirdilər.

Ancaq coğrafi kəşflər və xəritəçəkmə məsələlərində İngilislər öndə olduqları üçün bir çox ölkənin dənizçiləri İngilis xəritələrindən istifadə edirdi.Elə buna görədə1884-ci ildə Beynəlxalq Meridian Konfransında alınan bir qərara əsasən başlanğıc meridian kimi Qrinviç götürülmüşdür və digər ölkələrlə də başlanğıc meridianı qəbul edilmişdir. Bu tarixdən sonra başlanğıc meridianı Qrinviç rəsədxanasının yerləşdiyi yer kimi qəbul edilmişdi. Rəsədxana 1948-58-ci illər arasında başqa bir yerə daşınsada əvvəl olduğu yer 0-cı meridian kimi qalmışdır.

 Qrinviç başlanğıc meridianı seçilməsinin digər bir səbəbi də 0° meridianı ilə tam bir çevrə yaradan 180° meridianı dünyada tarix dəyişikliyinə yol açmasıdır. Qrinviç başlanğıc qəbul olunanda 180° meridianı Böyük Okeanın (Sakit Okeanın) tam ortasından keçdiyindən bir neçə kiçik ada ölkəsi xaricində tarix dəyişikliyinə yol açmaz.

Nəhəngliklərinə və fiziki güclərinə görə dinozavrların təbiətdə heç vaxt rəqibi olmamış və olmayacaqdır. Bəs niyə onlar dövrümüzə qədər gəlib çatmamışlar? Bir çox mənbələr bu nəhəng məxluqların qəfildən məhv olduğunu deyirlər. Ancaq bəzi alimlər onların nəslinin tədricən kəsildiyini söyləyirlər. Çox güman ki, dinozavrların tələf olması iqlim dəyişikliyi ilə əlaqədardır. 10 milyon illər bundan qabaq yer üzündə istiləşmə baş vermişdir. Sonradan sərin qış və illik quraqlıqlar başlamış və bu nəhənglər üçün artıq isti hava iqlimi və rütubətlik çatışmamışdır. Bir çox alimlərin dinozavrların qəfildən tələfinin səbəbini ölümcül epidemiyada və Yer  kürəsinə asteroidin səmaya sürətlə çırpılmasında görürlər.
Toqquşma nəticəsində yaranan  toz kütləsi  atmosferə  yayıldı. Beləliklə yerdə aylarla qaranlıq  hökm sürdü. Qida zənciri qırıldı və dinozavrın yerdəki həyatı sona çatdı.
Belə hesab edilir ki, bəzi dinozavr dəstəsi quşların əmələ gəlməsinə səbəb olmuşdur.  
Deməli bu nəhənglər tamamilə məhv olmayıblar, sadəcə ölçüləri kiçilmiş, qanadları yaranmış və havaya qalxmışlar.

İstifadə etdiyimiz təqvimdəki ayların adının necə əmələ gəldiyi yəqin ki, hər birimiz üçün maraqlıdır. Bu ayların adı qədim Roma təqvimindən götürülüb. Qədim Romada çoxallahlılıq mövcud idi. Romalılar təqvimdəki ayların hər birini onların adları ilə əlaqələndirib və tanrılarının şərəfinə adlandırıblar. 

Yanvar - qədim zamanlarda hər bir başlanğıcın tanrısı hesab edilən Roma allahı Yunusun adı ilə əlaqələndirilib. 
Fevral - bu ayın ortasında Romada Dies Februtus adlı yaz bayramı keçirildiyi üçün bu cür qeyd olunub. 
Mart - Romanın müharibə allahı Marsın şərəfinə qoyulub. 
Aprel - Latın feli olan “aparire” sözündən götürülüb ki, bunun da mənası açmaq deməkdir. Həmin ayda Romada  çiçəklər açarmış.
May - Romanın yaz ilahəsi olan Mayinin adından götürülüb.
İyun – Bu ayın adının necə yarandığı barədə müxtəlif fikirlər var. Ehtimala görə, bu aya Roma ilahəsi Yunonun adı verilib. Lakin, “iyun” sözünün yaranması haqqında başqa bir fikrə görə, bu ayın adı birinci Roma konsulu (Romada yüksək vəzifəli şəxs) Yuni Brutun şərəfinə adlandırılıb.
İyul - Roma imperatoru Yuli Sezar bu ayda anadan olduğu üçün onun adı ilə əlaqələndirilib.
Avqust - Roma imperatoru Oktavianın adının sonuna artırdığı Avqust (mənası “müqəddəs” deməkdir) sözündən götürülüb. Məhz, Yuli Sezardan sonra hakimiyyətə gələn Oktavian  təqvimə özünün şərəfinə Avqust ayını daxil etdirib. 
Sentyabr - Latınca “setrem” ( yeddi ) sözündən yaranıb. Çünki, qədim Roma təqvimində il martdan başlanırmış. Sentyabr qədim Roma təqviminin yeddinci ayı imiş. 
Oktyabr - Latınca “okto” (səkkiz) sözündən əmələ gəlib. Çünki, bu ay qədim Roma təqvimində səkkizinci ayı hesab olunurmuş.
Noyabr - Latınca “novem” (doqquz) sözündən yaranıb. Noyabr qədim Roma təqviminin doqquzuncu ayı olduğundan belə adlandırılıb. 
Dekabr - Latınca “desem” (on) sözündən əmələ gəlib. Dekabrın gəlişi qədim Roma təqvimində onuncu aya təsadüf etdiyindən ona bu ad verilib.

Niyə Fevral 28 gündür?
Bu demək olar ki, hər kəsin ağlına gələn amma dəqiq bir cavab verə bilmədiyimiz bir sual olmuşdur ..
Təbii coğrafiya müəllimlərin tez-tez məruz qaldığı suallardan biri budur ..
Ümumiyyətlə bu suallara mən də daxil olmaq üzrə Coğrafiyaçılar belə cavab verir:
"Dünyanın orbiti ellips olduğu üçün il içərisində dünya günəşə bəzən yaxınlaşarkən (ən yaxın 3 yanvar) bəzən də uzaqlaşar (ən uzaq 4 iyul) bu yaxınlaşma ya da uzaqlaşmalar əsnasında dünya ilə günəş arasındakı cazibə qüvvəsi dəyişər və dünya günəşə yaxınkən (yəni fevral periodunda) daha sürətli hərəkət edərkən uzaqlaşdığı dövrdə (avqust periodunda) yavaşlayar ..
Belə olunca normalda 30 gündə keçməsi lazım fevral ayını sürətli keçdiyi üçün 28 gündə, yavaş keçən avqust, iyul dövrünü isə 30 yerinə 31 ər gündə tamamlayır ..
Yəni bunu səbəbi orbitin ellips olması və dünyanın orbit sürətinin buna bağlı olaraq dəyişməsidir .. "
Bu cavabın doğru olduğu yerlər qədər doğru olmadığı yerlər də var təəssüf ki ..
Ay müddətləri əgər dünyanın orbit sürətinə bağlı olsaydı ard arda 30, 31, 30, 31 deyə ay müddətləri əmələ gəlməzdi onsuz da ..
Çünki orbit sürəti düzünli olaraq artar ya da azalar ..
Amma ay surələrindəki artım ya da azalmalar nizamlı deyil ki ..
Məsələn;
Dekabr Yanvarda dünya çox yavaşlayır və bu aylar 31 gün davam edir.
Sonra dünya bi anda qaza basır və fevral ayı yalnız 28 gün davam edir.
Yaxşı sonra nə olur?
Martda yenə dünya bi anda yavaşlayır və 31 gün sonra sürətlənir 30 gün və.s ...
Bu sizə məntiqli gəldimi?
Əgər gəlmədisə bir də bunu oxuyun;

Əslində hadisə, Sezar dövründə keçir. Julius Sezar, təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesə əmr verir. O zamanlarda 1 ilin 365 gün 6 saat davam etdiyi bilinir.

    Sosigenes də həll edir:

    HƏR İL 365 GÜN ÇƏKƏCƏK.

    Hər ildən 6 saat artacaq.

    Qalıq saatlar 4 ildə bir təqvimə əlavə olunacaq və

    O İL 365 + 24 SAAT = 366 GÜN OLACAQ.

    366 gün 12 bərabər parçaya bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün çəkəcək. Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq?

    Sezar əmr verir: O zamanlar yeni il, mart ayında. Və Sezar da yeni ilin başlandığı aya çox sevdiyi həyat yoldaşının adını verir (March). Və İlk ay 31 gün çəksin, daha sonrakılar də bir 30, bir 31 şəklində getsin istəyir. İlin son ayı olan fevral, (September = 7, October = 8, November = 9, December = 10 da buradan gəlir) beləcə 4 ildə bir 30 gün, digər illərdə 29 gün olmuş. Sezar, bununla da kifayətlənməyib aylardan birinə (ən sevdiyi aya-iyul) öz adını vermiş: JULIUS, yəni JULY.

    Sonradan imperator olan Augustus, Sezardən geri qalmamış və o da ən sevdiyi aya (Avqust) öz adını vermiş: AUGUSTUS, yəni Avqust. Ancaq Julius Sezarin ayı 31 günkən Augustusun ayı 30 gün ola bilərdimi? O da əmr vermir: İLİN SON AYINDA 1 GÜN DAHA ALIN, mənim ayım da 31 gün edin. Yazıq Fevraldan 1 gün daha alınmış və Avqusta əlavə olunmuş. O gün bu gündür Fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün, Sezarın ayı İyul və Augustusun ayı Avqust da dalbadal 31 gün davam edir.
Sizcə bunlardan hansı daha doğru ola bilər?
Məqalədən istifadə edərkən istinad kimi cografiya.info göstərməyiniz xahiş olunur

Günəş,5 milyard il içində ömrünü tamamlayacaq.Ölüm müddətində genişlənərək həyat verdiyi Dünyanı da udacaq olan Günəş,planetimizin son ölüm tarixini əlində saxlayır.Ancaq alimlər,Dünyanın fiziki olaraq olmasa da,bir gün üzərindəki həyatın tamamilə sona çatacağını bildirdilər.Dünyamız,Günəş tərəfindən udulmadan əvvəl "ölə bilər".Astronomların hazırladığı simulyasiyalar,3 milyard il ərzində Dünyadakı bütün canlı növlərinin yox olacağını ortaya qoydu.
İngiltərənin St. Andrews Universitetidə astrobioloq olan Jack O'Malley-James,"Yavaş və sürətli ekoloji dəyişmələrin bir araya gəlməsi,Dünyadakı bütün canlı növlərinin nəslinin tükənməsinə səbəb olacaq.Ən son həyat növləri 2.8 milyard il sonra Dünyadan silinmiş olacaq"-dedi.
İngilis astronomu,okeanların 2 milyard il içində quruyacağını,geriyə Marsa bənzəyən qurumuş qum təpələriylə örtülü ərazilər qalacağını ifadə etdi.Dünyada bir zamanlar həyatın var olduğuna dair izlər,geridə qalan az saydaki su yığınına yatacaq.O'Malley-Jamesin simulyasiyasına görə,bir neçə milyard il içində artan buxarlanma nisbətləri və yağış suyundakı kimyəvi reaksiyaları,atmosferdən daha çox karbon çəkəcək.Azalan karbondioksid nisbətləri,heyvan və bitkilərin yox olmasına səbəb olarkən,dünya mikrobların evi halına gələcək.Eyni zamanda oksigen tükənəcək və artan temperatur okeanların buxarlaşmasıyla geridə quru bir planet buraxacaq.
"Çox uzun zaman sonrakı Dünya,həyata çox uzaq bir yer halına gələcək"-deyə fikrini ifadə edən O'Malley-James,"Bütün həyat formaları suya ehtiyac duyur.Gələcəkdə kiçik su yığınları,istiliyin aşağı olduğu yüksək yerlərdə və ya mağaralarda və yerlatında olacaq.Həmçinin,gələcəyin dünyasında yüksək temperatur və ultrabənövşəyi radiasiya kimi bir çox çətin vəziyyətlə mübarizə etmək lazım olacaq "şərhini etdi.
8,400,000 Il sonra əvvəldən kosmosa uçurulmuş və dünyaya geri dönməyə proqramlı insanlığın gələcək nəsillərinə mesaj, xəritə və məlumatlar daşıyan LAGEOS peyki Dünyaya geri dönəcək.Hazır yeri gəlmişkən,LAGEOS-dan da bir az bəhs edək.

LAGEOS 426 bucaqlı kub yansıdıcıdan ibarət olan bir kürədir.LAGEOS,dünyanın orbitində 1976 -ci ildən bu yana uçmaqdadır.
LAGEOS-un içində 2 ədəd paslanmayan poladdan əldə edilmiş plakat var.Dünya haqqında LAGEOS'dan verilən məlumatlar isə,bu lövhələr vasitəsi ilə lazımlı yerlərə çatdırılır.LAGEOS-un üst qisimində 1-dən 10-a qədər rəqəmlər var.Sağ tərəfində isə,Dünyamızın Günəş ətrafında döndüyünü izah edən bir rəsm var.Eyni zamanda Dünyanın Günəş ətrafında dönüş müddətinin 1 il olduğu da yenə bu rəsm ilə göstərilir.Bu məlumatlardan geri qalan hissədə isə Dünyanın 268 milyon il əvvəl necə göründüyü və qitələrin düzülüşü ilə bu gün necə göründüyü izah edilir.

25,000 il sonra Arecibo Mesajı yerinə çatacaq.25.000 işıq ili uzaqlığa göndərilən Arecibo Mesajı 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və ölçüsü 210 baytdır.Bu mesajın göndərilmə məqsədi dünyadankənar ağıllı varlıqlarla bir ünsiyyət qurma səyi deyil,insanlığın texnoloji inkişafının bir inkişafıdır.2001-ci ilin avqust ayında Birləşmiş Krallıqda Chilbolton teleskopu yaxınlarındakı bir tarlada olan çevrə formalı strukturların,Arecibo mesajına dünya xaricindən gələn bir cavab olduğu iddia edilmişdir.SETI'yə görə isə,bu qrafiklərin dünya xarici qaynaqlı olduğunu iddia edə bilmək üçün heç bir dəlil yoxdur.

Günəşin isə qarşısında hələ 5 milyard ili daha var.Sonra içindəki hidrogen bitəcək və içərisindəki heliumu yandırmağa başlayacaq.Heliumun da bitməsi bir neçə milyon il çəkəcək.Və bu zamanda Günəş xeyli böyüyəcək.Ehtimal olunur ki,özünə ən yaxın 4-5 planeti "udacaq".Sonra içindəki maddələri tuta bilməyərək bir dumanlıq əmələ gətirəcək və sadəcə nüvəsi qalacaq.Yandıracaq bir şeyi qalmayan Günəş artıq karbonu yandırmağa başlayacaq və bəyaz cırtdana çevriləcək.Karbonu da müxtəlif maddələrə çevirəcək və onlar da öz növbəsində yanacaqlar.Bəs maraqlısı budur ki,gələcəkdə bu planetin yanından keçəcək "davamçılarımız" bu bəyaz cırtdan planetin əvvəllər Dünyaya həyat bağışladığını,canlıların əsasını qoyduğunu və Dünyadakıların bütün ömrünü bu "davamçıları" axtarmaqla keçirdiyini anlayacaqmı?

11 Fevral, 2016-cı il tarixini heç vaxt unutmayın, çünki məhz dünən bəlkə də elm dünyasının ən böyük kəşfi edildi və biz bu kəşflə eyni dövrdə yaşayan şanslı insanlardanıq! Belə ki, Einstein’in 100 il əvvəl bütün dünyanın axarını dəyişdirdiyi Ümumi Nisbilik Nəzəriyyəsində qeyd etdiyi Qravitasiya Dalğaları dünən rəsmi olaraq müşahidə edildi və onların varlığına heç bir şübhə qalmadı. Müşahidələr zamanı iki qara dəliyin toqquşması görülüb və toqquşma səsi eşidilib. Astrofiziklər qara dəliklərdən alınan siqnalların cazibə dalğalarının varlığını tam sübut etdiyini iddia edirlər.

Bu inanılmaz dərəcədə mühüm kəşfdir. Bu kəşfin əhəmiyyətini başa düşmək üçün sizə keçmişə qısa səyahət və detallı məlumat təqdim edir:

Hələ 1600-cü illərdə Nyuton Cazibə Qüvvəsinin varlığından bəhs etmişdi.

O, Yerin və digər planetlərin, bütün kainatın bu qüvvəyə təslim olduğunu idda etmişdi. Bütün bunları iddia etməsinə baxmayaraq, Nyuton əsas suallara cavab tapa bilməmişdi: Bəs bu qüvvə necə işləyir? Aralarındakı məsafənin 380 min km olduğu Ay və Yer necə belə əlaqəyə girə bilirlər? Günəş 150 milyon km uzaqlıqdan Yerin hərəkətinə necə təsir göstərə bilir? Günəş sonu olmayan bir boşluğun içində necə olur ki, bizim Dünyamıza tərəf uzanır və ona təsir göstərir?

1916-cı ildə isə Einstein əsl bombanı partlatdı.

O, Ümumi Nisbilik Nəzəriyyəsi ilə Cazibə Qüvvəsi deyə bir şeyin olmadığını açıqladı. Cazibə Qüvvəsi hesab etdiyimiz şeylərin isə əslində kainat-zamanda olan bükülmələr olduğunu iddia etdi. Yəni, Einstein’ə görə biz insanların Yer üzərində gəzə bilməsini təmin edən şey şey, yerin cazibə qüvvəsi deyil, kainatdakı bükülmələrin bizə olan təsiridir. Einstein’ə görə heç bir şey olmayan sahədə düz şəkildə olan kainat, sahəyə hər hansı bir cisim daxil olduğu zaman əyilib-bükülür. Bu əyilmə və bükülmələr nəticəsində cazibə qüvvəsi kainatda mövcud ola bilir. Günəşin bükdüyü Kosmosda Yer öz orbitində, Yerin bükdüyü kosmosda isə Ay öz orbitində fırlanmaqdadır. Lakin, təəssüf ki, Einstein həmin dövrdə etdiyi bu fərziyyəni sübut edə bilməmişdi. Düz dünənə qədər!!!

Bu kəşfin mahiyyəti nədən ibarətdir?

Həyata keçirilən bu təcrübəylə bərabər artıq kosmos-zamanın büküldüyü sübut edildi və bu bükülmədən qaynaqlanan cazibə qüvvəsi dalğalarına qulaq asıldı. Bu dalğaların müşahidəsi üçün iki ədəd 205 milyon dollarlıq LIGO adlandırılan qəbuledicidən istifadə edilib. Qravitasiya dalğaları ən bəsit formada kosmos-zaman bükülməsi nəticəsində bu bükülmədən qaynaqlanan dalğalardır. Bunun sayəsində biz kainatda görə bilmədiklərimizi, eşidə biləcəyik. Bunlardan biri kimi qara dəlikləri göstərmək olar. Bir sözlə, kainat haqqında bütün bildiklərimizi yenidən formalaşdırmağımızı gərəkli edəcək dərəcədə əhəmiyyətli bir kəşfdir.

Bu kəşfin dəyərini ən yaxşı formada qara dəliklər üzərindən dərk edə bilərik.


Bu kəşfin nə qədər əhəmiyyətli olmasını qara dəliklər vasitəsilə dərk edə bilərik. Belə ki, qara dəliklərin varlığından xəbərdar olsaq da, onlar haqqında demək olar ki heç bir məlumat sahibi deyilik. Tək bildiyimiz şey cazibə qüvvəsi sahəsinə daxil olan ulduz, planet, hətta işıq kimi cisimlərin bu dəlik tərəfindən udulması və sonsuza qədər yox olmasıdır. İki dəliyin bir-birinə yaxınlaşaraq birləşdiyi və daha böyük qara dəlik meydana gətirdiyini də bilirdik. İki qara dəlik birləşərək daha böyük bir qara dəlik meydana gətirdiklərində, kosmos-zamanda yaratdıqları bükülmə artır və dəlik böyüdükcə də titrəşimlər başlayır. Məhz bu titrəşimlər də qravitasiya dalğası adlanır.

Xülasə, bu kəşf ona görə bu qədər böyük və mükəmməldir ki, artıq kainatın dərinliklərini kəşf etməyə çalışan fizikləri görə bilmədiklərini eşidə biləcəklər! Bu isə dünyanın yeni nizamı deməkdir. /pahoo.az/

İspaniya Avropanın ən şən və qonaqpərvər ölkələrindən biri və bəlkə də birincisidir. Nə vaxt İspaniyaya gəlsəniz, mütləq bir bayram və ya karnavalın şahidi olacaqsınız. İspanlar öz maraqlı adətləri ilə hamıdan seçilirlər. Belə bir ehtimal var ki, İspaniya sözü “dovşanlar ölkəsi” kimi tərcümə olunur.

İspaniya deyəndə ağlınıza təkcə məşhur korridalar gəlirsə, deməli məlumatınız çox azdır. Onda bu yazı sizinçün həqiqətən maraqlı olacaq.

Bilirsinizmi ki, İspaniya Avropanın ən dağlıq ölkəsidir, Madrid isə Avropadakı ən “hündür” paytaxtdır. Həmçinin Madrid İspaniyanın düz mərkəzində yerləşir. Madridin də tam mərkəzində, Puerta del Sol meydanında “0-cı kilometr” adlı nöqtə var. Ölkədəki bütün yollar başlanğıcını məhz bu nöqtədən götürür.


Hazırda bu ölkədə 46 milyondan çox adam yaşayır. Bu dövlətin himnində sözlər yoxdur.

Siz kartofu, pomidoru, kakaonu sevirsinizmi? Bu məhsullara görə məhz ispanlara təşəkkür etməliyik, çünki onları bizimlə tanış edən məhz ispanlardır.

Dünyanın ən qədim restoranı da İspaniyada yerləşir. Bu, 1725-ci ildə Madriddə açılmıış “Botin” restoranıdır. Bundan başqa bu ölkədə ildə cəmi 6 ay işləyən restoran da var. Həmin restoranda qeyri-adi yeməklər dadmaq mümkündür. Məsələn, qum dadı verən şokolad, balıq dadı verən dondurma və sairə.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

,
Bilirsənmi ki, dünyanı hansı canlılar idarə edir? Yox, şirlər deyil, hərçənd ki, onları heyvanların şahı adlandırırlar. Canavarlar da deyil. Hətta akulalar da deyil. Onlar həddindən artıq böyükdür və sayca bir o qədər də çox deyil. Düzgün cavab – böcəklərdir.

Bəli, bəli, böcəklər dünyanın əsl hökmdarlarıdır. Planetimizdə böcəklərin sayı suda-quruda yaşayanlar, quşlar, balıqlar, məməlilər və sürünənlərin birgə sayından çoxdur. Bu gün böcəklərin 350 min növü məlumdur. Əslində isə onlar daha çoxdur, axı alimlər hər dəfə  yeni növ müxtəlifliyini aşkar edirlər.

Yer üzündə böcəklərin o qədər müxtəlif növü var ki, təsəvvürə belə gətirmək mümkün deyil. Biz əgər hər növdən birini götürsək və sıra ilə düzsək, onda böcək zənciri 3 kilometrdən çox uzanar. Böcəyi axtarmaq çətin deyil, onlara hər yerdə rast gəlinir.

Çətinlik onların xüsusiyyətlərindən baş çıxarmaqdadır. Böcəklər həşəratlardır. Onların 6 ayağı var, bədəni isə üç hissədən ibarətdir. Böcəyin başında iki gözü və bir cüt bığcığı olur. Orta hissə sinə adlanır. Böcəklər ayaqlarındakı dırnaqcıqlar vasitəsilə daşlara və ağaclara dırmaşırlar.

Digər həşəratlarda olduğu kimi, böcəklərin də bədəni möhkəm xarici qabıqla (xitin qatı) örtülüdür. Buna ekzoskelet deyilir. Ekzoskelet böyümür, buna görə də həşəratlar onun altında yenisi, daha böyüyü çıxanda üstdəkini atırlar. Yəqin sən bilirsən ki, həşəratların hamısında qanad yoxdur. Lakin böcəklərdə var. Onların ön qanadları üst qanadlar adlanır. Onlar möhkəm və sərtdir və uçmaq üçün deyil. Üst qanadlar böcəyin yumşaq bədənini qoruyur. 

Böcəklərin əksəriyyəti bitkilərlə qidalanır. Digər böcəklər qabıq, oduncaq və fındıqla qidalanır. Odun böcəyi oduncaqla qidalanır. Uzunburun böcəklər uzun xortumcuqları ilə fındıq qabığını deşir və dadlı ləpəni yeyirlər. Səkkiz santimetrlik qoliaf böcək çiçəklərin nektarını və meyvələrin şirəsini sorur. Böcəklərin heç də hamısı bitkilərlə qidalanmır.

Elələri var ki, bitkiləri qoruyur. Buna misal olaraq parabüzəni göstərmək olar. Bu həşəratlar bitkilərə zərər vuran mənənələrlə qidalanır. Parabüzənlər bağları bu zərərvericilərdən təmizləyir. Böcəklər arasında qeyri-adi faydalıları var – onlar təmizliyi qoruyurlar. Məsələn, peyin qurdu heyvanların peyini ilə qidalanır.

Bəzi böcəklər heyvanların leşi ilə qidalanırlar. Böcəklərin bu “dadsız” qidaya meyli nəticəsində meşələr və çəmənlər daha təmiz olur. Digər həşəratlardan fərqli olaraq böcəklər insan qanını zərrə qədər də xoşlamır. Onların sırasında zahirən qorxunc görkəmliləri olsa da, əslində onlar tamamilə zərərsizdirlər. 

Fırtına zamanı günün günorta çağı dənizin üzərinə tutqun qara buludlar çökür.

 Günorta olmasına baxmayaraq, sanki birdən–birə axşam olur. Belə olan zaman dəniz qapqara görünür və adamın canına qorxu düşür. Dəniz elə bu səbəbdən də “Qara dəniz” adlandırılmışdır.

  Dənizə bu adı, əsasən, günəşli Aralıq dənizi sahillərində məskunlaşmış türk və fars səyyahları vermişlər. Dənizə çökən qara buludlar nəticəsində qaranlığa qərq olan dənizi görəndə İran səyyahlar  “Aşhayena”- qədim İran dilində “tünd”, “qara” dəniz deməkdir. Türk səyyahları isə “Kara dəniz”  deyə, dənizi bu cür adlandırırdılar. Dəniz bu gün də Qara dəniz adlandırılır. Türklər dənizin antonimi olaraq, sahilində məskunlaşdıqları günəşli, açıq səmalı Aralıq dənizinə Akdəniz (Ağ dəniz) deyirlər.

  Bu dənizin sahillərində məşkunlamış bir çox xalqlar öz dillərində dənizə ad vermişlər. Belə ki, dənizə verilən adların hamısı eyni məna – “Qara” mənasını daşıyır. Məsələn: bolqarlar – “Çerno more”, ukraynalılar – “Çerne more”, rumınlar – “Marea Neaqra”, ruslar – “Çernoe more” adlandırırlar bu dənizi. Hətta Qara dəniz düzənliklərində yaşamış qədim skiflər də bu dənizi Tana – Qara dəniz adlandırırdılar.

  Tarixçilərin və okeanoqrafların əksəriyyəti Qara dənizin adının yaranma səbəbinin yuxarıda göstərildiyi kimi olduğunu təsdiqləyirlər. Hələ şərq səyyahlarından min illər əvvəl ellinlər bu dənizi Pontos Aksenos- “qonaqsevməyən, düşmənçilik edən dəniz” adlandırmışdılar. Sonralar ellinlər dənizə verdikləri adı dəyişərək ona- Pontos Euksinos – xeyirli, xoşa gələn adını verdilər.

  Qara dənizin yayı sakit, qışı fırtınalı olur. Düzdür, Qara dəniz sahillərində qış fəslində sakit və günəşli havalar da olur. Amma çox nadir hallarda...

  Qara dənizin adı ilə bağlı bir neçə təxminlər və əfsanəvi nağıllar da mövcuddur: Şahzadə və ağlayan gəlin və s. Diqqəti cəlb edən versiyalardan biri: dənizin dibində, 150 metr dərinlikdə hidrogen oksid (qaz deyil, bu maddənin molekulları) ərintisinin olmasıdır ki, bu da metal və metal tərkibli əşyalarla (məs: balıqqulaqları, kalsi karbonat tərkibli əşyalar və metallar) qarşılıqlı təsir nəticəsində - qaralır, kimya dilində desək, bu zaman metalların bərpası və kükürdün turşulaşması baş verir, metal sulfidlər əmələ gəlir ki, bu da qara rəngdədir. Məsələn: FeS – dəmir sulfidi. Belə olan halda, hətta gəmilərin parıldadılmış bürünc lövbərləri, lotları (yelkən kəndirlərindəki yüklər, dərinlik ölçən cihazlar) belə Qara dəniz sularında qaralır. Bu gəmi əşyalarından daha çox qədim səyahətçilər istifadə edirdilər, əsasən də yunanlar. Onu da qeyd etmək lazımdır ki, 100 metrdən də artıq olan dərinlikdə heç vaxt lövbər salınmır. Əlbəttə ki, belə bir hal indiyədək hər hansı bir formada aşkar edilərdi. Amma antik dənizçilərin və səyyahların qeydlərində bu haqqında heç bir söz deyilmir. Qara dənizi – “Qaranlıq dəniz” adlandıran skiflər dənizçi olmamışlar.

 Yuxarıda sadaladığımız versiyalardan belə nəticəyə gəlmək olar ki, dənizin adının yaranması ilə bağlı yaxın zamanlarda yaranan kimyəvi hipotez tarixçilər tərəfindən qəbul edilmir. Tarixçilər müxtəlif dövrlərdə, müxtəlif xalqlar tərəfindən dənizə verilən ; “qara”, “qaranlıq”, “tutqun” “qanaqsevməyən” və s. adları qəbul edirlər. Qədim zamanlarda fırtınalı qış aylarında dəniz səyahətinə çıxanlar onu – “qara”, “tutqun” deyə, adlandırır, günəşli yay aylarında isə dənizi səyahətə çıxanlar onu – “isti”,“mülayim”  və ya qonaqpərvər” adlandırırdılar.

  Təbiətşunaslıq baxımından da Qara dənizin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, ən sərt qışlarda belə dənizin suyu donmur. (tarıxdə cəmi bir neçə dəfə donma halı qeydə alınmışdır). Şaxta olanda dənizin üzərində yalnız qar “sıyığı” əmələ gəlir və ya buz “blinləri” əmələ gəlir (bu həqiqətən də, su üstündə üzən buz blinlərini xatırladır).

  Soyuqlar düşən zaman dənizin üstünü bütünlükdə duman bürüyür, necə ki, dağ yamaclarını. Sübh tezdən Qara dənizi bürüyən duman “kürkü” artıq oktyabr ayında peyda olur və  bu da dənizə bir gözəllik və bir rəng verir.

İki min il bundan əvvəllərə qədər Nil çayı sahilində, İsgəndəriyyənin 25 kilometrliyində yerləşən Heraklion şəhəri “Misirin qapısı” hesab edilirmiş.
Bu liman şəhərindən keçərək hər gün Misirə neçə-neçə gəmi daxil olar və ya Misiri tərk edərmiş. Artıq bu şəhər mövcud deyil. Bu qədim şəhər artıq 2000 ildən çoxdur ki, dənizin dibindədir.
Qədim Heraklion şəhəri dəniz səviyyəsindən cəmi 1 metr hündürlüyündə olan bir sahədə salınmışdır. Təbii kataklizmlər, dəniz dalğaları bu şəhəri çox asanlıqla suya qərq etmişdir. İndi bu şəhər Abukir körfəzində, 6 metr dərinliyində dəniz dibindədir.
Parisdə yerləşən Avropa Sualtı Arxeologiya İnstitunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu dənizin dibində həmin şəhərin qalıqlarını tapmışlar. Suyun altında qalmış qədim şəhərin qalıqları içərisində məbəd və məbəddə qoyulmuş Yunan allahlarının qədim heykəllərinin qalıqları da aşkar edilmişdir.
Qədim Heraklion şəhərinin qalıqları bir təsadüf nəticəsində aşkar edilib. Belə ki, sualtı arxeoloqlar 1798-ci ildə Britaniya hərbiçiləri tərəfindən vurulmuş Napoleonun Hərbi Dəniz Donanmasına məxsus gəminin qalıqlarını dənizin dibindən çıxardarkən şəhərin qalıqlarına rast gəlmişlər.
Bu qədim şəhər bir göz qırpımında yoxa çıxmışdır. E.ə. I əsrdə baş verən güclü zəlzələ bu şəhərdə hər şeyi alt-üst etmişdir. Əhalinin əksəriyyəti məhv olmuş, az bir hissəsi də hər şeyini qoyub, bircə canını götürüb qaçmışdır.
Bəs hansı səbəbdən e.ə. 800-cü illərdə Heraklion şəhəri dənizin dibinə çökmüşdür? Ola bilsin ki, dəhşətli subasma nəticəsində bataqlıq torpağı olan bu ərazi üzərindəki hər bir şeylə bərabər dənizin dibinə çökmüşdür? Bəlkə də şəhərin çökməsinə güclü zəlzələ səbəb olmuş və sonradan çökmüş şəhərin yerini Aralıq dənizinin suları tutmuşdur? Stenford Universitetinin professoru Amos Nur Amerikanın Geofiziklər Cəmiyyətinin konfransında bildirmişdir ki, bütün bu suallara geofiziklər cavab tapmalıdırlar. Bu konfrans yaxın illərdə San-Fransiskoda keçirilmişdir.
Heraklion şəhərinin mərkəzində “Herkules” məbədi ucaldılmışdır. Heraklion şəhəri o dövrlər Misir və Yunan allahlarının şəninə tikilmiş məbədlərlə də məşhur idi. Bu şəhərdə: müalicə və məhsuldarlıq ilahəsi – Cerapisanın, analıq ilahəsi – İzidanın, ölülərin himayədarı – çaqqalbaşlı Anibusun şəninə möhtəşəm məbədlər inşa edilmişdir.
Dənizin dibindən müxtəlif formada qızıl sırğalar, bilərziklər, üzüklər, yüzlərlə pullar və Yunan kubokları tapılmışdır. Maraqlı odur ki, tapılan bu zinət əşyaları çox yaxşı vəziyyətdə qalmışdır.

Sualtı arxeoloqların verdiyi məlumatlara görə, dənizin dibində məbədlərdən birinin mərkəzində iri bir sərdabə tapılmışdır ki, sərdabənin üzü heroqlif yazılarla bəzədilmişdir. Alimlərin fikrincə, bu heroqliflər tam oxunduqdan sonra bir çox mətləblər dəqiqliyi ilə aydınlaşacaqdır.

Ürək döyüntüsü, günəşin çıxması və batması, fəsillərin yerdəyişməsi… Bunların arasında bir ortaq cəhət var. Bu davamlı olaraq baş verən proseslərdir.saat
Günlərin və gecənin yerdəyişməsini, Günəşlə Ayın hərəkətini müşahidə edərək insanlar ili – aylara, ayı – günlərə, günü isə daha kiçik zaman kəsiyi olan saatlara bölməyə başladılar.

Zaman yetişdi və vaxtı hesablamaq lazın gəldi. Bunun üçün əvvəlcə günəş saatı icad olundu. Bu çox sadə qurğu idi. Hamar sahənin mərkəzində düz bir çubuq basdırırdılar. Günəşli havada bu çubuq indiki saatların sferblatını əvəz edən həmin sahəyə kölgə salırdı. Vaxt keçdikcə kölgənin vəziyyəti dəyişir və insanlar buna əsasən zamanı təyin edirdilər. Lakin buludlu havada və gecələr bu saat işə yaramırdı.

Bizim eramızdan 2 min əvvəl Qədim Misirdə, Çində, Hindistanda və Yunanıstanda su saatları meydana gəldi. Bir qabdan digərinə axan suyun səviyyəsi ilə zaman təyin olunurdu. Belə saatlar gecə də, gündüz də vaxtı göstərə bilirdilər – əgər qablara su tökmək yaddan çıxmırdısa. O dövrlərdə qum saatı da yarandı.

Amma bütün bu saatların istifadəsi rahat deyildi. Gah qablara su tökmək, ya da kolbaları çevirmək yaddan çıxırdı.

Mexaniki saatlar haqqında ilk məlumat 578-ci ilə aid olan Qədim Bizans yazılarında verilib. Bu saatların cəmi bir əqrəbi vardı və o, yalnız saatı göstərirdi. XVII əsrdən etibarən Avropada ilk cib saatları düzəldildi.

Hazırda Sferblatlı və əqrəbli saatlarla yanaşı elektron saatlar da geniş yayılıb. Bu saatlar vaxtı – saniyəni, dəqiqəni, saatı, günü, ayı və ili rəqəmlərlə göstərir.
Müasir elm və texnika mexaniki saatların təmin edə bilmədiyi daha yüksək dəqiqlik tələb edir. Bu məqsədlə kvars, daha sonra isə atom və molekulyar saatlar icad olunub. Sonuncular hazırda ən dəqiq saatlar hesab edilir.

Twitter-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)17Facebook-da paylaş (Yeni pəncərədə açılır)17Pinterest-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)LinkedIn-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)Google+ paylaşmaq üçün yıklayın (Yeni pəncərədə açılır)Reddit-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)Tumblr-da paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)Pocket-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)

Sahron (25 yaş)  həyatının yarısını kükürd mədənlərində keçirib, hər gün 70 kq bir yüklə qayalara dırmaşır.

İtaliyan foto müxbür olan Luça Katalano 2014-cü ildə İndoneziyaya gedərək Yava adasında, Kavah İjen danar dağında dəhşətli ağır şəraitdə çalışan yerli sakinlərlə bir neçə gün keçirmişdir.Burada işləyənlər vulkanın kraterindən kükürd çıxarırlar.

İndoneziyada olan kavah İjen vulkanından 1968-ci ildən bəri kükürüd çıxarılır.300 mədənçinin işlədiyi bu mədən yüksək dağlıqda yerləşir.Hər gün mədənçilər3.5 kilometr yol gedərək qayalara dırmaşırlar, sonrada kükürd kristallarını tapmaq üçün vulkanın kraterinə 800 metr içərisinə daxil olurlar.Təsadüfü deyil ki bu mədənə Şeytan Qızılı deyirər.Mədəndən gündə 14 ton kükürd çıxarılır, bnunda böyük hissəsi Çinə ixrac olunur.

Mədənçilər kükürd çıxartmaq üçün əvvəlcə lomla kükürdü parçalayırlar və sonrada 70-80 kq ağır bir yüklə gəldikləri yolla geri qayıdırlar.Bütün bunların əvəzində aldıqları məvacib 5 dollardır.Katalanoya görə bu insanların orta yaş həddi 50 ildir.

Poniman  (35 yaş) kükürd küçlələrini lomla bölərkən.

Alpan (27 yaş) on ildir kükürd mədənində işləyir. 

Mədənçilərin yalnız bir neçəsində qaz  maskası var.Digərləri isə ağızlarını, boğazlarını və ciyərlərini yandıran, dişlərini əridən qazdan qorunmaq üçün heç bir köməyi olmayan əysi ilə ağızlarını tuturlar.

Yaralı kürək, ağır yük və yandırıcı kükürd dumanı nəticəsində əmələ gəlib.Mədənçilər arasına olduqca geniş yayılıb.


Fotoqraf: Fiziki olaraq bu işin çox cətin olduğunu bildirib.Bəzən davam edə bilməyəcəyimi düşündüm.Nəfəs ala bilmirdim və üstəlik içəridə temperatur olduqca yüksək idi.

Niyə QIZIL həmişə baha olub ?
Qızıl korroziyaya uğramır, sürtünməyə davamlıdır, görünüşü gözəl və cəlbedicidir.
Asan emal olunur, kompaktdır və saxtalaşdırılması elə də asan deyil. Bu səbəblərdən də qızıl həmişə hər bir malın dəyərinə ekvivalent hesab edilmişdir, həmçinin pula da.

Lap qədim dövrlərdən insanların maddı rifahının yüksəlməsində də qızılın böyük rolu olduğundan bu metalın qiyməti günbəgün artmaqda davam etmişdir...

Vaxtilə bütün dünyanı bürümüş “qızıl qızdırması”, qızıla hərislik, qızılın istifadədə hədsiz dərəcədə çoxalması bu metalın qiymətinə də, iqtisadiyyata da mənfi təsir görtərmişdir. Məsələn: orta əsrlərdə konkistadorların Amerikadan İspaniyaya gətirdikləri külli miqdarda qızıl ölkədə qiymətlərin sürətlə artmasına və uzunmüddətli iqtisadi böhrana səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ta qədimdən indiyədək qızıl öz dəyərini saxlamış, hal-hazırda da dünya bazarında hər bir mala ekvivalent kimi hesablanmaqdadır. Hal-hazırda qızılın dəyəri daha yüksək, hətta əlçatmaz dərəcədə yüksək ola bilərdi, XX əsrin əvvəllərində dünyəvi valyutaların qızılla dəyərləndirilməsinin qarşısı alınmasaydı.

Qızıl hal-hazırda Maliyyə Bazarının aktivlərindən biri hesab edilir. Maliyyə Bazarında qızılın qiyməti şəraitdən, vəziyyətdən asılı olaraq artıb-azala bilir. Qızılın qiymətinin dəyişməsinə kənar təlabat, yəni – zərgərlik və ya digər istehsalat sahələri təsir göstərə bilir, amma bu çox vaxt hasilatın dəyərinin məhdudlaşdırılması ilə tənzimlənir.

Yer kürəsində ən çox qızıl ehtiyatı dəniz sularındadır. Amma bu hasilat gəlirlilik baxımından, hələ ki, elə də sərfəli deyildir.

azens.az

Qütb Xalqlarının Buz Zirzəmiləri Əriyir
Alyaska və Rusiyadakı Yerlilər balina ətlərini və digər ənənəvi qidalarını donmuş torpaq təbəqəsində gizlədirlər. Ancaq bu yeraltı soyuducular əriməyə başlayıbdır.

Alyaska, Barrovda Qrenlandiya balinanın və başqa heyvanların ətlərinin saxlandığı yeraltı buz zirzəmilərini inşa etmək heç də asan iş deyil. çünki torpağın yalnız 30 santımetri daimi donuşluqdan azad ola bilir.Hətta yayda belə torpaq qaya kimi sərt olur.

ABŞ-ın ən şimalındakı Barrou şəhərində, özlərinə qida ilə təmin etmək üçün ovçuluq edənlərin buz zirzəmilərini mühafizə etməsi hər zaman çətin bir iş idi. Ancaq yüksələn hərarət  bu yeraltı soyuducularının çoxunu istifadəyə yararsız hala gətirir.

Alyaska, Point Hopedaki bu buz zirzəmsi və digərləri balina əti və ənənəvi yeyəcəkləri saxlamaq üçün istifadə olunurdu. Bölgədə temperatur yüksəlməsi zirzəmilərin əksəriyyətini əriməsinə səbəb olub. 
Qütb Xalqlarının Buz Zirzəmiləri Əriyir

Bölgə sakinlərindən yaşlı insanlar və tədqiqatçıların verdiyi məlumatlara görə Alyaskanın yerli icmalarının nəsillərdir ərzaq saxlamaq üçün istifadə etdikləri buz zirzəmilər heç bir zaman əriməyə məruz qalmayıb amma son illərdə zirzəmilər sürətlə əriməyə başlabdır.

 Alyaska Fairbanks Universitetindən olan geofizik Vladimir Romanovski bildirir ki zirzəmilərdəki temperatur ərzaqın saxlanması üçün yetərli mənfi temperatura malik deyildir. 

 Bütün bunlar da Şimal Qütbü sakinlərini ətlərini saxlamaq üçün yeni və təhlükəsiz yollar tapmağa məbur edir.

Qrenlandiya balinasını ovlayıblar
Alyaskanın  Slope bölgəsindəki yerlilər Qrenlandiya balinasını ovlayıblar. Bu da onlara bir ildə istifadə edəcəkləri əti  tam ödəyir.
/nationalgeographic/

,
NASA alimləri Science jurnalında cırtdan planet Plutonun New Horizonsun yardımı ilə tədqiqatının nəticələrinin ilk elmi məlumatlarını dərc ediblər, gazeta.ru məlumat yayıb.
Pluton planet kimi geri qayıdır

İxtiralardan biri nazik atmosfer olub, bu atmosfer özünü günəş şüalarının tollinlərin, orqanik maddələrin üzərində yayılması ilə büruzə verir.

Alimlər ehtimal edirlər ki, ölçülərinə və Günəşdən uzaq olmasına baxmayaraq Pluton aktivləşə və vulkanik fəaliyyət göstərə bilər. Buna Peykin Düzəngahıda (Sputnik Planum) işarə edir - yüz kilometrlərcə buzlaşmış düzəngah. Bu hansısa proseslərin əmələ gələn kraterlərin səthini yeniləməsi deməkdir. Plutonun səthində əmələ gələn qırmızı ləkə - ürək adlanan ləkənin səthinin sol və sağ hissələrinin tərkibi də maraqlı tapmacalardandır.

Pluton 2006-cı ildə Koyper kəmərində analoji, məsələn, Erida planeti kimi obyektlərin olması aşkarlandığı zaman planetlər siyahısından çıxarılmışdı. Plutonun ölçülərinin yenidən nəzərdən keçirilməsi onun Eridadan böyük olmasını göstərdi, bu isə ona planet statusunu qaytarmağa səbəb ola bilər.

Daha öncə bir sıra alim Plutona planet statusunu qaytarmaq üçün imza toplamağa başlamışdı.
www.oxu.az

,
İlk Xəritəni kimlər kəşf edib ?

Xəritə nə vaxt icad edildi, ilk xəritə nə zaman çəkildi, xəritə necə tapıldı, xəritəni kim nə zaman tapdı ?


Dünyanın bilinən ən qədim xəritə İraqda edilən bir qazıntı əsnasında ortaya çıxmışdı. E.ə. 1000-ci ildən qalma bir tablet olan bu xəritə, günümüzə qədər olan ən qədim xəritəsi olma ünvanını daşıyır. Bu xəritədə, dünya ətrafı su ilə örtülü bir yumru olaraq göstərilir. Babil də, bu yuvarlağın mərkəzindədir. 

Yunanlı tarixçi Heredot isə, e.ə. 450-ci ildə etdiyi xəritədə, Xəzər dənizini dünyanın sərhədi olaraq deyil, bir daxili dəniz kimi göstərir. E.ə. 300-ci ildə bir dünya xəritəsi tərtib edən Yunanlı  Dikeardus, müxtəlif ölkələrin bir-biriylə əlaqələrini göstərmək üçün xəritəsinin üzərinə xəttlər çəkmişdir.

Dünyanın yumuru olmasına səmimi iman gətirmiş Aristotel yer üzündə mülayim və tropik qütb bölgələrinin varlığını xəyal etmişdir. 2-ci əsrdə də Ptolemaios çağının coğrafiya və xəritəçilik üstündəki məlumatlarının maraqlı bir sintezini etmişdi amma qərb Avropa bu işlərdən çox uzun bir müddət xəbərsiz qalacaqdı.

Dünya Ölkələrində Müəllimlərin MAAŞLARI NƏ QƏDƏRDİR ?
ANS PRESS-in məlumatına görə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Çin və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıq maaş alırlar.

Beləliklə, adıçəkilən ölkələrdə müəllim maaşları və bu müqəddəs peşənin sahiblərinə olan münasibətlə tanış edirik:

Amerika Birləşmiş Ştatlarında müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur. 

Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar. 

Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda ortalama olaraq 2500 dollar maaş alırlar. Müəllimlər üçün pensiya yaşı isə 55 olaraq qəbul olunur. 

Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur. 

Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2 min 500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub. 

Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir. 

Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget