Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dinozavrlar dövrünə son qoyan meteorit toqquşması

Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur. Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır. Atmosferə daxil olduğu anda alov topuna çevrilən, günəşdən 4 dəfə parlaq olan bu meteorit qlobal isinməyə səbəb olmuşdur. Toqquşma qaynama dərəcəsində temperatur əmələ gətirmiş, atmosferdə kimyəvi dəyişikliklər baş vermiş, yayılan qaz və toz buludları buxarlanmış, kükürd dünya səviyyəsində qaralmaya, günəş işığının tutulmasına yol açmışdır. Nəticədə qlobal, temperatur aşağı düşmüş, əsrlər boyu daimi qış olmuş və fotosintez dayanmışdır. Elm adamları fotosintezin təkcə bir il dayanmasının belə ekosistemi tamamilə məhv edəcəyini bildirirlər. Çünki dünyadakı həyatın 99%-i Günəşdən asılıdır və Günəş olmasa, həyatın ilkin şərti yox olar.
Ona görə, Günəş işığının uzun müddət tutulması dünyadakı ekoloji sistemi dəyişdirmişdir. Bitki və planktonların məhv olması ilə dünyadakı oksigenin səviyyəsi ani surətdə düşmüşdür. Bitkilərlə qidalanan heyvanlar bir müddət sonra aclıqdan ölmüş, əsrlərlə davam edən dəyişiklik bir çox heyvan növünün kökünün kəsilməsinə səbəb olmuşdur. 65 milyon il əvvəl meydana gələn bu meteorit toqquşmasından sonra dənizlərdəki canlı növlərinin 90%-i, quruda yaşayan onurğalıların 70%-i məhv olmuşdur. Perm-trias məhv olması adlanan bu toqquşma dinozavr dövrünə son qoyması ilə səciyyələndirilir. Menbe://dusunek.net/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget