Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Litosfer tavaları + video

Mantiyanın üzərində yerləşən Yer qabığı böyüklüyü, qalınlığı, tərkibi, təzyiqi müxtəlif olan parçalara-litosfer tavalarına ayrılır. Yuxarı mantiyada maddələr yumşaq olduğuna görə tavalar mantiya üzərində sürüşür. Bu zaman tavalar bir-biri ilə toqquşaraq-konvergent sərhədlər, bir-birindən ayrıldıqda isə-divergent sərhədlər əmələ gəlir. 
Tavaların bir-biri ilə yaxınlaşdığı və uzaqlaşdığı ərazilər - seysmik yəni hərəkətli tektonik zonalardır.
Zəlzələ, vulkan, qırışmalar, çatlar məhz bu ərazidə baş verir. Litosfer tavalarının kənarında uca dağlar, dərin çökəkliklər, mərkəzində isə geniş düzənliklər yerləşib. Tavaların hərəkət nəzəriyyəsini alman alimi A.Vegener işləyib.Hazırda 13 tava vardır ki, bunun 7-si daha böyükdür. Tavaların əksəriyyəti həm materik, həm də okean yer qabığından ibarətdir. Yalnız Sakit okean tavası ancaq okean tipli yer qabığından ibarət olmasına görə digər tavalardan fərqlənir. Hazırda materik tipli litosfer tavaları ilə Sakit okean tavasının toqquşması nəticəsində Sakit okeanın tədricən qapanması prosesi gedir. Bundan fərqli olaraq Atlantik və Hind okeanları litosfer tavalarının üfüqi yerdəyişməsi nəticəsində öz sahələrini genişləndirirlər. 
Kaynazoy erasında Ərəbistan, Hindistan və Afrika tavaları şimala doğru hərəkət edərək Avrasiya ilə toqquşmuşdur. Nəticədə Tetis okeanı qapanmış, onun qalıqları olan Xəzər və Aral gölə; Azov, Qara və Aralıq isə daxili dənizlərə çevrilmişdir. Tetis okeanın yerində isə nəhəng Alp-Himalay dağlıq qurşağı yaranmışdır.
1. Iki materik tipli tavanın toqquşması nəticəsində tava ucları yuxarı qalxaraq qurudakı sıra dağları yaradırlar.
2.Materik tipli tava okean tipli tava ilə toqquşduqda okean tavası materik tavasının altına girir, nəticədə dərin okean çökəklikləri (novları) və ada qövsləri (Yapon, Kuril adaları), sahildə isə sıra dağlar (Kordilyer-And) əmələ gəlir. 
3. Iki okean tavasının bir-birindən aralanması nəticəsində əmələ gəlmiş çat vasitəsi ilə maqma yuxarı hərəkət edərək, bir müddətdən sonra soyuyaraq orta okeanik dağ silsilələrini yaradır.
Geosinklinal- yer qabığının ən çox hərəkətdə olan mütəhərrik sahəsidir. Onlar litosfer tavalarının sərhəddində yerləşdiyindən bu zona zəlzələ, vulkan, çat, qırışıq, sınma ilə səciyyələnir. Ömrü 3 mərhələdən ibarət olub 150-200 mln il davam edir, sonra məhv olaraq platformaya çevrilir. 
1. Tektonik əyilmə - ərazi enir, dəniz hövzəsi yaranır, qalın çökmə süxur qatı toplanır.
2. Güclü vulkanizm – ərazinin enməsi ilə yanaşı, ayrı-ayrı ərazilər qalxır, vulkan və çatlar yaranır.
3. Dağ əmələgəlmə – güclü qalxma nəticəsində dağ sistemləri və dağarası çökəkliklər yaranır. 
Uca dağlar geosinklinala uyğun gələn relyef formasıdır. Hazırda Alp-Himalay, Kordilyer-And, Şimali Afrika, Sakit okean «odlu» (vulkanik) qurşağı-geosinklinalları müxtəlif mərhələlərini yaşayırlar.
Platformalar – tektonik cəhətdən sabit ərazi olub, əslində geosinklinalların son IV mərhələsidir. Platformalar litosfer tavalarının mərkəzində yerləşdiyindən geniş akkumlyativ düzənlikləri (məs. Böyük Çin və Mərkəzi düzənliklər, Şərqi Avropa, Qərbi Sibir və s.) əhatə edirlər. Platforma 2 yarusdan ibarətdir:
1. Kristallik bünövrə – platformanın alt qatı olub, maqmanın dərinlikdə soyuması nəticəsində yaranan bərk qranit qatdır.
2. Çöküntü qabığı – üzvi və qeyri-üzvi çökmə süxurlardan ibarət qatdır. Bəzən üst çöküntü qatı aşınaraq ətrafa səpələnir və kristallik bünövrə üzə çıxır. Buna qalxandeyilir. Braziliya, Ərəbistan, Baltik, Aldan, Qviana və s. qalxanları filizlərlə zəngindirlər. Platformanın çökək əraziləri isə yanar faydalı qazıntılarla zəngindir.
Yaşına görə platformalar: 
a) Qədim – Arxey və Proterozoy yaşlı olur. Qədim platformalara aid olan əlamətlər aşağıdakılardır. 
1. Səthində düzənliklər yaranır. 
2. Filiz faydalı qazıntılar əsasən səthə yaxın yerləşir.
3. Kristallik bünövrə və çökmə süxur qatından ibarətdir. Kristallik özülün səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq qədim platformalarda filiz faydalı qazıntılar daha çox olur. 
b) Cavan – Paleozoy yaşlı olur. Turan, Qərbi Sibir, Ön Qafqaz cavan platformalardır.http://kayzen.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget