Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ancaq doqquzunun mənsəbi delta xarakterlidir. Volqa Xəzərə tökülən ən böyük çaydır, onun çoxillik orta axımı 251-254 km3, uzunluğu 3531 km-dir. Rusiya ərazisindən Xəzərə axan digər iri çay Terekdir (orta illik axım 8,5-11,4 km3).Xəzərin Azərbayçan ərazisindəki ən iri çayları aşağıdakılardır: Kür (orta illik axım-16 km3), Lənkərançay, Sumqayıtçay, Vəlvələçay, Qudyalçay, Astaraçay (Azərbayçanla İran sərhədində). Rusiyanın Azərbaycanla sərhədində Samur (2,7 km3).
Xəzərin şərq sahillərində hidroqrafik şəbəkə yox dərəcəsindədir.
Qazaxıstan ərazisindən Ural (illik axım 8,1 km3) və Emba çayları axır. 1920-ci illərdə Emba çayı bir neçə qolla dənizə tökülən geniş deltaya malik idi. 1930-cu illərdə dənizin səviyyəsinin dəyişməsi Emba çayının dənizə çatmaması ilə nəticələndi. Hazırda bu çay dənizə ancaq çoxsulu illərdə tökülür.
Türkmənistanda yeganə daimi su axarı Atrek çayıdır. Onun suyığma sahəsi - 26,7 km2, uzunluğu - 635 km-dir və bunun 500 km-ə yaxını İran ərazisinə düşür. Türkmən ərazisində Atrekin orta illik axını 240 mln. m3-dir. Çox vaxt aşağı axarında çay quruyur və ancaq yaz mövsümündə onun suları Xəzərə çatır. Xəzərin hövzəsi İranın ümumi suyığma hövzəsinin 12%-ni təşkil edir və ona cəmi çay axınlarının 5%-i düşür. Nisbətən iri çaylar aşağıdakılardır: Səfidrud (Ağ çay, uzunluğu 720 km), Həraz, Polerud, Babol, Calus, Hirgan, Teçan, Talar. 1040 km uzunluğa malik Araz çayı 300 km məsafədə Azərbaycan və İran arasında sərhəd rolunu oynayır və İranın ən şimal nöqtəsində sərhəd xəttindən öz istiqamətini dəyişir, Kür çayı ilə qovuşur.
Limanları-Xəzərin əsas limanları: Bakı (ən böyük), Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktau, Atırau, Bəndər-Ənzəli, Nouşəhər.

Yorum Gönder
tapsiriqda sual verbki birbasa tokulen caylar hansilardi