Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "litosfer"

,
Materiklərin və okeanların antipodluğu
Materiklərin və okeanların antipodluğu Materiklər elə yerləşmişdir ki, onların hər birinə Yer diametrinin əks qurtaracağında həmişə okean uyğun gəlir. Bu, Arktika okeanı ilə Antarktika qurusunun müqayisəsində daha aydın görünür.
Lakin, əgər qlobusu elə qoysaq ki, qütblərdən birində materiklərdən hər hansı biri olsun, onda o biri qütbdə mütləq okean olacaqdır.

Ancaq kiçicik bir istisna var: Cənubi Amerikanın qurtaracağı
Cənub-şərqi Asiyaya antipodal yerləşir.
Antipodluq, demək olar ki, istisna təşkil etmədiyinə görə təsadüfü hadisə ola bilməz. Onun əsasını ehtimal ki, fırlanan Yer səthinin bütün sahələrinin tarazlığı, rotasiya səbəbi təşkil edir.Materiklərin endogen səbəblərə görə labüd olan dreyfi
yaranmış müvazinəti pozur: ola bilsin ki, çoxlarının güman etdikləri kimi, qütbün yerdəyişməsinin, daha doğrusu Yerin Dünya oxuna həmişə təqribən eyni bucaq altında meylli olan fırlanma oxuna nisbətən yerdəyişməsinin səbəbi budur. 
Ümumi yerşünaslıq: Leonid Pavloviç Şübayev

ŞƏKİL  1
Plitələrin hərəkətinin başlanmasından 20 mln. il sonra triasın sonunda Pangeya en istiqamətli riftlə şimalda Lavraziya və cənubda Hondvana qitələr qrupuna ayrıldı (bax: şəkil 1).
Hondvana qitəsi də öz növbəsində rift boyunca en dairəsi istiqamətində Afrika-Cənubi Amerika və Avstra- liya-Antarktida bloklarına parçalandı.
Hondvananı bölən rift boyunca Hind okeanının «açılması» başlandı.
Sonralar, yura dövründə Şimali Amerika blokunun şimal-qərb istiqamətdə hərəkəti nəticəsində meydana gəl - miş rift boyunca şimali Atlantikanın aralanması baş verdi. Eyni zamanda şərqdə Afrika qitəsinin saat əqrəbinin əksinə dönməsi və Hindistan qaymasının şimala hərəkəti nəticəsində Tetis dənizi qapanmağa başladı. Burada, litosfer qatının okean hissəsinin Avrasiya qitəsinin altına sub - duksiyası baş verdi. Sonra, kaynozoyda qitələr yaxınlaşanda subduksiya Avrasiya və Hindistan plitələrinin kənarlarının qabarması ilə dəyişdi ki, bu da Himalay dağ silsilələrinin əmələ gəlməsinə səbəb oldu.
Atlantikanın cənub hissəsi 135 mln. il əvvəl Yuranın sonunda açılmağa başladı (bax: şəkil 2).
ŞƏKİL 2
Cənubdan, Afrikanı və Cənubi Amerikanı aralamağa başlayan rift Qırmızı dənizi xatırladır. Təbaşirin sonuna doğru 65 mln. il öncə Atlantik okeanı indikinə bənzər göıkəm aldı. Onun ən şimal hissəsi, həmçinin Şimal Buzlu okeanı, qapalı qaldı .
Kaynozoyun əvvəlində Avstraliya ilə bitişik olan Antarktidanın saat əqrəbinə əks istiqamətində dönmə hərəkəti davam edildi. Kaynozoyda (65 mln. il) qitələr indiki duruma gəldilər: Avstraliya Antraktidadan ayrıldı və yerini şimala doğru dəyişdi; Şimali və Cənubi Amerika vulkanizm nəticəsində meydana gəlmiş Panama boynunda birləşdilər. Qrenlandiya birdəfəlik Avropadan ayrıldı.
Şimali Atlantika riftinin Şimal Buzlu okeanına girməsi nəticəsində Lavraziya yarıldı. Kaynozoyda həmçi - nin qitələrin hərəkət sürətində və istiqamətlərində bəzi dəyişikliklər baş verdi (bax: şəkil 33).
Göründüyü kimi, 200 mln. il ərzində qitələrin möv - qeyi xeyli dəyişdi. Belə ki, Şimali Amerika, məsələn, qərb, şimal-qərb istiqamətində 8 min km hərəkət etdi.
Əvvəllər Antraktida ilə bitişik olmuş Hind subqitəsi isə indi durduğu yerə qədər 200 mln. il ərzində 9000 km yol keçdi.
Qeyd etmək lazımdır ki, fövqəlqitələr daha qədimlərdə də mövcud olub, məsələn, 750 mln. il qabaq parçalanmış Rodimiya.
Beləliklə, daha gənc Pangeya superqitəsinin parçalanma prosesi qitələrin indiki durumu ilə nəticələndi. Lakin bu, gedişatın sonu olmadı. Çünki, əksər tədqiqatçıların gümanlarına görə qitələrin hərəkəti bundan sonra aralanma deyil, bütövləşmə istiqamətində cərəyan edəcək və 50 mln. il sonra, alimlərin Psixozoy (idrak dövrü) adlandırdıqları dövrün sonunda qitələr bir-birinə daha yaxın durumda yerləşəcəklər.
ŞƏKİL 3
Şəkil 3.   50 mln. ildən sonra Psixozoy dövrünün sonunda dünya bu şəkildə görünəcək. Äntraktida əvvəlki yerində qalacaq . Hind və Atlantik okeanları əvvəlki kimi Sakit okean hesabına genişlənəcək. Avstraliya şimala doğru hərəkət edəcək, Avrasiya qitəsinə birləşən Afrikanın şərq sahilində qurunun bir hissəsi qopacaq, bu qitənin şimala doğru hərəkəti isə Biskay körfəzinin qapanması və əmələ gələn Aralıq dənizi hövzəsinin məhv olması ilə nəticələnəcək. Qərayib dənizində sıxılma nəticəsində qabıq qabaracaq və quru əmələ gələcək. Kaliforniya yarımadası Şimali Amerikadan qopacaq və şimal-qəıb istiqamətdə hərəkət eədəcək. 10 mln. ildən sonra Los-Änjeles San-Fransisko ilə bir en dairəsində yerləşəcək. 60 mln. ildən sonra Los-Änjeles Älent novunə subduksiya olacaq.

,
Siz yerin geoloji innişaf mərhələsində Yer qabığının mate-rİK və Okean tipli yer qabığına bölündüyünü bilirsiniz. Yer qabığının sonraKi inKİşafı haqqında XX əsrin əvvəllərində alman alimi S.Vegenerin işləyib hazırladığı “MaterİKİərin dreyfi” nə-zəriyyəsi diqqəti cəlb edir. Sahil xətlərinin oxşarlığına əsaslanmaqla, o müasir materİKİərin üfüqi istiqamətdə yerdəyişmələri fikrini irəli sürmüşdür. Laxin onları hərəkətə gətirən qüvvələri və bu hərəkətin mexanizmini sübut edə bilmədiyinə görə, bu nəzəriyyə tezliklə unuduldu. XX əsrin 60-cı illərində Dünya okeanıııda aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində Vegenerin fərziyyəsinin ideya davamı olan yeni “Litosfer tavaları" nəzəriyyəsi irəli sürüldü. Bu fərziyyəyə görə Yer qabığı ilə üst mantiyadan Litosfer tavaları ibarət olan, qalınlığı 90 km ilə 250 km arasında dəyişən litosfer bütöv olmayıb, dərinlik çatları vaşitəsilə materik və Okean litosfer tavalarına bölünmüşdür.Bu tavalar arasında daha böyük olanlar aşağıdakilardır: Sakit Oiean, Avrasiya, Hind-Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerika və Antarktida . Bunlardan təkcə Sakİt Okean litosfer tavası tamamilə okean mənşəlidir. Çoxlu nisbətən kiçik litosfer tavaları (Kokos, Nasıca, Karib və s.) də ayrılır. Bu nəzəriyyəsinin tərəfdarlarına görə litosfer tavalarının üfüqi yerdəyişməsi Yer səthi və ona yaxın dərinlində baş verən bütün daxili proseslərin zahiri təzahiiriidiir. Fərz olunur ki, nisbətən bərk olan litosfer tavaları ərimiş mantiya maddələri üzərində yatırlar. Çox böyün sahəyə və 200- 250 km-dək qalınlığa olan litosfer tavaları nisbətən yüngül olduqlarından mantiyanın ərimiş maddələrinin təsiri ilə nəhəng aysberqlər kimi mantiya maddələrinin üstü ilə üfüqi istiqamətdə hərəkət edirlər. Onların yerdəyişmələrinin sürəti bir neçə sm/il olur. Materik və Okeanların müasir coğrafi mövqeləri 100 mln. illər ərzində littosfer tavalarının üfüqi hərəkətlərinin nəticəsidir. Litosfer tavalarının hərəkətlərinin nəticələri daha aydın onların sərhədində nəzərə çarpır. Onlar Yer səthinin mütəhərrik hissələridir. Tədqiqatlar nəticəsində litosfer tavalarının qarşılıqlı əlaqəsininini tipi müəyyən edilmişdir: onların bir- birindən
aralanması və toqquşmaları.(şəkil 29) Океап tipli litosfer tavalarının bir-birindən aralandıqları zona müasir orta океап dağ silsilələrinin mərkəzi hissəsinə uyğun gəlir .Bu dağlar Okeanların ortası ilə təqribən 70 min m məsafədə uzanır. Onlar dərin dərələrlə iki - sağ və sol dağ silsiləsinə bölünmüşlər. Dərinlikləri 15-2 кm-ə çatan bu dərələri Rift dərələri adlandırırlar. Müəyyən edilmişdir ki, mantiyadan böyün təzyiq altında səthə qalxan ərimiş maddələr bu tavaları bir-birindən aralamaqla, əmələ gələn çat (rift dərəsi) boyu Yer səthinə çıxaraq, orada soyuyurlar. Səthə qalxan yeni maqmalar da onları itələyərək səthə çıxır, sualtı nəhəng dağ sistemləri əmələ gəlir. Onlar, əsasən, bazalt tərkiblidirlər. Ən qədim maqmatik süxurlar orta океап dağ silsilələrinin ətəyində, cavanlar isə “suayrıcı” boyu yayılmışlar. Bu dağların zirvələri bəzən su səthinə çıxaraq vulkanogen mənşəli adalar əmələ gətirirlər (İslandiya,Azor və s.). Litosfer tavalarının aralanması prosesi daim inkişaf etməkdədir. Bu aralanma nəticəsində океаn tavalarının sahəsi artır. Məhz litosfer tavalarının üfüqi yerdəyişməsi nəticəsində geoloji cəhətdən daha cavan olan Hind və Atlantik (şəkil 30) Okeanlarının sahələri müasir dövrdə genişlənir Əgər Yer Kürəsinin bir hissəsində litosfer tavalarının aralanması (divergent sərhədlər) üstünlük təşkil edirsə, digər hissəsində əksinə, onların toqquşması (Konvergent sərhədlər) müşahidə edilir. Mənşələrinə görə belə toqquşma zonaları da iki tipə bölünür. Bəzi hallarda materik və океаn tipli litosfer tavaları toqquşur. Bu zaman океаn tavası daha qalın materik tavasının altına girir. O, əyilərək tədricən mantiyaya gömülür və orada yenidən əriyir.        
Belə toqquşma zonasında океаn tavasının kənarında dərinsulu океап novları əmələ gəlir . Məsələn, nəhəng Sakit Океаn tavası ilə Avrasiyanın toqquşma zonasında Sakitt Океап tavası ildə təqribən 6-7 sm sürətlə mantiyaya “batır” və burada ən nazik (5 кm-ə qədər) yer qabığına malik olan, dünya okeanında ən dərin Marian çökəkliiyi (11022 m) əmələ gəlmişdir. Materik və океаn tavalarının toqquşması nəticəsində materiklərin kənarlarında qı-rışıq mənşəli dağlar (məsələn, And-Kordilyer) və ya adalar qövsü (Kuril, Aleut, Marian, Antil və s.) əmələ gəlir. Materik tipli litosfer tavalarının toqquşduqları zonalarda nəhəng dağ sistemləri yaranır . Məsələn, Pireney yarımadasından Böyük Zond adalarınadək qurşaq şəklində uzanan cavan Alp-Himalay dağ silsilələri Avrasiya tavasının Afrika və Hind-Avstraliya litosfer tavaları ilə toqquşması nəticəsində yaranmışlar. Alimlər müəyyən etmişlər ki, Arxey və Proterozoy eralarında əvvəlcə vahid quru sahəsi - Pangeya və onu hər tərəfdən əhatə edən Dünya океат - Pantalass yaranmışdır. Çox kövrək olan bu materik tavası mantiyadan səthə qalxan ərimiş maddələrin təzyiqi altında, üst paleozoyda parçalanaraq, iki materik tipli litosfer tavasına bölünmüşdür. Tərkibinə müasir Şimali Amerika və Avrasiya daxil olana Lavrasiya adı verilmişdir. Cənub yarmikürəsində yerləşən - Hondvana materiki tərkibinə isə yerdə qalan digər materiklər və həmçinin Ərəbistan və Hindistan yarımadaları daxil idi. Lavrasiya və Hondvana materikləri arasmda yaranan ensiz океап isə Tetis океат adlandırılmışdır. Yura dövründə, yəni təqribən 140-160 mln. il bundan əvvəl başlayaraq bu iki materik də parçalanaraq müasir materikləri, Hindis-tan və Ərəbistan tavalarım yaratmışlar. 
  Sonrakı üfüqi hərəkətlər cavan Atlantik və Hind oKeanlarını əıııələ gətirmişlər. Hər tərəfdən materik tavaları ilə sıxışdırılan qədim Pantalassm qalıqları olan müasir Sakit
və Şimal Okeanları sahələri fasiləsiz olaraq kiçilir. Kaynozoy erasında Afrika, Hindistan və Ərəbistan tavaları şimala hərəKət edərəK Avrasiya ilə toqquşmuşlar. Nəticədə Tetis Okeanı qapanmış, onun qalıqları olan Xəzər və Aral dənizləri gölə,Azov, Qara və Aralıq dənizləri isə daxili dənizə çevrilmişlər. Bu OKeanın yerində isə nəhəng Alp-Hinıalay dağlıq qurşağı əmələ gəlmişdir. Litosfer tavalarının intensiv yerdəyişməsi indi də davam edir. IV dövr ərzində çox sürətlə Somali və Ərəbistan yarımadaları Afrikadan, Kaliforniya isə Şimali Amerikadan uzaqlaşır, Aralıq dənizi tədricən qapanır, Qırmızı dəniz isə rift dərəsi boyu öz sahəsini genişləndirir. Bu proseslər daima davam edir. (şəkil 31)   
Beləliklə, litosfer tavalarının toqquşma zonasında yüksək seysmikliyi ilə fərqlənən
zonalar əmələ gəlir ki, onlar geosinkinal adlanır. Məsələn, Alp-Himalay, Sakit Okean və s. Yerin geoloji iıikişaf mərhələsinin müxtəlif dövrlərində əmələ gəlmiş geosinklinallar çox mürəkkəb inkişaf yolu keçmiş, nəhayət, platformaya çevrilmişlər. Bu prosesin təqribən 150-200 mln. ilə başa çatması güman olunur. Geosinklinallarm inkişafının ilk mərhələsində litosfer tavalarının bir-birindən uzaqlaşması zamanı intensiv tektonik əyilmə, son mərhələsində isə intensiv qalxma baş verir.(şəkil 32) Geosinklinahn inkişafının müəyyən mərhələsində litosfer tavalarının qarşılıqlı sıxılması prosesi güclənir. Sıxılma zamanı geosinklinal qurşaqda böyük intruziv kütlələr (İntruziv kütlə yerin dərinliklərində soyuyan maqmadır) əmələ gəlir, su altında və quruda vulkan püskürmələri güclənir. Orogen (dağəmələgəlməsi) mərhələsində isə ərazi, ayn-ayn sahələri çıxmaq şərtilə (məs. Qara dəniz,Cənubi Xəzər çökəkliyi), dağlıq sahəyə çevrilir. Müasir geosiıiKİinallarda tipik struktur formalar fəal vulkanik adalar qövsü, ensiz dərin novlar və kənar dənizlərin çökəklikləridir (Məs. Yapon dənizi, Berinq dənizi, Filippin dənizi və s.). Bildiyiniz kimi, litosferin nisbətən sabit, qalın, bərk və hamarlanmış hissələri platforma adlanır. Onlar qədim fəal geosinklinalların yerində tektonik hərəkətlərin zəifləməsi, denudasiya (dağıdıcı) prosesləri nəticəsində həmin dağlıq sahələrin aşınıb düzənliyə çevrilməsi ilə baş verir. Platformalar geoloji yaşma görə qədim - Şərqi Avropa, Afrika, Antarktida, Avstraliya və s. və cavan - Turan, Qərbi Sibir, Brariziliya və s. platformalara ayrılır. Qədim platformalar arxey, qismən də proterozoy erasında əmələ gəlmiş və kristallik süxurların üstün olduğu platformalardır. Cavan platformalar paleozoy (kaledon və hersin) qırışıqlığı sahələrində yerləşən platformalardır. Turan ovalığı, Ön Qafqaz düzənlinləri də cavan platformalara aiddir. Platformanın bünövrəsi, əsasən, qranit və metamorfik süxurlardan (qneyslər, kristallik şistlər) təşkil olunduğundan o kristallik bünövrə adlanır. Kristallik bünövrənin üstü çökmə süxurlarla örtülmüşdür.

Biz yerin planetar və geoloji inkişaf mərhələlərinin xüsiyyəylərini bilirik. Yer qabığının sonrakı
inkişafı haqqında alman alimi Vegenerin hazırladığı, materiklərin dreyfi nəzəriyyəsi diqqəti daha çox cəlb edir. Sahil xətlərinin oxşarlığına əsaslanmaqla o, müasir materiklərin üfüqi istiqamatdə yerləşmələri fikrini irəli sürmüşdü. Lakin onları hərəkətə gətirən qüvvələri və bu hərəkətlərin mexanizmini sübut edə bilmədiyinə görə, bu nəzəriyyə tezliklə unuduldu. 

XX əsrin 60-cı illərində dünya okeanında aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində yeni Litosfer tavaları nəzəriyyəsi irəli sürüldü. Bu fərziyyəyə görə, yer qabığı və üst mantiyadan ibarət, qalınlığı 250-90 km arasında dəyişən, Litosfer bütöv olmayıb, dərinlik çatları vasitəsi ilə materik və okean tipli litosfer tavalarına bölünür. Bu tavalar arasında ən böyükləri bunlardır: Sakit okean, Avrasiya, Hind-Avstrliya, Afrika, Şm.Amerika, Antraktida. Nisbətən kiçik litosfer tavaları, Kokos, Naska, karib və s.-dir. Sakit okean litosfer tavası yalnız okean tiplidir.

Litosfer tavaları nəzəriyyəsinin tərəfdarlarına görə, yer səthi, ona yaxın dərinlikdə baş verən bütün daxili proseslər litosfer tavalarının üfüqi yerdəyişməsinin təzahürüdür. Güman olunur ki, nisbətən bərk olan litosfer tavaları ərimiş mantiya maddələri üzərində yatırlar. Mantiya və nüvədə ərimiş maddələrin yer səthinə və yerin mərkəzinə doğru yerdəyişməsi baş verir. Səthə doğru qalxan ərimiş maddələr, böyük təzyiq altında aşağıdan litosferə təsir göstərir. Belə təzyiq nəticəsində, litosferin nazik hissələrində uzunluqları 100 km-lərlə ölçülən dərinik çatları əmələ gəlir. Bu qırılmalar boyu Litosfer ayrı-ayrı tavalara bölünür. Litosfer tavalarının sərhəddi okeanlarda orta okean dağ silsiləsi boyu, quruda isə sıra dağlar boyu keçir. Vulkan püskürmələri və zəlzələlər də by zonalarda baş verir. Mantiya maddələrinin üstü ilə üfüqi istiqamətdə yerdəyişmələrin sürəti ildə bir neçə sm olur. Bu hərəkətin bir neçə 100 mln il davam etdiyini nəzərə alaraq, tavaların 1000 km-lərlə məsəfə keçdiyini hesablamaq olar. Tədqiqatlar nəticəsində Litosfer tavalarının qarşılıqlı əlqəsinin 2 tipi müəyyən edilmişdi. Yəni tavaların bir-birindən aralanması və toqquşmaları,okean tipli Litosfer tavalarının
aralandıqları zona, müasir orta okean dağ silsilələrinə uyğun gəlir. Bu dağlar okeanların ortası ilə 70 min km uzanır və 30-50 km-ə çatan dərələrlə sağ və sol sahillərinə bölünür. Bu dərələr “rif dərələri” adlanır. Litosfer tavalarının şaquli yerdəyişməsinin təsiri ilə, geoloji cəhətdən daha cavan olan Hind və Atlantik okeanları öz sahillərini genişləndirir. Litosfer tavalarının aralanması “Divergent sərhəd” toqquşması isə “Konvergent sərhəd” adlanır. Bəzən materik və okean tipli tavalar toqquşur. Bu zaman okean tavası, daha qalın materik tavasının altına girir. Belə toqquşma zonasında, okean tavasının kənarında, dərin sulu okean novları əmələ gəlir. Materik tipli tavaların toqquşması zamanı, nəhəng dağ sistenləri yaranır. Məs: Priney yarımadasından Böyük Zond adalarına qədər qurşaq şəklində uzanan, Alp-Himalay dağ silsilələri. Avrasiya tavasının, Afrika və Hind-Avstraliya tavaları ilə toqquşmaları nəticəsində əmələ gəlmişdir. Arxey və proterozoy eralarında, əvvəlcə vahid quru sahəsi, Pangeya yaranmışdır. Sonra onu hər tərəfdən əhatə edən dünya okeanı Pantalas yaranmışdı. Sonra Pangeya, Lavraziya və Qondvana ayrıldı. Güman edilir ki, Lavraziya ilə Qondvana arasında ensiz Tetis okeanı yaranmışdır. 

Mezozoy erasının, Yura dövründən, Lavraziya və Qondvana da materiklərə parçalanaraq müasir materikləri və Hindistan və Ərəbistan tavaları yaranmışdır. Atlantik və Hind okeanları cavan, həm də genişlənməkdə olan okeanlardır. Qədim sayılan, Sakit və Şimal buzlu okeanın sahələri azalır. Afrika, Hindistan və Ərəbistan tavaları şimala doğru hərəkət edərək, Avrasiyaya toqquşublar. Tetis okeanı qapanmış, qalıqları yaranmışdır. Yerində Alp-Himalay qurşağı yaranmışdır. IV dövr ərzində Somali və Ərəbistan materikə yaxınlaşmış, Kaliforniya Şimali Amerikadan uzaqlaşmağa başlamışdı.

Hal-hazırda Aralıq dənizi qapanır, Qımızı dəniz, rif dərəsi boyu sahəsini genişləndirir. Toqquşma sahəsində yerləşən, seysmikliyi ilə seçilən sahələrdə tez-tez zəlzələlər baş verir. Belə sahələr geosinklinal adlanır. Geosinklinalların uzun illər ərzində inkişafının son orogen mərhələsində litosferin sabit-qalın bərk və hamarlanmış hissələri olan Platformalar yaranır. Erroziya və denudasiya prosesləri, dağlıq ərazilərdə yer səthində yatan süxurları yuyur. Bünövrədəki qranit, qneys və metamorfik süxurlar səthə çıxır. Yaşlarına görə platfomalar, qədim və cavan platformalara ayrılır. Qədim platformalar, Şərqi Avropa, Afrika, Anarktida və Avrasiya platformalarıdır. Cavan platformalar isə, Turan, Qərbi Sibir, Brazilya sayılır. Qədim platformalar
Arxey və Proterozoy eralarında, cavan platformalar isə, Kaledon və Hertsin qırışıqlığında yaranmışdır. Platformaların bünövrəsi əsasən qranit və metamorfik süxurlardan (qneys, kristallik şist) təşkil olunur və kristallik bünövrə adlanır. Platformaların səthi hamar deyil. Kristallik süxurların geniş qalxanları və əyilmə zonaları vardır. Şərqi Avropa platformasında, Baltik qalxanı, Şimali Amerikada Labrador qalxanı, Cənubi Amerikada Brazilya qalxanları var. Qalxanlarda kristallik süxurlar, yer səthinə çıxır. Qalxanlar platformaların fəallaşmış zonalarında, çox böyük sahədə, qədim kristallik bümövrənin, səthi qabarmış yüksək yayla və dağlıq sahələrdə yaranmışdır. Nəhəng Şərqi Afrika, Efiopya, Somali, Afrika-Ərəbistan qalxanları buna misaldır.

Bildiyimiz Kimi, Yer səthindəKİ nahamarlıqlar əmələ gəldİkİəri andan xarici qüvvələrin (günəş şüalarının, axar suların,buzlaqların, ağırlıq qüvvəsinin və s.) təsirinə məruz qalaraq dəyişİkİiyə uğrayırlar. Nəticədə ölçülərinə, mənşəyinə, yaşına,hündürlüyünə, formalarına və s. görə bir-birindən fərqlənənnahamarlıqlar-relyef yaranır. Relyefdə baş verən bütün prosesləri, qanunauyğunluqları öyrənən elm geomorfologiya adlanır.
Yer səthində yaranan relyef formaları açıq (çay dərələri, yarğan, qobu və s.) və ya qapalı (təpə, çala, çuxur, Karst qıfı və s.)olurlar. Onlar həmçinin müsbət (qabarıq) və ya mənfi (çökək) formalarda olurlar. Relyef formaları böyüklüyünə görə aşağıdakı kimi təsnif edilir: 1 - planetar relyef formaları; 2 - meqaformalar; 3 - maKroformalar; 4 - mezoformalar; 5 - miıcroformalar.
Planetar relyef formalarına materİKİər, океаn çökəklikləri, quruda və dünya Okeanda nəhəng sıra dağlar və geniş düzənlİKİər aid edilir.MaterİKİər Yer Kürəsinin ən böyük qabarıq planetar relyef formalarıdır. Onların orta hündürlüyü dəniz səviyyəsindən 970 m-dir.Океаn yatağı və ya abissal düzənlİKİər океаn tipli yer qabığı yayılan geniş sahələri əhatə edirlər. Onlar океаnın dərinliyi 3кm-dən 6 кm-ə qədər olan hissələrində yerləşirlər.
Meqaformalar (meqa - çox böyük) planetar formaların tərkİb hissələridir. Meqaformalara Alp, Qafqaz, Tyan-Şan,Ural, Kordilyer dağları, Qərbi Sibir, Xəzəryanı ovalıqlar və s.
misal ola bilər.Makroformalar (makro - iri) - meqarelyefin böyük hissələrinə deyilir. Makroformalara Böyük Qafqazda Suayıcı, yaxud Yan silsilə, KiçİK Qafqazda Qarabağ silsiləsi, Cənubi Azərbaycanda Bozquş dağları misal ola bilər.
Mezoformalar (mezo - orta) maKroformaları təşKİl edən ayrı-ayrı relyef formalarıdır. Bunlar əKsərən ekzogen mənşəli olmaqla, sahələri bir neçə Kvadrat кm-dən onlarla Kvadrat кm-ə  çatır (Çay dərələri, yarğanlar, qobular).
MİKroformalar (mİKro - kİçİk) - daha kİçİk, əsasən, ekzogen mənşəli formalardır. Kür-Araz ovalığında aKKumulyativ tirəcİKİər, Xəzərsahili tirələr, Qobustanda palçıq vulnanlarının
yamaclarındaKi yarğanlar, Karst qıfları və s. mİKroformalara tipİK misallardır.
Yer səthi relyefinin mənşəyinə görə də təsnifatı verilmişdir. Relyefin böyük formalarının əmələ gəlməsində endogen qüvvələrin rolu üstündür. Ekzogen qüvvələr isə, əsasən, ölçülərinə görə nisbətən kİçİk relyef formaları yaradırlar.
Geomorfoloqlar endogen qüvvələrin təsiri nəticəsində yaranmış relyef formalarını morfostruKtur, eKzogen qüvvələrin fəaliyyəti ilə əmələ gəlmiş formaları isə morfosıtulptur adlandırırlar.
MorfostruKturlara orta oKean dağ silsilələri, dərinsulu okean novları, qurudam bütün qədim və cavan dağ sistemləri, yaylalar, düzənlİKİər, vuİKan Konusları, dağ zirvələri və s. aiddir.
MorfosKulpturlara çay dərələri, terraslar, buzlaq, Karstmənşəli relyef formaları, sürüşmələr, yarğanlar, qobular barxanlar, dyünlar və s. aid edilir.
Ümumiyyətlə, Yer səthində endogen və eKzogen qüvvələr eyni vaxtda fəaliyyət göstərdİKİərindən müasir relyef onların birgə təsirinin məhsuludur.

Şimali Amerika Plitəsi Şimali Amerikanın böyük bir hissəsini,Qrenlandiyanı,Kubanı,Baham adalarını və Sibirin,İslandiyanın və Azor adalarının müəyyən hissələrini əhatə edən tektonik plitədir.
O şərqə doğru Orta-Atlantik dağ silsiləsinə və qərbə doğru Şərqi Sibirə(Çerksi) qədər uzanır.Plitədə həm kontinental,həm də okeanik qabıq mövcuddur.Plitənin daxili hissəsi böyük əraziyə sahib platformadır.Platformanın əksər kənarları terreynlərdən ibarətdir və bu terreynlər uzun geoloji zaman ərzində tektonik proseslər nəticəsində əmələ gəliblər. Şimali Amerika Plitəsinin şərq hissəsi Avrasiya Plitəsi ilə (şimalda) və Afrika Plitəsi ilə(cənubda) Orta-Atlantik dağ silsiləsinin şimalını əmələ gətirən divergent sərhədlərə sahibdir. 

Cənubda transform sərhədlər Kokos Plitəsi(qərb) və Karib Plitəsi(şərq) ilədir.Bu ərazidə Kayman çökəkiliyi(Karib dənizində) və Quatemala boyunca Motaqua qırılması əmələ gəlib.Septentrional və Enriquilo-Plantain qırılmaları İspaniola boyunca uzanır və sərhədlərə daxildir.Cənub hissənin qalan əraziləri Orta-Atlantik dağ silsiləsinə qədər uzanır və Şimali Amerika Plitəsi ilə Cənubi Amerika Plitəsinin sərhədlərini müəyyən edir.Plitəsinin bu əraziləri yaxşı öyrənilməyib. Şimalda sərhədlər boyunca Orta-Atlantik dağ silsiləsinin davamı olan Qakkel silsiləsi uzanır.Şimalın qalan hissəsi qərbə doğru uzanır və Sibiri də əhatə edir.Bu sərhəd boyunca olan obyektlər bunlardır:Laptev dənizi rifti,Ulakan qırılması,Oklotsk Plitəsi və Aleut çökəkliyi. Qərb sərhədləri:Alyaskanın sahili boyunca Kraliça Şarlotta qırılması,Kaskadiyan subduksiya zonası,Kaliforniya boyunca San-Andreas qırılması,Kaliforniya körfəzində Şərqi-Sakit qalxması və cənuba doğru Mərkəzi-Amerika çökəkliyi. Özünün qərb hissəsində Farallon Plitəsi Yuradövründən bəri Şimali Amerika plitəsinin altına subduksiya edir.Farallon Plitəsi demək olar ki,tamamilə Şimali Amerika Plitəsinin qərb hissəsinin altına subduksiya olunub və həmin ərazini San-Andreas qırılması boyunca Sakit Okean Plitəsi ilə əlaqədə saxlayır.Xuan de Fuka,Kəşfiyyatçı(Explorer),Qorda,Kokos və Naska Plitələri Farallon Plitəsinin qalıqlarıdır. Kaliforniya körfəzi böyük və paralel qırılma zonaları arasında yerləşir.Bu mürəkkəb qırılma zonasıdır və körfəzin dəniz dabanının qalxması qərbdəki Baxa Kaliforniya dağları və şərqdəki Sierra Madre qalxmaları arasındakı fərq 3000 km-dən böyükdür. Plitədə bir neçə ocaqlar var.Əsas ocaqlar Yelloston,Raton və Anaxim ocaqlarıdır.Yellouston və Anaxim ocaqlarının Mioken periounda yaranması güman edilir.Onlar hələ də aktivdir və zəlzələlərə,vulkanlara səbəb olurlar. Əsasən Şimali Amerika hissəsi Orta-Atlantik dağ silsiləsindən cənub-şərqə doğru hərəkət edir. Plitənin hərəkətinə subduksiya səbəb ola bilməz,çünki Şimali Amerika plitəsinin Puerto-Riko çökəkliyindəki kiçik ərazisi istisna olmaqla,heç bir hissəsi subduksiya olunmur.

Sakit Okean Plitəsi Sakit Okeanın altında yerləşən tektonik plitədir.Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur.Şimal-Şərq tərəfdə bu plitə Kəşfiyyatçı Plitəsi,Xuan de Fuka Plitəsi və Qorda Plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı,Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir.Şərq hissədə mərkəzdə isə San-Andreas qırılması üzrə Şimali Amerika plitəsi ilə və eləcə də Kokos Plitəsi ilə sərhədlərə sahibdir.Cənub-Şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir. Cənub hissə Antarktik Plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir. 

Qərb hissədə plitə Oxlotsk Plitəsi ilə(burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir),Filippin Dənizi Plitəsi ilə subduksiya nəticəsində konvergent,Karolina Plitəsi ilə transform və Şimali-Bismark Plitəsi ilə toqquşma sərhədlərinə sahibdir Cənub-Qərbdə Sakit Okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa,ümumilikdə konvergent sərhədlərə sahibdir.Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir.Alp qırılması bu plitələr arasında tranform sərhədi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit
Okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir. Şimal hissədə plitə Şimali Amerika plitəsinin altına subduksiya etməklə konvergent sərhədlər əmələ gətirir.Burada Aleut çökəkliyi və ona uyğun olaraq Aleut adaları əmələ gəlir. Sakit Okean plitəsi daxildə ocağa sahibdir və bu Havay Adalarını əmələ gətirir. Hillis və Muller bildirir ki,Quş Başı Plitəsi Sakit Okean Plitəsi ilə birlikdə hərəkət edir. Bu plitədə yerləşən Alov Qövsü seysmikliyinə görə xüsusilə məşhurdur.Bu sahədə bir çox zəlzələlər və vulkanlar baş verir.40.000 kmlik ərazidə yerləşən Alov Qövsü okean çökəklikləri,vulkanik adalar və vulkan kəmərləri ilə zəngindir.Bu qövsdə 452 bulkan yerləşir və dünyadakı aktiv vulkanların 75 faizi də məhz bura təsadüf edir.Dünyada baş verən zəlzələlərin 90 faizi və ən böyük zəlzələlərin 81 faizi Alov Qövsündə baş verir.

Astonesferi  litosfer üzərində yatmış və qatı təbəqə kimi qəbul edirlər.  Burada aşağı sürət zonası seysmik xüsusiyyətləri ilə təyin edilir : sürətin azalması 3-6% təşkil edir və uzununa dalğalara nisbətən köndələn dalğalar daha yaxşı müşahidə olunur.Bundan başqa , bu zonadan keçən seysmik dalğaların sürəti mantiyanın yerdə qalan hissələrinə nisbətən bir faiz yüksəkdir.Astonosfer və aşağı
sürətlər zonasının formal olaraq bir-birindən fərqli olmasına baxmayaraq , onları ekvalent hesab
edirlər.Çünkin onlar təxminən eyni dərinlikdə yerləşir.Lakin bu anlayışları eyniləşdirmək olmaz.Adətən aşağı sürətlər zonzası qismən ərimə zonası kimi qələ verirlər.Beləliklə ,
astonesfer və aşağı sürətlər zonasının mövcud olmasına gətirən səbəblər yəqin ki müxtəlifdir. 
 Astonosfer və aşağı sürətlər zonası üçün ümumi cəhət ondan ibarətdir ki , onların hər ikisi temperaturun likvidusa yaxınlaşması və ona çatması ilə bağlı olan proseslərlə sıx bağlıdır.Bilavasitə bu səbəbdən , bu sahələrin hər ikisi təxminən eyni bir dərinlikdə yerləşir.

,

Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri»dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.Coğrafiya elmi iki əsas sahəyə bölünür: Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir. İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir. Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur. Coğrafiya elminin inkişaf mərhələləri: İbtidai coğrafi təsəvvürlər Orta əsrlər Böyük coğrafi kəşflər Müasir coğrafi tədqiqatlar

Mantiyanın üzərində yerləşən Yer qabığı böyüklüyü, qalınlığı, tərkibi, təzyiqi müxtəlif olan parçalara-litosfer tavalarına ayrılır. Yuxarı mantiyada maddələr yumşaq olduğuna görə tavalar mantiya üzərində sürüşür. Bu zaman tavalar bir-biri ilə toqquşaraq-konvergent sərhədlər, bir-birindən ayrıldıqda isə-divergent sərhədlər əmələ gəlir. 
Tavaların bir-biri ilə yaxınlaşdığı və uzaqlaşdığı ərazilər - seysmik yəni hərəkətli tektonik zonalardır.
Zəlzələ, vulkan, qırışmalar, çatlar məhz bu ərazidə baş verir. Litosfer tavalarının kənarında uca dağlar, dərin çökəkliklər, mərkəzində isə geniş düzənliklər yerləşib. Tavaların hərəkət nəzəriyyəsini alman alimi A.Vegener işləyib.Hazırda 13 tava vardır ki, bunun 7-si daha böyükdür. Tavaların əksəriyyəti həm materik, həm də okean yer qabığından ibarətdir. Yalnız Sakit okean tavası ancaq okean tipli yer qabığından ibarət olmasına görə digər tavalardan fərqlənir. Hazırda materik tipli litosfer tavaları ilə Sakit okean tavasının toqquşması nəticəsində Sakit okeanın tədricən qapanması prosesi gedir. Bundan fərqli olaraq Atlantik və Hind okeanları litosfer tavalarının üfüqi yerdəyişməsi nəticəsində öz sahələrini genişləndirirlər. 
Kaynazoy erasında Ərəbistan, Hindistan və Afrika tavaları şimala doğru hərəkət edərək Avrasiya ilə toqquşmuşdur. Nəticədə Tetis okeanı qapanmış, onun qalıqları olan Xəzər və Aral gölə; Azov, Qara və Aralıq isə daxili dənizlərə çevrilmişdir. Tetis okeanın yerində isə nəhəng Alp-Himalay dağlıq qurşağı yaranmışdır.
1. Iki materik tipli tavanın toqquşması nəticəsində tava ucları yuxarı qalxaraq qurudakı sıra dağları yaradırlar.
2.Materik tipli tava okean tipli tava ilə toqquşduqda okean tavası materik tavasının altına girir, nəticədə dərin okean çökəklikləri (novları) və ada qövsləri (Yapon, Kuril adaları), sahildə isə sıra dağlar (Kordilyer-And) əmələ gəlir. 
3. Iki okean tavasının bir-birindən aralanması nəticəsində əmələ gəlmiş çat vasitəsi ilə maqma yuxarı hərəkət edərək, bir müddətdən sonra soyuyaraq orta okeanik dağ silsilələrini yaradır.
Geosinklinal- yer qabığının ən çox hərəkətdə olan mütəhərrik sahəsidir. Onlar litosfer tavalarının sərhəddində yerləşdiyindən bu zona zəlzələ, vulkan, çat, qırışıq, sınma ilə səciyyələnir. Ömrü 3 mərhələdən ibarət olub 150-200 mln il davam edir, sonra məhv olaraq platformaya çevrilir. 
1. Tektonik əyilmə - ərazi enir, dəniz hövzəsi yaranır, qalın çökmə süxur qatı toplanır.
2. Güclü vulkanizm – ərazinin enməsi ilə yanaşı, ayrı-ayrı ərazilər qalxır, vulkan və çatlar yaranır.
3. Dağ əmələgəlmə – güclü qalxma nəticəsində dağ sistemləri və dağarası çökəkliklər yaranır. 
Uca dağlar geosinklinala uyğun gələn relyef formasıdır. Hazırda Alp-Himalay, Kordilyer-And, Şimali Afrika, Sakit okean «odlu» (vulkanik) qurşağı-geosinklinalları müxtəlif mərhələlərini yaşayırlar.
Platformalar – tektonik cəhətdən sabit ərazi olub, əslində geosinklinalların son IV mərhələsidir. Platformalar litosfer tavalarının mərkəzində yerləşdiyindən geniş akkumlyativ düzənlikləri (məs. Böyük Çin və Mərkəzi düzənliklər, Şərqi Avropa, Qərbi Sibir və s.) əhatə edirlər. Platforma 2 yarusdan ibarətdir:
1. Kristallik bünövrə – platformanın alt qatı olub, maqmanın dərinlikdə soyuması nəticəsində yaranan bərk qranit qatdır.
2. Çöküntü qabığı – üzvi və qeyri-üzvi çökmə süxurlardan ibarət qatdır. Bəzən üst çöküntü qatı aşınaraq ətrafa səpələnir və kristallik bünövrə üzə çıxır. Buna qalxandeyilir. Braziliya, Ərəbistan, Baltik, Aldan, Qviana və s. qalxanları filizlərlə zəngindirlər. Platformanın çökək əraziləri isə yanar faydalı qazıntılarla zəngindir.
Yaşına görə platformalar: 
a) Qədim – Arxey və Proterozoy yaşlı olur. Qədim platformalara aid olan əlamətlər aşağıdakılardır. 
1. Səthində düzənliklər yaranır. 
2. Filiz faydalı qazıntılar əsasən səthə yaxın yerləşir.
3. Kristallik bünövrə və çökmə süxur qatından ibarətdir. Kristallik özülün səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq qədim platformalarda filiz faydalı qazıntılar daha çox olur. 
b) Cavan – Paleozoy yaşlı olur. Turan, Qərbi Sibir, Ön Qafqaz cavan platformalardır.http://kayzen.az/

,
Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib? Xeyr! Yer kürəsinin xüsusiyyətlərini nəzərdən keçirdikdə üstündə yaşadığımız bu göy cisminin lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Press və Siver Yer kürəsinin bu cəhətdən “uyğunluğu” haqqında belə deyirlər:“Yer kürəsinin ölçüsü lazımi qədərdir. Daha kiçik olsaydı, Yer kürəsinin cazibə qüvvəsi çox zəifləyəcək və atmosferini ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı, bu dəfə də Yer kürəsinin cazibə qüvvəsi çox artar və bəzi zəhərlli qazları da saxlayaraq atmosferi öldürücü hala salardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)Yer kürəsinin kütləsi ilə yanaşı daxili quruluşu da həyat üçün xüsusi nizamlanmışdır. Bu daxili quruluşdakı təbəqələr sayəsində Yer kürəsi maqnetik sahəyə malikdir və bu maqnetik sahə həyatın qorunması üçün çox vacibdir. Press və Siver bu mövzunu belə açıqlayırlar: “Yer kürəsinin nüvəsi isə çox böyük həssaslıqla tarazlanmışdır və bu nüvə radioaktivliklə qidalanan temperatur motorudur… Əgər bu motor daha yavaş işləsəydi, qitələr indiki formalarda ola bilməzdilər… Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə Yer kürəsinin maqnetik sahəsi heç vaxt əmələ gəlməzdi… Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və buna görə də daha sürətli temperatur motoru olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq qatı olar və Yer kürəsinin səthi də demək olar ki hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı.” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4) Sözügedən plazma buludlarının bəzilərinin Xirosimaya atılan atom bombasının 100 milyard mislinə bərabər olduğu hesablanmışdır. Eyni şəkildə Yer kürəsinin maqnetik sahəsi çox şiddətli kosmik şüaların da sadəcə 0.1%-ni keçirir və qalan mində bir faiz şüalar da atmosfer tərəfindən udulur. Bu maqnetik sahəni əmələ gətirmək üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik axındır və bu bəşəriyyətin bütün tarix boyu istehsal etdiyi eletrik enerjisinin cəminə bərabərdir.Press və Siverin bəhs etdikləri maqnetik sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnetik sahə, yuxarıda bildirildiyi kimi, Yer kürəsinin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementlərdən təşkil olunmuşdur. Daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində maqnitləşmə təsiri yaradaraq maqnetik sahə əmələ gətirir. Atmosferdən kənara çıxan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrə qarşı qorunmuş olur. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də Yer kürəsinin on minlərlə kilometr uzağında maqnetik halqalar çəkən Van Allen Qurşaqları dünyanı bu öldürücü enerjidən qoruyur. Əgər Yer kürəsinin bu maqnetik qalxanı olmasa yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də heç mövcud olmayacaqdı. Amma Press və Siverin bildirdiyi kimi, Yer Kürəsinin nüvəsi lazımi formada olduğu üçün Yer kürəsi bu təhlükələrdən qorunur. Başqa sözlə desək, göy üzündə bizim üçün yaradılmış xüsusi qoruyucu qalxan var. http://planetimiz.org

Yerin geoloji inkişaf mərhələsinin əvvəlində yəni 4,5-5 mlrd. il əvvəl yer qabığının əmələ gəlməsi onun qalınlığının yəni intruzif və effuzif süxurlarla artması nəticəsində əvvəlcə okean tipli yer qabığı əmələ gəldi. Yerin daxilində endogen gərginliyin artması ilə yer qabığı ayrı-ayrı hissələrə bölündü. Mantiyanın üst hissəsini də əhətə edən bu nəhəng, bərk hissələr, yəni Litosfer tavaları üfüqi istiqamətdə hərəkət edərək geoıoji inlişafın əvvəlində yəni, Kriptozoy eonunda, Kembriyə qədərki dövrdə bir-biri ilə toqquşaraq ilk qırışıqlar yəni ən qədim dağlıq ərazilər yaranmışdır. Erkən Paleozoyu da əhatə edən bu dövr baykal qırışıqlığı adlanır. İndiki qədim platformalar Şərqi Avropa, Orta Sibir, Çin, Koreya, Hindistan, Şimali Amerika, Cənubi Amerika, Antraktida, Avstraliya və s. kristallik bünövrələrdəki izləri qalan Yer kürəsinin ilk dağları yaranmışdır.
Kembriyə qədərki dövrün sonlarında qırışıq əmələ gəlmənin nəticəsində bu dağlar aşınıb parçalanıb, Yer səthinin ilk sabit hissələri olan qədim platformalar yaranmışdır. Paleozoyun əvvəlindən başlayaraq platformalar tədricən əyilmə prosesinə cəlb olunmuşdur. Bu mərhələ dəniz dövrü adlanmışdır. Alt Paleozoyun sonunda Siluy dövründə Litosfer tavalarının intensif toqquşmasına üstün olduğu bu dövrdə, yeni qırışıqlar yaranmışdır. Kaledon qırışıqlığı adlanan bu dövrdə Tyanşan, Altay, Sayan, Şotlandiya, Skandinavya, Qrellandiya, Şimali Appalaç, Baykal ətrafı, Ərəbistan yarımadası, Kalaxari, Brazilya yaylası əməli gəlmişdi. Bu yer qabığı inkişafının quru mərhələləri adlanmışdır. Paleozoyda tavaların hərəkətləri nəticəsində yeni dağəmələgəlmələr başlandı. Hertsin qırışıqlığı adlanan bu mərhəldə Ural, Baş suayrıcı, Appalaç, Tyanşan, Sayan, Altay dağlarının bir hissəsi, Böyük Xindan dağları əmələ gəlmişdi. Bu dağlar, yenidən fəallaşmış dağlar sayılır.(Həm də yenidən törəmiş dağlar adlanır.) Bu dövrün əvvəlində baş verən, fəal üfüqi hərəkətlər nəticəsində qədim tavalar. Yəni Şərqi Avropa, Sibir, Çin-Koreya, tavaları birləşərək, Lavraziya quru sahəsini yaratmışlar.Mezozoy erasında fəallaşan
Lavraziya və Qondvananın parçalanması nəticəsində Afrika, C. Amerika, Avstraliya, Antraktida, Ərəbistan və Hindistan yarımadaları yarandı. 130-140 mln. il bundan əvvəl Litosfer tavalarının toqquşması ilə Mezozoy və ya Kimmeri dağları əmələ gəlməyə başladı. Bu zaman Kordilyer, Verxoyansk, Sixoti-Alen, Tibet, Kunlun dağları yarandı. And dağlarının mərkəzi hissəsi formalaşmağa başladı. Tetis okeanı qapandı. Kaynazoy erasında baş verən və indi də davam edən alp qırışıqlığıdır. Sakit okean tavasının Şimali və Cənubi Amerika tavaları ilə toqquşması And dağlarının Kordilyer dağlarının sahil hissələrinin yaranmasına səbəb oldu. Sakit okeanın Avrasiya və Hind-Avstraliya tavasının toqquşması sakit okean odlu qövsünün yaranmasına səbəb oldu. Sakit okeanın Avrasiya və Hind-Avsyraliya tavasının toqquşması sakit okean odlu qövsünun yaranmasına səbəb oldu. Çukot yarımadasından cənuba doğru Kamçatka yarımadası, Saxalin, Yapon, Filippin, İndonaziya, arxipelaqına qədər çökəkliklə və adalar qrupu yarandı. Hindistan və Ərəbistan tavaları hərəkət edərək Avrasiyaya birləşdi. Yarımadalar yarandı. Tetis okenı tamamilə qapandı. Atlantik okeanından sakit okeanına qədər uzanan Alp-Himalay seysmik qurşağı yarandı və bu qurşağa Alp, Karpat, Krım, Atlas, Qafqaz, Anadolu yaylası, İran dağlıq yaylası, Kopetdağ, Hindquş, Tyanşan dağlarının bir hissəsi, Tibet, Himalay dağları və İndoneziya adlar qrupunu yaradaraq, Sakit okean odlu halqasına birləşdi. Yer kürəsinin quru sahəsinin ən hündür zirvəsi olan Himalay dağlarındakı Comolunqma (Everest) 8848 m hündürlükdə olan zirvə yarandı. Bu qurşaqda dağəmələgəlmə prosesi indi də davam edir. Ən fəal seysmik zonaya aiddir. Fəael seysmik qurşaqların üçüncüsü, And-Kordilyer dağ sistemidir. Meridional istiqamətdə, bu dağ sistemi, şimaldan cənuba Antarktida da daxil olmaqla çox böyük qurşaq əmələ gətirir. Müasir taktonik hərəkətlər Qafqaz dağlarında, Kordilyer-And dağlarında, Aralıq dənizi sahillərində, Yapon adalarında, İndoneziya adalarında, Sakit okeanda davam edir. Kaynazoy erasının Neogen dövründə Böyük Qafqaz dağları 4000-4500 m-ə qədər yüksəlmiş, Kiçik Qafqaz dağları isə 3500 m-ə qədər yüksəlmişdir. Kür çökəkliyi isə 5-9 m çökmüşdür. Cavan dağ sistemləri hal-hazırda illik qalxmaya məruz qalır. Bu qalxma 3-5 mm-dən 10-20 mm arasındadır.

1

Yer səthində endogen (daxili) qüvvələrin təsiri ilə yaranmış relyef formaları, yarandığı ilk gündən başlayaraq ekzogen (xarici) qüvvələrin təsirinə məruz qalır. Nəticədə küləyin, sutkalıq temperatur ampletudunun, səth və yeraltı suların, buzlaqların, antropogen amillərin təsiri ilə əvvəllər yaranmış relyef formaları (məs. dağlar, çökəkliklər) parçalanaraq küləyin və suyun vasitəsilə aparılıb, relyefin alçaq sahələrinə çökdürülür. 

Yer səthini təşkil edən süxurların xarici qüvvələrin təsiri ilə parçalanmasına və kimyəvi dəyişməsinə aşınma deyilir. Aşınmanın 3 növü var: 

1. Səth temperaturunun kəskin dəyişməsi nəticəsində süxurların parçalanmasına fiziki aşınma deyilir. Fiziki aşınma tropik səhralarda daha sürətlə gedir. 

2. Kimyəvi aşınma — yeri təşkil edən süxurlarla havanın və suyun qarşılıqlı təsiri nəticəsində baş verir. Nəticədə mineralların və süxurların kimyəvi tərkibi dəyişir və onlar keyfiyyətcə yeni mineral və süxurlara çevrilir. Rütubətli ərazidə daha sürətlə gedir. 

3. Üzvi aşınma-bitki və canlı orqanizmlərin süxurlara təsiri nəticəsində baş verir.

Kimyəvi və üzvi aşınma rütubətlə zəngin olan ekvatorial və mülayim qurşaqda daha sürətlə gedir.

Aşınma nəticəsində Yer səthində qalınlığı 2-3 m-dən 40-50 m-ə çatan aşınma qabığı yaranır.

Axar suların, küləyin və s. təsiri nəticəsində süxurların başqa ərazilərdən gətirilib çökdürülməsinə akkumulyasiya deyilir. Akkumlyasiya nəticəsində Yer səthinin çökək əraziləri kənardan gətirilmiş süxurların köməyi ilə hamarlanaraq düzənliklərə (əsasən ovalıqlara) çevrilir. Akkumulyasiya prosesi nəticəsində həmçinin gətirilmə konusu, moren tirələri, delta kimi relyef formaları yaranır. 

Süxurların aşınması, parçalanması və alçaq sahələrə aparılmasına denudasiya deyilir. Denudasiya akkumlyasiyaya əks proses olub əsasən dağlıq ərazilərdə sürətlə gedir və nəticədə həmin dağlar aşınaraq yaylalara çevrilirlər. Denudasiya zamanı süxurların yonulması və yuyulmasına eroziya (latınca yuyulma və yonulma deməkdir) deyilir. Eroziya suyun, küləyin, buzun fəaliyyəti ilə bağlıdır. 

I. Külək eroziyası (eol) — bitki örtüyü az olan, qumlu, quraq səhralarda sürətlə gedir. Nəticədə barxan və dyunlar yaranır. Qum təpələrinə — dyunlar, aypara və ya oraq şəkilli qum təpələrinə isə barxanlar deyilir. Külək eroziyası -Şm. Afrika, Turan ovalığı, Ərəbistan yarımadası üçün

səciyyəvidir. Deflyasiya -küləyin dağıdıcı fəaliyyətidir. 

II. Su eroziyası — rütubətli ərazilər üçün səciyyəvi olub, 2 qrupa ayrılır: yeraltı suların (a) və axar suların fəaliyyəti nəticəsində yaranan (b) relyef formaları. 

a) Yeraltı suların fəaliyyəti nəticəsində aşağıdakı ekzogen mənşəli relyef formaları yaranır:

1. Yer səthindən yer altına süzülən sular süxurları həll edərək karst qıfları əmələ gətirir. 

2. Yer altında üfüqi istiqamətdə hərəkət edən sular qarşısına çıxan süxurları həll edərək boşluqlar yaradır. Bu boşluqlar karst mağaraları adlanır. Ümumiyyətlə süxurların yeraltı sular tərəfindən həll olması prosesinə karst prosesi deyilir və bu proses əhəngdaşı, gips və s. bu kimi tez yuyulan süxurlarda daha intensiv inkişaf edir. 

3. Sərt yamaclarda süxur kütlələrinin yeraltı suların təsiri ilə öz ağırlığı nəticəsində hərəkət etməsinə sürüşmədeyilir. Sürüşmənin əmələ gəlməsi üçün aşağıdakı 3 şərt lazımdır. 
a) sərt yamacın olması, 
b) yamacda gil təbəqəsinin olması və yeraltı su vasitəsilə islandıqda plastik hala düşməsi 
c) yamacın qarşısında maneənin olmaması. 

Sürüşmə qəflətən baş verdikdə buna uçqun deyilir. Sürüşmənin qarşısını almaq üçün sürüşən yamacda meşə salınmalı, yeraltı suların yamac boyu üzü aşağı axıdılması üçün kollektor-drenaj üsulu çəkilməlidir. 

b) Axar suların fəaliyyəti nəticəsində aşağıdakı relyef formaları yaranır: gətirmə konusları, yarğan, qobu, çay dərəsi, delta, terras, kanyon və s. 

1. Yarğan — quraq iqlimdə, dağ yamaclarının meylli sahələrində müvəqqəti su axarlarının dağıdıcı fəaliyyəti nəticəsində formalaşırlar. Yarğanlar düzənliklərə, tarla və otlaqlara böyük ziyan vurur. Onlar əkin sahələrini məhv edir, şumlama və yol çəkilməsinə mane olur. Zaman keçdikcə yarğanın yamacları maili şəklə düşərək, dibi dolur, bitkilərlə örtülür və qobuya çevrilir. Qobu — yarğanın son inkişaf mərhələsidir.

Dağ çayları öz dərəsini dərininə, düzənlik çayları isə eninə genişləndirir. Kanyon (daş boru deməkdir) dağ çaylarının öz dərəsini dərininə doğru genişləndirməsi nəticəsində yaranır. Kanyonun yaranması üçün yumşaq süxurların və gursulu çayların olması əsas şərtdir. Çay terrasları çay yatağında formalaşan pilləvarı meydançadır. Mənşəyinə görə çay terrasları-akkumlyativ və denudasyon olur. 
Su eroziyası ən çox Cənub-Şərqi Asiyada, Konqo və Amazon çayları hövzəsində geniş yayılıb. 
Abraziya-su hövzələri sahillərində dalğaların dağıdıcı fəaliyyətidir. 

III. Buzlaq eroziyası. 20 min il əvvəl (kaynazoyun IV dövründə) Yerin iqlimi indikindən soyuq

olmuş, qütb ətrafında olan buzlaqlar daha geniş sahəyə malik olmuşdur. Sonralar iqlim isinmiş və buzlaqlar geri çəkilmişdir. Lakin buzlaqlar relyefdə xüsusi formalar — karlar, sirklər, təknəvari dərələr (və ya troqlar), moren təpə və tirələri və s. yaradıb. Bu relyef formaları yüksək dağlıq ərazilərdə, Şm. Amerikada və Avrasiyanın şimal ucqarlarında-xüsusi ilə Şərqi Avropa düzənliyində geniş sahə tutur. Quru buzlaqlarının dağıdıcı fəaliyyətinə ekzarasiya deyilir.http://kayzen.az/

,
Akkumulyasiya (toplanma)- yumuşaq çöküntülərin yer səthində toplanma-çökmə prosesidir.Bu prosesləri əmələ gətirən amillərdən aslı olaraq Akkumulyasiya su, külək(eol),buzlaq ,vulkam Akkumulyasiya ayrılır.Akkumulyasiya düzənliklər qurunun keçmişdəki çayların gətirdiyi materiallarla (çınqıl,qum,qumdaşı,gil və.s) ,buzlaq çöküntüləri ilə,vulkan püskürmələri məhsulları və eol çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklərdir.Akkumulyativ relyef-dəniz ,çay, göl, buzlaq çöküntülərinin, qravitasiya toplantılarının və vulkan məhsullarının (lava, vulkan külü və,s) toplanması nəticəsində əmələ gələn relyef formalarının məcmusudur.Mənşəyinə görə : su Akkumulyasiya relef formaları (su-Akkumulyativ düzənliklər, prolüvü-delüvi şleyflər, gətirmə konusları, deltalar və.s ); buzlaq Akkumulyativ relyef formaları (morenlər,drumlinlər və.s) ; Eol  Akkumulyativ relyef  formaları ( dyunlar ,barxanlar və.s) ; qravitasiya formaları (uçqunlar və.s) ; 
Vulkan relyefi (vulkan konsları, lava qübbələri və.s) formaları var

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget