Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Okeanda Quru Sahələri - TQDK

Vahid dünya okeanını quru sahələri - materiklər və adalar - hissələrə ayırır. Materik hər tərəfdən okean və dənizlərlə əhatə olunan nəhəng quru sahəsidir.
Ada - hər tərəfdən su ilə əhatə olunan kiçik quru sahəsidir. Mənşəyinə görə adalar 3 qrupa bölünür: materik, vulkanik və mərcan adaları. Materik adaları vaxtilə materikin bir hissəsi olan, tektonik hadisələrlə bağlı ondan ayrılan adalardır. Bu, adaların qranit qat üzərində olması və əksər halda materiklər yaxınlığında yerləşməsi ilə sübut olunur. Böyük Britaniya, İrlandiya, Saxalin, Şri-Lanka, Tasman, Yeni Zelandiya, Madaqaskar, Qrenlandiya və s. materik mənşəli adalardır. Vulkanik adalar sualtı vulkanlar nəticəsində və tavaların sərhədində yaranan adalardır. Onlar, indi də fəal seysmikliyi və vulkanizmi ilə seçilir. Yapon, Aleut, Kuril, Havay, İslandiya, Azor və s. vulkanik adalardır. Mərcan adaları tropik enliklərin (əsasən 30° şm. və 30° c.e. arasında) isti sularında (temperaturu 20°C-dən yüksək olan) yaşayan mərcan poliplərinin qalıqlarından yaranır. Maldiv, Seyşel, Karolin, Mikroneziya və s. adaların əksəriyyəti mərcan mənşəlidir. Mərcan adalarının bir çoxu sualtı vulkan konusları üzərində yaranır və belə adalar aypara və ya dairəvi formada olur. Belə adalar atoll adlanır. Mərcan poliplərinin yaratdığı ən böyük adalar sırası Böyük Sədd rifini əmələ gətirmişdir.
Ən böyük adalar: Qrenlandiya (2,2 mln km2), Yeni Qvineya (829 min km2), Kalimantan (734 min km2), Madaqaskar (587 min km2), Baffin Torpağı (478 min km2).
Bir-birinin yaxınlığında yerləşən adalar qrupu arxipelaq adlanır (Yapon, Filippin, Zond, Havay, Böyük Antil, Kanada Arktik, Şpitsbergen və s.).
Yarımada qurunun suya daxil olan hissəsidir. Ən böyük yarımadalar: Ərəbistan (sahəsi 2,7 mln km2), Hindistan (2 mln km2), Hind-Çin (2 mln km2), Labrador (1,6 mln km2), Skandinaviya (0,8 mln km2).
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget