Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Sinqapur

Sinqapur Cənub Şərqi Asiyada Malaziyanın cənubunda Sinqapur boğazının sahilində yerləşir. Şimalda Yohor boğazı Sinqapur ilə Malayziyanı, cənubda isə Sinqapur boğazı Sinqapur iləİndoneziyanı ayırır.Ekvatordan 137 km şimaldadır. Ərazisi 710 km²-dir. Meliorasiya tədbirləri ilə sahəsi böyüdülür. 1960-cı ildə ölkənin sahəsi 581.5 km2 idisə, 2010-cu ilə kimi meliorasiya tədbirləri nəticəsində 704 km2-ə qədər artırılmışdır(272 km2) və 2030-cu ilə kimi ölkə ərazisinin daha 100 km2 artırılması planlaşdırılır. Bu layihələrin arasına daha böyük adaların yaradılması və kiçik adaların birləşdirilməsi də daxildir. Ərazi inzibati cəhətdən əyalətlərə bölünməmişdir. Sinqapur sanskripcədən tərcümədə `aslan şəhəri` deməkdir.Sinqapur şəhər dövlətdir. Eyni zamanda ada-dövlətdir.Sinqapur 63 xırda adadan və o cümlədən 1 böyük adadan — Sinqapur adasından ibarətdir. Şimalda Yohor-Sinqapur, qərbdə Malayziya-Sinqapur keçidləri vasitəsilə Malayziya ilə iqtisadi əlaqə saxlanılır.
Sinqapurun dənizsahili bölgələri alçaqda, mərkəzi hissələri isə nisbətən yüksəkdə yerləşir. Ən hündür nöqtəsi Timah dağıdır (166 metr). Yerləşdiyi ərazi İCM(İctimayi Coğrafi Mövqe) baxımdan əlverişlidir. Yaponiyadan Avropaya gedən əsas dəniz yolları bu ərazidə kəsişir. Sinqapurda dünya standartlarına cavab verən müasir port fəaliyyət göstərir.
Sinqapur rütubətli ekvatorial meşələr iqliminə malikdir. Fəsillər aydın müşahidə olunmur. İllik temperatur amplitudu çox azdır. Temperatur 23-32°C arasında dəyişir.
- Sinqapurun əhalisi 2012-ci ildə aparılan hesabalmalara görə 5,312,400 nəfər, əhali sıxlığı isə hər kvadrat kilometrə təxminən 4488 nəfərdir. Onlardan 3,25 milyonu (63%) yerli vətəndaşlar, qalanları isə (37%) isə xarici işçilərdir. Əhalinin 23%-i başqa ölkələrdə anadan olmuşdur. 2011-ci ilin statistikasına əsasən Sinqapurda daimi yaşayan əhali 500 min nəfərdir. Əhalinin orta yaş həddi 37 yaşdır. Torpaq çatışmazlığı səbəbindən hər 5 sinqapurludan 4-ü çoxmərtəbəli binalarda, Mənzil və İnkişaf İdarəsinin ictimai yaşayış yerlərində yaşayır. Özəl mülkiyyət 87,2% təşkil edir. Hər 1000 nəfərə 1400 telefon düşür və ölkədə hər 10 nəfərdən 1-nin şəxsi avtomobili var. Sinqapur işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. 2009-cu ildə maliyyə böhranı ərzində işsizlik 3%, 2011-ci ildə isə 1,9% olmuşdur.Ölkə yalnız 1 şəhərdən ibarət olduğuna görə urbanizasiyanın səviyyəsi 100%-dir.Əhalisinin 74,2% çinlilər, 13,4% malaylar, 9,2 % hindlilər təşkil edir. Əsasən iqtisadiyyatının sürətli inkişafından sonra ölkəyə gələn miqrantların sayı artmışdır. 2009-cu ildə qeydə alınan statistikaya görə Sinqapur əhalisinin 40% əcnəbilər olmuşdur. Bu, dünyada ən böyük göstəricidir. Əcnəbilər ölkə iqtisadiyyatında çox mühüm rol oynayır. İstehsal sənayesində çalışanların 80%-ni, xidmət sahələrində çalışanların 50%-ni əcnəbilər təşkil edir. Lakin hökümətin siyasəti əcnəbilərin sayının azaldılmasına yönəlmişdir. Son illərdə immiqrantların azalması sinqapurluların artmasına səbəb olmuşdur.
Sinqapur Asiyanın bir çox ölkələrinə nəzərən təhsilin yaxşı inkişaf etdiyi ölkədir. Əhalinin 95,4%-i təhsillidir. Ölkədə 5 müasir universitet fəaliyyət göstərir: Nanyang Technological University, SIM University, Singapore Management University ve Girne American University Singapore Campus
Səhiyyə, mədəniyyət və başqa sahələrdə də Sinqapur yüksək inkişaf edib. Ölkədə 17 müasir xəstəxana var. Orta insan ömrü 70 yaşdan artıqdır.Sinqapur ərazisi 1826-cı ildə B.Britaniya tərəfindən işğal olunmuşdur. 1946-ci ildə Böyük Britaniya işğalından azad olduqdan sonra ərazi Malaziyanın tərkibinə daxil olur və 1963-cü ildə Malaziyada ştat statusu alır. 1965-ci il dövlət müstəqilliyini elan edir. Sinqapur 1967-ci il ASEAN-a üzv olur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget