Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "hidrosfer"

Hidrosfer. Yeraltı sular
Hidrosferin yeraltı hissəsinin sərhədləri və horizontları. Yeraltı suya hidrosferin, həm də Yer qabığının bir hissəsi kimi baxılmalıdır. Yer qabığının termodinamik sahəsinin xüsusiyyətlərinə müvafiq olaraq hidrosferin yeraltı hissəsi birbirindən fərqlənən iki hissədən ibarətdir: 
a) həcmi 60 mln. km3-ə yaxın olan, müasir rütubət dövranında iştirak etməyən dərinlik suyu və b) həcmi təqribən 4 mln. km3 olan, Yer qabığının üst layındakı damla-maye su. Yalnız bu su müasir rütubət dövranında iştirak etdiyindən coğrafi təbəqənin səciyyələndirilməsində ancaq o,nəzərdən keçirilməlidir.
Materiklərin platformalarının çökmə süxurlardan ibarət olan üst qatının hər yerində yeraltı su vardır. Onun şaquli kəsiyində yaşına,
kimyəvi tərkibinə və su mübadiləsinin intensivliyinə görə birbirindən fərqlənən üç mərtəbə (yarus) ayırırlar.
Üst mərtəbə mübadiləsi intensiv gedən bu mərtəbədə müasir atmosfer mənşəli şirin su olur, bu su yalnız materikdaxili arid iqlim sahələrində şorlaşa bilir. Bu qatın alt sərhədi yerli eroziya bazisləri səviyyəsində, çay dərələrinin və yarğanların dibi səviyyəsində çəkilir. Eroziya bazisi bu halda dəqiq səviyyə kimi yox, axar suların başlıca olaraq çayların nisbətən mürəkkəb təsir sferi kimi başa düşülməlidir. Çayların səviyyəsi alçaq olduqda su qruntdan yatağa axıb gəlir, yüksək olduqda isə qrunt çaydan qidalanır. Bu, yeraltı hidrosferin çayların daimi axımını təmin edən hissəsidir və su
balansı formuluna axımın sabit kəmiyyəti kimi daxil olur. Bu layda su mübadiləsi fasiləsiz gedir.
Hidrosfer. Yeraltı sular

Ərazinin su balansı tənliyinə daha bir kəmiyyət (W) daxil olur.Bu kəmiyyət çayların drenaj səviyyəsindən aşağıdakı yeraltı sularla olan su mübadiləsini ifadə edir.
Çayların təsir sferindən altda zəif su mübadiləsi gedən orta mərtəbə yerləşir. Bu mərtəbədə nisbətən qədim su üstdən başlayaraq müasir su ilə sıxışdırılır; altda dəyişilmə 300 ilə yaxın davam edir. Orta horizonut dərinliyi təqribən 1 km-ə bərabər qəbul olunur. Üst artezian suyu bu horizontdadır. Əsasən şirin olanartezian suyundan təsərrüfatda istifadə olunur.
Alt mərtəbə su mübadiləsinin hətta geoloji vaxt miqyasında çox zəif getdiyi mərtəbədir. Burada su çox qədimdir, çox vaxt basdırılmış olur. Su yüksək dərəcədə, bəzən duzlu su qatılığında minerallaşmışdır. Ondan duz, yod, brom və digər elementlər istehsalı üçün istifadə olunur. Damla-maye su Yer qabığında temperatura və təzyiqə uyğun surətdə 10 km dərinliyə qədər ola bilər.
Rütubət dövranında iştirak etmiş atmosfer mənşəli su vaboz su adlanır; o, Yer qabığında çox qədim və hətta basdırılmış ola bilər.
Dəniz dibi süxurları çökən zaman onlara hopmuş, sonra isə onlarla birlikdə təzə süxur çöküntülərinin altında qalmış (basdırılmışi) suya basdırılmış su deyilir.
Vodoz suyunun əksinə olaraq yuvenil, yaxud cavan su mantiyadan ayrılaraq litosferə ilk dəfə çıxırvə rütubət dövranına təzəcə daxil olur.
Qruntların su ilə əlaqəsinə görə xarakteristikası. Su ilə əlaqəsinə görə bütün qruntları sxematik şəkildə üç qrupa bölürlər:
A. Sukeçirən süxurlar; suyu özündən buraxmağa qabil süxurlar: 
1)rütubət tutumsuz süxurlar-iridənəli qumlar və çınqıllar, çatlı əhəngdaşıları; 
2) rütubət tutumlu süxurlar-torf, lil, lyoss, tabaşşir
Əgər sukeçirən süxur layında su varsa, o, sulu lay adlanır.
B. Sukeçirməyən süxurlar: 
1) rütubət tutumsuz-maqmatik süxurlar və metamorfik süxurlar, sıx qumdaşıları; 
2) rütubət tutumlu süxurlar; bunlar su ilə doyduqdan sonra onu özündə saxlayır-gil,mergel.Sukeçirməyən süxurlar sukeçirən süxurlar üçün suyadavamlı lay vəzifəsini görür-su onların üstünə toplanır.
V) Suda həll olunan qruntlar (kalium və xörək duzları); 
onların üzərində duz kristalları-duzların həllolması nəticəsində boşluqlar sistemi əmələ gəlir.
Süxurların bu təsnifatında əhəngdaşıları və dolomitlər xüsusi yer tutur. Onlar suyadavamlıdır, lakin su ilə qarşılıqlı təsirdə həll olaraq xarst boşluqları əmələ gətirir.
Yeraltı suyun süxur laylarında bolluğu və hərəkət şəraiti süxurların məsaməliliyindən asılıdır. bəzi qruntların məsaməliliyi aşağıda göstərilir.
Süxurlar Məsaməlik, % ilə
Çay qumu . . . . . . . . . . . 14,00-25,00
Gil . . . . . . . . . . . . . .45,00-60,00
Trof . . . . . . . . . . 80,00
Aşınma qabığının üst hissəs də intensiv su mübadiləsi hüdudunda iki qata bölünür: a) aerasiya qatı və b) doyma qatı. Aerasiya qatı torpağı və qruntun üst hissələrini əhatə edir. O, atmosfer ilə yeraltı hidrosfer arasında yerləşir və havaya həssasdır,
heç də həmişə və hər yerdə su ilə doymuş olmur. Bu qatda rütubət şaquli hərəkət edir: yağışlı vaxtda torpaqdan aşağı-qrunt suyuna doğru, quru vaxtda isə yuxarı-qrunt suyundan torpağa doğru.
Yerüstü suyun müvəqqəti toplanmasına da təsadüf olunur.
Aerasiya zonasında, adətən, qrunt suları səviyyəsindən yuxarıda, azacıq dərinlikdə linzavarı yatan və qruntun az sukeçiricilikli üst təbəqəciklərinə aid olan su üst su adlanır. Bu su havadan asılı
olaraq kəskin dəyişir və quraqlıq dövrdə yox olur. Tez çirklənir, su təchizatında istifadə olunmur, yalnız səhralarda kənd təsərrüfatında istifadə edilmək üçün toplanır.
Daha dərində yerləşən doymuş qatda süxurların bütün məsamələri su ilə doludur.

,
Musson nədir ?
Mussonlar (ərəbcə-mövsüm) ildə iki dəfə istiqamətini dəyişən küləklər olub, yay mövsümünün rütubətli, qış mövsümünün quru olması ilə səciyyələnir.Yaranma şəraitinə və yerləşmə xüsusiyyətinə görə tropik tropikdən kənar mussonlar fərqlənir.
  Tropikdənkənar mussonlar şimal yarımkürəsində mülayim enliklərdə yayda materiklərin şiddətli qızması və onların üzərində alçaq təzyiq sahəsi, okeanların gec qızması və onların yükək təzyiq sahəsi formalaşması nəticəsində yaranır.Odur ki, yayda okeandan quruya doğru əsən və rütubət gətirən yay mussonları yaranır.
Qışda isə okean üzərində quruya nisbətən alçaq təzyiq yarandığından, materik üzərindən okeana doğru əsən quru qış mussonları yaranır (əsasən, Şərqi Asiyada).
  Tropik mussonlar il ərzində Günəşin zenit vəziyyətinin dəyişməsi ilə bağlı hava kütlələrinin yayda qütbə, qışda ekvatora doğru hərəkəti nəticəsində yaranır.Yayda ekvotorial, qışda tropik hava kütləsiin təsiri altında olan ərazidə tropik musonlar (subekatorial iqlim qurşağı) yaranır.

,
Qabarma və çəkilmə - Ayın və Günəşin cazibəsi ilə okeanlarda suyun dövri surətdə qalxması və düşməsidir.Günəşin qbarma əmələgətirmə qüvvəsi ayınkından 2.17 dəfə azdır.Ay və Günəş gün ərzində iki dəfə qabarma və iki çəkilmə əmələ gətirir.Ayın yer ətrafında dövrü ( ay günü) 24 saat 50 dəqiqə çəkdiyindən Qabarma və çəkilmə arasındakı vaxt 6 saat 12ş5 dəqiqəyə bərabərdir.
Qabarmanın hündürlüyü müxtəlif yerlərdə eyni deyildir.Açıq okeanda 1.8 m-dən artıq olmadığı halda, sahillərdə orta hesabla 2 m-dir.Ensiz körfəzlərdə ( məs; Penjin qubasında ) 11 m-ə, Fundi buxtasında ( şimali Amerika ) isə 16 m-ə çatır.Çaylarda isə qabarma dalğası axar üzrə xeyli yuxarı gedir.
Məsələn , Amazon çayında 870 km, Müqəddəs Lavrentiya çayında 560 km-ə, Qanq çayında 250 km-ə, Temza çayının mənsəbində ( Londonun yaxınlığında ) qabarma zamanı suyun səviyyəsi 5 m-ə qalxır.
Qabarma və çəkilmə sahilboyu zonalarda gəmilərin hərəkətini çətinləşdirir. Buna görə də əvəlcədən uzun vaxt üçün xüsusi naviqasiya kitabçası nəşr olunur, orada suyun qalxması və düşməsi , qabarmanın hündürlüyü haqqında dəqiq məlumat verilir.

,
Dəniz cərəyanları  dünya okeanında və dənizlərdə daimi vədövri axınlar.Müvəqqəti və qısamüddətli küləklərin yaratdığı axınlar,külək axınları,uzun müddətli və ya hakim küləklərin yaratdığı isə dreyf axınları adlanır. Okeanın müxtəlif sahələrində atmosfer təzyiqi ciddi fərqləndikdə yaranan axınlara qradiyent axınları adlanır. Qabarma əmələ gətirən qüvvənin üfüqi istiqamətində təsiri qabarma axınını yaradır. Ətalət axınları suyun sıxılmazlıq xassəsi nəticəsində küləyin və ya başqa axınların təsirindən okeanın bir hissəsində azalmış suyun yerinə dolmağa başlaması ilə yaranır.
Dayanıqlığına görə cərəyanlar daimi,dövri və müvəqqəyi cərəyanlara
bölünür.Daimi cərəyanlar uzun müddət orta sürətini və istiqamətini saxlayan cərəyanlardır.Məsələn,Qolfstrim,Labrador,Passat,Kurosivo və s.dövrü cərəyanlarnın ünsürləri müvafiq dövrlə dəyişir.Müvəqqəti axınlar isə şiddətli külək əsdikdə,atmosfer
təzyiqi bəzən ciddi dəyişdikdə,güclü yağıntı düşdükdə əmələ gəlir və yerli xarakter daşıyır.Yerləşməsinə görə cərəyanlar səth,dərinlik,dibyanı,sahilyanı və açıq dəniz cərəyanlarına ayrılır.Cərəyanlar fiziki-kimyəvi xassələrinə görə isti,soyuq,şirintəhər,duzlutəhər,neytral olur.Okean cərəyanlarının sürəti və hərəkətdə olan suyun həcmi müxtəlifdir.
Qolfstrim cərəyanı ən böyük sürətlə hərəkət edir,onun maksimal sürəti 3 m/s, eni 125-175 km, dərinliyi isə 1500 m-dir.Bu maraqlı cərəyan haqqında məşhur Amerika okeanoqrafı Fonteyn Mori demişdir:"Okeanda çay axır.O, ən şiddətli quraqlıqda qurumur və ən güclü daşqınlar zamanı aşıb-daşmır.Onun sahilləri və dibi soyuq sudan ibarət olsada özü istidir".Aşağıdakı cədvəldə əsas okean cərəyanlarını sərfi,yəni bir saniyədə apardıqları suyun həcmi (m³/ s) verilmişdir.
Orta çoxillik məlumatlar əsasında tərtib edilmiş Dünya okeanın səth cərəyanlar xəritəsi göstərir ki,cərəyanların istiqamətləri müxtəlifdir.Dünya okeanında 60-dan çox cərəyan vardır.Onların ən çoxu Atlantik okeanında (22) və Sakit okeanındadırlar.Dünya okeanında cərəyanlar Yerin iqliminə böyük təsir göstərir.Qolfistr isti cərəyanını isti suları şimalda Murmansk limanına çatdığına görə bu liman donmur.
Cərəyanlar atmosfer təzyiqinin paylanmasına və atmosfer dövranına təsir göstərir.Bir sıra siklonlar isti cərəyanların (Qolfistrım,Şimali-Atlantik,Kurosivo,Şimali Sakit okean və s.)istiqamətinə uyğun hərəkət edərək materiklərin sahilyanı rayonlarının hava şəraitinə təsir edir.İsti və soyuq cərəyanların qovuşduğu yerdə tez-tez buludluluq və duman müşahidə edilir. 
  Cərəyanlar 2 yerə:İsti və Soyuq cərəyanlara ayrılır. a) Isti cərəyanlar — suyunun temperaturu ətraf sulardan isti olan cərəyanlara deyilir. Ekvatorial zonadan isti cərəyanlar okeanların qərb kənarı ilə qütblərə doğru hərəkət edir. Isti okean cərəyanları quru üzərində qalxan hərəkətli isti hava kütlələrini gətirir ki, nəticədə sahil zonasına bol yağıntı gətirir. Isti okean cərəyanlarının təsiri ilə qışda okean suları donmur (məs: Murmansk limanı). Mozambik, Braziliya, Norveç, Yaponiya kimi dövlətlərin sahillərini isti okean cərəyanları yuyur. Sakit okeanda — Passat, Kurosio, Şərqi Avstraliya, Şimali Sakit okean cərəyanı; Atlantik okeanda — Qolfstrim, Norveç, Şimali Atlantika, Antil, Braziliya. Qvineya; Qviana; Hind okeanında — Musson, Iynə, Mozambik, Cənubi Passat kimi isti cərəyanlar mövcuddur. b) Soyuq cərəyanlar — suyunun temperaturu ətraf sulardan soyuq olan cərəyanlara deyilir. Qütb ərazilərindən soyuq sular okeanların şərq kənarı ilə ekvatora doğru aparılır. Soyuq okean cərəyanlarının təsiri altında sahildə enən hava kütlələri hakim olur. Nəticədə sahildə kəskin quraqlıq səhra yaranır. Sakit okeanda — Peru, Kaliforniya; Atlantik okeanında — Bengel, Folklend, Labrador, Kanar; Hind okeanında — Somali: Şimal Buzlu okeanında — Buzaltı, Transarktika kimi soyuq cərəyanlar var. Somali cərəyanından başqa bütün soyuq cərəyanlar tropik enliklərdə materikin qərbindən, isti cərəyanlar isə materikin şərqindən axır. Xəritədə isti cərəyanlar qırmızı, soyuq cərəyanlar isə göy rənglə verilir. Ən böyük cərəyan Qərb küləkləri (uzunluğu 30 min km) cərəyanıdır. Bu cərəyan Yerin öz oxu ətrafında fırlanması və daimi küləklərin təsiri ilə Antarktida ətrafında dövr edərək, 3 okean suyunu qarışdırır. Ən nəhəng isti cərəyan Qolfstrim cərəyanı isə Atlantik okeanı sularını Şimal Buzlu okeanına aparır və Avropada Ural dağlarına qədər iqlimi yumşaldır. Qərb küləkləri və Şimali Atlantika cərəyanları okeanlar arasında su mübadiləsində böyük rol oynayan cərəyanlardır. Cərəyanların əhəmiyyəti: 1. Istini, soyuğu. duzluluğu yayır; 2. Iqlimə təsir edir; 3. Elektrik enerjisi mənbəyidir; 4. Gəmilərin hərəkəti üçün əhəmiyyətlidir: 5. Butulka poçtudur.

Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur.Okeanda suyu hərəkətə gətirən külək və günəşdir.Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir.Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır.Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər.Xarici səbəblərə küləyin okean səthinə təsiri,qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi,sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir.Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli)olmaması aiddir.Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.Dəniz cərəyanlarını əmələ gətirən ilkin qüvvələr,hərəkətə gəldikdən sonra təsirini göstərən qüvvələr isə ikinci dərəcəli qüvvələr adlanır.İkinci dərəcəli qüvvələrə Koriolis qüvvəsi, dib və sahilə sürtünmə qüvvəsi,daxili sürtünmə qüvvəsi və mərkəzdənqaçma qüvvəsi daxildir.

Bu qüvvələr bilavasitə cərəyanlar yaratmır,ancaq istiqamətini və formasını dəyişir(deformasiyaya uğradır) və ilkin qüvvələrin təsirinə çatdırır.Cərəyanlar,onları yaradan qüvvələrin təsir dərəcəsinə görə dörd qrupa bölünürlər: fraksion (külək və dreyf),qradient-qravitasion ;qabarma ;ətalətli ;

,


Abisal sahə(yunanca- dibsiz) okean dibinin 2000m-dəndərin sahəsinə deyilir.Abisal sahə relyefinə görə böyük çökəkliklərdən, sualtı sıra dağlardan və platformalardan ibarətdir.Abisal sahədə su çox zəif hərəkətdə olur.Temperatur daim alçaqdır.Dibində +1,+2 seslsi,qütb sahəsində 0 selsidir və bu sahə tamamilə qaranlıqdır.Bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan
ibarətdir.Buradakı heyvanlar ya gözsüzdür və ya böyük gözləri vardır.Bəziləri isə özlərindən işıq saçır.Abisal sahənin sinonimi Abisal zonadır.





Quru səthində olduğu kimi, Dünya okeanının dibi də mürəkkəb relyefə malikdir. Okean dibinin relyefi, quru səthindən fərqli olaraq, əsasən, endogen proseslərin hesabına formalaşıb.
Fiziki xəritələrdə eyni dərinlikdə olan nöqtələri birləşdirən səlis əyri xətlər izobat adlanır.
Okean dibinin əsas relyef formaları aşağıdakılardır:

1. Materik dayazlığı və ya şelf materiklərin sualtı davamında - 200 m-ə qədər dərinliyi əhatə edir. Səthi nisbətən hamar və az meyllidir, əsasən, materik mənşəli çökmə süxurlarla örtülmüşdür. Qranit qata malikdir.

2. Materik yamacı - 200 m-dən 2500-3000 m dərinliklər arasında yerləşir. Meylliyi böyükdür, çökmə süxur qatı nisbətən nazikdir, qranit qata malikdir. Materik yamacının ətəyi materik və okean tipli Yer qabığının sərhədi sayılır.

3. Okean yatağı (abissal düzənliklər) - 3000-6000 m dərinliklər arasında yerləşir. Okean dibinin əsas hissəsini tutur. Səthi nisbətən hamardır. Okean tipli qabığa malikdir (qranit qat yoxdur). Səthi okean mənşəli çökmə süxurlarla örtülmüşdür.

4. Orta okean silsilələri - litosfer tavalarının ayrılma sərhədlərində yerləşir. Okean yatağı düzənlikləri üzərindən 2-3 km ucalır, bəzi hallarda zirvələri su səviyyəsindən yuxarı qalxır və adalar (İslandiya) yaranır. Mərkəzi hissədə rift dərəsi yerləşir, burada süxurların yaşı daha cavandır. Fəal seysmikliyə malikdir.
5. Okean novları - materik və okean tavalarının toqquşma sərhədində yerləşir. Ensiz(20-50 km) və dərin (7-8 km) olur.

Vahid dünya okeanını quru sahələri - materiklər və adalar - hissələrə ayırır. Materik hər tərəfdən okean və dənizlərlə əhatə olunan nəhəng quru sahəsidir.
Ada - hər tərəfdən su ilə əhatə olunan kiçik quru sahəsidir. Mənşəyinə görə adalar 3 qrupa bölünür: materik, vulkanik və mərcan adaları. Materik adaları vaxtilə materikin bir hissəsi olan, tektonik hadisələrlə bağlı ondan ayrılan adalardır. Bu, adaların qranit qat üzərində olması və əksər halda materiklər yaxınlığında yerləşməsi ilə sübut olunur. Böyük Britaniya, İrlandiya, Saxalin, Şri-Lanka, Tasman, Yeni Zelandiya, Madaqaskar, Qrenlandiya və s. materik mənşəli adalardır. Vulkanik adalar sualtı vulkanlar nəticəsində və tavaların sərhədində yaranan adalardır. Onlar, indi də fəal seysmikliyi və vulkanizmi ilə seçilir. Yapon, Aleut, Kuril, Havay, İslandiya, Azor və s. vulkanik adalardır. Mərcan adaları tropik enliklərin (əsasən 30° şm. və 30° c.e. arasında) isti sularında (temperaturu 20°C-dən yüksək olan) yaşayan mərcan poliplərinin qalıqlarından yaranır. Maldiv, Seyşel, Karolin, Mikroneziya və s. adaların əksəriyyəti mərcan mənşəlidir. Mərcan adalarının bir çoxu sualtı vulkan konusları üzərində yaranır və belə adalar aypara və ya dairəvi formada olur. Belə adalar atoll adlanır. Mərcan poliplərinin yaratdığı ən böyük adalar sırası Böyük Sədd rifini əmələ gətirmişdir.
Ən böyük adalar: Qrenlandiya (2,2 mln km2), Yeni Qvineya (829 min km2), Kalimantan (734 min km2), Madaqaskar (587 min km2), Baffin Torpağı (478 min km2).
Bir-birinin yaxınlığında yerləşən adalar qrupu arxipelaq adlanır (Yapon, Filippin, Zond, Havay, Böyük Antil, Kanada Arktik, Şpitsbergen və s.).
Yarımada qurunun suya daxil olan hissəsidir. Ən böyük yarımadalar: Ərəbistan (sahəsi 2,7 mln km2), Hindistan (2 mln km2), Hind-Çin (2 mln km2), Labrador (1,6 mln km2), Skandinaviya (0,8 mln km2).

Su hissəciyinin müvazinət vəziyyəti ətrafında tərəddüdü dalğalanma adlanır. Dalğanın əmələgəlmə səbəbləri sahildə və suyun dibində baş verən zəlzələ və vulkanlar, atmosfer təzyiqinin dəyişməsi, külək və s. -dir. Külək həm basqı, həm də sürtünmə enerjisi ilə suyu hərəkətə gətirir. Küləyin sürəti artdıqca dalğanın hündürlüyü və uzunluğu da arür. 1958-ci ildə Antarktida ətrafında 24,5 m hündürlükdə dalğalar müşahidə olunmuşdur (1933-cu ildə Manila yaxınlığında 34 m). Qırmızı dəniz "sakit", Barens dənizi "coşqun" dənizdir.

Dalğanın elementləri 

1. Dalğanın yalı
2. Dalğa uzunluğu
3. Dalğanın hündürlüyü
4. Dalğanın dabanı

Sualtı zəlzələlərin və vulkanların təsiri nəticəsində yaranan dalğalar sunami adlanır. Sahilə yaxınlaşan sunami dalğaları böyük dağıdıcı gücə malik olur. Sunamilər daha çox Sakit okean seysmik qurşağında yaranır. Sunami dalğalarının hündürlüyü bəzən 30 m-ə, sürəti 700-800 km/saata çatır.

Böyük su kütlələrinin okean və dənizin bir yerindən başqa yerinə üfüqi istiqamətdə aparılması (yerdəyişməsi) cərəyan adlanır. Cərəyanlara "okean çayları" da deyilir. Daimi küləklərin təsiri ilə yaranan cərəyanlar dreyf axınları da adlanır.

Temperaturuna görə neytral, isti, soyuq cərəyanlar ayrılır. Cərəyanm axıtdığı suyun temperaturu ətraf sulardan istidirsə, isti cərəyan adlanır. İsti cərəyanm təsiri altında olan sahil zonalarında rütubətli iqlim şəraiti yaranır. Cərəyanm axıtdığı suyun temperaturu ətraf sulardan soyuqdursa, soyuq cərəyan adlanır. Soyuq cərəyanların təsiri altında olan sahil zonalarında quru iqlim şəraiti formalaşır, bəzən səhralar yaranır. Adətən isti cərəyanlar ekvatorial və tropik enliklərdən qütblərə (yüksək enliklərə) doğru istiqamətlənir. Soyuq cərəyanlar əsasən yüksək enliklərdə yaranır, tropik (alçaq) enliklərə doğru istiqamətlənir. Cərəyanlar Dünya okeanında su kütlələrini bir enlikdən digərinə axıtmaqla planetin iqliminə, yağıntıların paylanmasına böyük təsir göstərir. Əsasən Passat və Qərb küləklərinin təsiri ilə yaranan cərəyanlar sahillə rastlaşdıqda istiqamətini dəyişir. Şimal yarımkürəsində sağa meyl edərək saat əqrəbi istiqamətində, cənub yarımkürəsində sola meyl edərək saat əqrəbinin əksi istiqamətində dövr edir. Dünya okeanında 60-dan çox cərəyan var.
Sakit okeandakı isti cərəyanlar: Cənub Passat, Şərqi Avstraliya, Şimal Passat, Kuro-Sio, Şimali Sakit okean, Alyaska; soyuq cərəyanlar: Qərb küləkləri, Peru, Kaliforniya, Kamçatka.

Atlantik okeanındakı isti cərəyanlar: Cənub Passat, Braziliya, Qvineya, Qviana, Antil, Şimal Passat, Qolfstrim, Şimali Atlantika, Norveç; soyuq cərəyanlar: Qərb Küləkləri, Folklend, Bengel, Kanar, Labrador.

Hind okeanındakı isti cərəyanlar: Cənub Passat, Mozambik, İynə burnu, Musson; soyuq cərəyanlar: Qərb küləkləri, Somali, Qərbi Avstraliya.

Şimal Buzlu okeanında Şimali Atlantika cərəyanının təsiri böyükdür və onun qərb hissəsinin (Barens dənizi) donmasına imkan vermir. Nisbətən duzlu və ağır olan bu cərəyanın suları okeanın dibinə çökür və okeanın dibində saat əqrəbinin əksi istiqamətində cərəyan yaradır.

Ayın və Günəşin cazibə qüvvəsi nəticəsində okean suyunun ardıcıl qalxıb-enməsi qabarma və çəkilmə prosesini yaradır. Qabarma yaradan qüvvə kütlə ilə düz, məsafənin kubu ilə tərs mütənasibdir. Ay Günəşdən dəfələrlə kiçik olsa da, Yerə daha yaxın olduğu üçün Yerdə qabarma yaranmasında Ayın təsiri daha böyükdür. Günəş, Ay və Yer bir xətt üzrə olduqda (təzə Ay çıxanda və bədrlənmiş Ay olanda) qabarma maksimum, Ay və Günəş Yerə 90° bucaq altında yerləşdikdə qabarma minimum səviyyədə olur. Ən yüksək qabarmalar Fandi körfəzində (Kanadanın Atlantik sahili) Oxot dənizi və Bristol körfəzində (13-18 m) qeydə alınmışdır. Qabarma dalğasının çay axınının əksi istiqamətində yayılması qabarma boru yaradır. Amazon, Qanq, Fuçunszyan (Çin), Temza çaylarında qabarma boru güclüdür. Qabarma dalğasından enerji əldə etmək, qabarma boru yayılan çaylarda və dayaz sahillərdə gəmi nəqliyyatının tənzimlənməsi mümkündür.

Dalğaların sahildə gördüyü iş abraziya adlanır. Sahildəki süxurlardan asılı olaraq müxtəlif sahil formaları yaranır.
Dalmasiya kövrək süxurlu sahildə çoxlu buxta, körfəz, boğaz olan sahil növüdür (Adriatik dənizi sahilləri). Fiord sahilin dərin və ensiz körfəzlərə parçalanması nəticəsində yaranan sahil formasıdır (Skandinaviya yarımadası). Şxer çoxlu kiçik ada, sualtı dayazlıq, qayalıq olan sahil formasıdır (Baltik dənizi).

Aysberq ("buz dağı") materik buzlarından qopmuş iri üzən buz parçalarıdır. Antarktida və Qrenlandiya buzlaqlarından qırılmış aysberqlər mülayim enliklərədək gəlib çıxır, dəniz nəqliyyatının inkişafına mane olur.

Okeanın əsas sərvətləri enerji, mineral və bioloji sərvətlərdir. Mineral sərvətlərə su, suda həll olan və okean dibindən çıxarılan mineral maddələr (neft, təbii qaz, dəmir, qızıl, fosforit və s.) aiddir. Bioloji sərvətlərə okean sularında yaşayan canlılar və suda inkişaf edən bitkilər daxildir. Canlılar həyat tərzinə görə 3 qrupa bölünür: planktonlar - okeanda dalğa və cərəyanlarm hesabına yerini dəyişən canlılar; nekton - sərbəst hərəkətə malik olan canlılar; bentos - okean dibində yaşayan canlılar. Mülayim enliklərdə canlılar aləmi daha zəngindir. Tropiklərdə suyun temperaturu və duzluluğu yüksək, oksigen isə az olduğundan canlılar aləmi nisbətən kasıbdır. Canlılar su kütləsinin coğrafi yayılmasından asılı olaraq dərinlik və üfüqi zonallığa uyğun yayılıb.

,
 Passatlar ( hol. Passat) – hər iki yarımkürədə subtropik yüksək təzyiq sahələrindən (subrtopik antisiklonlardan, yəni ümumiyyətlə 25-30 enliklərdə) ekvatora doğru gedən daimi hava axınlarıdır (küləkləridir).Passat okeanların üzərində daha aydındır.Bütün il boyu küləklər eyni istiqamətə əsməsi ilə seçilir.Şimal yarımkürəsində çimal-şərqdən, cənub yarımkürəsində isə cənub-şərqdən əsir və okeanların Şimal yarımkürəsində səthinin 11%-ni, Cənub yarımkürəsində isə 20%-ni əhatə edir.
  Yer kürəsinin bəzi sahələrində fəsillər ilə əlaqədar olaraq Passatlar cənub yarımkürəsinə keçdikcə Koriolis qüvvəsinin təsiri altında sola meyl edir və şimal-qərb istiqamətini alır.Passatlar şimal yarımkürəsinə keçdikdə, yenə Koriolis qüvvəsinin təsiri altında sağa meyl edir, cənub-qərb istiqamətini alır.Lakin istiqamətlərini belə mövsümi dəyişən Passatlar ekvatorial (və ya tropik) mussonlar adlanır.Passatların yer səthində sürəti 5-6 m/san, şaquli orta qalınlığı 4 km-dir.Subekvatorial enlikdə 2 km, ekvatorial yaxınlığında 15 km-ə qədər olur.

,
Aysberq (alm. Eisberg, "buz dağ") — okeanlarda üzən çox iri buz parçalarıdır..Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 mə-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə,çıxar hissəsini buxarlanma və buz axını təşkil edir.Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür:
piramidal,
maysvari.
Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır.Qrenlandiya buzlarından qopan aysberqlərin ildə 400 km-ə qədəri Nyufaundlend adası enliyinə qədər gəlir. Aysberqlər su cərəyanları vasitəsi ilə çox uzaqlara aparılır. Antraktida ətrafında aysberqlərin iki dreyf zonası var: şərqdən qərbə atmosfer sirkuliyasiyası ilə əlaqədar olan sahilyanı dreyf zonası,dayanıqlı şərq cərəyanı ilə əlaqədar şərq dreyf zonası. Şərqi Antraktidada onlarda olan şirin suyun həcmi 4165 km³-ə çatan 31 min aysberq müşahidə edilmişdir.
Aysberqin ölçüsü bəzən çox böyük ola bilir.Belə ki,1956-cı ildə qeydə alınmış,Sakit okeanın cənubunda üzən aysbergin eni 97,uzunu 335 km olub..
Qrinland Dan qopuan buz dağları yazda və yazın ilk aylarında Şimali Atlantik Okeanında üzən gəmilər üçün böyük təhlükə təşkil edirlər. Bu buzlar Golfstream cəriyanı vasitəsilə Ekvatora doğru istiqamətlənir hətta bəziləri 27 ° 'lik en dairəsinə qədər çatırlarr. Antarktika buzlaqlarından qopanlar isə şimala doğru istiqamətlənir. Bunlar Hind və Sakit okeanda üzən gəmilər üçün bir təhlükə təşkil etməzlər.
Dəniz nəqliyyatı üçün böyük təhlükə olan aysberqin adı 1912-ci ildə elə ilk səfərindəcə okeanın dibinə qərq etdiyi "Titanic"lə qoşa çəkilir."görüşdən" 2 saat 40 dəqiqə sonra 2224 sərnişindən yalnız 711 nəfəri sağ qala bilmişdi.

,
Okean səviyyəsinin evstatik dəyişilməsi
Okean səviyyəsinin evstatik dəyişilməsi – dünya oeanın səviyyəsinin hər yerdə eyni vaxtda dəyişilməsi , yəni qalxması və ya düşməsidir.Bu , yer kürəsinin iqliminin dəyişilməsi ilə əlaqədar olaraq okeanlarda suyun səviyyəsinin ( həcminin ) dəyişilməsindən aslıdır.Buzlaşma güclü olan dövrdə okeanlarda suyun həcmi azalır, materiklərdə buz çoxalır, isti dövrdə isə buzlaqlar əriyir  və dünya okeanın səviyyəsi qalxır.Bəzi alimlər bunun əsas səbəbi kimi okean dibinin çökməsində və ya çöküntülərin okean dibində dolmasında görürlər.Dünya okeanında su çoxaldıqda materiklərin alçaq yerlərində su yığılır ki , bu hadisəyə transqressiya , əksinə , su azaldıqda su altındakı dayaz yerlərquruya çevrilir ki , buna reqressiya deyilir.


Hidrosferin digər təbəqələrlə əlaqəsi suyun dvranı nəticəsində baş verir.Dünya okeanından günəş erejisinin təsirilə ilə 504 min kub km su buxarlanır.Buxarlanan suyun 90%-i yağıntı formasında yenidən okeana qayıdır.Buna suyun kiçik dövranı adlanır.Buxarlanan suyun az bir hisəsi 10%-i atmosferin dövranı nəticəsində hava axınları ilə quruya qayıdır.
Düşən yağıntının bir hissəsi torpağın rütubətlənməsinə ,bir hissəsi səth axınların yaranmasına səbəb olur.

Yenidən çaylar vasitəsilə suyun okeanlara qayıtması suyun böyük dövranı adlanır.Yeraltı suların bir həssəsi birbaşa okeanlara,digər hissəsi bulaqlar şəlində çaylara,axarlı göllərə axır,sonradan okeanlara gedir.Aysberqlərin okeana düşməsi suyun böyük dövranına aiddir.Suyun dövranı digər təbəqələrdə də maddələr dövranına səbəb olur.Çaylarla okeana qayıdan su özü ilə çöküntü süxurlarını aparır.Bu proses Yerdə relyefin əmələ gəlməsində mühüm rol oynayır. Suyun dövranı nəticəsində torpağa düşən atmosfer yağıntıları burada olan mineral maddələri həll edir.Sonraonlar bitkilər tərəfindən sovrulur və onların vegitasiyası gedir.

Onların qəbul etdiyi suyun bir hissəsi buxarlanmaya sərf olunur. İnsan təsərrüfat fəaliyyəti az da olsa suyun dövranına təsir edir.Meşələrin qırılması ,torpaqların qurudulması,dəniz və okeanların neftlə çirklənməsi buxarlanan suyun miqdarını azaldır.Digər tərəfdən su anbarlarının,torpaq sahələrinin suvarılması buxarlanan su hövzələrinin sahəsini artırır.

,

Okean suyunun rəngi, işıqlanması, təzyiqi, sıxlığı, tempraturu və səsin yayılması əsas fiziki xüsusiyyətləridir. Mavi rəngdə olan okean suyu bəzi regionlarada rəng çalarları kimi əks olunur. Məs: Avrasiya materikini əhatə edən, Qırmızı, Sarı, Qara və Ağ dənizlər. Okean suları üst qatda (200 m-ə qədər) günəş şüaları tərəfindən tam işıqlandırılır. Suyun şəffaflığı disk vasitəsi ilə müəyyən olunur. Ən şəffaf dəniz Aralıq dənizi hesab olunur. Okean sularında təzyiq dərinliyə doğru getdikcə artır və dibdə maksimum həddə çatır. Okean suyunun orta sıxlığı 1025 kq/m3-dir. Su anomal maddə olduğu üçün (+ 4o-də sıxlıq maksimum həddə çatır). Buz suda batmır. Okeanların buz örtüyü quru buzlaqlardan fərqli olaraq, çox qalın olmur. Əksər hissəsi suyun üstündə yerləşir. Dünya okeanında sıxlığın maksimum qiyməti Antarktida sahillərində müşahidə olunur. Okean səthində ekvatordan (+28 +29) qütblərə (-1 -2) doğru getdikcə tempratur azalır. Maksimal tempratur Qırmızı dənizdə müşahidə olunur (+35o) dərinliyə doğru suyun tempraturu azalsa da okeanların böyük istilik tutumuna malik olması nəticəsində dibində +3 +4 dərəcədən aşağı olmur.Səs siqnalının okeanda yayılmasına əsasən dərinlik ölçən exolot cihazı kəşv olunmuşdur. Dünya okeanının ən dərin yeri Marian çökəkliyi (11022 m) hesab olunur. Eyni dərinlikli nöqtələri birləşdirən xətlərə izobatlar deyilir. Dərinlikdən asılı olaraq izobatların arası mavi rəngin müxtəlif çalarları ilə rənglənir. Çökəkliklərin dərinliyi isə rəqəmlərlə göstərilir. Okean sularında əksər kimyəvi elementlər mövcuddur. Okean və dənizlərin suyunun acı və şor olmasının səbəbi maqneziumun və xörək duzunun çox olmasıdır. 1 litr suda həll olunmuş maddələrin qramlarla miqdarına suyun duzluluğu deyilir və promille (o/oo) ilə ifadə olunur. Okean suyunun orta duzluluğu 35 o/oo-dir. Maksimal duzluluq Qırmızı dənizdə muşahidə olunub. Eyni duzluluğa malik olan nöqtələri birləşdirən xətlərə izoqalin deyilir. Dünya okeanında tempraturu, duzluluğu, sıxlığı və s. xüsusiyyətləri ilə bir-birindən fərqlənən 4 əsas su kütlələri mövcuddur. Ekvatorial, tropik, mulayim, qütb. Əsas su kütlələri okean daxili və sahilboyu yarımtiplarinə bölünür. Mineral maddələr və günəş işığı ilə daha yaxşı təmin olunan sahilboyu ərazilərdə canlı aləmin növ tərkibi zəngin olur. Okeanda dalğa və cərəyanlar vasitəsilə bir yerdən başqa yerə aparılan orqanizmlər – plankton, sərbəst hərəkətə malik olan orqanizmlər – nekton, dibdə yaşayan canlılar isə – bentos adlanır. Ən zəngin biokütlə mülayim enliklərdədir. Okean sularının mineral sərvətləri aşağıdakılardır. Suda həll olunmuş sərvətlər (qızıl, gümüş, xörək duzu və s.). Dibdən, yer qabığından çıxarılan sərvətlər (neft, qaz vəs.).

Hər il okean və dənizlərdən buxarlanan təqribən 577 min km3 suyun 80% dən çoxu atmosfer yağıntıları şəklində yenidən okeana qayıdır. Suyun 18 – 20%-i külək və hava axınları şəklində quru üzərinə aparılır və orda yağıyı halına düşür. Quru üzərinə tökülən suyun 119 min km3-u yenidən çaylar, yeraltı sular, aysberqlər vasitəsilə okeana qayıdır. 9000 km3 su isə axarı olmayan çökəklərdə toplanır. Yeraltı suların çox hissəsi atmosferdən daxil olsada, onun müəyyən qisminin maqmadan ayrılması və dərinlikdəki çatlarda kondensasiyaya məruz qalması nəticəsində toplanır. Tədqiqatçılar yeraltı suların miqdarının, yerüstü suların miqdarından 40 dəfə çox olduğunu hesablamışdılar. Yeraltı sular qurunt və layarası növlərə ayrılır. qurunt suları səthdəki məsaməli süxur laylarından (qum, çınqıldan) keçərək müəyyən dərinlikdə su keçirməyən təbəqə üzərində su layı əmələ gətirir. Aşağı qatlarda 2 su keçirməyən lay arasında toplanan sular layarası sular adlanır. Yüksək təzyiqli layarası sulara artezyan suları deyilir. Qərbi Sibir, Mərkəzi Avstraliya, Şimali Amerika və Mərkəzi Asiyada böyük artezyan hövzəsi yerləşir. Daimi axarı olan, mənbəyindən mənsəbinədək uzanan dərə çay adlanır. Başladığı yer mənbə, töküldüyü yer mənsəb adlanır. Töküldüyü yerdə qollara ayrılırsa delta adlanır. Töküldüyü yerdə qıfvarı forma əmələ gətirirsə, estoari adlanır. Estuari okeana tökülən yüksək dağ çaylarında yaranır. Düzən çaylarında isə mənsəbdə, qabarma çəkinmə yarandıqda okean cərəyanları keçdikdə, esturari forması yaranır. Çayların dərəsində süxurların yayılma prosesi baş verir və bu proses erroziya adlanır. Dağ çaylarında dib erroziyası, düzən çaylarında yan erroziya yaranır. Mənsəbdə çay yatağının dərinləşdirə bilmədiyi üfüqi səth erroziya bazisi adlanır. Amazon, Parana, Konqo, Seneqal çaylarının erroziya bazisi dünya okeanıdır. Çünki bu çaylar bir başa okeana tökülür. Çay qolları ilə birlikdə su topladığı sahə çay hövzəsi adlanır. Əsas çay və onun qollarının uzunluqları cəminin onun su topladığı sahəsinə olan nisbəti, çay şəbəkəsinin sıxlığı adlanır. Çay şəbəkəsinin sıxlığı, ərazininin iqlimi və relyefindən, süxurların tərkibindən, həm də düşən yağıntıdan asılıdır. Çayın en kəsiyindən bir saniyə ərzində keçən suyun miqdarına çayın su sərfi deyilir. Çayların qidalanma mənbələri yağış, qar, buzlaq və yeraltı sular təşkil edir. Çayın düşməsi, mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqindən asılıdır. Dağ çaylarında düşmə böyük, düzə çaylarında isə kiçik olur. Dağ çaylarında dərin dərələr, kanyon, astana, şəlalə əmələ gəlir. Dib erroziyası güclü olur. Düzən çaylarında yan erroziya güclü olur. Düzən çaylarında yan erroziya güclənir, əyriliklər adlanır və bu meandrlar adlanır. İlk dəfə bu ad Türkiyənin Menderes çayına aid edilmişdir. Qapalı təbii çuxur göl adlanır. Göl çuxurlarının əmələ gəlməsində endogen və ekzogen qüvvələr iştirak edir. Göllər yaranmasına görə 2 tipə bölünür.

Dünya okeanının ümumi sahəsi 361 mln. km2 olub, tərkibi – okean, dəniz, körfəz və boğazdan ibarətdir. Yer yarandığı zaman o, yalnız su qatından - okeandan ibarət olmuşdur. Lakin sonradan fəal vulkanizm nəticəsində ilk quru sahəsi yaranmışdır. Yerin geoloji inkişaf tarixində dənizlərin quruya nisbətən daha geniş sahə tutduğu zamanı - yerdə iqlimin mülayimləşməsi və rütubətlənməsi, bitki və heyvanlar aləminin sürətli inkişaf prosesləri getmişdir. Hazırda mövcud olan 4 okean - materiklərin konfiqurasiyası, dib relyefi, cərəyan sistemi. suyun temperaturu, duzluluğu və su kütlələrinin strukturu ilə seçilən su hövzələridir. Okeanların sərhədi onları ayıran materiklərin ucqar nöqtələrindən keçən meridian və paralellərin qiyməti ilə hesablanır.Dəniz- okeandan qismən quru, qismən də sualtı astanalarla ayrılmış su sahələridir. Dəniz okeandan xassələrinə, cərəyanlarına və canlı aləminə görə fərqlənir. Coğrafi mövqeyinə görə dənizlər 3 qrupa ayrılır:1. Daxili dənizlər- materikin içərisinə daxil olmuş və okeanla boğaz vasitəsilə birləşmiş dənizlərdir. Materikin içərisinə çox daxil olduğundan okeanla əlaqəsi zəif olur. Sakit okeanda daxili dəniz yoxdur. Atlantik okeanında – Azov, Egey, Qara, Aralıq, Mərmərə, Baltik, Adriatik, Hind okeanında - Qırmızı, Şimal Buzlu okeanında - Ağ dəniz daxili dənizdir.
2. Kənar dəniz - materikin kənarında yerləşmiş, okeandan adalar və ya sualtı dağlar vasitəsilə ayrılır. Okeanla əlaqəsi daha güclüdür. Sakit okeanda - Berinq, Mərcan, Filippin, Oxot, Yapon, Sarı, Cənubi Çin, Şərqi Çin, Tasman, Atlantik okeanında – Şimal, Norveç, Karib, Sarqass, Hind okeanında – Andaman, Ərəbistan, Şimal Buzlu okeanında – Barens, Qrenlandiya, Çukot, Qara, Laptevlər, Boffort, Baffin, Şərqi Sibir.
Antarktida materikini əhatə edən - Ross, Lazerev, Belenshauzen və Uedella dənizləri də kənar dənizlər olub 3 okeana aiddirlər.
3. Adalararası dənizlər- ada qrupları arasında yerləşirlər: Yava, Sulu, Sulavesi, Fici, Timor, Banda.
DƏNİZLƏRİN CОĞRAFİ MÖVQEYİNƏ GÖRƏ TƏSNİFATI
DAХİLİ DƏNİZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Sarı
Baltik, Aralıq, Tirren, İоnik, Adriatik, Egey, Mərmərə, Qara, Azоv
Qırmızı

KƏNAR DƏNİZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Berinq, Охоt, Yapоn, Şərqi-Çin, Cənubi-Çin, Mərcan, Tasman,
Rоss, Amundsen, Bellinshauzen
Şimal, Karib, Ueddell
Ərəbistan, Andaman, Timоr, Arafur,
Deyvis, Birlik
Nоrveç, Barens, Kara, Laptevlər, Şərqi-Sibir, Çukоt, Bоfоrt
ADALARASI DƏNİZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Filippin, Sulu, Sulavesi, Yava, Fici
İrlandiya
-
Qrenlandiya, Baffin
Qeydlər: 1. Sarqass dənizi hər hansı qrupa daхil edilmir.
2. Ərəbistan dənizi cоğrafi mövqeyinə görə əslində körfəzdir.

Körfəz - okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında - Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob.
Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Körfəz dar olduqda gəmiçilik üçün yararlı buxta əmələ gətirir. Kənar dənizləri körfəzlərdən fərqləndirən əsas əlamət, onların təbii sərhədlərə malik olmasıdır.
Boğaz - 2 su hövzəsini birləşdirən və eyni zamanda 2 quru sahəni bir-birindən ayıran su sahəsidir. Boğaz okeanı okeanla (Məsələn: Dreyk, Malakka, Berinq), okeanı dənizlə, dənizi dənizlə, dənizi körfəzlə birləşdirir. Dünyanın ən enli və ən dərin boğazı olan Dreyk Antarktidanı Cənubi Amerikadan, Berinq boğazı Avrasiyanı Şimali Amerikadan. Cəbəllütariq və Bab-əl-Məndəb boğazları isə Afrikanı Avrasiyadan ayırır. Dünyanın ən uzun boğazı Afrika ilə Madaqaskar adası arasında olan Mozambik boğazıdır.
Iki geniş quru sahəsini bir-biri ilə birləşdirən ensiz quru sahəsinə bərzəx deyilir. Məsələn: Panama, Süveyş bərzəxləri. Hər 2 bərzəxdən gəmiçilik kanalları çəkilib.

KÖRFƏZLƏR
Sakit оkean
Atlantik оkean
Hind оkeanı
Şimal Buzlu оkean
Siam, Alyaska, Kalifоrniya
Bоtnik, Fin, Riqa, Biskay, Böyük Sidr, Qvineya, Müqəddəs Lavrenti, Fandi, Men, Meksika, Bayya-Qrande
Ədən, Iran, Оman, Benqal, Karpentariya, Böyük Avstraliya
Hudzоn, Peçоra qubası, Оb qubası
BОĞAZLAR
Оkeanları birləşdirən
Qitələri ayıran
Digərləri
Berinq (Sakit – Şimal Buzlu), Magellan, Dreyk (Sakit – Atlantik), Malakka, Zоnd, Tоrres, Bass (Sakit – Hind),
Hudzоn, Baffin, Danimarka (Atlantik – Şimal Buzlu)
Cəbəlüttariq (Avrоpa – Afrika),
Dardanel, Bоsfоr, Kerç
(Avrоpa – Asiya),
Bab-əl-Məndəb
(Asiya – Afrika),
Berinq (Asiya – Amerika),
Dreyk (Amerika – Antarktida)
Skagerrak, Katteqat, Böyük və Kiçik Beltlər (Şimal – Baltik dənizləri),
La-Manş, Pa-de-Kale
(Britaniya adas – Avrasiya),
Hörmüz (Iran – Оman körfəzləri),
Tatar (Saхalin adası – Avrasiya),
Kara qapıları (Nоvaya Zemlya – Avrasiya), Matоçkin şar (Nоvaya Zemlya),
Mоzambik (Madaqaskar adası – Afrika)
http://yasharaz.narod.ru

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget