İnkişaf etmiş nəqliyyat kompleksi xalq təsərrüfatının inkişafının təminatçısıdır. O, hasilat və emal, istehsalçı və istehlakçı arasında əlaqələndiricidir. Nəqliyyat bir çox sənaye müəssisələrinin yerləşməsinə təsir göstərir və məhsulun dəyərini 13-15% artırır.
Azərbaycanda bütün müasir nəqliyyat növləri təmsil olunmuşdur. Bu nəqliyyat növləri - dəmiryol, su, avtomobil, hava, boru kəmərinin məcmusu vahid nəqliyyat sistemini təşkil edir. Nəqliyyat kompleksi yük və sərnişin daşımalarına bölünür. Vahid nəqliyyat şəbəkəsinin formalaşması nəqliyyat qovşaqlarını yaradır. Nəqliyyat qovşağı nəqliyyat vasitələrinin bir yoldan digərinə keçməsi üçün xüsusi keçidi olan bir və ya bir neçə səviyyəli yolların birləşdiyi yerə deyilir. Uç növ nəqliyyat qovşağı seçilir: kəsişən, qovuşan, şaxələnən.
Respublikamızda əsas nəqliyyat qovşaqları Bakı, Yevlax, Gəncə, Əli Bayraınlıdır.
Azərbaycanda yük daşımaların həcminə görə dəmiryolu I yeri tutur. Azərbaycanda ilk dəmiryolu 1878-1879-cu illərdə Bakı-Balaxanı arasında çəkilmişdir. 1880-ci ildə Bakı- Sabunçu-Suraxanı, 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə Bakı-Dərbənd xətləri işə düşdü. 1908-ci ildə Tiflis-Irəvan- Uluxanlı-Noraşen-Culfa, 1941—ci ildə Ələt-Culfa yolu işə salındı. Ələt-Culfa yolunun Osmanlı stansiyasından Astaraya yol çəkilmişdir. 1941-45-ci il müharibəsindən sonra Abşeron dövrə xətti, yeni Suraxanı-Hövsan, Bilgəh-Sumqayıt, Yevlax-Mingəçevir, Quşçu-Alabaşlı, Yevlax-Xankəndi, Yevlax-Balakən xətləri istifadəyə verilmişdir. Keçmiş SSRİ-də ilk elektrik dəmiryolu Bakı-Sabunçu (1926) yolu olmuşdur. İndi Azərbaycan dəmiryol xətlərinin uzunluğu 2008 km-dir, onun 1111 km-i (Bakı-Dərbənd, Bakı-Tbilisi, Abşeron dövrə yolu) elektrikləşmişdir. Dəmiryolu ilə daşman əsas yüklər neft və neft məhsulları, tikinti materialları, filiz, maşın və avadanlıq, meşə materialları, ərzaq məhsullarıdır. Ən çox yük daşman Bakı-Dərbənd və Bakı-Tiflis xətti olmuşdur.
Su nəqliyyatı ən ucuz və qədim nəqliyyat növündən biridir. Dəniz və çay nəqliyyatına bölünür. Dəniz nəqliyyatı xarici və daxili (kabotaj) daşımalara bölünür. Kabotaj bir ölkənin dəniz limanları arasında əlaqədir və iki yerə bölünür. Böyük kabotaj bir ölkəyə mənsub müxtəlif dəniz limanları arasında, kiçik kabotaj - bir ölkəyə mənsub eyni dəniz limanları arasında daşımalardır. Bakı Xəzər dənizində ən böyük limandır. Azərbaycanın bütün dəniz yolları Bakıdan başlayır. Xarici daşımalarda Bakı-Həştərxan (qışda bəzən Xəzərin şimal hissəsinin donması nəticəsində bağlanır), Bakı-Mahaçqala, Bakı-Ənzəli, Bakı-Bektaş, Bakı-Türkmənbaşı, Bakı-Aktau (Bakı-Bektaş, Bakı-Türkmənbaşı, Bakı-Aktau həm də dəmiryol gəmi-bərə əlaqələrinə malikdir), kiçik kabotaj daşımalarda Bakı-Astara, Bakı-Lənkəran, Bakı-Salyan xətləri fəaliyyət göstərir. Volqa-Baltik, Volqa-Don su sistemi vasitəsilə Azərbaycan gəmilərinin dünya okeanına çıxmaq imkanı var. Xəzərdə daşınan əsas yüklər neft və neft məhsulları, taxıl, pambıq, taxta-şalban, duz və s.-dir.
Çay nəqliyyatı Kürün mənsəbindən Yevlax şəhərinə qədər yerli əhəmiyyətli yüklərin daşınmasından ibarətdir.
Avtomobil nəqliyyatının üstünlükləri: çeviklik (yükü, sərnişini hər məntəqəyə çatdırmaq imkanları), sürətlilik, digər nəqliyyat sahələrini əlaqələndirmək imkanları. Əsasən, sərnişin, tez xarab olan kənd təsərrüfatı məhsulları, cihaz və avadanlıq daşmır. Çox yükgötürən yük avtomobilləri beynəlxalq daşımalara imkan verir. 1911-ci ildə avtomobil yollarının uzunluğu 1300 km olmuşsa, indi 27 min km-dir. Əsas yollar Bakı-Qazax, Bakı-Astara, Bakı-Dərbənd, Yevlax-Balakən, Yevlax-Laçın və s.-dir. Mərkəzi Aran, Abşeron, daha sıx bərk örtüklü yollara malikdir. Dağlıq ərazilərdə nisbətən seyrəkdir. Türkiyə və İran istiqamətində genişlənən əlaqələrdə avtomobil nəqliyyatı başlıca rol oynayır.
Hava nəqliyyatı sürətli, baha nəqliyyatdır. Ondan sərnişin, poçt, tez xarab olan məhsulların daşınmasında daha çox istifadə olunur. Hava nəqliyyatından sanitar və kənd təsərrüfatında da istifadə olunur. Bakı, Gəncə, Naxçıvan mühüm beynəlxalq aviasiya mərkəzləridir. Daxili daşımalarda Yevlax, Lənkəran, Şəki və digər aeroportların Bakı ilə müntəzəm əlaqələri yaradılmışdır.
Boru kəmərləri həm respublika daxilində, həm də ondan kənara və respublikaya neft və neft məhsulları, təbii qaz nəql edir. Respublikamızda ilk neft kəməri 1878-ci ildə Balaxanı-Qaraşəhər neftayırma zavodu arasında çəkilib. 1907-ci ildə Bakı-Batumi (885 km), 1960-cı illərdən sonra Əli Bayramlı-Bakı, Neft Daşları-Bakı, Siyəzən-Bakı, Qrozm-Bakı neft kəmərləri çəkildi. Dübəndi terminalından Əli Bayramlıya çəkilmiş neft kəməri Orta Asiya neftinin xaricə ötürülməsi imkanı yaradır. Əsrin müqaviləsi (1994) ilə bağlı Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri işləyir, Bakı-Ceyhan xətti yaxın gələcəkdə işə düşəcək.
Respublika daxilində əsas qaz kəmərləri Zirə-Bakı, Neft Daşları-Bakı, Qaradağ-Sumqayıt, Qaradağ-Ağstafa xətləridir.
"İpək yolu"nun bərpası Avropa, Qafqaz, Asiyanı birləşdirən Avrasiya (Traseka) nəqliyyat dəhlizi Azərbaycanın nəqliyyat şəbəkəsinin inkişafına, İÇM-nin yaxşılaşmasına səbəb olacaq.

Yorum Gönder