Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib?
Xeyr! Yer kürəsinin xüsusiyyətlərini nəzərdən keçirdikdə üstündə yaşadığımız bu göy cisminin lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Press və Siver Yer kürəsinin bu cəhətdən “uyğunluğu” haqqında belə deyirlər:“Yer kürəsinin ölçüsü lazımi qədərdir. Daha kiçik olsaydı, Yer kürəsinin cazibə qüvvəsi çox zəifləyəcək və atmosferini ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı, bu dəfə də Yer kürəsinin cazibə qüvvəsi çox artar və bəzi zəhərlli qazları da saxlayaraq atmosferi öldürücü hala salardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)Yer kürəsinin kütləsi ilə yanaşı daxili quruluşu da həyat üçün xüsusi nizamlanmışdır. Bu daxili quruluşdakı təbəqələr sayəsində Yer kürəsi maqnetik sahəyə malikdir və bu maqnetik sahə həyatın qorunması üçün çox vacibdir. Press və Siver bu mövzunu belə açıqlayırlar:
“Yer kürəsinin nüvəsi isə çox böyük həssaslıqla tarazlanmışdır və bu nüvə radioaktivliklə qidalanan temperatur motorudur… Əgər bu motor daha yavaş işləsəydi, qitələr indiki formalarda ola bilməzdilər… Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə Yer kürəsinin maqnetik sahəsi heç vaxt əmələ gəlməzdi… Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və buna görə də daha sürətli temperatur motoru olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq qatı olar və Yer kürəsinin səthi də demək olar ki hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı.” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)
Sözügedən plazma buludlarının bəzilərinin Xirosimaya atılan atom bombasının 100 milyard mislinə bərabər olduğu hesablanmışdır. Eyni şəkildə Yer kürəsinin maqnetik sahəsi çox şiddətli kosmik şüaların da sadəcə 0.1%-ni keçirir və qalan mində bir faiz şüalar da atmosfer tərəfindən udulur. Bu maqnetik sahəni əmələ gətirmək üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik axındır və bu bəşəriyyətin bütün tarix boyu istehsal etdiyi eletrik enerjisinin cəminə bərabərdir.Press və Siverin bəhs etdikləri maqnetik sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnetik sahə, yuxarıda bildirildiyi kimi, Yer kürəsinin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementlərdən təşkil olunmuşdur. Daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində maqnitləşmə təsiri yaradaraq maqnetik sahə əmələ gətirir. Atmosferdən kənara çıxan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrə qarşı qorunmuş olur. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də Yer kürəsinin on minlərlə kilometr uzağında maqnetik halqalar çəkən Van Allen Qurşaqları dünyanı bu öldürücü enerjidən qoruyur.
Əgər Yer kürəsinin bu maqnetik qalxanı olmasa yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də heç mövcud olmayacaqdı. Amma Press və Siverin bildirdiyi kimi, Yer Kürəsinin nüvəsi lazımi formada olduğu üçün Yer kürəsi bu təhlükələrdən qorunur. Başqa sözlə desək, göy üzündə bizim üçün yaradılmış xüsusi qoruyucu qalxan var.
http://planetimiz.org
Yer Kürəsinin Kütləsi və Maqnit Sahəsi
Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib?
Yorum Gönder