Sahəsi 1,4 mln km2, əhalisi 250 mln nəfərdir. İCM-nin əsas əlaməti mühüm beynəlxalq dəniz yollarına geniş çıxışa malik olması, Avropada mərkəz mövqe tutması ilə tranzit əhəmiyyətli olmasıdır. Buraya Qərbi Avropa əhalisinin 63%-i yaşayan AFR, Böyük Britaniya, Fransa, Niderland, Belçika, Avstriya, İsveçrə, Lüksemburq, İrlandiya və Lixtenşteyn daxildir. Demoqrafik vəziyyət pisdir, AFR, Avstriya, Belçika, Böyük Britaniyada əhalinin təbii azalması baş verir. Fəhlə qüvvəsinin başlıca "idxalatçısıdır". Ölkələr üzrə əhalinin milli tərkibi yekcinsdir. İsveçrədə vahid millətin formalaşması prosesi gedir (əhali alman, fransız, italyan dillidir, hər üç dil dövlət dilidir). Belçikada (niderland, fransız), Böyük Britaniyada (ingilis, şotland, irland) millətlər arası münasibətlər kəskindir. Orta Avropa ən sıx məskunlaşmış və urbanizasiyalaşmış regionlardandır. İri aqlomerasiyalar Paris, London, Reyn-Rur, Hollandiya və s.-dir. Reynsahüi və İngilis meqolopolisi formalaşmışdır.
Orta Avropa ölkələri sənayesinin coğrafiyası təbii resursların təsiri altında (AFR-də Rur, Saar, Böyük Britaniyada Uels, Nyukasl kömür hövzələri, Fransada Lotaringiya dəmir filizi) formalaşmışdır. XX əsrin ortalarından baha başa gəlməsi ilə bağlı hasilat azalmış, əksər mədənlər bağlanmışdır. Əksər ölkələrdə yanacaq-energetika balansında neft və təbii qaz əsas rol oynayır. Şimal dənizi (Böyük Britaniya, Niderland) başlıca neft və qaz yatağıdır ("Avropa Texası"). Fransa və AFR-da uran, Fransa, Avstriya, İsveçrə hidroresurslar hesabma tələbatım ödəyir. Həmçinin xeyli yanacaq idxal edirlər. Sürətlə inkişaf edən sənayenin ancaq 10%-ni yerli xammal ödəyir. İdxal xammalı sənayenin coğrafiyasına böyük təsir etmişdir. Yeni müəssisələr dəniz sahilinə meyl edir.
Elektrik enerjisi istehsalında İES-lər üstünlük təşkil edir.
AES-lərin ümumi gücünə görə Orta Avropa dünyada I yeri tutur (xüsusən Fransa, Belçika, İsveçrə, AFR). SES-lər İsveçrə, Avstriya, Fransanın dağlıq ərazilərində mühüm rol oynayır.
Qara metallurgiya müəssisələri istehsal gücünə görə ancaq Şərqi Avropadan geri qalır. Polad istehsalına görə AFR, Fransa, Böyük Britaniya, Belçika fərqlənir. İdxal xammala əsaslanan əlvan metallurgiya AFR, Fransa, Böyük Britaniya, Belçikada güclü inkişaf etmişdir.
Orta Avropanın siması ilk növbədə maşınqayırma ilə müəyyən edilir. Bu sahədə "Yeddilərə" daxil olan ölkələr əsas yer tutur. Belçika və Avstriya metaltutumlu, Niderland və İsveçrə elektrotexnika, elektronika, dəqiq mexanika, optika sənayesinə görə fərqlənir.
Kimya sənayesi son vaxtlar dəniz və çay sahilinə, boru kəmərlərinə yönəlmişdir. Region ölkələri kimya sənayesi məhsullarının istehsalına görə dünyada seçilir. AFR boyaq, sintetik lif və plastik kütlə, Fransa sintetik kauçuk, Belçika gübrə və soda, İsveçrə əczaçılıq məhsulları ilə məşhurdur. Dünyada ən iri neft emalı və neft-kimya rayonu Belçika və Niderlandın dəniz sahillərindədir.
Regionun yüngül sənayesi durğunluq vəziyyətindədir.
Orta Avropada köhnə sənaye rayonları (AFR-də Rur, Reyn və Elba vadiləri, İngiltərədə Lankaşir, Midlend, Fransada Paris və Şimali Fransa) dünyanın ən iri sənaye rayonlarındandır.
Orta Avropanın təbii şəraiti kənd təsərrüfatı üçün əlverişlidir. Kənd təsərrüfatı yüksək inkişaf səviyyəsinə görə fərqlənir. İntensivlik artmış, iri kapitalist təsərrüfatları xırda və orta təsərrüfatları sıxışdırıb aradan çıxarmışdır. Həm bitkiçilik, həm də heyvandarlığın məhsuldarlığına görə dünyada I yeri tutur. Buğda (Fransa), şəkər çuğunduru, kartof əkinləri geniş sahə tutur. Südlük-ətlik heyvandarlıq əhalinin tələbatım ödəyir. Kənd təsərrüfatı məhsulları üə ən çox Fransa və Niderland, ən az İngiltərə və İsveçrə təmin olunur. Niderland məşhur gülçülük ölkəsidir.
Dünyada ən sıx müasir nəqliyyat şəbəkəsi Orta Avropadadır. Nəqliyyat şəbəkəsinin əsasını Beynəlxalq əhəmiyyətli enlik və meridian istiqamətli magistrallar təşkil edir. Ölkələr üzrə birmərkəzli (Fransa) və çoxmərkəzli (AFR) konfiqurasiya özünü göstərir. İsveçrədə dəmir yollarının hamısı, Avstriya və Niderlandda yansı elektrikləşmişdir. AFR, Niderland, Belçika, Fransada çay və kanallarla daşımalar mühüm rol oynayır. Reyn çayının aşağı axarında dünyada ən iri port Rotterdam, orta axarında ən iri çay portu Duysburq yerləşir. Dünya əhəmiyyətli portlar (London, Hamburq, Antverpen, Havr, Marsel) çay mənsəblərində yerləşir. Ən iri aeroportlar London, Paris, Frankfurt-Mayndır.
Orta Avropa ölkələri xarid ticarətdən çox asılıdır. İxracat məhsulları içərisində hazır sənaye məhsulları üstündür. Fransa və Niderland istehlak malları və kənd təsərrüfatı məhsulları, İrlandiya kənd təsərrüfatı məhsulları ixrac edir. İdxalda xammal, maşın və avadanlıq mühüm yer tutur.
Regionun təbii-rekreasiya resursları müxtəlifdir. Fransa, İsveçrə, Avstriya, Böyük Britaniya əsas turizm ölkələridir.
Təbii landşaftın antropogen landşafta çevrilməsi ekoloji problemlər yaradır. "Turşulu yağışlar", sututarların çirklənməsi narahatçılıq yaradır.
Daxili fərqlərə görə Orta Avropanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan AFR, Fransa, Böyük Britaniya fərqlənir.
İqtisadi potensiala görə AFR I yeri tutur. II dünya müharibəsindən sonra parçalanmış, 1990-cı ildə yenidən birləşən Almaniya 16 torpağın federasiyasıdır. Sahəsinə görə AFR Avropada 6-cı, əhalisinin sayma görə 2-ci (Rusiyadan sonra) yer tutur. Sənaye istehsalının həcminə görə ABŞ və Yaponiyadan geri qalır. Beynəlxalq əmək bölgüsündə AFR-in siması maşınqayırma məhsulları ilə tanınır. Maşınqayırma məhsullarının ixracına görə (müəssisələr üçün avadanlıq, dəzgah, avtomobil, hesablama texnikası) dünyada I yeri tutur.
Metallurgiya, kimya, yüngül sənaye sahələri yüksək inkişafı ilə fərqlənir. Şimali Reyn-Vestfaliya torpağında yerləşən Rur Avropanm ən sənayeləşmiş rayonudur. Kənd təsərrüfatının strukturunda heyvandarlıq məhsullarının payı 80%-dir.

Yorum Gönder