aralanması və toqquşmaları.(şəkil 29) Океап tipli litosfer tavalarının bir-birindən aralandıqları zona müasir orta океап dağ silsilələrinin mərkəzi hissəsinə uyğun gəlir .Bu dağlar Okeanların ortası ilə təqribən 70 min m məsafədə uzanır. Onlar dərin dərələrlə iki - sağ və sol dağ silsiləsinə bölünmüşlər. Dərinlikləri 15-2 кm-ə çatan bu dərələri Rift dərələri adlandırırlar. Müəyyən edilmişdir ki, mantiyadan böyün təzyiq altında səthə qalxan ərimiş maddələr bu tavaları bir-birindən aralamaqla, əmələ gələn çat (rift dərəsi) boyu Yer səthinə çıxaraq, orada soyuyurlar. Səthə qalxan yeni maqmalar da onları itələyərək səthə çıxır, sualtı nəhəng dağ sistemləri əmələ gəlir. Onlar, əsasən, bazalt tərkiblidirlər. Ən qədim maqmatik süxurlar orta океап dağ silsilələrinin ətəyində, cavanlar isə “suayrıcı” boyu yayılmışlar. Bu dağların zirvələri bəzən su səthinə çıxaraq vulkanogen mənşəli adalar əmələ gətirirlər (İslandiya,Azor və s.). Litosfer tavalarının aralanması prosesi daim inkişaf etməkdədir. Bu aralanma nəticəsində океаn tavalarının sahəsi artır. Məhz litosfer tavalarının üfüqi yerdəyişməsi nəticəsində geoloji cəhətdən daha cavan olan Hind və Atlantik (şəkil 30) Okeanlarının sahələri müasir dövrdə genişlənir Əgər Yer Kürəsinin bir hissəsində litosfer tavalarının aralanması (divergent sərhədlər) üstünlük təşkil edirsə, digər hissəsində əksinə, onların toqquşması (Konvergent sərhədlər) müşahidə edilir. Mənşələrinə görə belə toqquşma zonaları da iki tipə bölünür. Bəzi hallarda materik və океаn tipli litosfer tavaları toqquşur. Bu zaman океаn tavası daha qalın materik tavasının altına girir. O, əyilərək tədricən mantiyaya gömülür və orada yenidən əriyir.
Belə toqquşma zonasında океаn tavasının kənarında dərinsulu океап novları əmələ gəlir . Məsələn, nəhəng Sakit Океаn tavası ilə Avrasiyanın toqquşma zonasında Sakitt Океап tavası ildə təqribən 6-7 sm sürətlə mantiyaya “batır” və burada ən nazik (5 кm-ə qədər) yer qabığına malik olan, dünya okeanında ən dərin Marian çökəkliiyi (11022 m) əmələ gəlmişdir. Materik və океаn tavalarının toqquşması nəticəsində materiklərin kənarlarında qı-rışıq mənşəli dağlar (məsələn, And-Kordilyer) və ya adalar qövsü (Kuril, Aleut, Marian, Antil və s.) əmələ gəlir. Materik tipli litosfer tavalarının toqquşduqları zonalarda nəhəng dağ sistemləri yaranır . Məsələn, Pireney yarımadasından Böyük Zond adalarınadək qurşaq şəklində uzanan cavan Alp-Himalay dağ silsilələri Avrasiya tavasının Afrika və Hind-Avstraliya litosfer tavaları ilə toqquşması nəticəsində yaranmışlar. Alimlər müəyyən etmişlər ki, Arxey və Proterozoy eralarında əvvəlcə vahid quru sahəsi - Pangeya və onu hər tərəfdən əhatə edən Dünya океат - Pantalass yaranmışdır. Çox kövrək olan bu materik tavası mantiyadan səthə qalxan ərimiş maddələrin təzyiqi altında, üst paleozoyda parçalanaraq, iki materik tipli litosfer tavasına bölünmüşdür. Tərkibinə müasir Şimali Amerika və Avrasiya daxil olana Lavrasiya adı verilmişdir. Cənub yarmikürəsində yerləşən - Hondvana materiki tərkibinə isə yerdə qalan digər materiklər və həmçinin Ərəbistan və Hindistan yarımadaları daxil idi. Lavrasiya və Hondvana materikləri arasmda yaranan ensiz океап isə Tetis океат adlandırılmışdır. Yura dövründə, yəni təqribən 140-160 mln. il bundan əvvəl başlayaraq bu iki materik də parçalanaraq müasir materikləri, Hindis-tan və Ərəbistan tavalarım yaratmışlar.
Sonrakı üfüqi hərəkətlər cavan Atlantik və Hind oKeanlarını əıııələ gətirmişlər. Hər tərəfdən materik tavaları ilə sıxışdırılan qədim Pantalassm qalıqları olan müasir Sakit
və Şimal Okeanları sahələri fasiləsiz olaraq kiçilir. Kaynozoy erasında Afrika, Hindistan və Ərəbistan tavaları şimala hərəKət edərəK Avrasiya ilə toqquşmuşlar. Nəticədə Tetis Okeanı qapanmış, onun qalıqları olan Xəzər və Aral dənizləri gölə,Azov, Qara və Aralıq dənizləri isə daxili dənizə çevrilmişlər. Bu OKeanın yerində isə nəhəng Alp-Hinıalay dağlıq qurşağı əmələ gəlmişdir. Litosfer tavalarının intensiv yerdəyişməsi indi də davam edir. IV dövr ərzində çox sürətlə Somali və Ərəbistan yarımadaları Afrikadan, Kaliforniya isə Şimali Amerikadan uzaqlaşır, Aralıq dənizi tədricən qapanır, Qırmızı dəniz isə rift dərəsi boyu öz sahəsini genişləndirir. Bu proseslər daima davam edir. (şəkil 31)
Beləliklə, litosfer tavalarının toqquşma zonasında yüksək seysmikliyi ilə fərqlənən
zonalar əmələ gəlir ki, onlar geosinkinal adlanır. Məsələn, Alp-Himalay, Sakit Okean və s. Yerin geoloji iıikişaf mərhələsinin müxtəlif dövrlərində əmələ gəlmiş geosinklinallar çox mürəkkəb inkişaf yolu keçmiş, nəhayət, platformaya çevrilmişlər. Bu prosesin təqribən 150-200 mln. ilə başa çatması güman olunur. Geosinklinallarm inkişafının ilk mərhələsində litosfer tavalarının bir-birindən uzaqlaşması zamanı intensiv tektonik əyilmə, son mərhələsində isə intensiv qalxma baş verir.(şəkil 32) Geosinklinahn inkişafının müəyyən mərhələsində litosfer tavalarının qarşılıqlı sıxılması prosesi güclənir. Sıxılma zamanı geosinklinal qurşaqda böyük intruziv kütlələr (İntruziv kütlə yerin dərinliklərində soyuyan maqmadır) əmələ gəlir, su altında və quruda vulkan püskürmələri güclənir. Orogen (dağəmələgəlməsi) mərhələsində isə ərazi, ayn-ayn sahələri çıxmaq şərtilə (məs. Qara dəniz,Cənubi Xəzər çökəkliyi), dağlıq sahəyə çevrilir. Müasir geosiıiKİinallarda tipik struktur formalar fəal vulkanik adalar qövsü, ensiz dərin novlar və kənar dənizlərin çökəklikləridir (Məs. Yapon dənizi, Berinq dənizi, Filippin dənizi və s.). Bildiyiniz kimi, litosferin nisbətən sabit, qalın, bərk və hamarlanmış hissələri platforma adlanır. Onlar qədim fəal geosinklinalların yerində tektonik hərəkətlərin zəifləməsi, denudasiya (dağıdıcı) prosesləri nəticəsində həmin dağlıq sahələrin aşınıb düzənliyə çevrilməsi ilə baş verir. Platformalar geoloji yaşma görə qədim - Şərqi Avropa, Afrika, Antarktida, Avstraliya və s. və cavan - Turan, Qərbi Sibir, Brariziliya və s. platformalara ayrılır. Qədim platformalar arxey, qismən də proterozoy erasında əmələ gəlmiş və kristallik süxurların üstün olduğu platformalardır. Cavan platformalar paleozoy (kaledon və hersin) qırışıqlığı sahələrində yerləşən platformalardır. Turan ovalığı, Ön Qafqaz düzənlinləri də cavan platformalara aiddir. Platformanın bünövrəsi, əsasən, qranit və metamorfik süxurlardan (qneyslər, kristallik şistlər) təşkil olunduğundan o kristallik bünövrə adlanır. Kristallik bünövrənin üstü çökmə süxurlarla örtülmüşdür.
Yorum Gönder