Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Saxa-Yakutiya Respublikası

Saxa Respublikası (Yakutiya) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Fefderasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir.1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır.1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır.Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²). lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur. Saxa Respublikası təbii ehtiyatların çoxluğuna görə potensialı böyük olan bölgədir. Paytaxtı Yakutsk şəhəridir. Əhalisi 1.1 milyon nəfərdir . Əhalisinin 45.54%-ni saxalar (yakutlar) təskil edir. Saxalar turk əsilli xalqdır , Rusiyada saylari 443.9 mindir Paytaxti Yakutsk şəhəridir . Saxa Respublikası inzibati cəhətdən 33 rayona (yakut dilində – ulusa) bölünür. Respublikanın əhalisi 13 şəhərdə, 55 şəhər tipli qəsəbədə, 551 kənddə (ümumi 587 yaşayış məntəqəsində) məskunlaşmışdır . Saxa Respublikasında yayılmış əsas dinlər pravoslavlıq, protestantizm (əsasənbaptizm və əllincilər), katoliklik (XIX əsrdə Polşa və Litvadan sürgün edilənlərin nəsilləri və XX əsrdə bura köçənlər), islam (XIX əsrdə sürgün edilən tatar vəbaşqırdların nəsilləri və müasir dövrdə Orta Asiya və Şimali Qafqazdan bura köçmüş şəxslər), buddizmdir (buryatlar). Saxaların əksəriyyəti ənənvi yakut dininə inanırlar.Saxanın ümumi sahəsi 3103,2 min km² təşkil edir. Respublika Sibirin şimal-şərqində yerləşir. Şərqdə Çukot Muxtar Dairəsi və Maqadan vilayəti ilə, cənub-şərqdə Xabarovsk diyarı ilə, cənubdanİrkutsk vilayəti ilə, qərbdən isə Krasnoyarsk diyarı ilə həmsərhəddir. Şimalda onun sərhədlərini Laptevlər və Şərqi Sibir dənizi müəyyənləşdirir. Beləliklə, Saxa Uzaq Şərq Federal dairəsinin bütün inzibati-ərazi vahidləri ilə (Primorsk diyarı və Yəhudi Muxtar vilayəti istisna olmaqla) həmsərhəddir. Dəniz sahillərinin ümumi uzuznluğu 4,5 min km-dən çoxdur. Saxa ərazisisnin 40%-indən yuxarısı Şimal Qütb hüdudundan şimalda yerləşir. Respublikanın eni 2500 km, uzunu isə 2000 km təşkil edir. Ən kənar nöqtələri qərbdə – Krasnoyarsk diyarı sərhədində (105° şərq uzunluğu), şərqdə – Çukot Muxtar Dairəsi ilə sərhəddə (165° şərq uzunluğu), cənubda – Amur vilayəti ilə sərhəddə olan Stanov dağ silsiləsində (55°30' şimal eni), şimal materik sərhədi – Nordvik burnunda (74° şimal eni) və şimal ada sərhədi Henriyetta adasındadır (77° şimal eni). Relyefi-Saxada fiziki-coğrafi vəziyyətlə əlaqədar müxtəlif təbii şərait və ehtiyat vardır. Ərazinin böyük hissəsini dağlıq və dağətəyi ərazilər tutur, onlar ölkə ərazisinin 3/2 hissəsinə qədərini əhatə edir. Ən yüksək zirvəsi Pobeda dağıdır (3147 m, digər məlumatlara görə 3003 m. Çerski silsiləsində yerləşir). Digər yüksək zirvəsi isə Mus-Xayya dağıdır (2959 m, digər məlumatlara görə 3011 m. Suntar-Xayata silsiləsində yerləşir) Saxada həmçinin Verxoyan silsiləsi də mövcuddur.Saxa ərazisinin qərb hissəsini Orta Sibir platosu əhatə edir. Ən böyük düzənlikləri: Mərkəzi Saxa düzənliyi, Kolım düzənliyi, Şimali Sibir düzənliyinin şərq hissəsi. Çayları və Gölləri-Saxa Respublikası Rusiyanın ən çox çayı (700 mindən çox çay və çaylaq) və ən çox gölü (800 mindən çox) olan regionlarındandır. Onun çaylarənın ümumi uzunluğu 2 milyon km-ə yaxındır, onların ümumi enerji ehtiyatı isə 700 milyard Kvt kimi hesablanmışdır. Ən böyük çayları Lena (4400 km), Vilyuy (2560 km), Olyonok (2292 km), Aldan (2273 km), Kolıma (2129 km), İndigirka (1726 km), Olyokma (1436 km), Anabar (939 km), və Yanadır (872 km).
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget