Kiçik Qafqazın Tərtərçayın Araz çayı arasındakı cənub-şərq hissəsi və vulkanik yayla çayları Qarabağ bölgəsi çaylarını təşkil edir.Bu çaylardan Tərtərçay, Qarqarçay, Xaçınçay, Qaracaçay Kürün sağ qolları, Köndələnçay, Quruçay,Həkəriçay, Oxçuçay və Bəsitçay isə Arazın sol qollarıdır.Sadalanan çaylardan yalnız Tərtərçay və Həkəriçay(Bazarçayla) regionun böyük, qalanları isə orta və kiçik çaylardır.Bunlardan başqa regionun onlarca quruyan orta və kiçik çayları vardır.Bu kiçik çayların bir qismindən suvarmada və məişətdə istifadə olunur (Ağdərəçay, Xonaşençay, Qarasu, Şapartı, Horadizçay, Cəbrayılçay, Çaxmaqçay).
Qarabağ bölgəsi çaylarınından olan Tərtərçay və Həkəriçay suvama və energetika ehtiyyatları baxımından əhəmiyəti böyükdür.
Tərtərçay. Azərbaycan daxilində Kür çayının sağ qolları arasında Arazdan sonra ikinci yerdə durur. Tərtərçay mənbəyini Qarabağ vulkanik yaylasında 3180m yüksəklikdən götürür və Bərdə rayonu ərazisində dəniz səviyyəsindən 3m hündürlükdə sağdan Kürə tökülür.Uzunluğu 184km, su toplayıcı sahəsi 2650 km2-dirTərtərçay yuxarı və orta axınında Umudlu çökəkliyi istisna olmaqla dar, bəzi sahələrdə əsl kanyonvari dərə ilə axır.Yalnız Umudlu çökəkliyində çay dərəsi genişlənir.Bu gniş sahənin çox hissəsi Sərsəng su anbarının altında qalıb.
Tərtərçay, kiçik qafqazın qalan çaylarında olduğu kimi öz sularını yalnız dağlıq hissəsində toplayır.Bu hissədə Tərtərçayın böyük qollarından sağdan Tutğun çayı, soldan Levçayı və Torağaçayı qəbul edir.
Tərtərçayın qidalanmasında yeraltı, qar və yağış suları iştirak edir. Tərtərçay hövzəsində yağıntıların orta illik miqdarı 691 mm, axın layı 275 mm, su sərfi 23m3/s –dir.İllik su sərfinin maksimumu (39%) yalnız may və iyun ayları payına, minimumu isə dekabr, yanvar və fevral ayları (11,2 %) payına düşür.İyul ayında çayda su sərfi iyunda olduğundan 1,8 dəfə, avqust ayında isə 2,5 dəfə az olur.Bu göstəricilər yağıntəları bol, yaxud kasad olan illərdə çox böyük hüdudda tərəddüd edir.Çoxsulu illərdə Tərtərçayın su sərfi 41,6 m/s -ə qədər artır, yaxud ortaillik su sərfindən iki dəfə çox olur.Azsulu illərdə illik su sərfi cəmi 13,4 m/s təşkil edir və ortaillik su sərfindən təxminən iki dəfə az olur.Çoxsulu illərdə Tərtərin suları Sərsəng su anbarını layihə həcmində doldurur, artıq sular isə çayın açağı axınında nəinki ekoloji axımı təmin edir, hətta ondan xeyli artıq olur.Orta və az sulu illərdə Tərtərçayın aşağı axınında su yalnız yaz-yay daşqınları, bəzən isə payızda müşahidə edilir.Çay suları sağ sahil və sol sahil kanalları ilə Qarabağ düzünün Yuxarı Qarabağ kanalı ilə dağətəyi arasında yerləşən hissələrinin suvarılmasında istifadə edilir.
Həkəriçay. Həkəriçay Qarabağın Tərtəedən sonra ikinci böyük çayı və Arazın Arpaçaydan sonra ikinci böyük qoludur.Həkəri öz mənbəyini Mıxtökən silsiləsinin cənub yamacında 2580 m yüksəklikdən götürür və dəniz səviyyəsindən 358m yüksəklikdə (Zəngilan rayonu ərazisidə) Araza qovuşur.Həkərinin Zabuxçayın mənsəbindən yuxarıda yerləşən yuxarı axını əsl ağacabənzər şəbəkə əmələ gətirir.Burada çayın əsas qolları Şəlvə və Hoçazsu Mıxtökən silsiləsi və Dəlidağ massivinin cənub yamaclarından, Qarabağ silsiləsinin qərb yamaclarından axan suları, Zabuxçay isə Qarabağ vulkan yaylasının şərq yamacından axan səth və yeraltı suları toplayır.
Zabuxçayın mənsəbindən Bərgüşadçayın mənsəbinə qədər Həkərinin əsas qolları az sulu olmaqla (15-30km) Qarabağ silsiləsindən axan çaylardır.Sağ qollar(daha qısadır) Yazı yaylasından axır və əsasən yeraltı sularla qıdalanır.
Aşağı axınında Həkəri sağdan ən böyük qolunu – Bərgüşadçayı qəbul edir.Həkəri çayı və onun yuxarı qolları dərin dərələrlə axır.Aşağı axınında Həkəriçayın qidalanmasında yeraltı sular üstünlük təşkil edir.Bu çay hövzəsində axımın yarandığı ərazinin xeyli hissəsinin məsaməli-çatlı qalın vilkanogen çöküntülərdən ibarət olması əlaqıdardır.Məsaməli süxurlarda yeraltı su ehtiyatı böyükdür.
Həkəriçayın uzunluğu 133km, su toplayıcı sahəsi isə 2570 km2-dir.Bərgüşadçayın uzunluğu 178 km(Əkərə ilə qovuşduğu yerə qədər isə 158 km), sutoplayıcı hövzəsinin sahəsi 3080km2-dir.Lakin bu göstəcilərin az bir hissəsi Azərbaycan ərazisindədir.Həkəriçayın hövzəsinin isə 95%-dən çoxu Azərbaycan ərazisində yerləşir.
Həkəriçay hövzəsində yağıntıların ortaillik miqdarı 642 mm, illik su sərfi 15,3 m3/s (Bərgüşadçayınkı, Həkəriyə qovuşduğu məntəqədə 23,1m3/s), axım layının qalınlığı 188 mm-ə bərabərdir.Çoxsulu illərdə Həkəriçayın ortaillik su sərfi 24,2 m3/s və 120 mm-dir.
Həkəriçayın suyundan suvarmada hələlik o qədər geniş isifadə də edilmir.Lakin Arazboyu maili düzənliklərin əkin sahələrini genişləndirmək və Yazı düzünü suvarmaq üçün vahid mənbələr Həkəriçay və Bərgüşadçaydır. Bərgüşadçay üzərində Ermənistan ərazisində irili-xırdalı bir neçə su hovuzu yaradılmışdır.
Zabuxçayın mənsəbindən yuxarı Həkəriçayın illik su sərfinin 21%-ə yaxını may, 17,4 % iyun ayında keçir, ən az sulu dövr qışdır.Bu zaman aylıq su sərfi illik su sərfinin 4,1 %-ni təşkil edir.
Oxçuçay - öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə Zəngilan rayonunun ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir.
Qarqar çayı - öz mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi 2080 m – dir. Əsas qolları – Ballıca, Bədərə, Dağdağan və sairdir.
Çaylaqçay - Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 m–dir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır.
Köndələnçay - öz mənbəyini Şuşa rayonundan götürür. Xocavənd və Füzuli rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 1780 m-dir.
Xaçınçay - öz mənbəyini Kəlbəcər rayonundan götürür Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 m-dir.
Köndələnçay - öz mənbəyini Şuşa rayonundan götürür. Xocavənd və Füzuli rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 1780 m-dir.
Azərbaycanın fiziki coğrafiyası - M.A.Müseyibov
Yorum Gönder