Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Buludlar

Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buzkristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir.

Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buzkristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir.Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir.(Bulud, su damcıları, buz kristalları ya da bunların qarışıqlarından ibarət olan, torpağa dəyməyən, gözlə görülən kütlədir. )Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasoyası başlayır və yağış damlaları əmələ gəlir. Buludların 3 əsas tipi vardır:Sirus (lələkvari bulud), kümülüs (topa bulud), Stratus (lay bulud) 
1. Laylı buludlar — 2-3 km-ə qədər yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir. Yağıntı arasıkəsilməz olur. 
2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 3-6km hündürlükdə yaranır. Bu buludlardan leysan və dolu yağır 
3. Lələkvari buludlar — daha hündürdə 6 km-dən yüksəkdə (bəzən10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır. Lələkvari buludlardan yağıntı düşmür. Bəzi buludlar var ki, Nadir olaraq görülür. Amma görənləri həmişə qorxudur. Ekspertlərə görə bu qəribə bulud formalaşması çox nadir hallarda meydana gəlir. Belə bir görünüş qazanması üçün müdhiş bir enerjinin lazımlı olduğunu söyləyən ekspertlər, "Hər nə qədər qorxunc görünsə də bu buludların fırtınaya səbəb olduqları görünməyib. Hələ rəsmi bir adı belə yox. Amma böyük ehtimalla, Beynəlxalq Meteoroloji Kataloqunda artıq 'asperatus' adlandırılacaq" dedilər. Latınca olan "asperatus" adı buludların bu dalğa dalğa, "krem" kimi görünüşünü izah edir. Braziliyada, Yeni Zellandiyada, Afrika üzərində, Rusiyada görülən bu cür buludlar ən son Şotlandiya üzərində meydana gəldi. Buluddan düşən yağıntı leysan, aramsız-narın, çiskin xarakterli olur. Leysan adətən topa yağış buludlarından düşən iri su damlalarıdır.Leysan yağışları qısa müddətli yağır. Aramsız-narın yağıntı yağış və ya qar halında laylı yağışlı və yüksək laylı buludlardan düşür. Bəzən bir neçə gün davam edir. Çiskin gözlə güclə seçilən xırda su damlalarıdır. Laylı buludlardan düşür. Buludluluq faizlə və ya 10 ballıq sistem üzrə ölçülür. 1 bal səmanın görünən sahəsinin l/10-nə və ya 10%-nə bərabərdir. Əgər göy üzü tam buludla örtülərsə, buludluluq 10 bal səmada bulud yoxdursa, 0 bala bərabərdir. Quru üzərində buludluluq 4,8 okeanlar üzərində isə 5,8dir. Dünyanın orta buludluluq dərəcəsi 5,4-dür. Antarktida və tropik enliklərdə buludluluq ən azdır : 0,2 Buludluluğun əhəmiyyəti; — qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır. Fiziki aşınmanı zəiflədir. Buludluluq havanın qalxan hərəkətində, alçaq təzyiq sahəsində, sahil boyunda daha çox olur. Sahildən materikin içərisinə doğru buludluluq azalır. Yüksək təzyiqdə, havanın enən hərəkətli rayonlarında, materikin daxili hissəsində buludsuzluq hökm sürür. Buludlu günlər ən çox qütb qurşağında və ekvatorda, ən az isə quraqlıq rayonlarında və səhralarda olur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget