
Dağ çayları (Ural, İrtış, Vaxş) böyük hidroresurslara (Tacikistan, Qırğızıstan) malikdir. Faydalı qazıntılarla zəngindir: neft, qaz (Qazaxıstan, Türkmənistan, Özbəkistan), daş kömür, dəmir (Qazaxıstan, Qırğızıstan), alüminium (Özbəkistan, Tacikistan, Qırğızıstan), qızıl (Özbəkistan, Qırğızıstan) və s.
Əhalinin milli tərkibi mürəkkəbdir. Yerli xalqlar türkdilli (özbək, qazax, türkmən, qırğız, qaraqalpaq), farsdilli (tacik), həm də monqollardır. XIX əsrdən rus və ukraynalılar gəlmişlər. Əhalinin təbii artımı yüksəkdir: Tacikistan və Monqolustanda hər min nəfərə 30, Qazaxıstanda 15 nəfər. Sıxlıq qeyri-bərabərdir: Özbəkistanm Əndican, Fərqanə, Daşkənd vilayətlərində, Qazaxıstanın Cənub-Şərqində yüksək, digər yerlərdə seyrəkdir.
Regionun çoxsahəli təsərrüfatı yerli xammala əsaslanır. Sənayenin əsas sahələri qara və əlvan metallurgiya, yanacaq-energetika, maşınqayırma (pambıqyığan kombayn, neft-qazma avadanlığı, elektrotexnika) və s.-dir.
Kənd təsərrüfatının ixtisaslaşmış sahəsi pambıqçılıqdır. Mərkəzi Asiya pambıq yığımına görə (ildə 7-8 mln t.) dünyada 1-dir. Pambıqla bağlı ASK (xüsusən Özbəkistanda) formalaşır. Fərqanə vadisi, Daşkənd vadisi, Zərəfşan və Vaxş vadiləri, Qaraqum kanalı boyu əsas pambıq əkini rayonlarıdır. Suvarılan torpaqlarda bostan bitkiləri, çəltik, qarğıdalı, buğda yetişdirilir. Qazaxıstanda taxılçılıq ixtisaslaşmış sahədir. Monqolustandan başqa bütün ölkələrdə bitkiçilik heyvandarlıqdan üstündür. Ətlik-yunluq (Monqolustan, Qırğızıstan), qaragül qoyunçuluq(səhra və yarımsəhrada),baramaçılıq, maldarlıq (Qazaxıstan) əsas sahələrdir.
Region ölkələrinin ixracında neft-qaz, kənd təsərrüfatı məhsulları, idxalında meşə materialları, maşınqayırma məhsulları üstündür.
Yorum Gönder