Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Çöl pişiyi

Qısa təsviri: Bədənin uzunluğu 53 - 70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm - dir. Çəkisi 3.4 – 5.3 kq - a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur

Qısa təsviri: Bədənin uzunluğu 53 - 70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm - dir. Çəkisi 3.4 – 5.3 kq - a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir. Onlar nisbətən iri və ya xırda, sıx və seyrək yerləşəşmiş ola bilər. Başın peysər tərəfində 4 uzunsov tutqun zolaq, bel və qarın tərəflərində isə seyrək yumru qara ləkələr vardır. Quyruğunda 6 - 8 ədəd qara dairəvi zolaq vardır. Erkəklərdə kəllənin kondilobazal uzunluğu 88 – 103 mm, alın sümüklərinin eni 68 – 82 mm, dişilərdə isə bu göstəricilər 80 – 88 mm və 65 – 67 mm - dir.
Yayılması: Avropada, Afrikada, Asiyada (Fələstin, Suriya, Ərəbistan, İraq, İran, Əfqanıstan, Şimali və Mərkəzi Hindistan, Şimal – qərbi Çinin əksər sahəsi), Cənubi Qafqazda, Qazaxıstan və Orta Asiyada yayılmışdır.  Azərbaycanda Muğan və Salyan düzənliklərində, Acınohur çöllərində və Naxçıvanda rast gəlinir.
Yaşayış yeri və həyat tərzi: Çöl və düzənliklərdə yayılmışdır. Başlıca olaraq gecə yırtıcılarıdır. Qaş qaralanda ova çıxırlar. Axşam, gecə və sübhçağı fəal olurlar. Agaclara yaxşı dırmaşır.
Sayı: Azərbaycan ərazisində çöl pişiyi həmişə nadir növ olmuşdur. Keçən əsrin 50-ci illərində Muğan və Salyan düzlərində, eləcə də Naxçıvanda, Araz vadisində çoxsaylı olmuş, indi isə həmin yerlərdə rast gəlinmir. 1965-ci ildə Acınohur çölündə 4 fərd əldə edilmişdir. Hal-hazırda sayı məlum deyil.(zoologiya.az/)
Çöl pişiyi və ya vəhşı pişik pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır. Xarici görkəmiylə və boz rəngiylə adi ev pişiyə bənziyir. Daha iri, quyruğu daha qalın. Bədənin uzunluğu 75-80 sm, quyruğun 30-34 sm; çəkisi 6-10 kq. Avrasiyada, Afrikada və Qavqazda geniş yayılıb. Qarışıq ovalıq və dağ meşələrində (2000 m hündürlükdə) məskan salmağa üstunlük verir, daha az hallarda kollarda və evin çardağında yaşayır. Yuvasını oyuqlarda, qayaların dərələrində qurur.
Qaranlıqda ova çıxır. Əsasən gəmiricilərlə, hərdən quşlarla qidalanır. Erkəklərin dəhşətli davalarıyla və qışqırığlarıyla müşaidə olunan cüdləşmə fevral-mart aylarında başlayır. Hamiləlik dövrü 63-68 gün çəkir. Bala pişiklər (3-8) kor doğulurlar, gözləri 9-11 gündən sonra açılır.
Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget