1. Dünyanın ən isti yeri
Dünyada ən yüksək istilik 1913-cü ildə Kaliforniyadakı “Ölüm Vadisi”ndə ölçülüb: 56.7°C
2. Dünyanın ən soyuq yeri
Dünyada ən aşağı temperatur 2010-cu ildə Şərqi Antartika Platosu-nda ölçülüb: -92°C
3. Dünyanın ən sıx şəhəri.
Rəsmi məlumatlara görə Şanxayda 24.150.000 insan yaşayır.
4. Dünyanın ən az əhalisi olan şəhəri
Vatikanın 842 nəfər əhalisi var.
5. Dünyanın ən varlı şəhəri
Tokionun daxili hasilatı 1.52 trilyondur.
6. Dünyanın ən kasıb şəhəri
Demokratik Konqo Cümhuriyyətinin Kinshasa şəhərinin əhalisi gündəlik 1 dollardan da aşağı gəlirlə yaşayırlar.
7. Dünyanın ən yüksək nöqtəsi
Everst dağının hündürlüyü 8848 metrdir.
8. Dünyanın ən dərin yeri
Marian Çökəkliyinin dərinliyi 10.994 metrdir. İndiyə ki yalnız 3 nəfər bu çökəkliyə enə bilib. Bunlardan biri tanınmış rejissor James Camerondur.
9. Dünyanın ən çox fotosu çəkilən yeri
Google-un Sightsmap-nə görə Nyuyorkdakı Solomon R. Guggenheim Muzeyi ən çox fotosu çəkilən yerdir.
10. Dünyanın ən nəm yeri
Hindistandakı Mawsynram-a ilin təxminən 180 günü yağış yağır.
11. Dünyanın ən quru yeri
15 milyona yaxın yaşı olan Atakama Çölündə illik yağışın miqdarı 10.16 sm-dir.
12. Dünyanın ən günəşli yeri
Arizonadakı Yuma şəhəri gündəlik təxminən 11 saat günəş alır. İllik isə 4015 saatdır.
13. Dünyanın ən bahalı şəhəri
Sinqapur bu sahədə Tokionu da geridə qoyur. Məsələn, Sinqapurda maşınlar Amerika və İngiltərə kimi ölkələrdən 4-6 dəfə bahalıdır.
14. Dünyanın ən ucuz şəhəri
Hindistanın Mumbai şəhərində çörəyin qiyməti 0.91 dollardır.
15. Dünyanın ən yaşlı şəhəri
Suriyanın paytaxtı Şam.
16. Dünyanın ən gənc ölkəsi
Cənubi Sudan 2011-ci ildə yaradılıb.
17. Dünyanın ən çox səfər edilən şəhəri
Londona ildə 18.69 milyon insan səfər edir.
18. Dünyanın ən problemli şəhəri
Dünyada bütün qeyri-qanuni işləri özündə cəmləşdirən Hondurasın San Pedro Sula şəhərində gündə ən azı 3 cinayət işlənir.
19. Dünyanın ən çox içki asılılığı olan ölkəsi
Belarusiyada ildə təqribən 4.62 qallın içki içilir.
20. Dünyanda “velosiped dostu” adlandırılan şəhər
Hollandiyanın Groningen şəhərində insanların yarısının nəqliyyat vasitəsi velosipeddir.
21. Dünyanın ən stresli ölkəsi
Cinayət, işsizlik, əxlaqi pozğunluq və digər səbəblərə görə Nigeriya ən stresli ölkədir.
21. Dünyanın ən stressiz ölkəsi
Norveç üçün uyğun olan deyim: “dərd yox, problem yox”
22. Dünyanın ən yüksək IQ-lü ölkəsi
Bu sahədə Hong Kong liderdir. Ortalama IQ 107-dir.
23. Dünyanın ən sürətli internet şəbəkəsi olan ölkəsi
sürəti və pulsuz interneti ilə Cənubi Koreya bu sahədə liderdir. Ölkədə dövlətin maliyyə dəstəyilə 10.000 guşədə pulsuz WiFi tapmaq mümkündür.
Mənbə: Telebe.net
Yorum Gönder