Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Cənubi Azərbaycan

Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərbində yerləşir. Sahəsi 111 min km2-dir.


Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərbində yerləşir. Sahəsi 111 min km2-dir. Cənubi Azərbaycanın çox hissəsi Şərqi Azərbaycan (sahəsi 67,1 min km2, inzibati mərkəzi Təbriz) və Qərbi Azərbaycan (sahəsi 43,9 min km2, inzibati mərkəzi Urmiya) ostanlarında (İranda inzibati-ərazi vahidi) yerləşir. 1992-ci ildə Şərqi Azərbaycan ostanı iki yerə bölündü və Zəncan (inzibati mərkəzi Savalan) sərbəst ostan kimi ayrıldı.

Relyefi əsasən dağlıqdır. Şimal-şərqdə Muğan düzü, qərbdə Kürdüstan dağları yerləşir. Dağlar tektonik qırılmalarla ayrı-ayrı massivlərə ayrılır. Şərqdə Talış və Boqrov dağları, mərkəzdə Ərdəbil çökəkliyi üzərində Savalan (4821 m), Təbrizin cənubunda Səhənd (3722 m) ucalır. Cənubda Zəncan, Riistam, Qəfədan dağları var. Dağlar arasında geniş çökəkliklər (Urmiya, Ərdəbil, Miyanə) yerləşir. Bu çökəkliklərdə əhalinin əsas hissəsi və iri şəhərlər yerləşir. Faydalı qazıntıları gümüş, qurğuşun, alüminium, dəmir, mis, molibden, daş kömür, həmçinin mineral və isti bulaqlardır.

iqlimi subtropik kontinentaldır. Daxili ərazilərdə 200-400 mm, kənar dağların küləktutan yamaclarında 800-1000 (1700) mm-ə qədər yağıntı (əsasən dekabr-aprel aylarında) düşür. Daxili suları azdır. Qızılüzən, Qırmızı və Qarasu çayları nisbətən iri çaylardır. Ən iri gölü Urmiyadır.

Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar İranın digər ostan və şəhərlərində də (Tehran, Həmadan, Qəzvin, Ərak) yaşayır. Müxtəlif məlumatlara əsasən, İranda 20-28 mln nəfər azərbaycanlı yaşadığı məlumdur. Böyük şəhərləri Təbriz, Urmiya, Həmədan, Zənənc, Zəncan, Ərdəbil və s.-dir.

Kənd təsərrüfatında bitkiçiliyin mühüm sahələri dənli bitkilərdən buğda, arpa, çəltik; texniki bitkilərdən şəkər çuğunduru, kətan, tütün, pambıq; yağlı bitkilərdən günəbaxan, soya; bağçılıq; üzümçülük; həmçinin subtropik meyvəçilik-badam, püstə əsas yer tutur. Heyvandarlıq düzənlik rayonlarda camış, dəvə, dağlıq ərazidə qoyunçuluq, arıçılıq, baramaçılıq ilə təmsil olunur.

Sənayedə yüngül sənaye (xalçaçılıq, kustar sənətkarlıq) və yeyinti sənayesi nisbətən inkişaf etmişdir. Son illərdə maşınqayırma, poladtökmə, tikinti materialları istehsalı inkişaf etdirilir.

Əsas nəqliyyatı dəmiryol və avtomobil nəqliyyatıdır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget