Əmək alətlərinin təkmilləşdirilməsi və iri müəssisələrin yaranması nəticəsində Avropada əmtəə istehsalı xeyli çoxaldı, ticarət daha da genişləndi. Ticarətin genişlənməsi isə öz növbəsində pulaollan tələbatı artırdı. Pul kəsmək üçün lazım olan çoxlu qiymətli metallar isə Avropada az idi. Bir tərəfdən burada qızıl və gümüş az çıxarılırdı, digər tərəfdən olan qızılı da əsrlər boyu Şərq ölkələrindən gətirilən qiymətli mallara verirdilər. Beləlilkə, Avropa ölkələrində, demək olar ki, qızıl yox idi. Qızıla olan böyük tələbatın başqa bir səbəbi də feodalların və varlı şəhərlilərin bu qiymətli metala olan hərisliyi, hədsiz var-dövlət sahibi olmaq arzuları idi. Odur ki, XV əsrdə avropalılar qızıl axtarmaq üçün tanımadıqları uzaq ölkələr səfərə çıxdılar. Onları ən çox Hindistan cəlb edirdi. Avropalılarda belə bir təəvvür vardı ki, bu ölkəyə çatan kimi böyük var-dövlət sahibi olacaqlar. Lakin Hindistanla ticarət çoxdan ərəblərin əlində idi. Ərəblər isə Şərq mallarını aldıqlarından 8-10 dəfə baha qiymətə İtaliya tacirlərinə satır və hədsiz
dərəcədə varlınırdılar. Avropa dənizçiləri elə buna görə də Asiya ölkələri ilə birbaşa əlaqə yaratmağa cəhd edirdilər. Məqsəd isə Şərqlə ticarətdən qazanılan çox böyük gəlirə bütünlüklə sahib olmaq idi.
XV əsrin ortalarında osmanlılar Konstantinopolu tutduqdan və Kiçik Asiyadan və Suriyadan keçən ticarət yollarına yiyələndikdən sonra avropalıların ticarət əlaqələri daha da çətinləşdi. Onlar isə elə yüksək gömrük haqqı alırdılar ki, tacirlərə bu yolla ticarət etmək faydalı deyildi. Osmanlıların fəthləri avropalıların Asiyaya yeni yollar axtarışını sürətləndirdi.
Hindistana gedən dəniz yolunun kəşf edilməsi. Aralıq dənizindən Şimal və Baltik dənizlərinə gedən mühüm ticarət yolu Portuqaliyasahillərindən keçirdi. Ölkənin limanlarına çoxlu gəmilər gəlirdi. Buna görə də burada yaşayan əhali dəniz ticarəti və balıqçılıqla məşğul olurdu. Balıqçılıqla məşğul olanlar daha çox olduğundan Portuqaliyanın dənitz sahili qəsəbələrində təcrübəli və cəsur dənizçilər az deyildi. Şərqə yeni yollar axtarmaq məqsədilə Portuqaliya kralları XV əsrin əvvəllərindənbaşlayaraq, Atlantik okeanına müntəzəm şəkildə gəmilər göndərirdilər. Bu gəmilər Afrikanın qərb sahilləri boyunca üzürdülər. Portuqaliya dənizçiləri zəncilərə şüşə muncuqlar, kiçik güzgülər verərək əvəzinə qızıltozu, fil sümüyü kimi çox qiymətli şeylər alırdılar. Elə buna görə də Afrikanın qərb sahilinin bəzi yerləri Qızıl sahil, Fil dişi sahili adlanır. Elə bu zamandan avropalılar qul alverinə də başladılar. Onlar zənciləri zorla tutub qul edəroək satırdılar. Kölə sahili adı isə bu rüsvayçı ticarətlə bağlıdır.
Portuqaliya ekspedisiyalarınından birinə Bartolomey Diaş başçılıq edirdi. Bu ekspedisiya Afrika qitəsinin cənub qurtaracağından keçərək, Hind okeanına çıxdı. Onlar tezliklə Hindistana gedən dəniz yolunun kəşfinə ümid etdikləri üçün qitənin cənubunda dənizin içərilərinə qədər uzanan burunu Ümid burnu adlandırdılar. Yolun uzunluğu və çətinliklərindən yorulmuş dənizçilər səyahəti davam etdirməkdən imtina etdilər.
Portuqaliya kralı Vasko da Qamanın başçılığı altında Hindistana gedən dəniz yolunu axtaran yeni ekspedisiya göndərdi. Bu ekspedisiya ən yaxşı xəritələrlə və cihazlarla təchiz edilmiş, gəmilər uzun səfər üçün düzəldilmiş, dənizçilər təcrüəbli olduğu üçün daha mükəmməl idi. Ekspedisiya Afrikanın cənubunu dolanıb, onun şərq sahillərinə çıxa bildi. Vasko da Qamanın tapdığı təcrübəli dəniz bələdçisi gəmiləri Hind okeanına keçirə bildi. Portuqaliya gəmiləri 1498-ci ilin mayında Hindistanın Kəlküttə (Kalikut) şəhərinin yaxınlığında lövbər saldılar. Vasko da Qama dənizçilərə sahildə ədviyyvat valmağı tapşırdı. Özü isə rəsmən racənin-Kəlküttə hakiminin qəbuluna getdi.
Hindistanla ticarəti öz əllərinədə saxlayan ərəb tacirləriportuqaliyalıların bura gəlişindən narahat oldular.. Buna görə də racəni dilə tutdular ki, sahilə çıxan portuqaliyalıları həbs etdirsin. Racənin portuqaliyalıları həbs etməsinə cavab olaraq Vasko da Qama onun gəmilərinə baxmağa gələn hind əyanlarını gəmidə saxlayıb buraxmadı. Racə həbs edilən portuqaliyaları buraxmağa məcbur oldu. Hind əyanlarını da Vasko da Qamanın buraxacağına inanıb onları gətirmək üçün qayıq göndərdi. Lakin əsirləri qaytarmaqdan boyun qaçıan Vasko da Qama racənin göndərdiyi qayıqlara topdan atəş açırdı. Beləlilkə, avropalılar özlərinin Hindistana gəlişini top atəşləri ilə xəbər verirdilər. Gəmiləri ədviyyatla dolduran portuqaliyalılar vətənə döndülər. Ədviyyat ticarətinin hədsiz dərəcədə gəlir gətirdiyi aşkar olundu. Belə ki, portuqaliyalıların gətirdikləri ədviyyatın qimyəti ekspedisiyanın təşkilinə çəkilən xərcdən 60 dəfə artıq idi.
Portuqaliyanın Asiyadakı mülkləri. Portuqaliya kralı Hindistanı və Asiyanın digər ölkələrini işğal etğmək üçün Hind okeanına dalbadal hərbi donanmalar göndərdi. Lakin Portuqaliya çoxlu əhalisi olan Asiya ölkələrini bütünlüklə işğal edə bilmədi. Buna görə də portuqaliyalılar bu ölkələrin-Hindistanın, Ərəbistanıvn, Şərqi Afrikanın ancaq Hind okeanısahillərindəki ən mühüm şəhərlərini tutdular. Tutduqları şəhərlərin əhalisini qıraraq yerində qalalar tikdilər və dəniz sahillərində möhkəmləndilər. Sonra da ərəblərin və hindlilərin gəmilərini qarət etməyə, batırmağa başladılar. Silah və hərbi donanma cəhətdən üstün olan portuqaliyalılar bu yolla ərəbləri Hind okeanından tamamilə sıxışdırıb çıxardılar. Hindistana gedən dəniz yolu onların əlinə keçdi. Portuqaliyalılar işğallarını davam etdirir, Şərqə doğru daha çox irəliləməyə çalışırdılar. Onlar ən yaxşı ədviyyvat növləri becərilən Zond və Molukk adalarınıtutdular, Çin və Yaponiya sahillərinə gəlib çatdılar.
Şərq malları ilə ticarətdən işğalçılar çox böyük gəlir götürürdülər. Onlar ədviyyatı yerli əhalidən ucuz qiymətə alır, hind knyazlarını məcbur edirdilər ki, bacı ədviyyatla versinlər.
Böyük coğrafi kəşflərlə ilk müstəmləkə işğalları başlandı. Çünki portuqaliyalıların işğal etdikləri yerlər onların zülmü altına düşərək, öz müstəqilliklərini itirdilər. Müstəqilliyini itirmiş və işğalçıların zülmü altına düşmüş ərazilər müstəmləkələr adlanmağa başladı. Hindistana gedəndəniz yolunun kəşfi geri qalmış xalqların öz müstəqilliklərini itirməsinə,müstəmləkələrin yaranmasına aparan yol oldu.
Magellanın dünya səyahəti. Fernado Magellanın başçılığı ilə ispanlar 1519-cu ildə dünya səyahətinə başladılar. Onların məqsədi qərbə tərəf üzməklə Asiyaya gedib çıxmaq idi. Onlar Atlantik okeanına keçib Cənubi Amerika sahilləri boyunca hərəkət etdilər. Nəhayət qərbə tərəf gedən bir boğaza çatdılar və bu boğazı keçib okeana çıxdılar. Bu müddət ərzində hava yaxşı keçdiyindən, heç bir hadisə baş vermədiyindən bu okeana Sakit okean adı verdilər. Onların Sakit okeana keçdiyi boğaz isə sonralar Magellan boğazı adlandırıldı. Səyahət 1522-ci ildə başa çatdı. İlkdünya səyahəti Yerin kürə forması şəklində olmasını qəti surətdə sübut etdi. Çünki onlar İspaniyadan qərbə doğru üzərək yenidən İspaniyaya qayıtmışdılar.
Avropalıların Asiya, Afrika və Amerikanı işğalları. İspaniyalıların və portuqaliyalıranı kəşf etdikləri torpaqlara hamıdan əvvəl əsgər, tacir vəkeşiş gəlirdi.
Ernando Kortesin başçılıq etdiyi dəstə 1519-cu ildə Meksikayasoxuldu. 400 nəfərlik bu dəsəyə asteklərin zülmündən narazı olan yerli tayfalardan da kömək edənlər vardı. Asteklərin hökmdarı ilk döyüşdə məğlub oldu. Onları atlar və topların gurultusu bərk qorxuya salmışdı. Kortes hiylə ilə asteklərin hökmdarını tutdu. Ölkəni onun adından idarə etməyə başladı. İspanlar asteklərin qızıl və qiymətli daş-qaş anbarını tapıb taladılar.
Perunu isə Fransisko Pisarronun başçılıq etdiyi 200 nəfərlik bir dəstə tutdu. Onlar burada da xəyanət yolu ilə inklərin hökmdarını əsir götürdülər. Əvəzində isə çoxlu ödənc verilməsini tələb etdilər. Böyük bir otaq dolu qızıl alan ispanlar yenə vədlərinə xilaf çıxıb hökmdarı öldürdülər. İspaniya işğalçıları Amerika xalqlarının həm özlərini, həm də qədim mədəniyyətini vəhşicəsinə məhv etdilər. İspaniya az müddətdə Cənubi Amerikanın tutdu. Yalnız Braziliya portuqaliyalıların oldu. Onlar təsadüfən, Afrikanı dolanıb Hindistanada gedərkən gəlib bura çıxmışdılar.
Hinduların kütləvi şəkidə məhv edilməsi Amerikada qula ehtiyac yaratdı. İndi bura Afrikadan zəngi qular gətirilməyə başlamışdılar. Qul alveri ilə əvvəllər portuqaliyalılar məşğul olurdular. Artıq ispanlar, hollandlar, ingilislər Afrikaya zənci ovuna çıxdılar. Onlar tutub qul etdikləri zənciləri Amerika bazarlarında satırdılar.
Böyük coğrafi kəşflərin nəticələri. Coğrafi kəşflər nəticəsində uzaq qitələr arasında əlaqələr yarandı, ticarət hədsiz dərəcədə genişləndi. Beləilkə, dünya ticarəti yarandı. Avropaya Asiyadan çay və qəhvə, Amerikadan kakao və tütün gətirilirdi. Avropanın sənaye malları da bu qitələrə aparılırdı. Coğrafi kəşflər nəticəsində ticarət yoları Aralıq dənizindən okeanlara keçdi. Buna görə də Venesiya və Genuya bu yollardan kənarda qaldı. Müstəmləkələrlə ticaət Niderland, Portuqaliya vəİngiltərənin əlində cəmləşdi. Niderlandın Antverpen limanı dunya ticarətinin başlıca mərkəzinə çevrildi. Coğrafi kəşflər nəticəsində müstəmləkələrdən Avropaya çoxlu qızıl, gümüş gətirildi. Bunların da çoxu İspaniya və Portuqaliyaya çatdı. Laikn bu sərvət onların əlində qalmadı. Bu ölkələrin sənayesinin olmaması həmin sərvətin Avropanın inkişaf etmiş ölkələrinin tacirlərinin, bankirlərinin, iri müəssisə sahiblərinin əlinə keçməsinə səbəb oldu.
Coğrafi kəşflər nəticəsində Avropada əmtəə istehsalı artdı. Bu kəşflər avropalıların Asiya və Amerika və Afrikada çoxlu torpaqlar işğal etməsi bu qitələrin bir çox xalqlarını əsarət altına alması ilə nəticələndi. Coğrafi kəşflər Amerika, Asiya və Afrika xalqları üçün uzun və əzablı müstəmləkə əsarətinin başlanğıcı oldu./ http://tarix.info /
Yorum Gönder