Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Kanada

Kanada – Şimali Amerika qitəsində dövlət. Atlantik, Sakit və Şimal Buzlu okenların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəddir. Ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir.Kanada G8 qrupuna daxil olan başlıca dövlətlərdən birdir.


Kanada – Şimali Amerika qitəsində dövlət. Atlantik, Sakit və Şimal Buzlu okenların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəddir. Ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir.Kanada G8 qrupuna daxil olan başlıca dövlətlərdən birdir. Ölkənin iqtisadiyyatı uzun müddət "eninə", son onilliklər ərzində isə intensiv sürətdə "dərininə" inkişaf edir. Ölkənin sürətli inkişafına aşağıdakı amillər təsir etmişdir.
Müstəmləkə asılılığının tezliklə ləğv edilməsi
Əhalinin sayının nisbətən az olması ilə olduqca böyük torpaq və mineral resurslara sahib olması
Kütləvi mühacir və intensiv xarici kapital axını
İşçi qüvvəsinin çatışmaması ilə əlaqədar texnikanın sürətli inkişafı
Kanadanın təsərrüfatı əvvəlcə Böyük Britaniyanın (Böyük Britaniyanın taxıl mənbəyi kimi), İkinci
Dünya müharibəsindən sonra isə ABŞ-ın təsiri altında əmələ gəlmişdir. Müasir dövrdə Kanadanın iqtisadiyyatı ikili xarakter daşıyır. Bir tərəfdən İnkişaf etmiş ölkələr üçün səciyyəvi olan bütün əlamətlər Kanadaya da aiddir. Digər tərəfdən isə, bəzi əlamətlər Kanadanı İnkişaf etməkdə olan ölkəyə bənzədir. Məsələn, ölkənin təsərrüfatı, xüsusilə onun sənayesi xarici kapitaldan, ilk növbədə ABŞ-ın inhisarçı şirkətlərindən asılıdır. 
Əslində Kanada ABŞ-ın
iqtisadiyyatına bağlanmışdır. Buna görə də ABŞ-ın iqtisadiyyatında böhran əlaməti hiss olunanda, Kanadanın bütün iqtisadiyyatı sarsılır. Kanadanın sənaye dairələrində belə deyirlər. ABŞ-ın iqtisadiyyatına soyuq dəyən kimi Kanadanın iqtisadiyyatı hospitala düşür. Kanada iqtisadiyyatının ikili xarakteri həm də təsərrüfatın sahəvi strukturunda aydın nəzərə çarpır. Emaledici sənaye hakim mövqe tutur, lakin hasilat sənayesinin və kənd təsərrüfatının payı ABŞ-a, Qərbi Avropa ölkələrinə vəYaponiyaya nisbətən xeyli yüksəkdir. Kanada dünya bazarında ilk əvvəl sənaye xammalı (ölkədə çıxarılan mineral xammalın 80%-i ixrac edilir) və ərzaq tədarükçüsü kimi tanınıb.
Kanadanın böyük əraziyə malik olması, sənaye və kənd təsərrüfatının ixitisaslaşdırılmış sahələrinin ölkə ərazisi üzrə səpələnməsi ölkənin iqtisadiyyatında nəqliyyatın rolunu artırmış və onun bütün növlərinin inkişafına təsir etmişdir. Ölkədə boru kəmərinin yüksək inkişafı, Böyük Göllərvə Müqəddəs Lavrenti çay sisteminin yükdaşınmada böyük rolu Kanada nəqliyyatının səciyyəvi xüsusiyyətidir. Kanada iqtisadiyyatı həm də xarici ticarətdən güclü surətdə asılıdır. Ölkədə istehsal edilən məhsulların əhəmiyyətli hissəsi dünya bazarına çıxarılır. İxracatının 2/3 hissəsindən artığı xammal, yarımfabrikat və ərzaq məhsullarının payına düşür. Kanada həm də maşın və avadanlıqlar ixrac edir. İdxalatında hazır sənaye məhsulları, boksit, pambıq, kauçuk, qəhvə, kakao üstünlük təşkil edir. Xarici ticarət dövriyyəsinin 2/3-dən artıq hissəsi ABŞ-ın payına düşür.
Sənaye-Bütün İnkişaf Etmiş Ölkələrdə olduğu kimi Kanadada da sənayenin sahəvi strukturu mürəkkəbdir. Energetika təsərrüfatı nef və təbii qaza, həm də Kanadada elektrik enerjisinin 2/3-dən artığını verən SES-lərə əsaslanır. Ölkədə atom energetikası inkişaf edir. Emaledici sənayenin strukturunda metallurgiya  maşınqayırma hakim mövqe tutur. Qara metallurgiyanın başlıca mərkəzi Hamiltondur. Ucuz elektrik enerjisinə və zəngin yerli xammala (boksit istisna olmaqla) əsaslanan əlvan metallurgiya, xüsusilə Qayana  Yamaykadan gətirilən boksit əsasında alüminiumistehsalı sahəsi güclü inkişaf etmişdir. Qara metallurgiyadan fərqli olaraq bu sahə ixracat əhəmiyyəti daşıyır.
Maşınqayırma nəqliyyat maşınları istehsalı, radioelektronika, cihazqayırma ilə, həm də meşə tədarükü və ağac emalı üçün maşın və avadanlıq istehsalı ilə təmsil olunur. Qara metallurgiya zavodları kimi maşınqayırma müəssisələrinin də böyük hissəsi göl sahili və Müqəddəs Lavrenti çayı boyunca (Toronto, Monreal və s.) yerləşir. Kanadada təsərrüfatın ənənəvi sahəsi meşə tədarükü, ağac emalı və sellüloz-kağız sənayesidir. Meşə materiallarının böyük hissəsini Britaniya Kolumbiyası verir. Meşə sənayesinin iri mərkəzi Vankuverdir. Kimya sənayesinin ən iri müəssisələri qərb əyalətlərinin iri və orta şəhərlərində yerləşir. Əsasən idxal xammala əsaslanan yüngül sənaye ölkənin tələbatının yalnız yarısını təmin edir. Yüngül sənaye müəssisələri bütün əyalətlərdə var.
Əhali-Kanadanın ərazisi min illərlə müasir hindu  eskimosların soyları tərəfindən, 4 əsr öncə isə avropalılar tərəfindən məskunlaşmışdır. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir.
İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebekvilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar (almanlar, italyanlar, ukraynalılar, ruslar və b.) əhalinin 33 %-ni,yerli əhali isə 1.3 %-ni təşkil edir.
Əhali ölkə ərazisi üzrə qeyri-bərabər, başlıca olaraq ABŞ-la sərhəd boyunca daha sıx yerləşmişdir. Əhalinin 77 %-i şəhərlərdə yaşayır. İldə 30 min nəfərin Kanadaya immiqrasiya etməsi əhalinin artımına müsbət təsir göstərir. İri milyonçu şəhərləriMonreal,Toronto və Vankuverdir. Şimalda iri torpaq sahələri isə demək olar ki, mənimsənilməyib. Kanadanın həyatında bir çox şey güclü cənub qonşusu ABŞ-la münasibətlərlə müəyyənləşir. Dünyada bir–biri ilə ikitərəfli ticarət həcminə görə ABŞ və Kanada ilə rəqabətə girə biləcək başqa cüt ölkə yoxdur.
Kanadanın ABŞ və Meksika ilə birgə imzaladığı Şimali Amerika sazişi ölkədə ticarətin birdən –birə yüksəlişinə səbəb oldu. Amma bir çox problemlər həll olunmamış qaldı. Əsas narazılıq isə ABŞ-ın Kanada ixracatına mənfi təsir edən fəaliyyətidir – məsələn, Kanada meşəsinə olan tarif və Amerika fermerlərinə artan maddi yardım. Kanada ilə ABŞ arasında digər mübahisəyə səbəb isə ətraf mühitin çirklənməsidir. Sərhəd boyunca uzanan Amerika zavodları və Alyaskadakı neft sənayesi çirklənməyə əsas səbəb göstərilir. Xarici siyasət sferasında Kanada cənub qonşusundan fərqli kursdadır. Məsələn, Kanada ABŞ-ın elan etdiyi terrorla müharibə üçün öz qoşunlarından istifadə etmək qərarını verdi, amma onları İraqa göndərmədi. Kanada Amerikanın Kubaya qoyduğu ticarət embarqosunu da dəstəkləmir. 2001-ci il 11 sentyabr hadisəsindən sonra əsas aktual problem terrorçuların 9 min km uzunluqda olan Amerika-Kanada sərhəddindən keçə bilməsinin qarşısını almaq olub. Bu, hər iki dövləti daha aktiv informasiya mübadiləsi aparmağa şövq etdi. İmmiqrasiya Kanadaya dünyanın ən zəngin ölkələrindən biri olmağa kömək etdi. Millətlərarası konfliktlər bu ölkədə çox nadir hallarda olur. Miqrasiya siyasətini yumşaqlığından son zamanlar ölkəyə Asiyadan çoxlu mühacirlər gəlir. Kanadanın aborigenləri (yerli əhalisi) – hindu tayfaları əhalinin iki faizindən azını təşkil edir.

Kənd təsərrüfatının inkişafı üçün daha əlverişli aqroiqlim şəraiti ölkənin cənubunda yerləşən düzənlik və yaylalardır. Burada mülayim kontinental iqlim hakimdir. Ölkə ərazisinin cəmi 15%-ə qədər hissəsi kənd təsərrüfatına yararlıdır. Bu sahələr ABŞ sərhədin boyunca uzanır və əsasən qara və şabalıdı torpaqlardan ibarətdir. Daha quraqlıq olan Kordilyerin dağ ətəklərində yaxşı təbii otlaqlar var. Kanadada çoxsahəli kənd təsərrüfatı texniki cəhətdən yaxşı təchiz
olunmuşdur. Yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənən kənd təsərrüfatı ixracat əhəmiyyətinə malikdir. Əmtəəlik məhsullarının 60%-ə qədərini verən heyvandarlıq kənd təsərrüfatının başlıca sahəsidir. Ətlik istiqamətli maldarlıq və qoyunçuluq başlıca olaraqAlberta və başqa çöl əyalətlərində, südlük heyvandarlıq Kvebekdə, donuzçuluq və quşçuluq isə Ontarioda inkişaf etmişdir. Bununla yanaşı Kanada taxıl istehsalına görə dünyada birinci yerlərdən birini, əhalinin adambaşına düşən buğda istehsalına görə isə birinci yeri tutur. Taxıl əkininə görə çöl əyalətləri olan Saskaçevan, Alberta və Manitoba fərqlənir. Ölkədə ildə 50-55 milyon tona yaxın taxıl (o cümlədən 20-25 milyon ton buğda) yığılır. Əhalinin illik tələbatı isə 5 milyon tondur. Dünyada buğda ixracatının 1/5-ə qədəri Kanadanın payına düşür.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget