Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Amerika ölkələri"

Sahəsinə görə (9976 min km2) dünyada Rusiyadan sonra 2-ci yeri tutur. İCM-nin başlıca xüsusiyyəti cənubdan ABŞ-la həmsərhəd olması və 3 okean suyu ilə əhatə olunmasıdır. Dəniz sərhədlərinin 9/10-u iqtisadi fəaliyyətdə iştirak etmir. Kanada ərazisində 1605-ci ildə fransızlar, 1623-cü ildə ingilislər məskunlaşmağa başlamışlar. 1756-1763-cü illərdə Fransa və İngiltərə arasında Yeddiillik müharibədən sonra Kanada İngiltərənin müstəmləkəsinə çevrildi, yalnız 1931-ci ildə müstəqillik qazanmışdır. 10 əyaləti və 2 ərazisi olan Kanada "Birlik" çərçivəsində federativ dövlətdir. Ərazilər federal hökumətin təyin etdiyi məmurlar tərəfindən idarə olunur.
Əhalinin 41%-i ingilis, 27%-i fransız mənşəlidir. Yerli əhali 1,3%, qalam alman, italyan, ukraynalı, rus və s.-dir. İngilis və fransız dilləri dövlət dilidir. XX əsrin əvvəllərindən həm yüksək təbii artım, həm də immiqrasiya hesabma əhali sürətlə artırdı, sonra təbü artım azalmış və hazırda 0,7-0,8%-dir. Əhalinin sıxlığına görə Kanada İEO arasında axırıncı yerlərdədir - hər km2-də 2-3 nəfər. Əhali başlıca olaraq ABŞ-la həmsərhəd cənub qurşaqda yaşayır. Urbanizasiyanın səviyyəsi yüksəkdir - 80%. Milyonçu şəhərləri Monreal, Toronto, Vankuverdir. Kənd əhalisi Kvebek və Atlantiksahili əyalətlərdə qrup, Ontario və Qərbdə dağınıq (fermer) məskunlaşmada yaşayır.
Təsərrüfatı. Kanada "Yeddilər" qrupuna daxil olan, iqtisadiyyatı sürətlə "dərininə" inkişaf edən ölkədir. Ölkənin sürətli inkişafının səbəbləri:
1. Müstəmləkə asılılığının tez ləğv edilməsi;
2. Böyük torpaq və mineral resurslara malik olması;
3. Kütləvi mühacir və kapital axımı;
4. İşçi qüvvəsinin çatışmazlığı ilə bağlı texnikanın tətbiqi.
Kanadanın iqtisadiyyatı ABŞ-dan asılıdır. Bəzi əlamətlərə görə (təsərrüfatın xarici kapitaldan asılılığı, təsərrüfatın sahəvi strukturu - hasilat sənayesi və kənd təsərrüfatının payının yüksək olması) Kanada İOÖ-ə bənzəyir. Kanada dünya bazarmda ilk əvvəl sənaye xammalı (çıxarılan xammalm 80%-i) və ərzaq tədarükçüsü kimi məşhurdur.
Sənayenin inkişafı güclü xammal (əlvan, nadir və nəcib metallar, dəmir, uran, neft, qaz,
daş kömür) və hidroenerjiyə əsaslanır. Ölkənin 1/3—i meşələrlə örtülüdür. Adambaşına düşən meşə ehtiyatına görə dünyada I yeri tutur.
Energetika təsərrüfatı neft və qaza, SES-lərə əsaslanır. Emaledici sənayenin strukturunda metallurgiya və maşınqayırma hakim mövqe tutur. Alüminium sənayesi idxal xammalma (boksit; Qayana və Yamaykadan) əsaslanır. Həm metallurgiya, həm də maşınqayırma müəssisələrinin əksəri Gölsahili və Müqəddəs Lavrenti çayı boyu (Toronto, Monreal) yerləşir. Kanada təsərrüfatının ənənəvi sahəsi meşə tədarükü, ağac emalı və sellüloz - kağız sənayesidir.
Kənd təsərrüfatı üçün əlverişli aqroiqlim şəraiti (ərazinin 15%-i) ölkənin cənubundadır. Kənd təsərrüfatı texniki cəhətdən yaxşı təchiz olunmuşdur. Ətlik və südlük heyvandarlıq kənd təsərrüfatmda əmtəəlik məhsulun 60%-ni verir. Dünyada taxıl istehsalına görə ilk yerlərdən birini, adambaşma düşən taxıl istehsalında I yeri tutur. Dünya buğda ixracatının 1/5—i Kanadanın payına düşür.
Ərazinin böyük olması bütün nəqliyyat növlərinin inkişafım zəruri edir.
İqtisadiyyatı xarici ticarətdən çox asılıdır. İxracatın 2/3-si xammal, yarımfabrikat, ərzaq məhsullarıdır. Xarici ticarət dövriyyəsinin 2/3-si ABŞ-ın payına düşür.
Ölkədə əhali və təsərrüfatın yerləşməsinə görə formalaşmış 4 bölgə (Mərkəz, Atlantik sahili, Göl əyalətləri, Sakit okean) və Şimal ərazisi fərqlənir.


Kanada – Şimali Amerika qitəsində dövlət. Atlantik, Sakit və Şimal Buzlu okenların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəddir. Ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir.Kanada G8 qrupuna daxil olan başlıca dövlətlərdən birdir. Ölkənin iqtisadiyyatı uzun müddət "eninə", son onilliklər ərzində isə intensiv sürətdə "dərininə" inkişaf edir. Ölkənin sürətli inkişafına aşağıdakı amillər təsir etmişdir.
Müstəmləkə asılılığının tezliklə ləğv edilməsi
Əhalinin sayının nisbətən az olması ilə olduqca böyük torpaq və mineral resurslara sahib olması
Kütləvi mühacir və intensiv xarici kapital axını
İşçi qüvvəsinin çatışmaması ilə əlaqədar texnikanın sürətli inkişafı
Kanadanın təsərrüfatı əvvəlcə Böyük Britaniyanın (Böyük Britaniyanın taxıl mənbəyi kimi), İkinci
Dünya müharibəsindən sonra isə ABŞ-ın təsiri altında əmələ gəlmişdir. Müasir dövrdə Kanadanın iqtisadiyyatı ikili xarakter daşıyır. Bir tərəfdən İnkişaf etmiş ölkələr üçün səciyyəvi olan bütün əlamətlər Kanadaya da aiddir. Digər tərəfdən isə, bəzi əlamətlər Kanadanı İnkişaf etməkdə olan ölkəyə bənzədir. Məsələn, ölkənin təsərrüfatı, xüsusilə onun sənayesi xarici kapitaldan, ilk növbədə ABŞ-ın inhisarçı şirkətlərindən asılıdır. 
Əslində Kanada ABŞ-ın
iqtisadiyyatına bağlanmışdır. Buna görə də ABŞ-ın iqtisadiyyatında böhran əlaməti hiss olunanda, Kanadanın bütün iqtisadiyyatı sarsılır. Kanadanın sənaye dairələrində belə deyirlər. ABŞ-ın iqtisadiyyatına soyuq dəyən kimi Kanadanın iqtisadiyyatı hospitala düşür. Kanada iqtisadiyyatının ikili xarakteri həm də təsərrüfatın sahəvi strukturunda aydın nəzərə çarpır. Emaledici sənaye hakim mövqe tutur, lakin hasilat sənayesinin və kənd təsərrüfatının payı ABŞ-a, Qərbi Avropa ölkələrinə vəYaponiyaya nisbətən xeyli yüksəkdir. Kanada dünya bazarında ilk əvvəl sənaye xammalı (ölkədə çıxarılan mineral xammalın 80%-i ixrac edilir) və ərzaq tədarükçüsü kimi tanınıb.
Kanadanın böyük əraziyə malik olması, sənaye və kənd təsərrüfatının ixitisaslaşdırılmış sahələrinin ölkə ərazisi üzrə səpələnməsi ölkənin iqtisadiyyatında nəqliyyatın rolunu artırmış və onun bütün növlərinin inkişafına təsir etmişdir. Ölkədə boru kəmərinin yüksək inkişafı, Böyük Göllərvə Müqəddəs Lavrenti çay sisteminin yükdaşınmada böyük rolu Kanada nəqliyyatının səciyyəvi xüsusiyyətidir. Kanada iqtisadiyyatı həm də xarici ticarətdən güclü surətdə asılıdır. Ölkədə istehsal edilən məhsulların əhəmiyyətli hissəsi dünya bazarına çıxarılır. İxracatının 2/3 hissəsindən artığı xammal, yarımfabrikat və ərzaq məhsullarının payına düşür. Kanada həm də maşın və avadanlıqlar ixrac edir. İdxalatında hazır sənaye məhsulları, boksit, pambıq, kauçuk, qəhvə, kakao üstünlük təşkil edir. Xarici ticarət dövriyyəsinin 2/3-dən artıq hissəsi ABŞ-ın payına düşür.
Sənaye-Bütün İnkişaf Etmiş Ölkələrdə olduğu kimi Kanadada da sənayenin sahəvi strukturu mürəkkəbdir. Energetika təsərrüfatı nef və təbii qaza, həm də Kanadada elektrik enerjisinin 2/3-dən artığını verən SES-lərə əsaslanır. Ölkədə atom energetikası inkişaf edir. Emaledici sənayenin strukturunda metallurgiya  maşınqayırma hakim mövqe tutur. Qara metallurgiyanın başlıca mərkəzi Hamiltondur. Ucuz elektrik enerjisinə və zəngin yerli xammala (boksit istisna olmaqla) əsaslanan əlvan metallurgiya, xüsusilə Qayana  Yamaykadan gətirilən boksit əsasında alüminiumistehsalı sahəsi güclü inkişaf etmişdir. Qara metallurgiyadan fərqli olaraq bu sahə ixracat əhəmiyyəti daşıyır.
Maşınqayırma nəqliyyat maşınları istehsalı, radioelektronika, cihazqayırma ilə, həm də meşə tədarükü və ağac emalı üçün maşın və avadanlıq istehsalı ilə təmsil olunur. Qara metallurgiya zavodları kimi maşınqayırma müəssisələrinin də böyük hissəsi göl sahili və Müqəddəs Lavrenti çayı boyunca (Toronto, Monreal və s.) yerləşir. Kanadada təsərrüfatın ənənəvi sahəsi meşə tədarükü, ağac emalı və sellüloz-kağız sənayesidir. Meşə materiallarının böyük hissəsini Britaniya Kolumbiyası verir. Meşə sənayesinin iri mərkəzi Vankuverdir. Kimya sənayesinin ən iri müəssisələri qərb əyalətlərinin iri və orta şəhərlərində yerləşir. Əsasən idxal xammala əsaslanan yüngül sənaye ölkənin tələbatının yalnız yarısını təmin edir. Yüngül sənaye müəssisələri bütün əyalətlərdə var.
Əhali-Kanadanın ərazisi min illərlə müasir hindu  eskimosların soyları tərəfindən, 4 əsr öncə isə avropalılar tərəfindən məskunlaşmışdır. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir.
İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebekvilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar (almanlar, italyanlar, ukraynalılar, ruslar və b.) əhalinin 33 %-ni,yerli əhali isə 1.3 %-ni təşkil edir.
Əhali ölkə ərazisi üzrə qeyri-bərabər, başlıca olaraq ABŞ-la sərhəd boyunca daha sıx yerləşmişdir. Əhalinin 77 %-i şəhərlərdə yaşayır. İldə 30 min nəfərin Kanadaya immiqrasiya etməsi əhalinin artımına müsbət təsir göstərir. İri milyonçu şəhərləriMonreal,Toronto və Vankuverdir. Şimalda iri torpaq sahələri isə demək olar ki, mənimsənilməyib. Kanadanın həyatında bir çox şey güclü cənub qonşusu ABŞ-la münasibətlərlə müəyyənləşir. Dünyada bir–biri ilə ikitərəfli ticarət həcminə görə ABŞ və Kanada ilə rəqabətə girə biləcək başqa cüt ölkə yoxdur.
Kanadanın ABŞ və Meksika ilə birgə imzaladığı Şimali Amerika sazişi ölkədə ticarətin birdən –birə yüksəlişinə səbəb oldu. Amma bir çox problemlər həll olunmamış qaldı. Əsas narazılıq isə ABŞ-ın Kanada ixracatına mənfi təsir edən fəaliyyətidir – məsələn, Kanada meşəsinə olan tarif və Amerika fermerlərinə artan maddi yardım. Kanada ilə ABŞ arasında digər mübahisəyə səbəb isə ətraf mühitin çirklənməsidir. Sərhəd boyunca uzanan Amerika zavodları və Alyaskadakı neft sənayesi çirklənməyə əsas səbəb göstərilir. Xarici siyasət sferasında Kanada cənub qonşusundan fərqli kursdadır. Məsələn, Kanada ABŞ-ın elan etdiyi terrorla müharibə üçün öz qoşunlarından istifadə etmək qərarını verdi, amma onları İraqa göndərmədi. Kanada Amerikanın Kubaya qoyduğu ticarət embarqosunu da dəstəkləmir. 2001-ci il 11 sentyabr hadisəsindən sonra əsas aktual problem terrorçuların 9 min km uzunluqda olan Amerika-Kanada sərhəddindən keçə bilməsinin qarşısını almaq olub. Bu, hər iki dövləti daha aktiv informasiya mübadiləsi aparmağa şövq etdi. İmmiqrasiya Kanadaya dünyanın ən zəngin ölkələrindən biri olmağa kömək etdi. Millətlərarası konfliktlər bu ölkədə çox nadir hallarda olur. Miqrasiya siyasətini yumşaqlığından son zamanlar ölkəyə Asiyadan çoxlu mühacirlər gəlir. Kanadanın aborigenləri (yerli əhalisi) – hindu tayfaları əhalinin iki faizindən azını təşkil edir.

Kənd təsərrüfatının inkişafı üçün daha əlverişli aqroiqlim şəraiti ölkənin cənubunda yerləşən düzənlik və yaylalardır. Burada mülayim kontinental iqlim hakimdir. Ölkə ərazisinin cəmi 15%-ə qədər hissəsi kənd təsərrüfatına yararlıdır. Bu sahələr ABŞ sərhədin boyunca uzanır və əsasən qara və şabalıdı torpaqlardan ibarətdir. Daha quraqlıq olan Kordilyerin dağ ətəklərində yaxşı təbii otlaqlar var. Kanadada çoxsahəli kənd təsərrüfatı texniki cəhətdən yaxşı təchiz
olunmuşdur. Yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənən kənd təsərrüfatı ixracat əhəmiyyətinə malikdir. Əmtəəlik məhsullarının 60%-ə qədərini verən heyvandarlıq kənd təsərrüfatının başlıca sahəsidir. Ətlik istiqamətli maldarlıq və qoyunçuluq başlıca olaraqAlberta və başqa çöl əyalətlərində, südlük heyvandarlıq Kvebekdə, donuzçuluq və quşçuluq isə Ontarioda inkişaf etmişdir. Bununla yanaşı Kanada taxıl istehsalına görə dünyada birinci yerlərdən birini, əhalinin adambaşına düşən buğda istehsalına görə isə birinci yeri tutur. Taxıl əkininə görə çöl əyalətləri olan Saskaçevan, Alberta və Manitoba fərqlənir. Ölkədə ildə 50-55 milyon tona yaxın taxıl (o cümlədən 20-25 milyon ton buğda) yığılır. Əhalinin illik tələbatı isə 5 milyon tondur. Dünyada buğda ixracatının 1/5-ə qədəri Kanadanın payına düşür.


ABŞ-ın sahəsi 9,3 mln. km2 olub, ərazisinin böyüklüyünə görə dünyanın 4-cü ölkəsidir. ABŞ- şimalda Şimal Buzlu, qərbdə Sakit, şərqdə Atlantik okeanları əhatələnib. Okeanlarla əhatə olunması onun Avropa və başqa qitə ölkələri ilə ticarət iqtisadi əlaqələrini asanlaşdırmaqla yanaşı, həm də onu uzun sürən dağıdıcı müharibələr gedən Avropa və Asiyadan təcrid etmişdir. Quru sərhədi yalnız 2 dövlətlə, şimalda Kanada, cənubda Meksika ilədir. Meksika ərazisindən Latın Amerikası ölkələri ilə quru yol əlaqəsi var. ABŞ-ın belə ICM-yi ölkə təsərrüfatının inkişafına müsbət təsir göstərir.
Mərkəz və şimal hissəsini ovalıqlar, düzənliklər, Appalaç dağları, qərb hissəsini Kordilyer dağlarının yüksək silsilələri, yayla və platoları tutur. Appalaç dağlarından şimalda geniş ərazini Mərkəzi Düzənliklər və qərbdə Böyük Düzənliklər tutur. Şimali Amerikada ən yüksək zirvə
Alyaska silsiləsindəki Mak-Kinli dağıdır (6,193 m). ABŞ-ın çayları, əsasən, Atlantik və Sakit okeana, az qismi Şimal Buzlu Okeana tökülür. Ən böyük çayıMissisipidir.ABŞ 50 ştatdan və dövlətin paytaxtı yerləşən Kolumbiya federal mahalından ibarət federativ respublikadır. Ərazisi 3 hissədən; 1) Əsas hissə (48 ştat), 2) Alyaska 3) Havay adalarından ibarətdir.
Əhalisi 288 mln. nəfər olub, dünyanın 3-cü böyük ölkəsidir. Əhali həm təbii artım, həm də kütləvi immiqrasiyanın hesabına artır. Indi ABŞ-da 100-dən artıq millət (bunun 12%-i zənci, 11%-i ispan dilli xalqlar, 6%-i Asiya mənşəli, 1%-i yerli hindulardır) yaşayır.Əhalinin təbii artımının I tipinə aid olan ABŞ-da yaşlıların və etnik azlıq təşkil edənlərin sayı sürətlə artır.
Müasir ABŞ-da məşğuliyyətin «postindustrial» tipi səciyyəvidir. Belə ki iqtisadi cəhətdən fəal əhalinin 75%-i xidmət sahələrində, 25%-i isə maddi istehsalatda (sənaye və k/t) çalışır.
ABŞ əhalisinin orta sıxlığı digər IEÖ-dən aşağıdır. Lakin əhali ərazi üzrə 9 bərabər hissəyə paylanıb. Əhalinin sayına görə Kaliforniya 1-ci, Nyu-York ştatı 2-ci, Texas 3-cü və Florida 4-cü yeri tutur.
ABŞ əhalisinin ərazi üzrə milli 
Iri şəhər aqlomerasiyalarının əksəriyyəti sahil zonasında yerləşdiyindən əhalinin sayı dənizsahili ərazilərdə artıq, daxili ərazilərdə isə azalır. Çikaqo, Nyu-York və Los -Anceles- ABŞ-n ən iri aqlomeriasiyalarıdır. Ümumiyyətlə ABŞ-da urbanizasiyanın səviyyəsi yüksəkdir. Əhalinin 80%-i şəhərlərdə yaşayır. ABŞ-da 3 nəhəng meqalopolis var.
1.Bosvaş (Boston-Vaşinqton) və ya Atlantik okeanı sahili meqalopolisi ABŞ-ın Ən iri meqalopolisi olub, bura Vaşinqton, Nyu-York, Filadelfiya, Baltimor və Bostan şəhərləri daxildir.
2. Göllərətrafı və ya Çippits (Çikaqo-Pitsburq) meqalopolisinə həmçinin Detroyt şəhəri də daxildir.
3. San-San (San-Diyeqo-San Fransisko) və ya Sakit okean meqalopolisinə həm də Los Anjeles şəhəri də daxildir.
Dağınıq formalı kənd yerlərində fermer tipli məskunlaşma üstünlük təşkil edir.
Faydalı qazıntılarla zəngin olan ABŞ ərazisini 2 hissəyə ayırmaq olaraq: 1. Filiz yataqları ilə zəngin –dağlıq qərb. 2. Yanar faydalı qazıntıları ilə zəngin platformadan ibarət şərq hissə. ABŞ neft, qaz, kömür, uran, dəmir və s yataqları ilə zəngin olsa da o dünya bazarından bu məhsulları almaqda davam edir. Buna səbəb xaricdən alınan xammalın daha ucuz başa gəlməsi, öz təbii ehtiyatlarını gələcək nəsil üçün saxlamaq məqsədi güdür. Meksika körfəzi, Kaliforniya, Texas və Alyaska neft-qazla; Appalaç dağlarındakı Kentukki və Qərbi Virciniya Daş kömürlə; Kaliforniya dağları qonur kömür, əlvan və nadir metallar, uranla; Yuxarı Göl rayonu dəmir filizi ilə zəngindir.
ABŞ iqtisadiyyatının sürətli inkişafı amillərlə bağlıdır.
1. Zəngin təbii ehtiyatlara, əlverişli iqtisadi coğrafi mövqe.
2. Feodal mülkiyyətinin olmaması və baş torpaqların fermerlərə paylanması.
3. Böyük daxili bazar.
4. Avropadan daha təşəbbüskar əhalinin və kapitalın axıb gəlməsi.
5. Fəhlə qüvvəsinin çatışmazlığı və bahalığı nəticəsində texnikanın sürətli inkişafı.
6. XX əsrdən «ağıllar axını» siyasətinin aparılması.
Bütün bu amillərin nəticəsində ABŞ kapitalizmin «köhnə» ölkələrdən olan Ingiltərə və Fransanı ötüb keçmişdir.
Sənayesinin 90%-ni emaledici, 10%-ni isə hasiledici sənaye verir. YEK-yerli və gətirilmə xammalına əsaslanır. ABŞ blkədə istehlak edilən neftin 50%-dən çoxunu Meksika və Iran körfəzi ölkələrindən alır.
ABŞ-da istehsal edilən elektrik enerjisinin ¾ hissəsini kömür, neft və qaz çıxarılan rayonlarda yerləşən IES-lər, 20%-ni AES-lər və qismən IES-lər verir. Ən iri IES-lər Tennesi və Kolumbiya çayları üzərindədir. Bu çayların enerjisindən istifadə etmək məqsədi ilə idxal xammala əsaslanan iri alüminium müəssisələri tikilib.
Qara metallurgiya –kokslaşan kömür və dəmir filizi ilə zəngin Böyük Göllər ilə Appalaç dağları arasında , əlvan metallurgiya isə əlvan filizləri ilə zəngin dağlıq ştatlarında inkişaf edib. Son illər ABŞ-ın köhnə filiz yataqları tükəndiyindən metallurgiya zavodları gətirilmə xammala əsaslanan dəniz limanlarına meyl edir.
Maşınqayırma ABŞ-ın hər 3 meqalopolisində xüsusilə Miçiqan və Detroyt şəhərində cəmlənmişdir. ABŞ-da istehsal olunan avtomobillərin 90%-i Detroytda yerləşən «Ford», «Ceneral motors» və «Kraysler» şirkətlərinə məxsusdur. Avtomobilqayırmanın 2-ci mərkəzi Kaliforniya ştatıdır. Burada «Boinq» təyyarələri, aviaraket-kosmik və elektron sənayesi güclü inkişaf ilə seçilir. (xüsusilə Los Anjeles şəhəri)
Kimya sənayesi ABŞ-ın neft-qaz hasilatı rayonlarında xüsusilə Texasın «neft kimya paytaxtı» sayılan Hyuston şəhərində inkişaf edib.
Yüngül xüsusilə toxuculuq sənayesi bol qadın işçi qüvvəsinə, pambıq və süni lif istehsalına, geniş istehlak bazarına malik olan Cənubi Atlantik sahili ştatlarında təmərküzləşmişdir.
ABŞ-da onlarla sənaye rayonu olsa da, onlardan ən irisi Los-Anceles, Çikaqo və Nyu-Yorkdur.
ABŞ-ın təbii şəraiti k/t-nın inkişaf üçün əlverişlidir. Ölkə geniş torpaq sahələrinə-qərbdə otlaq, şərqdə isə əkin sahələrinə malikdir. K/t-na yararsız torpaq sahələrinə Kordilyer və Appalaçin dağlıq əraziləri, Atlantik okeanının bataqlaşmış ovalıqları, Alyaska və səhralar aiddir.
Ölkədə mülayim subtropik və tropik iqlim qurşağının müxtəlif k/t bitkilərinin yetişdirilməsinə imkan verir. Qərbdə suvarma, şərqdə isə dəmyə əkinçiliyi inkişaf edib. K/t məhsulunun 2/3-ni heyvandarlıq verir. Heyvandarlıqla , həm də südlük, həm də ətlik qaramal yetişdirilməsi üstünlük təşkil edir. Qoyun və donuz əti quş ətinin rəqabətinə davam gətirmir. ABŞ broyleri ildə 5 mlrd toyuq (xüsusilə Corciya, Şimali və Cənubi Karolina ştatlarında) yetişdirilir.
Əkin sahəsinin ölçüsünə görə başlıca yerli dənli bitkilər, xüsusilə buğda və qarğıdalı tutur. Qarğıdalı ABŞ-ın Milli bitkisidir. Əkin sahələrinin 2/3-ni tutan bu bitkilər əsasən Mərkəzi və Böyük Düzənliklərdə (xüsusi ilə Ayova ştatında), çəltik və pambıq isə ölkənin cənubunda yetişdirilir. Şəkər qamışı Meksika körfəzi sahilində və Havay adalarında, şəkər çuğunduru Göllər ətrafı və dağlıq ştatlarda, tütün, Virciniya, Kentukki ştatlarında, meyvə və tərəvəz isə Kaliforniyada becərilir.
Fəal əhalinin yalnız 2,6%-i k/t-da çalışsa da ABŞ-ın k/t-ı böyük həcmdə və müxtəlif məhsul

istehsalı ilə, intensiv inkişafı, yüksək məhsuldarlığı və ixtisaslaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. ABŞ-ın k/t-da çalışan 1 işçi 80 nəfəri ərzaqla təmin edir. K/t məhsullarının ümumi istehsalına görə ABŞ dünyada Çin və Hindistandan sonra 3-cü, ixracatına görə isə 1-ci yerdə durur.
Nəqliyyat. ABŞ-da quru yol nəqliyyatının tikinti üçün yalnız Kordilyer dağlarında bir sıra çətinliklər var. Çayların xüsusilə Böyük Göllərin təbii yol kimi mühüm əhəmiyyəti var. Avtomobil, boru kəmər və hava nəqliyyatı ilə rəqabət
ABŞ magistral yolları
 (ümumi uzunluğu 75.440 km)
apararaq işləyən dəmir yol xətlərinin çoxu sökülüb. Çikaqo-ABŞ-ın ən iri nəqliyyat qovşağıdır.
Xarici ticarətin 2/3-i IEÖ-lər, xüsusilə Qərbi Avropa, Yaponiya və Kanada ilədir. Yapon və Qərbi Avropa malları ABŞ-ın daxili bazarında müvəqqətiyyətlə satıldığından ABŞ-ın ticarət saldosu mənfidir. ABŞ həmçinin iri kapital ixracatçıdır. Əsas kapitalı Kanada və Ingiltərəyə yönəldir.
Daxili fərqinə görə 4 iqtisadi rayona ayrılır.
1. Şimal-Şərq rayonu ərazisinə görə ən kiçik, iqtisadi gücünə görə isə ən böyük rayonudur. Buna ICM-in əlverişliliyi və təbii resurslarla zəngin olması təsir etmişdir. Bosvaş meqalopolisi bu rayondadır.
2. Cənub iqtisadi rayonu ABŞ-ın ən zəif inkişaf etmiş rayonudur. Rayon neft, qaz, kömür, fosfor yataqları ilə zəngindir. Son illər Texasda neft-kimya sənayesi, Floridada isə hərbi aviakosmik kompleks yaradılıb.
3. Orta Qərb rayonu kömür və dəmir filizi ilə zəngindir Bu rayonda Çipits meqalopolisi və ABŞ-ın avtomobil paytaxtı Detroyt şəhəri yerləşir. Rayon da buğda və qarğıdalı əkinləri, südlük, ətlik heyvandarlıq güclü inkişaf edib.

4. Qərb iqtisadi rayonu ABŞ-ın ən cavan və ən sürətli inkişaf edən iqtisadi rayonudur. Rayon neft-qaz və filiz yataqları ilə zəngindir. Regionda San-san meqalopolisi yerləşir. Alyaska və Havay ştatları da Qərb iqtisadi rayonuna daxildir. Regionda yerləşən Kaliforniya ştatını sənayenin güclü inkişafı ilə əlaqədar «dövlət daxilində dövlət» adlandırırlar.






Yamayka — Karib hövzəsində, Millətlər Birliyin tərkibində olan adalı bir dövlətdir. Mərkəzi Amerika, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavi dağdır .Paytaxtı: Kingston şəhəridir.Karib dənizində yerləşir, əhalisi 580 min nəfərdir.Kinqston Karib regionunda ən böyük ingilisdilli şəhərdir. 1693-ci ildə Böyük Britaniya tərəfindən salınıb, 1872-ci ildən Yamaykanın inzibati mərkəzi idi..Ərazisi: 10991km2-dir.Əhali: 2.9 milyon nəfərdir.

ÜDM: 25.18 milyard ABŞ dolları
Adambaşına düşən ÜDM: 9100 ABŞ 
dolları
Valyuta: Yamayka dolları (JMD)
İnfilasiya: 6.8% 06 %
İşsizlik: 14.2%
İnternet domen: .jm
Beynəlxalq telefon kodu: +1 876 
İdxal həcmi: 6.019 milyard ABŞ dolları
İdxal əmtəələri: qida və digər 
istehlak malları, sənaye 
təchizatları, yanacaq, kapital əmtəələrin ehtiyat hissələri və aksesuarları, maşınqayırma və nəqliyyat avadanlıqları, inşaat materialları 
İdxal partnyorları: ABŞ
32.8%, Venesuela 15%, Trinidad və Tobaqo 14.2%, Çin 6.3%, Meksika 4.1%
İxrac həcmi: 1.718 milyard ABŞ dolları
İxrac əmtəələri: aluminium, boksit, şəkər, rom, qəhvə, yams (şirin kartof), içki, kimyəvi maddələr, geyim, mineral yanacaqlar 
İxrac partnyorları: ABŞ 36.8%, Kanada 18.1%, Niderland 7.3%, Böyük Britaniya 5.4%, 
Norveç 4.3%
Potensial sahələr


Şəkər çuğunduru, banan, 
qəhvə, sitrus bitkiləri, yams
(şirin kartof)

Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki 
baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur.Baham - 700 adadan (onlardan 30-u məskunlaşıb) və 2000 mərcan töküntüdən ibarət olan arxipelaqdır.Torpaq Sahəsi  10.070 km ²-dir. Baham adaları dövlətinin hər hansı ordusu və ya Hərbi Hava Qüvvələri mövcud deyil. Ölkənin silahlı qüvvələri Baham Adaları Kral Müdafiə Qüvvələri və Hərbi Dəniz Donanmasından ibarətdir.
Baham adalarında iqlimin orta yanvar temperaturu - 21 ° C, iyul ayında - 30 ° C-dir.Burada olduqca tez-tez fırtınalar olur və əsasən iyun-oktyabr aylarına tsadüf edir.

Baham adalarının simvolu(Sarı gül).Adanın
 hər bir yerində bitir 
Burada bitki örtüyünün nisbətən zəifdir. Savanna və ya tikanlı həmişəyaşıl kollar hakimdi. Geniş bir sahədə şam meşələri ilə əhatə olunur. Kokos xurma ağacları - Andros və Böyük Abaco və adalarda yarpaqlı və həmişəyaşıl tropik meşələr sahillərində bitir.
Heyvanlar aləmi olduqca zəifdir, əsasən quşlar (əsasən köçəri su quşları) təmsil olunur. Dəniz sularının balıq, xərçəngkimilər və molyusklar zəngindir. 
 Baham adalarında  əsasən turizm və bank xidmətləri gəlir alan durmadan inkişaf edən ölkədir. Turizm burada ÜDM-in 60% təşkil edir. Birbaşa və ya dolayısı ilə məşğul əhalinin təqribən yarısı bu işlə məşğuldur. Ən çox turist ABŞ-dan gəlir.
Əhalisi - 353,658 (siyahıyaalma 2010-ci il).İllik artım dərəcəsi - 0,9% dir.Doğum səviyyəsi - 1,000 nəfərə 16.25 nəfər.Ölüm dərəcəsi - 6,89nəfər 1,000 nəfərə görə.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget