Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Kartoqrafiya elmi, onun məqsəd və vəzifələri


Kartoqrafiya – coğrafiya xəritələri və digər kartoqrafik əsərlər, onların xüsusiyyətləri, yaradılma və istifadə edilmə üsulları haqqında elmdir. Müasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür. Bu fənlər bir-birilə sıx əlaqədə olmaqla bərabər, onların hər biri özünə məxsus məsələləri həll edir. 
1.Xəritəşünaslıq - coğrafiya xəritələrini onların mahiyyətini, növlərini, elementlərini xəritənin və kartoqrafiyanın inkişaf tarixini xəritədən istifadə etmə üsullarını və ilk kartoqrafik materialları (mənbələri) öyrənir. 
2.Riyazi kartoqrafiya- kartoqrafik proyeksiyaların nəzəriyyəsinin, kartoqrafik şəbəkənin hesablanma və qurulma üsullarının, xəritənin geodeziya əsasını təşkil edən istinad məntəqələrindən istifadə etmə üsullarını, miqyasın və kordinat şəbəkəsini öyrənilməsindən bəhs edir. 
3.Xəritələrin tərtibi və redaktə edilməsi- hazır kartoqrafik materiallara əsasən labaratoriya şəraitində müxtəlif ümumcoğrafi və xüsusi xəritələrin tərtibindən və redaktə edilməsindən bəhs edir. Bu bölmənin ən mühüm problemlərindən biri kartoqrafik generalizasiyanın nəzəriyyəsi və işlənib hazırlanması hesab olunur. 
4. Xəritənin qrafiki düzəldilməsi (bəzənməsi) – qrafikaya, rənglərə və onların coğrafiya xəritələrində tətbiqinə əsaslanaraq, xəritənin məzmununun rəng və qrafiki ( ştrixlər, şiriftlər üzrə) surətdə təsvir edilməsi üsullarından bəhs edir. 
5. xəritənin nəşri- fiziki-kimyəvi və texniki elmlərə əsaslanaraq, poliqrafiya 
sahəsinə aid olub, xəritənin nəşr edilməsindən bəhs edir. 
6. Kartometriya – xəritə üzrə uzunluğun, sahənin, bucaqların, yüksəkliyin, meylliyin, həcmin və s. kəmiyyətlərin ölçülməsi və hesablanması üsullarından bəhs edir. Özünün ənənəvi inkişaf xüsusiyyəti və metoduna görə kartometriya əksər halda kartoqrafiyanın bir sərbəst bölməsi hesab edilir. Lakin son zamanlar kartometriya vəonunla sıx əlaqədar olan morfometriya xəritənin, xüsusən mühəndisi və elmi tədqiqat işlərində istifadə edilməsi üsulu kimi nəzərdə tutulur. Bu kitabda kartometriya və morfometriya məsələləri “Xəritələrin istiadə edilməsi” bölməsində şərh edilir. 
7. Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı- kartoqrafiya müəssələrinin 
istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırma metodlarını işləyib hazırlayır, onların iş 
təcrübəsini öyrənir və ümumiləşdirir. 
Kartoqrafiyanın riyaziyyat, geodeziya, topoqrafiya, coğrafiya, geologiya, torpaqşünaslıq və s. elmlərlə sıx əlaqəsi vardır. 
Riyaziyyatdan, xüsusən riyazi kartoqrafiyada, kartometriya və morfometriya 
işlərində daha çox istifadə olunur. 
Kartoqrdafiya geodeziyadan Yerin forması və ölçüləri haqqında dəqiq məlumat və 
istinad məntəqələrinin koordinatlarını alır. Topoqrafiya və aerotopoqrafiya bütün 
coğrafiya xəritələrinin tərtib edilməsi üçün ilk kartoqrafik materialları-ərazinin böyük 
miqyaslı xəritəsini verir. Obyekt və hadisələrin xüsusiyyətlərini və bir-biri ilə qarşılıqlı əlaqəsini vermək və onları xəritələrdə düzgün təsvir etmək üçün kartoqrafiya coğrafiya, geologiya, 
torpaqşünaslıq və s. təbiət elmlərindən məlumat alır. 
Katroqrafiya isə öz növbəsində coğrafi və başqa tədqiqtların aparılması üçün əvəz 
edilməz vasitə olan xəritə verir. Bu xəritələr üzrə təd qiqatçılar (coğrafiyaşünaslar, 
kartoqraflar, geoloqlar, torpaqşünaslar və b.) müxtəlif obyekt və hadisələrin yer üzərində 
yayılma qanunauyğunluqlarını, bir-birilə qarşılıqlı əlaqəsini, asılılığını, inkişafını və s. 
xüsusiyyətlərini müəyyən edirlər. Heç də təsadüfi deyil ki, məşhur Sovet alimi akademik 
L.S.Berq xəritəni “coğrafiyanı alfa və omeqası” adlandırmışdır. 


Kartoqrafiya 
hlimanov R.M. 
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget