Coğrafiya xəritələri bir çox təcrübi və elmi işlərdə mühüm əhəmiyyətə malikdir. Xəritə, coğrafiyanın ikinci dilidir. Kitablardakı coğrafi təsvirlər nə qədər mükəmməl olsalar da, onlar ərazi haqqında xəritəsiz tam təsəvvür yarada bilməz. Məşhur okeanoqraf və kartoqraf akademik Y.M.Şokalski 1933-cü ildə Birinci Ümumittifaq coğrafiya qurultayında demişdir ki, xəritə hamıya: alimə, kalxozçuya, dövlət xadiminə və evdar qadına da lazımdır. Xəritə yer səthində olan qurunun, suyun, ayri-ayri ölkələrin və s. obyektlərin sahəsi, yerləşməsi və forması haqqında əyani təsəvvür yaradır. Bundan başqa xəritə yer səthində olan müxtəlif hadisələrin dəyişməsini. Bir-biri ilə əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək üçün mühüm bir vasitədir.
Kartoqrafiyanın tarixindən məlumdur ki, xəritələrin düzəldilməsi təcrübi işin tələbi ilə meydana gəlmişdir. Ölkəmizdə təsərrüfatın planlı sürətdə inkişafı ilə əlaqədar olaraq xəritənin əhəmiyyəti daha böyükdür. Təbi sərvətlərin axtarılması və istifadəsi, məhsuldar qüvvələrin səmərəli surətdə coğrafi yerləşdirilməsi, yeni torpaqların mənimsənilməsi və xalq təsərrüfatının bir çox başqa sahələri vətənimizin dəqiq və hərtərəfli öyrənilməsini
tələb edir ki, bu da yüksək keyfiyyətli xəritə olmadan mümkün deyildir. Böyük və orta miqyaslı ümumcoğrafi xəritələr bir çox layihə (inşaat, yol, hidrotexnika, meliorasiya, kənd təsərrüfatı və s), hərbi və elmi tədfqiqat işlərində geniş surətdə istifadə olunur.
Bir çox xəritələrdən (xüsusən, kiçik miqyaslı fiziki, siyasi, inzibati vəs. xəritələr)
mədəni quruculuq və kütlələrin ümumi təhsilinin artırılması işlərində geniş istifadə edilir. Xəritələrin məktəblərdə tədris prosesində əhəmiyyəti xüsusilə böyükdür. Geomorfolojoi, geoloji, hidroloji, torpaq və s. elm sahələrində aparılan xüsusi tədqiqtlar nəticəsində çoxlu faktiki material toplanılır. Bu materialların coğrafi xəritələr üzərində təsvirini, ayrı-ayrı obyekt və hadisələrin (yer səthinin relyefi geoloji quruluşu, çayların axımı və s.) yerləşməsinin qanunauyğunluğunu, əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək və dərk etmək üçün xəritə böyük əhəmiyyətə malikdir. Ona görə də ayrı-ayrı fiziki-coğrafi xəritələr müəyyən tədqiqat işlərini nəticəsi olub, gələcək tədqiqat işlərinin aparılması üçün də istifadə edilə bilər məs, təbi rayonlaşma xəritələri fiziki-coğrafi xəritələrin əsasında tərtib edilir.
Bundan başqa xəritələr üzrə (xüsusən böyük miqyaslı xəritələr üzrə) aparılan ölçmə işlərinə əsasən bir sıra morfometrik göstəricilər (yer səthinin orta yüksəkliyi, meyl bucağı və s) hesablanır və yeni morfometrik xəritələr (yer səthinin üfüqi və şaquli parçalanması, meyl bucaqları xəritələri və s.) tərtib edilir. Belə morfometrik xəritələr yer səthini öyrənməkdə və bir sıra təcrübi məsələlərdə (axımın, torpaq erroziyasının öyrənilməsində, layihə işlərində və s.) xüsusi əhəmiyyətə malikdir. Profesor P.A.Salişev kartoqrafik materiallara əsaslanaraq aparılan tədqiqat işlərini “kartoqrafik üsul ilə tədqiqat aparmaq” aparılır. Son vaxtlarda kartoqrafik eüsul ilə tədqiqat aparmaq, yəni coğrafi və s. tədqiqat işlərində xəritədən istifadə etmək
məsələləri daha geniş miqyasda tətbiq edilməkdədir. Bu deyilənlərdən aydın olur ki, xəritənin istifadə edilmə sahəsi nə qədər genişdir.
Lakin xəritədən müxtəlif iş sahələrində daha səmərəli istifadə etmək üçün onun tərtib edilmə qaydalarını, müxtəlif şərti işarələrini və s. xüsusiyyətlərini bilmək lazımdır.
Buradan da kartoqrafiya kursunun gələcək coğrafiya müəllimləri üçün, elmi-tədqiqat
işlərində və başqa sahələrdə çalışan digər mütəxəsislər üçün mühüm əhəmiyyətə malik olması aydın olur.
Yorum Gönder