Sahəsi 756.945 km2 olan Çili Cənubi Amerika qitəsinin şimaldan-cənuba Antarktika'ya qədər uzanan bir Ölkə olsa da, orta eni sadəce 180km'dir. Ölkənin ən dar yeri (Antarktika'dakı Çili torpaqları sayılmazsa) 90kmdir .Ən geniş yerinin uzunluğu 240kmdir. Avropa ilə müqayisə olunsa Danimarkadan Saxara səhrası'na uzanacaq qədər bir məsafə qət edilir. Şərq-qərb məsafəsi çox az olsa da bu iki uc arasında çoxhündürlük fərqi var. Ölkə ayrıca şimaldan cənuba çox fərqli iqlim, bitki örtüyü və coğrafi şəkillər göstərir. Bu üzdən Çili, bir çox qaynaqlarda təzadlar(müxtəlifliklər) ölkəsi olaraq tanınır. Həqiqətəndə şimaldakı çölü, Afrika'nın Saxara'sını, cənubdakı kanalları Norveçkanallarını, Los Laqos'daki Osorno və ətrafı İsveçrə Alplarını xatırladır.Çili idari olaraq on beş bölgəyə ayrılmışdır. Bunlardan on dördü, başlarındakı Roma rəqəmləriylə ifadə edilən, şimaldann cənuba sırasıylaTarapacá, Antofagasta, Atacama, Coquimbo, Valparaíso, O'Higgins, Maule, Bío-Bío, Araucanía, Los Lagos, Aysén, Magallanes y la Antártica Chilena bölgələri və sonradan
əlacə olunan Los Ríos ilə Arica və Parinacota bölgələridir. Bunlarla bərabər bir də Región Metropolitana de Santiago bölgəsi vardır.
Çili (rəsmi adı Çili Respublikası) – şərqdə, And dağları ilə, qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan Cənubi Amerika ölkəsi. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina yerləşir. PaytaxtıSantiaqodur. 2005-ci ilin rəqəmlərinə görə ölkədə təxminən 16 milyon insan yaşayır. Adı Aymara dilində "Dünyanın sonu" mənasına gələn chilli sözündən gəlir.
Əhali-Əhalinin ən sıx olduğu yer paytaxt Santyaqo və ətrafıdır. Ümumi əhalinin təxminən yarıya qədəri bu ərazidə yaşayır. Şəhərdə 6.5 milyon insan yaşayır ki, bu ölkənin 1/3-ini təşkil edir. Şimalda və cənubda əkinçiliyə yararlı olan Andların arasında qalan ovalıqlar da sıx məskunlaşmış yerlərdir. Santyaqonun 100 km qərbində liman şəhəri Valparaisoda 1.5 milyon insan yaşayır.
əlacə olunan Los Ríos ilə Arica və Parinacota bölgələridir. Bunlarla bərabər bir də Región Metropolitana de Santiago bölgəsi vardır.
Çili (rəsmi adı Çili Respublikası) – şərqdə, And dağları ilə, qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan Cənubi Amerika ölkəsi. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina yerləşir. PaytaxtıSantiaqodur. 2005-ci ilin rəqəmlərinə görə ölkədə təxminən 16 milyon insan yaşayır. Adı Aymara dilində "Dünyanın sonu" mənasına gələn chilli sözündən gəlir.
Əhali-Əhalinin ən sıx olduğu yer paytaxt Santyaqo və ətrafıdır. Ümumi əhalinin təxminən yarıya qədəri bu ərazidə yaşayır. Şəhərdə 6.5 milyon insan yaşayır ki, bu ölkənin 1/3-ini təşkil edir. Şimalda və cənubda əkinçiliyə yararlı olan Andların arasında qalan ovalıqlar da sıx məskunlaşmış yerlərdir. Santyaqonun 100 km qərbində liman şəhəri Valparaisoda 1.5 milyon insan yaşayır.
Ölkənin şimal və cənub uc nöqtələrində əlverişsiz yaşayış şəraiti olduğundan əhali seyrəkləşir.Çili əhalisinin %95'ini Avropalılar və onların nəsilləri təşkil edir.[1][2][3][4] Xüsusilə Basklar. Ölkəyə əsasən 19. əsrdə Avropa'dan İngilis,İrlandiyalı, Alman immiqrantlar gəlmiş; sonralar isə Xorvatiya, Fələstin, İtaliya'dan immiqrant gəlrmişdi. Yerli hindular, əhalinin sadəcə % 3,2'sini təşkil edir.
Çili Statistik göstərilərə görə Çilidə 50.000 (0,30%) civarında Müsülman var. Bir çox İslami quruluşun olduğu Çili'də; Çili Müsülman İcması və Es-Selâm Məscidi Santiaqo şəhərində, Bilal Məscidi Iquique şəhərində, Muhamməd Mədəniyyət Mərkəzi VI Coquimbo şəhərində yerləşir.
1856 ildə Suriya, Fələstin və Livandan Çiliyə çox sayda Müsülman köç etdi. Bu Müsülmanlar Müsülman İcması Birliyini qurdular. 1907'də ölkədəki Müsülmanların sayı 1498'ə çıxmış, bu rəqəm 0,04% nisbəti ilə ölkə tarixində ən yüksek nisbətə yüksəldi.[5]1988 ilində Şeyh Tevfik Rumi başçılığı ilə ilk məscidi Santiaqo'da inşa etdilər. Məscid 1989 ildə tikildi. 1980 ilin sonlarına qədər bir sıra yerli Çili İslamı seçmişdi. Buməscid tamamlandıqdan sonra İslama keçənlərin sayısında önəmli bir artım oldu. 1998 ildə Şeyh Tevfik Ruminin vəfatından sonra Üsame Ebu Gazali;məscidə imam olaraq seçildi.
Çili dağları, yer üzünün ən yüksək sıradağlar zəncirini yaradır. 6000 m'dən yüksək bir çox zirvəsi vardır. Bunlardan biri olan Çili'nin ən yüksək dağı (6.880 m)Ojos del Salado eyni zamanda dünyanın ən yüksək vulkanıdır. Aşağıda ən məşhurları göstərilib
- Nevado Ojos del Salado, 6.880 m, III. Bölgə (Atacama Bölgəsi)
- Cerro Tupungato, 6.800 m, (Metropolitan Bölgəsi)
- Volcán Llullaillaco, 6.739 m, II. Bölgə (Antofagasta Bölgesi)
- Volcán Parinacota, 6.342 m, I. Bölgə (Tarapacá Bölgəsi)
- Volcán Licancábur, 5916 m, II. Bölgə (Antofagasta Bölgəsi)
- Descabezado Grande, 3.830 m, VII. Bölge(Maule Bölgəsi)
- Torres del Paine, 2.800 m, XII. Bölge (Magallanes y de la Antártica Chilena Bölgəsi)
- Volcán Villarrica, 2.840 m, VIII. Bölge (Araucanía Bölgəsi)
- Volcán Osorno, 2.652 m, X. Bölge (los Lagos Bölgəsi)
- Volcán Cerro Hudson, 1.905 m, XI. Bölgə (Asyen Bölgəsi)
Ölkənin özəl coğrafi vəziyyəti səbəbiylə, uzun çayları yoxdur. Ən uzun çayı olan Rio Loa'nın uzunluğu 443 km'dir. Ölkənin şimalında Atacama Çölü'ndəki ekstremal quraqlıq, böyük su yığımlarının olmasına imkan yaratmır. Şimalındakı az sayda çay And Dağlarındaki qarlardan bəslənirlər. Cənuba endikçə artan yağışlarla bu bölgələrdəki çaylara daha çox su həcmi gətirir. Çaylar, Çili iqtisadiyyatında, xüsusəndə enerji sahəsində önəmli rol oynayır. Bununla birlikdəsomon balıkçılığı və raftinq kimi macəra turizmi də mövcuddur. Şimaldan cənuba önəmli çayları aşağıda sıralanmışdır.
- Río Lauca, 160 km, I. Bölgə (Tarapacá)
- Río Lluta, 167 km, I. Bölgə (Tarapacá)
- Río Loa, 443 km, II. Bölgə (Antofagasta)
- Río Copiapó, 162 km, III. Bölgə (Atacama)
- Río Elquí, 170 km, IV. Bölgə (Coquimbo)
- Río Choapa, 160 km, IV. Bölgə (Coquimbo)
- Río Aconcagua, 142 km, V. Bölgə (Valparaíso)
- Río Maipo, 250 km, Metropolitan/ V. Region (Metropolitan/ Valparaíso)
- Río Mapocho, 120 km, Metropolitan(Metropolitana)
- Río Cachapoal, 172 km, VI. Bölgə( O´Higgins)
- Río Maule, 240 km, VII. Bölgə (Maule)
- Río Biobío, 380 km, VIII. Bölgə (Biobío)
- Río Imperial, 52 km, IX. Bölgə (Araucanía)
Gölləri arasında şimaldakı duz gölləri sayıla bilər ki bunların ən əsası olaraq Salar de Atacama'yı söyləyə bilərik. Bununla birlikdə ən şimalda, yer üzünün ən yüksəkdə olan göllərindən biri olan Lago Chungará gölü yerləşir. Gölün sahəsi 21,5 km² olub, 4.500 m yüksəklikdə yerləşir.
Bir qrup böyük və gözəl göllər Temuco şəhərinin cənubundan başlayıb Puerto Montt'a qədər uzanır. Bunlar sırasıyla belədir.
- Lago Colico, 56 km², IX. Bölgə (Araucanía)
- Lago Caburga, 51 km², IX. Bölgə(Araucanía)
- Lago Villarrica, 176 km², IX. Bölgə (Araucanía)
- Lago Calafquén, 120 km², IX. Bölgə (Araucanía) und X. Bölgə (Los Lagos)
- Lago Panguipulli, 116 km², X. Bölgə (Los Lagos)
- Lago Riñihue, 77 km², X. Bölgə (Los Lagos)
- Lago Ranco, 401 km², X. Bölgə (Los Lagos)
- Lago Puyehue, 156 km², X. Bölgə (Los Lagos)
- Lago Rupanco, 223 km², X. Bölgə (Los Lagos)
- Lago Llanquihue, 860 km², X. Bölgə (Los Lagos)
Yorum Gönder