Afrikanın əsas hissəsi 2 tropik arasında yerləşdiyindən bu qitə dünyanın ən isti materiki sayılır. Çünki, günəş həmin ərazilərdə ildə 2 dəfə zenitdə olur. Afrikanın çox hissəsində yay və qış fəsli bir-birindən əsasən yağıntıların miqdarına görə fərqlənir. Yalnız yüksək dağ zirvələrində temperatur aşağı olur. Ekvator Afrikanı tən yarı böldüyündən burada 1 ekvatorial, 2 subekvatorial, 2 tropik və 2 subtropik iqlim qurşağı var.
Burada daima yay fəslidir. Keçilməz meşələr, ifrat nəmləmə şəraiti bu ərazidə kənd təsərrüfatının zəif inkişafına səbəb olmuşdur.
2-3 Subekvatorial qurşaq. Ekvatordan şimala və cənuba 15-200 enliklərə qədər davam edir. 2 fəsil rütubətli yay və qış fəsli mövcuddur. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava rütubətli və isti , qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Bu qurşaq daxilində yerləşən mütləq hündürlüyü yüksək olan Efiopiya yaylasında havanın temperaturu Somali yarımadısına nisbətən aşağı olur.
4-5 Tropik qurşaqlar- hər 2 yarımkürənin tropik en dairələrinə uyğun gəlir. Tropik hava kütləsi, yüksək atmosfer təzyiqi hakimdir. Hava enən hərəkətlidir. Şimali Afrikada Avrasiya üzərindən əsən quru passat küləkləri havanı quraqlaşdırdığından burada dünyanın ən isti və ən quru sahəsi olan Böyük Səhra yerləşir. Buludsuzluq nəticəsində bura gündüzlər bərk qızır, gecələr tez soyuyur.
Cənubi Afrikada tropik iqlim qurşağı az sahəni tutur. Hind okeanından rütubətli passat küləkləri əsdiyindən buranın havası daha rütubətlidir. Atlantik okeanı sahilində soyuq Bengel cərəyanı sahildə Namib və Kalaxari səhrasını yaradır.
6-7 Subtropik qurşaq. Afrikanın ucqar şimal və cənub hissəsini əhatələyir. Yayda tropik hava kütlələri hakim olduğundan hava quru, isti, qışda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və yağıntılı olur.
Yorum Gönder