Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Məhəllin planı

Plan, xəritə və qlobusun hər üçü birlikdə kartoqrafik təsvir adlanır. Ərazinin kiçildilmiş, sadələşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik təsvir deyilir. Plan və aerofotoşəkil məhəllin yuxarıdan görünüşünün təsviridir.

Məhəllin planı
Plan, xəritə və qlobusun hər üçü birlikdə kartoqrafik təsvir adlanır. Ərazinin kiçildilmiş, sadələşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik təsvir deyilir. Plan və aerofotoşəkil məhəllin yuxarıdan görünüşünün təsviridir. Aerofotoşəkillər məhəllin planını tez və düzgün tərtib etməyə imkan verir. Aerofotoşəkildə obyektlər boz rəngli müxtəlif çalarları ilə təsvir olunur. Bu üsuldan ilin isti fəslində, yerin qarla örtülmədiyi vaxt aparılır. Plan miqyaslı və şərti işarəli təsvirdir. Şərti işarələr 3 cür olur: konturlu, xətti və miqyassız.

1. Yer səthində geniş sahə tutan ərazilər (göl, meşə, tarla, bağ) miqyasa uyğun kiçildilərək planda konturlu (və ya sahəvi) şərti işarələrlə təsvir olunur. Bu şərti işarələr ilə obyektin sahəsini təyin etmək olar.

2. Yer səthində zolaq şəklində uzanan obyektlər (yol, kanal, çay) planda xətti şərti işarələr təsvir olunur. Bu şərti işarələr ilə obyektin uzunluğunu təyin etmək olar.

3. Məhəldə uzaqdan aydın seçilən lakin miqyasa uyğun xəritədə göstərilə bilməyən obyektlər (zavod borusu, tək ağac, teleqüllə) miqyasız şərti işarələrlə göstərilir. Bu şərti işarələr ilə obyektin yalnız yerini təyin etmək olar.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget