Miqyas-ərazinin plan və xəritədə neçə dəfə kiçildiyini göstərən kəsr ədədidir. Miqyas 3 cür olur: ədədi, izahlı, xətti.
1. Ədədi miqyasın surəti həmişə vahid, məxrəci obyektin plan və xəritədə neçə dəfə kiçildiyini göstərir.
Məs: 1:5000, 1:200000 və s. Ədədi miqyasın məxrəci nə qədər kiçik olsa xəritədəki obyektlər bir o qədər iri olacaqdır.
2. Izahlı miqyas - ədədi miqyası sözlə ifadə edir.
Məs: 1:50000 miqyası izahlı şəklində belə yazılır: «1 sm-də 500 m»
3. Xətti miqyas - ədədi və izahlı miqyasın qrafiki ifadəsidir. Xətti miqyas qurarkən aralarında 1-2 mm olan 2 xətt çəkib onları hər 1 və ya 2 sm-dən bir bərabər hissələrə
bölüb onların ucuna Yer səthində uyğun
gələn məsafələr yazılır. Soldan 1-ci hissə isə 5 və ya 10 kiçik hissəyə bölünür:
Planda miqyasın hər 3 forması göstərilir. Xətti miqyasa əsasən heç bir hesablama aparmadan planda istənilən xəttin uzunluğunu ölçmək olar. Bunun ücün pərgardan və ya kağız parçasından istifadə etmək olar.
Plana əsasən ərazinin nisbi və mütləq hündürlüyünü, yamacın istiqamətini, çay şəbəkəsinin sıxlığını və s. təyin etmək olar.
Planaalma 2 cür olur: havadan və yerüstü
1. Havadan planaalma - xüsusi təyyarə və ya vertalyotda quraşdırılmış fotoaparat vasitəsi ilə istənilən ərazinin tez və dəqiq plana alınmasıdır.
2. Yerüstü planaalma- 2 cür olur:
a) mürəkkəb alətlərlə dəqiq planaalma- mühəndis topoqraflar tərəfindən aparılır.
b) sadə alətlərin köməyi ilə gözəyarı planaalma-menzula vasitəsi ilə həyata keçirilir. Menzula - planşet və taxta 3 ayaqdan ibarətdir. Planşet ölçüsü 40x40 sm olan karton və ya fanel parçasıdır. Menzula ilə plana alma zamanı pərgardan, tuşlama xətkeşindən, kompas, ruletka, karandaş və pozandan istifadə olunur.
Gözəyarı planaalma 2 üsulla-qütb və marşrut üsulu ilə həyata keçirilir.
1. Qütb üsulu ilə plana alma səthi açıq olan kiçik ərazilərin mərkəzində yalnız bir nöqtədə durmaqla həyata keçirilir.
2. Marşrut üsulu ilə plana alma - zolaq boyu uzanan və ya ətrafına dolanmaq lazım gələn geniş əraziləri plana almaq üçün istifadə olunur. Bunun üçün əvvəl marşurut seçilir. Menzula marşurut xətti üzrə dönmə nöqtələrində qurulur. Bu nöqtələrə stansiyalar deyilir. Hər bir stansiyada durmaqla ərazinin plana alınması həyata kecirilir.
Gözəyarı plana alma zamanı şərti işarələr karandaşla çəkilir. Planaalma qurtardıqdan sonra plan səliqə ilə tərtib olunur, çərçivəyə alınır, plandakı obyektlərin adı, planın miqyası və onu tərtib edən şəxslərin adı yazılır.
Ərazini plana alarkən onun ölçüsü bir neçə dəfə kiçildilərək kağız üzərinə köçürülür. Ərazinin sahəsi böyüdükcə miqyas bir o qədər kiçildilir. Planın çəkildiyi kağız böyük olduqda nisbətən iri miqyaslı plan tərtib etmək olar. Gözəyarı plana alma zamanı məsafələr addım, çöl pərgarı, relutka və ya gözlə ölçülür.

Yorum Gönder