Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycanda Seysmik hərəkətlər

Azərbaycanda güclü ani tektonik hərəkətlərdə ara-sıra baş verir.Bu hərəkətləri insanlar hiss edir, onlardan dəhşətə gəlirlər.Bu hərəkətlər zəlzələ törədən seysmik hərəkətlərdir.İnsanların hiss edə bilmədiyi , lakin seysmik cihazların qeydə aldığı zəif ani hərəkətlər, hiss edilən və daha güclü hərəkətlərdən qat-qat çox olmaqla , hər il baş verir

Yavaş tektonik hərəkətlərlə yanaşı Azərbaycanda güclü ani tektonik hərəkətlərdə ara-sıra baş verir.Bu hərəkətləri insanlar hiss edir, onlardan dəhşətə gəlirlər.Bu hərəkətlər zəlzələ törədən seysmik hərəkətlərdir.İnsanların hiss edə bilmədiyi , lakin seysmik cihazların qeydə aldığı zəif ani hərəkətlər, hiss edilən və daha güclü hərəkətlərdən qat-qat çox olmaqla , hər il baş verir.Dəhşətli dağıntı törədən və insan təlafatına səbəb olan zəlzələr isə tarixi dövrdə dəfələrlə qeydə alınmışdır.Bunlardan 1139-cu ildə baş vermiş və haqqında Nizaminin göstərdiyi Gəncə zəlzələsini , XVII əsrin altmışıncı illərinin axırında (1668 – 1670 ci illərdə) və 70-ci illərin əvvəlində baş vermiş dəhşətli Şamaxı zəlzələsini , 1902-ci ildə yenidən baş vermiş Şamaxı zəlzələsini ,öz gücünə görə bunlardan geri qalmayan 1968 –ci ildə baş vermiş İsmayıllı zəlzələlərini göstərmək olar.
 Abşeron və Bakıda da ara-sıra hiss olunan (5-6 bal gücündə) zəlzələr baş verir.Bu zəlzələr , əsasən Bakı şəhərindən şimal-şərqdə yerləşən Şimali Abşeron tektonik qırılması zonasında yaranan ani tektonik hərəkətlərdir.Ümumiyyətlə Azərbaycan ərazisində yerləşən bir sıra dərinlik qırılmaları , xüsusilə Qafqaz istiqamətli tektonik qırılmaların kəsişdiyi yerlər yüksək sesmikliyi ilə seçilir.
Şamaxı Zəlzələsi

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget