Qədim dunya onlarca muxtəlif olkələrin və mədəniyyətlərin mozaikasından ibarət idi. Yeni torpaqlar axtarışına birinci novbədə iqtisadi ehtiyaclar təhrik edirdi; yeni munbit torpaqlar tapmaq və mənimsəmək; əsirlər və qənimətlər əldə etmək; uzaq olkələrlə ticarət əlaqələri qurmaq. Alimlər Qədim misirlərin coğrafiyası haqqında məlumatları muxtəlif abidələr, fildişi və papirus kağızı uzərindəki yazılardan əldə etmişlər. Bu yazılarda və hərbi yuruşlərdə, Nil vadisində əkincilik, ətraf ərazilərdə yaşayan xalqlar haqqında məlumatlar verilmişdir. Misirlilər e.ə. XXIX əsrdə Suveyş korfəzinə və bərxəzinə cıxmışlar, orada olan şor sulu golləri kəşf etmişlər. Həmin gollərdən indi Suveyş kanalı kecir. E.ə. XXVIII əsrdə Sinay yarımadasında vadilərə rast gəlmişlər və qiymətli tikinti materialları, malaxit, firuzə daşı tapmışlar və uzun əsrlər ondan istifadə etmişlər. Misirlilər Suriyaya daxil olmuşlar və Fərat cayının mənbəyinə cıxmışlar. Aralıq dənizində misirlilər ilk dəfə e.ə. XXVII əsrdən uzməyə başlayıblar, daha sonra Nil cayı ilə 2 min km qədər yuxarı qalxmışlar. Qırmızı dənizin sahillərinə cıxdıqdan sonra misirlilər əmin olmuşdular ki, dəniz yolu quru yoluna nisbətən daha rahatdır.
Afrika sahillərilə Punta (Muasir Somali) qədər olan dəniz yolunun mənimsənilməsində birincilik
misirlilərə məxsusdur. Somalidə bitən qiymətli ağac novlərindən alınan qətranlar gəmilərlə Misirəgətirilirdi.
E.ə. IV əsrdə Misir Makedoniyalı İskəndər tərəfindən tutulduqdan sonra misirlilərin topladıqları geniş coğrafi biliklər yunanlar tərəfindən əğz olunmağa başlanır. Bu işdə İskəndəriyyə şəhərində yaradılmış zəngin kitabxanalar və rəsədxana mustəsna rol oynayır.
Taptıq Həsənov
Əbdurrəhim Hacızadə
Yorum Gönder