N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gecə müşahidələrinə maneə yaradan ətrafdakı binaların tikintisi dayandırılıb. Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub QuliyevAPA-ya bildirib ki, rəsədxanaya yaxın olan yaşayış məntəqələri ən azı 5 kilometr aralı məsafədə yerləşməlidir. 60 il öncə bu astrofizika rəsədxanası inşa edilən zaman əvvəlcə onun yerləşəcəyi ərazinin astroiqlimi tədqiq olunub. Astrofizika rəsədxanasının böyük şəhərlərdən, rayon mərkəzlərindən uzaqda, dağlıq ərazidə tikilməsinin əsas səbəbi gecənin vaxtı səma cisimlərini rahat şəkildə müşahidə etmək olub.
Onun sözlərinə görə, rəsədxanaya yaxın ərazidə olan yaşayış məntəqələrinin gecə işıqlandırılması rəsədxananın teleskoplarının fəaliyyətinə mane olur. Həmçinin, rəsədxananın ətrafında evlərin, otellərin tikilməsi onun işinə ciddi problem yaradır: "Həmin binaların işıqları gecələr rəsədxananın işini xeyli çətinləşdirir. Tikintilər adətən rəsədxanaların ətrafında, yəni ən azı 5 kilometr aralı məsafədə aparılmalıdır. Evlərə, otellərə gələn maşınların işığı da bizə mane olur. Bu günədək evlər və xırda obyektlərlə birgə razılığa gələ bilirdik və gecələr onlar işıqlarını söndürürdü, biz də müşahidələrimizi apara bilirdik”. Əyyub Quliyevin sözlərinə görə Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında son vaxtlar otelin və böyük binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edilib. Rəsədxana ətrafında tikilən binaların işıqlarının gecələr teleskopun fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanıb. Hazırda həmin binaların inşası dayandırılıb.
Əyyub Quliyev onu da bildirib ki, hazırda gündəlikdə olan yeni bir məsələ isə Azərbaycanda yeni böyük optik teleskopun quraşdırılmasıdır. "Həmin teleskopun Şamaxı Astrofizika Rəsədxanasının ərazisində quraşdırılması məqsədəuyğun hesab edilmir. Yeni teleskopu elə bir yerdə quraşdırmaq lazımdır ki, avtomobillərdən, evlərdən və digər obyektlərdən gələn suni işıqlardan çox uzaqda olsun. Yəni, yeni teleskop yaşayış məntəqələrindən çox kənarda, hündür bir dağda quraşdırılacaq ki, qarşıdakı 20-30 il ərzində süni işıq mənbələri həmin yerə gəlib çata bilməsin.
Yeni teleskop üçün Şamaxıda bir çox yerə baxış keçirilib. Dəniz səviyyəsindən 2500-3000 metr hündür olan, gecə vaxtında səma cisimlərinin rahat şəkildə müşahidə edildiyi dağ zirvəsi, buludların nisbətən aşağı olduğu bir yer teleskop üçün əlverişli hesab edilir. Hazırda teleskopun yerləşəcəyi ərazinin astroiqlimi tədqiq olunur”- deyə, Əyyub Quliyev bildirib.

Yorum Gönder