Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Cənubi Amerika Ölkə və Şəhərləri

Hazırda materikdə 12 müstəqil dövlət: Kolumbiya, Peru, Venesuela, Ekvator, Boliviya, Çili, Argentina, Braziliya, Uruqvay, Paraqvay, Qayana, Surinam və Fransadan asılı 1 dövlət: Fransız Qvianası vardır. Böyük dövlətləri:

Cənubi Amerikada olan dövlətlər inkişaf etməkdə olan ölkələr qrupuna aid edilirlər. Təbii sərvətlərlə zəngin olsalar da, müstəmləkə keçmişləri, digər ölkələr tərəfindən istismar olunmaları onların təsərrüfat cəhətdən inkişafını ləngitmişdir. Boliviya və Paraqvaydan savayı bütün ölkələrin dənizə çıxışı vardır. Hazırda materikdə 12 müstəqil dövlət: Kolumbiya, Peru, Venesuela, Ekvator, Boliviya, Çili, Argentina, Braziliya, Uruqvay, Paraqvay, Qayana, Surinam və Fransadan asılı 1 dövlət: Fransız Qvianası vardır. Böyük dövlətləri: 
  Braziliya
 Braziliyanın ərazisi Cənubi Amerika materikinin demək olar ki yarısını əhatə edir. O sahəsinə görə dünyanın beşinci ən böyük dövlətidir.
 Əsas Məlumatlar -Ərazisi: 8 511 965 km² Əhalisi: 157 mln nəfər Pul vahidi: Real Dövlət dili: Portuqal Paytaxtı: Brazilia. XX əsrin 50-ci illərində əsası qoyulmuş bu şəhər əsasən özünün futuristik arxitekturası ilə məşhurdur. Coğrafi landşaftı: Braziliyanın 3 mln km²-dən çox ərazisi rütubətli tropik meşələrlə örtülmüşdür. Bura dünyanın ən böyük çay sistemi olan Amazon axır. Ən hündür dağı Piko-Da-Neblina-dır, 3014 metr. Əsas ixtisaslaşma sahəsi: Kofe istehsalatı, şəkər sənayesi, taxta emalı sənayesi, metallurgiya, qiymətli daşların çıxarılması. Şəhər haqqında: Amazonun tropik cəngəlliklərində minlərlə müxtəlif növ heyvan və bitkilər yaşayır. Həmdə bura Cənubi-Amerikalı hindlilərin vətənidir. Ekoloqlar buranın meşəliklərinin qırılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görürlər.
  Argentina 
 Argentina qərbdən And dağları şərqdən isə Atlantik okeanı arasında olan ərazilərdə yerləşir. 
 Əsas Məlumatlar -Ərazisi: 2 766 889 km² Əhalisi: 35 mln nəfərdən çox Pul vahidi: Peso Dövlət dili: İspan Paytaxtı: Buenos-Ayres, cənub yarıkürəsinin ən böyük şəhərlərindən biri. Əfsanəvi tanqonun vətəni məhz buradır. Coğrafi landşaftı: Argentinada çox isti səhralara, dağlara və soyuq insan yaşayışı olmayan yerlərə rast gəlmək olar. Ən uzun çayı Paranadır, 4880 km. Ən hündür dağı – Akonqaqua 6960 m. Əsas ixtisaslaşma sahəsi: Kənd təsərrüfatı, toxuculuq sənayesi, metallurgiya, kimya sənayesi. Şəhər Haqqında: Şəhərdə tarixi yerlər, çimərlik kurortları və qoruqlar var. And dağlarında nadir kondor qartalları yaşayır.
  Peru 
Peru Cənubi Amerikanın Sakit okeanı sahilboyu ərazilərində yerləşir. And dağları bu şəhərin mərkəzindən keçir. 
 Əsas Məlumatlar -Ərazisi: 1 285 216 km² Əhalisi: 24 mln nəfərdən çox Pul vahidi: Yeni Sol Dövlət dili: İspan və Keçua Paytaxtı: Lima. Şəhərin əsasını 1535 ildə ispan istilaçısı Fransisco Pizzaro qoymuşdur. O Peruya əfsanəvi xəzinə axtarmağa gəlmiş və buranı XI əsrin əvvəllərində fəth etmişdir. Coğrafi landşaftı: Perunun landşaftı çox müxtəlifdir. Burada səhra da, dağ da, tropik meşələr də hansı ki, hələ indiyə kimi də tam öyrənilməmişdir. Amazon çayının mənbəyi Peru Andlarından başlayır. Ən hündür dağı Uaskarandır, 6768 metr. Ən uzun çayı isə Ukayalidir, 1465 metr. Əsas ixtisaslaşmış sahəsi: Kənd təsərrüfatı, kofe istehsalatı, pambıq sənayesi, balıqçılıq, dağ-mədən sənayesi. Şəhər haqqında: Əvvəllər bura idarə edən İnklər, burada möhtəşəm saraylar, qalalar və kilsələr, qızıldan hazırlanmış tavanlar tikmişlər. Şəhərin xarabalıqlarını indi də görmək olar. 
  Venesuela 
 Venesuela Cənubi Amerikanın şimal hissəsini əhatə edir. Materikə ilk dəfə gələn Xristafor Kolumb, məhz bu ölkənin ərazisində gəmidən enmişdir. 
Əsas Məlumatlar- Ərazisi: 912 050 km² Əhalisi: 22 mln nəfərdən çox Pul vahidi: Bolivar Dövlət dili: İspan Paytaxtı: Karakas. Burada Venesuelanın milli qəhrəmanı, Simon Bolivar dəfn edilmişdir. O Venesuelanı ispanların əsarəti altından çıxarmışdır. Bir çox Küçə və binalar onun şərəfinə adlandırılmışdır. Coğrafi landşaftı: Şəhər dağlıq və düzənlik ərazilərdən ibarətdir. Düzənlik ərazilərdən biri Orinoko çayı dərəsidir. Bura sıx otlarla örtülü meşədir. Buranın şirin sulu çaylarında Amerika timsahlarına – Alligatorlara çox rast gəlinir. Şəhərin yüksək dağlıq əraziləri hələdə az mənimsənilib. Ən hündür dağı – Piko-Bolivardır,5007 metr. Ən uzun çayı Orinokodur, 2736 km. Əsas ixtisaslaşmış sahəsi: Meyvə yetişdirilməsi, kofe istehsalatı, dağ-mədən sənayesi, turizm. Şəhər haqqında: Venesuelanın Kanaima milli parkından möhtəşəm mənzərəni izləmək olar. Dünyanın ən hündür şəlaləsi olan, Anhel şəlaləsini (979 m) buradan izləmək üçün hər il buraya milyonlarla turist gəlir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget