Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Argentina Respublikası



Argentina rəsmi adı: Argentina Respublikasıdır.Paytaxtı Buenos Airesdir. Cənub Amerika qitəsində yerləşən ölkədir.Argentinanın ümumi sahəsi 2,791,810 km²-dir, əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 41 281 631 nəfər olub.
Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşən bir dövlətdir; sahil xəttinin uzunluğu 4989 km-dir. Ərazisinin böyüklüyünə görə Argentina Cənu Amerika qitəsinin 2-ci, dünyanın 8-ci dövlətidir.Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır.
Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.
Argentina adı  ilk dəfə 1612-ci ildə Ruy Diaz De-Quzman yazdığı kitabda "Tierra Argentina" (Gümüşün torpağı)   daha geniş istifadə etmişdir.
Əhalisi- Ölkə əhalisinin sayı 2010-cu ilin siyahıyaalınmasına əsasən – 41 281 631  nəfərdir.Bütün latınamerikalılar kimi Argentinalılar qarışıq genetik köklərə malikdirlər.Lakin əhalinin əksər hissəsinin fenotipində(vücudunda)cənubi avropa xüsusilə aralıq dənizi cizgiləri üstünlük təşkil edir.Əhalinin böyük əksəriyyəti Avropalı miqrantlarla yerli hindular və Afrikadan gətirilən qulların qarişığından yaranıb(Argentinada afrika qullarının sayı elə də çox olmayıb).Müasir əhali əsasən iki proses nəticəsində formalaşıb
1-metizasiya(müxtəlif xalqların qarışması);
2-kütləvi avropa immiqrasiyası(müəyyən qədər Argentinanı avropalaşdırmış və və vücud baxımından avropoidləşdirmiş)
İspanların gəlişinə qədər Argentinada azsaylı hindu tayfaları məskunlaşmış idilər. Beləki İspanlar tərəfindən yerli əhalinin kişi hissəsinin qırdırılmasından sonra İspan kolonistləri yerli hindulardan və afrikadan gətirilmiş qul qadınlarla evlilik qurmağa başladılar və yeni bir Metis-qauço sinfini formalaşdırdılar.Argentinaya kütləvi Avropa immiqrasiyası 1880-1940-cı illərə təsadüf edib.Bu immiqrasiyada İtalyanlar-48% üstünlük təşkil edirdilər,İspanlar-40%,o cümlədən Basklar-10%,digərləri-12%-Almanlar,fransızlar,ukraynalilar,polyaklar,ərəblər,ermənilər,yahudilər,uelslilər və.s,o cümlədən asiyalılar(yaponlar,koreyalılar,çinlilər).Son vaxtlar miqrantların əksər hissəsi Peru,Boliviya,Paraqvay,Uruqvay,Afrikadandır.
Əhalinin 90%-katolikdir.
Amerika qitəsi kəşf edildikdən sonra Avropa dövlətləri surətlə bu qitədə koloniyalar qurmağa başladılar. 1536-cı ildə Argentinaya gələn İspanlar bugün Buenos Aires olaraq bilinən yerdə ilk koloniya qurdular. Fəqət şəhərə yerleşmə ancaq on sekizinci əsrdə oldu. Argentina 1776-cı ilə qədər İspaniyaya bağlı Peru Ümumi qubernatorluğunda idarə edilirdi. Bu ildən sonra La Plata Ümumi qubernatorluğu quruldu və Buenos Aires ümumi qubernatorluğunun paytaxtı oldu. 1806-da Buenos Airesin İngilislər tərəfindən qısa bir müddət işğal edilməsi, Argentinanin istiqlal mübarizəsi üçün bir başlanğıc olmuşdur. 1808-ci ildə Napoleonun İspaniyaya girməsi müstəqillik mübarizəsini sürətləmdirdi. Ölkə 1812-ci ilə doğru istiqlaliliyyətini qazandısa da,yalnız 1816 –cı ildə müstəqil bir dövlət olduğu rəsmən elan edilmədi. İstiqlal həraketının baş lideri və qəhrəmanı, Çilinin də qurtarılması üçün vacib bir insan olan General Jose de San Martindir. İkinci Dünya müharibəsi əsnasında Argentina hökumətlərinin gizli ve kamuflyaj edilmiş Nasist tərəfdarı tutumları, Amerika Birleşik Ştatları ve cənub yarım kürəsinin digər ölkələri ilə münasibətlərinin gərginləşmesinə ve Argentinanın Pan-Amerikan təşkilatından çıxarılmasına sebəb oldu. Rəsmiyəttə görə bütün hərb məsələsində tərəfsiz qalan Argentina, 1945-ci ilin yazında müttəfiqlər tərəfınə keçdi. Geniş ölçüdə ABŞ-ın dəstəyi səbəb ilə Birləşmiş Millətlər  Təşkilatına daxil oldu ve təşkilatın məsələlerində önəmli bir rol oynadı. Müharibədən sonra general olan Juan Domingo Peron özünə qüvvətli bir pozisiya hazırlamağı bacarmış və 1946-cı ilin fevralında Argentinanın prezidenti seçilmişdir. Amma hərbi çevriliş nəticəsində 1955-ci ildə devrilmiş və uzun illər sürgündə yaşamış ve sonra dönərək 1973-cü ildə yenidən dövlet başçısı olmuşdur. Bir ill sonra vəfat etmişdit və İsabel Peron olaraq tanınan üçüncü həyat yoldaşı dövlət başçısı oldu. Lakin 1976-cı ildə ordu tərəfindən devrildi
Argentinaya aid olan  Falkland adaları Aprel 1982-ci ildə İngilislər işğal edildi. İngiltərə ilə olan müharibədə Argentina məğlub oldu və adaları İngilislərdə qaldı.Hələdə bu məsələ açıq olaraq qalır.
Coğrafiyası - Argentina ərazisinin coğrafiyası mürəkkəbdir.Ölkə ərazisi şərq tərəfdən Atlantik okeani ilə,qərb tərəfdən isə And dağları ilə əhatə olunub.And dağlarının bəzi zirvələrində daimi buzlaqlar mövcuddur.Ölkənin ən cənub əraziləri isə Antarktidaya yaxınlığı ilə seçilir.
Argentina 23 vilayətdən ibarətdir.
1. Federal paytaxt Buenos-Ayres

2. Buenos-Ayres
3. Katamarka
4. Çako
5. Çubut
6. Kordova
7. Korrientes
8. Entre-Rios
9. Formosa
10. Jujuy
11. La-Pampa
12. La-Rioxa
13. Mendosa
14. Misones
15. Neuken
16. Rio-Neqro
17. Salta
18. San-Xuan
19. San-Luis
20. Santa-Krus
21. Santa-Fe
22. Santyaqo-del-Estero
23. Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları
24. Tukuman
İqlimi - Argentina əsasən subtropik iqlim qurşağında yerləşməsinə baxmayaraq Santa Cruz,Çubut,Tierra del Fuego,Rio Negro vilayətlərində və həmçinin And dağlarında və dağətəyi ərazilərdə qar yağması adi bir haldır.Qeyd etmək lazımdır ki bütün cənub yarımkürəsində olduğu kimi Argentinada da fəsillər şimal yarımkürəsindəki gedişatından əksinə baş verir(qışda yay,yayda isə qış).Həmçinin Argentinanın ən cənub əraziləri Antarktidaya nisbətən yaxın yerləşdiyi üçün burada bəzən sərt hava şəraiti müşahidə olunur.
İqlimi - Argentina əsasən subtropik iqlim qurşağında yerləşməsinə baxmayaraq Santa Cruz,Çubut,Tierra del Fuego,Rio Negro vilayətlərində və həmçinin And dağlarında və dağətəyi ərazilərdə qar yağması adi bir haldır.Qeyd etmək lazımdır ki bütün cənub yarımkürəsində olduğu kimi Argentinada da fəsillər şimal yarımkürəsindəki gedişatından əksinə baş verir(qışda
Iguazú Şelaleleri
yay,yayda isə qış).Həmçinin Argentinanın ən cənub əraziləri Antarktidaya nisbətən yaxın yerləşdiyi üçün burada bəzən sərt hava şəraiti müşahidə olunur.

Daxili suları - Argentinada olan çayların qaynağı böyük ölçüdə la Plata hövzəsinə  aitdirLa Plataya tökülən çaylar 5. 200. 000 km ² 'lik bir sahəyə yayılmışdır və bu sahənin az qala üçdə biri Argentina sərhədləri içindədir, qalan sahə isə Boliviya, Braziliya, Paraqvay və Uruqvay sərhədlərində. la Plata hövzəsinin iki böyük çay Paraná və Uruqvay çaylarıdır. Şimalda, Braziliya sərhədində dünyanın da ən böyük şelalelerinden sayılan Iquasu və Iquasu Milli Parkı yerləşir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget