Coğrafiya Yer kürəsinin təbiətini öyrənən ən qədim elmlərdən biridir. Coğrafiya sözünün hərfi mənası yunan dilində “geo” – yer, “qrapho” – təsvir, yəni Yeri təsvir edirəm deməkdir. Coğrafiya elmi birdən-birə yaranmamışdır. Coğrafi biliklər min illər ərzində tədricən toplanmışdır. Qədim insanlar Yer kürəsi haqqında çox məhdud biliklərə malik idilər. Onlar yalnız öz yaşadıqları əraziləri tanımışlar. Bu dövrdə Yerin kiçik və müstəvi formasında olması təsəvvür edilirdi.
İlk coğrafi təsəvvürlər qədim Şərqdə yaranmışdır. Misirdə, Mesotopamiyada, Finikiyada, İranda Günəşə görə məhəldə cəhət və vaxtın təyin edilməsi kimi bacarıqlara malik idilər. Eramızdan əvvəl 596-594-cü illərdə finikiyalılar Afrikanın ətrafında tam bir dövrə vurmuşlar. Yunanlar və romalılar əkinçiliklə və heyvandarlıqla məşğul olmaq, ticarət etmək və müharibə aparmaq yolu ilə ölkələr haqqında biliklərini genişləndirmişlər. Coğrafi biliklərin inkişafı obyektiv zərurətdən irəli gəlirdi. Belə ki, təsərrüfatın və ticarətin inkişafı, qonşu ərazilərə edilən hərbi yürüşlər insanlardan müxtəlif əraziləri öyrənməyi tələb edirdi.
İlk əvvələr cografiya, əsasən, təsviri xüsusiyyət daşıyırdı və ayrı-ayrı sahələrə ayrılmırdı. Qədim insanlar yaşadıqları torpağın hansısa heyvan (öküz, balina və s.) üzərində olmasını iddia edirdilər. Babilistanlılar Yerin bir neçə qatdan ibarət olduğunu söyləmişlər. Onların fikrinə görə özləri orta qatda, başqaları isə Yerin üst və alt qatlarında yaşayırdılar. Şumerlər isə dörd cəhət olduğunu və hər cəhətdə bir dünyanın yerləşməsi fikrini söyləmişlər. Şumerlər düşünürdülər ki, Kiçik Asiya yarımadası mərkəzdə, Qara, Aralıq və Egey dənizləri isə onun ətrafında yerləşir.
Qədim dövrün coğrafiyası haqqındakı məlumatlar iilkin olaraq Herodot, Aristotel, Eratosfen, Strabon və başqalarının əsərlərində ümumiləşdirilmişdir. Onların əsərlərində coğrafi hadisələrin təbiətinə dair ilk elmi dəlillər verilmiş və Yerin kürə şəklində olması barədə fikirlər irəli sürülmüşdür.
E.ə. VIII əsrdə yaşamış Homer Yerin “hamar”, e.ə. V əsrdə yaşamış Herodot isə “oval” şəklində olduğunu söyləmişdir. Onlara elə gəlirdi ki, Yer yastı formadadır və gözəgörənməz, nəhəng canlı üzərində dayanmışdır. Yerin kürə formasında olması haqda ilk təsəvvürləri isə e.ə. VI əsrdə yunan alimi Pifaqor irəli sürmüşdür.
Yerin kürə şəklində olması fikri insanlara hələ 2 min il əvvəl məlum idi. Qədim yunan alimi Aristotel (e.ə. IV-III əsrlər) isə ilk dəfə olaraq Yerin kürə şəklində olmasını elmi cəhətdən sübut etmişdir. O, bunu Ayın tutulması zamanı kölgənin dairəvi olması ilə izah edirdi.
Məhz Eratosfen (e.ə. III-II əsrlər) ilk dəfə elmə “coğrafiya” anlayışını gətirmişdir. <<Yeri təsvir edirəm>> mənasını verən bu anlayış onun <<Qeoqrafika>> kitabının adından götürülmüşdür. O, həmçinin ilk coğrafiya xəritəsinin də müəllifi kimi tanınmışdır. Onun tərtib etdiyi xəritədə Avropa, Şimali Afrika (Liviya), Asiya təsvir edilmişdir. Yerin ölçülərini müasir ölçülərə ən yaxın hesablayan alim də Eratosfen olmuşdur. O, Yerin meridian çevrəsinin (39690 km) və Yer kürəsinin radiusunun uzunluğunu (6310 km) hesablamışdır.
Yunan alimi Strabon (e.ə. I əsr) <<Coğrafiya>> əsərlərinin müəllifidir. Strabon, əsasən, Eratosfen, Hipparx, Polibi, Posidoni və başqa müəlliflərin məlumatlarından istifadə etmişdir. O, 17 cildlik <<Coğrafiya>> əsərində bir çox ərazilərin coğrafiyası ilə yanaşı Qafqaz Albaniyası, Kür və Araz çayları və Atropatenanın coğrafi mövqeyi, sərhədləri, burada məskunlaşmış tayfalar, əhalinin məşğuliyyəti, dini görüşləri, onların Pompey və Mark Antoninin qoşinlarına qarşı mübarizəsi, Atropatenanın Qazaka və Vera şəhərləri, alban tayfalarının 26 ləhcədə danışmaları, Xəzər dənizi və s. haqqında da məlumatlar verilmişdir.
Coğrafiyanın inkişafında Ptolomeyin də ( II əsr) xüsusi rolu olmuşdur. O, xəritə tərtibində ilk dəfə olaraq dərəcə torundan – meridian və paralellərdən istifadə etmiş, bir çox ərazilərin coğrafi koordinatlarını təyin etmiş və təsvirini vermişdir. Ptolomeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrikada və Asiyada daha geniş ərazilər təsvir edilmiş və Yerin əyriliyi nəzərə alınmışdır. O, ilk dəfə olaraq kartoqrafik proyeksiyadan istifadə etmişdir.
Orta əsrlər dövründə ( V-XV əsrlər ) kartoqrafiyanın inkişafı, gəmiqayırma işlərinin təkmilləşdirilməsi dəniz və okeanların öyrənilməsinə təkan vermişdir. Ərəb səyyahları Hind okeanına, Afrikanın Şərq sahillərinə, Çinə və Hindistana səfərlər edirdilər.
Orta əsrlərdə ən mühüm kəşflərdən biri də ilk avropalı dənizçiləri olan vikinqlərin XI əsrdə İslandiyaya oradan Qrenlandiyaya və Şimali Amerika sahillərinə çatmaları olmuşdur. Rus dənizçiləri Şimal buzlu okeanında Şpisbergen adalarına və Ob çayının mənsəbinə qədər çatmışlar.
<<İpək yolu>> adı ilə məşhur olan və Çindən Avropaya qədər uzanan marşrutla səyahət edən italiyalı Marko Polonun ( XIII əsr ) Mərkəzi Asiya və Çinə aid coğrafi məlumatların əldə edilməsində xüsusi rolu olmuşdur. O, <<İpək yolu>> üzərində yerləşən ərazilərin və ölkələrin təbiəti, əhalisi və sərvətləri haqqında avropalılara geniş məlumatlar vermişdir.
XII əsrdə yaşamış Nizami Gəncəvi “İsgəndərnamə” əsərində Yerin əmələ gəlməsi, forması, hərəkəti haqqında məlumat vermişdir. Nəsrəddin Tusi isə 256 şəhərin koordinatlarını göstərən cədvəl tərtib etmişdir.
Məhz orta əsrlər dövründə özbək alimi Əbu Reyhan Biruni (Əl-Biruni 973 – 1048) Şərqdə ilk qlobusu düzəltmişdir.
XIV-XV əsrlərdə azərbaycanlı alim Əbdül Rəşid Bakuvinin cografi əsərləri bu günədək öz əhəmiyyətini itirməmişdir.
Orta əsrlər dövründə insanlar kiçik yelkənli gəmilərlə səfərlərə çıxır və artıq hər şeyin əvvəllər təsəvvür etdikləri kimi olmadığını başa düşür və daha böyük axtarışlara çıxmağa hazırlaşırdılar.
Böyük coğrafi kəşflər dövründə ( XV-XVII əsrlər ) sənətkarlığın inkişafi, yeni xammal mənbələrinin və ticarət yollarının axtarılması coğrafiyanın sonraki inkişafı üçün əlverişli şərait yaratdı. Bu dövrdə əksər materiklərin sərhədləri müəyyən olunmuş, Yer səthinin çox hissəsi öyrənilmiş və o vaxtadək məlum olmayan ölkələrin təbiəti və təsərrüfatına dair məlumatlar əldə edilmişdir.
İspan dənizçisi Xristofor Kolumb Yerin kürə formasında olması fikrinə əsaslanaraq 1492-ci ildə Hindistana dəniz yolu açmaq məqsədi ilə qərb istiqamətində səyahətə çıxmış və Amerika sahillərinə (Baham adalarına) çatmışdır. Kəşf edilən ərazilərin Hindistan olduğunu fərz edən Kolumb yerli əhalini hindular, əraziləri isə <<Vest-İndiya>> adlandırdı. Bu səyahət nəticəsində Şimali Passat cərəyanı və Sarqas dənizi müəyyən edilmişdir. X.Kolumb Amerikaya dörd ekspedisiya təşkil etməsinə baxmayaraq, ömrünün sonuna qədər buranın Hindistan olduğunu zənn etmişdir. Sonralar bu böyük qitə avropalılara onun haqqında ətraflı məlumat vermış Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırılmışdır. Lakin X.Kolumbun adına Latın Amerikasında ölkə, ABŞ-da çay və muxtar mahal (Kolumbiya) vardır.
1492-ci ildə həmçinin Avropada ilk dəfə Martin Behaym tərəfindən qlobus düzəldilmişdir. Martin Beyahmın qlobusunda göstərilən quru parçaları da Əl-Biruninin qlobusundakı kimi Asiya, Avropa və Şimali Afrika idi.
Portuqal dənizçisi Vasko da Qama 1498-ci ildə Afrikanı dolanaraq Hindistana dəniz yolunu kəşf etdi. Səyahət zamanı Hİnd okeanı öyrənilmiş, Afrikanın böyüklüyü və forması müəyyən edilmişdir. Yeni açılan bu dəniz yolu tarixi “ İpək yolu”nun tənəzzülünə səbəb olmuşdur.
Əslən portuqal olan səyyah F.Magellan 1519-1522-ci illərdə ilk dəfə dünya səyahəti etmişdir. İspaniyadan çıxaraq Atlantik okeanı ilə qərb istiqamətdə yola düşən F.Magellan Cənubi Amerikanın cənub sahilləri boyu üzərək sonralar səyyahın adı verilmiş boğazdan (Magellan boğazı) Sakit okeana keçmişdir. Səyahət nəticəsində praktiki olaraq Yerin kürə şəklində olduğu və vahid okeanın mövcudluğu sübut edildi.
XV əsrin ən böyük türk səyyahı Piri Rəis olmuşdur. O, Atlantik okeanın şərq sahillərinin (Afrika sahilləri), Cənubi Amerikanın şərq sahillərinin o dövr üçün mükəmməl xəritəsini tərtib etmişdir.
1606-ci ildə V.Yansonun rəhbərliyi ilə hollandiyalılar Avstraliya sahillərinə gəlmişdirlər. Onlar Avstraliyanın qərbini hələ heç kimə məlum olmayan nəhəng cənub materikinin bir hissəsi hesab edirdilər. 1642-ci ildə Abel səyahəti Tasmanın səyahəti nəticəsində Avstraliyanın müxtəlif əraziləri öyrənilmişdir.
Yeni dövrdə cografi kəşflər (XVIII-XIX əsrlər) okeanlarda yeni ərazilərin axtarışı, materiklərin daxili hissələrinin öyrənilməsi ilə davam etdirilirdi. Bu dövrün nailiyyətlərində ingilis dənizçisi Ceyms Kukun böyük rolu olmuşdur. Ceyms Kuk bütün materiklərə (Antraktidadan başqa ) ayaq basmış ilk insandır. C.Kuk birinci ekspedisiyası zamanı Yeni Zelandiyanın Şimal və Cənub adaları arasındakı boğazı, Avstraliyanın şimal sahilini və Böyük Sədd Rifini kəşf etmişdir. İkinci ekspedisiyasında Cənub yarımkürəsinin mülayim enliklərində böyük quru sahəsinin olmadığını sübuta yetirmiş və Sakit okeanda bir sıra adanı öyrənmişdir. Üçüncü ekspedisiyasında Havay adalarını kəşf etmiş, Amerikanın şimal-qərb sahillərini öyrənmişdir.
1820-ci ildə rus dənizçiləri F.Bellinshauzen və M.Lazarevin rəhbərlik etdiyi ekspedisiya Antraktida materikini kəşf etdi. Antraktida heç bir dövlətə mənsub deyil. Beynəlxalq sazişə əsasən onun ərazisində hərbi xarakterli tədbirlərin görülməsi, silahların və nüvə partlatışlarının keçirilməsi qadağandır.
Mərkəzi Asiyanın daxili hissələrini tədqiqində ilk avropalı rus səyyah M.Prjevalskinin xüsusui xidmətləri olmuşdur. O, 1867-1888-ci illərdə beş dəfə böyük ekspedisiyalara rəhbərlik etmişdir. O, 1870-ci ilin payızında Mərkəzi Asiya, Monqolustan, Pekin, Dalay-Nur gölü, Yansızı, Xuanxe çaylarına səyahət edir və bu ölkələrə məxsus flora nümunələri toplayır, Mərkəzi Asiyada vəhşi dəvə və vəhşi atlar aşkar edir. İlk dəfə olaraq Tarım çayının çökəkliyə dolmasından yaranan şorsulu Lob-Nor gölünü müəyyən edir.
Məşhur səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvani ( XVIII əsr ) İran, Hindistan, Ərəbistan, Şimali Afrika haqqında bir sıra qiymətli əsərlər yazmışdır. H.Z.Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kim, “Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. O, Hinquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır.”
Azərbaycanda coğrafi fikirlərin inkişafında Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Həsən bəy Zərdabi, Qafur Rəşad Mirzəzadə, Məhəmmədhəsən Baharlı xüsusi rol oynamışdır.
Müasir coğrafi tədqiqatlar dövründə ən kiçik ərazilər də insanlara məlumdur. Süni peyklər və kosmik stansiyalar vasitəsil, ən müasir cihazlardan, aerokosmiküsullardan istifadə etməklə aparılan tədqiqtlar coğrafiyanın inkişafında mahiyyətcə yeni bir mərhələ açar.
Mənbə:oxubil.com

Yorum Gönder