Həqiqi məsafələrin qlobus , plan və xəritəyə köçürülərkən neçə dəfə kiçildiyini göstərən kəsr ədədinə Miqyas deyilir.Böyüklüyünə görə miqyaslar 3 qrupa bölünür.
1.Böyük – 1:200 000-əqədər
2.Otra – 1:200 000-dən 1:1000 000 -ə qədər.
3.Kiçik – 1:000 000 və daha kiçik.
Yazlışına (formasına) görə də miqyaslar 3 qrupa bölünür:
1.Ədədi – 1:100 000 ; 1:250 000 və.s
2.Xətti
3.İzahlı (adlı)- 1sm-də 250 km, 1sm-də 100 m və.s.
Böyüklüyündən aslı olmayaraq bütün ədədi miqyasların hər surəti, həmdə məxrəci sm-lə verilir.
Məsələn; 1:100 000 miqyasında xəritənin 1sm-də 100 000 sm həqiqi məsafə göstərilmişdir.
Miqyasla bağlı heasblamaları asanlaşdırmaq üçün tez-tez santimetri metrə, kilometrə və ya əksinə, kilometri və metri santimetrə çevirmək lazım gəlir.Məlumdur ki , 1km = 1000m; və ya 1km = 100 000sm; 1m isə 100smdir.Kilometri metrə çevirmək üçün onu 1000-ə vurmaq lazımdır.Kilometri metrə çevirmək üçün ədədin yanına üç sıfır artırmaq lazımdır.Məsələn, 56km = 56 000m. Metri sm-ə çevirmək üçün metri 100-ə vurmaq lazımdır.Yaxud, metri göstərən ədədin yanına iki sıfır əlavə etmək lazımdır.Məsələn ; 400m = 400 * 100 =40 000sm.
Kilometri birbaşa santimetrə çevirmək üçün onu 100 000 -ə vurmaq lazımdır.Yaxud, kilometri göstərən ədədin yanına 5 sıfır əlavə edirlər.Məsələn ; 5km=5 * 100 000=500 000sm.
Santimetri metrə çevirmək üçün onu 100-ə bölmək vəya sm-ri göstərən ədədin yanında 2 sıfır pozmaq lazımdır.Məsələn; 800 000sm:100=800metr.
Metrləri kilometrə çevirmək üçün metri 1000-ə bölmək və ya metrləri göstərən ədədin yanında üç sıfır pozmaq lazımdır.Məsələn; 8000m=8000:1000=8km və ya 8000m=8km.
Santimetrləri kilometrlərə çevirmək üçün onu 100 000-ə bölmək və ya santimetrləri göstərən ədədin yanında beş sıfır pozmaq lazımdır.Məsələn; 4000 000sm=4000 000:100 000=40km. Yaxud 4000 000sm=40km.
Yorum Gönder