Plan və xəritələr şərti işarələrlə Yer səthinin təsviridir. Şərti işarələrin miqyaslı, miqyassız və izahedici növləri olur. Miqyaslı şərti işarələr sahəvi və xətti qruplara ayrılır. Sahəvi (və ya kontur lu) şərti işarələr müəyyən ərazi tutan işarələrdir. Meşələr, göllər, çəmənliklər, əkin sahələri sahəvi şərli işarələrə misaldır. Xətti sərti işarələr xətlər vasit səsilə təsvir olunur. Məs. çaykır, yollar, teleqraf xətləri, sərhədlər və s. Hər iki növ işarələrə əsasən ölçmə işləri aparmaq olar.
Miqyassız şərti işarələrdən istifadə etməklə hər hansı ölçmə işlərini aparmaq olmaz. Bu işarələr obyektlərin yalnız yerini göstərir. Zavodlar, fabriklər, heykəllər, tiistii boruları, teleqüllələr miqyassız işarələrlə rəsvir olunur.
Plan və topoqrafik xəritələrdə izahedici şərti işarələrə də rast gəlinir. Məs. izahedici şərti işarələrə çayın istiqamətini göstərən xətlər, sür'ətini və gəmiçiliyə yararlı olmasını əks etdirən yazılar, körpünün nədən tikilməsini, nə qədər yük götürə bilməsini, eni və uzunluğunu bildirən yazılar aiddir.
Plan və topoqrafik xəritələrdə şərti işarələr obyektlərin həqiqi formasına oxşasa da xəritədə onlar xüsusi işarələr və rənglərlə göstərilir. Xəritələrin hazırlanması prosesində bir neçə şərti işarə üsullardan istifadə olunur. Onlara işarələr, xətti işarələr, keyfiyyət fonu, izoxətlər, lokal diaqramlar, areallar, nöqtələr, hərəkət xətləri, kartodiaqram, kartoqram üsulları aiddir.
Fiziki-coğrafi xəritələrdə bir-birindən hündürlüyünə görə fərqlənən ərazilər rənglərlə ayrılır. Eyni bir mövzunu göstərən xəritədə bir rəngin müxtəlif calarlarında istifadə olunur. Bu üsula lay-lay rəngləmə və ya keyfiyyət fonu iisıılıı deyilir. Bə’zi obyekt və hadisələri təsvir etmək üçün izoxətlərdən, həndəsi fiqurlardan, diaqramlardan, oxlardan və rəqəmlərdən istifadə olunur.
İqtisadi-coğrafi xəritələrdə istiqaməti göstərən xətlərin rəngi hadisə və proseslərin müxtəlifliyini, qalınlığı isə onların miqdarını bildirir. Bu tipli xəritələrdə hər hansı bir göstəriciyə görə fərqlənən ölkələr və ya regionlar da rəngin müxtəlif ça- larlarına görə ayrılır. Xəritələrin kənarlarında həndəsi fiqurlar və diaqramların köməyi ilə region və ölkələrin sosial-iqtisadi göstəricilərinə aid məlumatlar verilir.

Yorum Gönder