Yerin forması haqda ilk təsəvvürlər onu müstəvi şəklində qəbul edir. Homer (e.ə. VIII əsr) Yerin hamar, Herodot (e.ə. V əsr) isə oval formada olması fikrini söyləmişlər. Yerin kürə forması haqda ən qədim fikir Pifaqora mənsubdur. Ay tutulmaları əsasında Aristotel Yerin kürə formasında olması haqqında qəti fikir söyləmişdir. Eratosfen isə Günəş şüalarının düşmə bucağına əsasən Yerin kürə formasında olmasım qeyd etməklə yanaşı, ilk dəfə onun ölçülərini hesablamışdır.
Əl-Biruni (973-1050) Yer ölçülərini təyin etmiş, onun Günəş ətrafmda hərəkət etdiyini söyləmişdir. Bu sahədə N.Tusinin də böyük xidmətləri olmuşdur.
İ.Nyuton Yerin tam kürə deyil, qütblərdən basıq olduğunu, yəni ellipsoid formasında olması fikrini söyləmişdir. Son dövrlərdə kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Yerin Şimal qütb sahəsi Cənub qütb sahəsinə nisbətən bir qədər qabarıqdır. Ürəyə oxşadığını nəzərə alıb onu kardioid adlandırmaq mümkündür. Lakin Yer heç bir həndəsi fiquru təkrarlamır və onun özünəməxsus forması var. Buna görə də onu geoid adlandırırlar.
1924-cü il Beynəlxalq sazişinə görə Yerin ölçüləri aşağıdakı kimi qəbul edilmişdir:
1. Ekvator radiusu.................................... 6378 km
2. Qütb radiusu...........................................6357 km
3. Ekvator çevrəsinin uzunluğu.................40076 km
4. Meridian çevrəsinin uzunluğu................40009 km
5. Yerin ümumi sahəsi.................................510 mln km2
6. Yerin su səthinin sahəsi.............................361 mln km2
7. Yerin quru sahəsi.....................................149 mln km2
Qlobus Yerin kiçildilmiş modelidir. O, Yerin formasını daha dəqiq əks etdirdiyindən, bütün coğrafi obyektlər Yer səthində olduğu kimi, özünəoxşar təsvir olunur. Ən qədim qlobuslar hələ qədim Yunanıstanda hazırlansa da, onların heç biri bizə gəlib çatmamışdır. İlk qlobuslardan birinin Əl-Biruni tərəfindən hazırlanması məlumdur. Avropada hazırlanmış və dövrümüzə qədər gəlib çatan qlobusun müəllifi M.Behaymdır
(1492). Tədris məqsədilə hazırlanmış qlobuslar miqyasına görə üç yerə bölünür:
1:30 000 000 (böyük), 1:50 000 000 (orta) və 1:83 000 000 (kiçik) miqyaslı.Yerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi nöqtələr coğrafi qütblər (şimal və cənub) adlanır. Yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən xəyali xətlər meridian (latınca - "günorta xətti") adlanır. Hər bir nöqtədən meridian çəkmək mümkündür və bütün meridianların uzunluqları bir-birinə bərabərdir. 1°-lik meridian qövsünün uzunluğu 20000 km : 180°~111 km-dir. 1884-cü ildə London yaxınlığındakı Qrinviç rəsədxanasından keçən meridian Sıfırıncı və ya Başlanğıc (Qrinviç) meridian kimi qəbul edilmişdir.
Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş çevrə Ekvator (mənası "tənbölən") adlanır. Ekvator Yer səthində çəkilə bilən ən böyük çevrədir. Ekvatora paralel olaraq çəkilmiş çevrələr paralellər adlanır. Yerin kürəvi əyriliyindən asılı olaraq ekvatordan qütblərə doğru getdikcə paralellərin radiusu və uyğun olaraq l°-lik paralel qövsünün uzunluğu (km-lə) azalır. 1°-lik paralel qövsünün uzunluğu:
0°-lik paraleldə (ekvatorda)................................111,3 km
10°-lik paraleldə............................................... 109,6 km
20°-lik paraleldə...................................................104,6 km
30°-lik paraleldə..................................................96,5 km
40°-lik paraleldə..................................................85,4 km
50°-lik paraleldə..................................................71,7 km
60°-lik paraleldə..................................................55,8 km
70°-lik paraleldə..................................................38,2 km
80°-lik paraleldə..................................................19,4 km
90° (qütblərdə)....................................................0
Həlli: l°-lik meridian qövsünün uzunluğunun təqribən 111 km olduğunu bildiyimiz üçün:
1°---------------111 km
25°-------------- x km x =(25 • 111):1=2775 km olduğunu
hesablayırıq.
Həlli: Bakı ilə Ekvator arasında 40° meridian qövsü var. Asanlıqla hesablayırıq ki, bu məsafə 4440 km-dir (40x111=4440). Bakı ilə Şimal qütbü arasındakı məsafə 90°^10o=50o-dir. Onda Bakı ilə Şimal qütbü arasında Yer səthi üzrə məsafə 50° • 111=5550 km-dir.
Həlli: l°-lik meridian qövsünün uzunluğunu bilirik. Odur ki:
1°-------------------111 km
X°-----------------5883 km x=(5883 • 1) :111=53° hesablayırıq.

- Eyni meridian üzərində yerləşən A və B məntəqələri arasındakı məsafə 25°-lik qövsə bərabərdir. Həmin məntəqələr arasında həqiqi məsafəni təyin edin.
Həlli: l°-lik meridian qövsünün uzunluğunun təqribən 111 km olduğunu bildiyimiz üçün:
1°---------------111 km
25°-------------- x km x =(25 • 111):1=2775 km olduğunu
hesablayırıq.
- Bakı şəhəri 40° şimal paralelində yerləşir. Bakıdan Ekvatora və Şimal qütbünə qədər olan məsafəni təyin edin.
Həlli: Bakı ilə Ekvator arasında 40° meridian qövsü var. Asanlıqla hesablayırıq ki, bu məsafə 4440 km-dir (40x111=4440). Bakı ilə Şimal qütbü arasındakı məsafə 90°^10o=50o-dir. Onda Bakı ilə Şimal qütbü arasında Yer səthi üzrə məsafə 50° • 111=5550 km-dir.
- Eyni meridian üzərində yerləşən A və B məntəqələri arasındakı həqiqi məsafə 5883 km-dir. Bu məntəqələr arasındakı məsafə neçə dərəcəlik meridian qövsünə bərabərdir?

Yorum Gönder