Adambaşına düşən məhsul istehsalı - 4,0 min dollar dır.
Ərazisi qərbdən - şərqə 10 min km, şimaldan - cənuba 4 min km məsafədə uzanır.
Türkiyə və Misir kimi Rusiya Federasiyası da 2 qitədə yerləşərək (Avroasiya taleli) Qazaxıstanla 7200 km, Ukrayna ilə 1270 km, Belarusiya ilə 990 km, Estoniya ilə 437 km, Azərbaycanla 367 km, Litva ilə 304 km, Latviya ilə 250 km, Gürcüstanla 250 km, eləcə də Çinlə 4300 km, Monqolustanla 3005 km, Norveçlə 196 km, Polşa ilə 244 km, Finlandiya ilə 1269 km və KXDR-lə 17 km sərhəd xəttinə malikdir.
Çoxsahəli təsərrüfatının inkişafına müxtəlif və zəngin təbii şəraiti, təbii ehtiyatları müsbət təsir edir.
Dünyanın yeganəsidir ki, xammaların bütün nomenklaturasına görə Mendeleyevin Dövri Sistemində olan elementlərin hamısı ilə sənaye əhəmiyyətinə malik olmaqla təmin olunmuşdur.
Ölkənin illik yanacaq-enerji tələbatı 900 mln, tut-a bərabərdir.
Hər il 540 mln, tut həcmində yanacaq-enerji məhsulları ixrac edir.
Son illər 324 mln. t neft, 584 mlrd. kubmetr qaz, 258 mln. ton kömür hasil olunur.
Dünyada ilk AES RF-də ümumi gücü 5 min kvt olmaqla .Kaluqa vilayətinin Obninski sahəsində 1954-cü ildə yaradılmışdır. Sonralar, yəni 1958-ci ildə ilk AES Đngiltərədə və 1957-ci ildə ABŞ-da yaradılmışdır. AES-lərin elektrik enerjisi hasilatında xüsusi
çəkiləri 14 %-dən artıqdır. Burada 9 sayda 29 bloklu AES-in ümumi gücü 21,3 mln. kvt (dünyada olan AES-lərin 6 %-i) təşkil edir ki, onların da illik elektrik enerji hasilatı 118 mlrd. kvt.saatdır.
Ölkədə hər birinin ümumi gücü 4 mln. kvt olan Leninqrad, Kursk, Balakov, gücü 3000 kvt Smolenski, 2000 kvt-dan çox olan Kalinin, 1760 kvt Kola və habelə uzaq Çukotkada 50 kvt gücü olan Bilibino AES-ləri fəaliyyət göstərir.
Ölkə ərazisində dünya hidroenerji potensialının 12 %-inin olması müəyyən edilmişdir, SES-lərdən alınan illik elektrik enerjisinin hasilatına görə ölkə Kanada və ABŞ-dan sonrakı 3-cü yeri tutur.
Ölkədə qara metal filizlərinin hasilatının, saflaşdırılmasının, aqlomerasiyasının, odadavamlı metalların hasilatını, qeyri fıliz xammallarının əldə edilməsini, kömürün kokslaşdırılması, çuqunun, poladın, prokatın və ferroərintilərin əridilərək yerli məhsulun əidə edilməsini, sənaye təyinatlı metal məsrəflər məmulatlarının
istehsalını və qara metalların təkrar işlənməsini özündə birləşdirən qara metallurgiyanın Mərkəz, Ural, Sibir bazaları ildə 87 mln. ton dəmir filizi, 50 mln. ton polad istehsal etməyə imkan verir.
İldə 610 min ton mis hasil edilir.
Mineral gübrənin iilik hasilatı 10,0 mln. tondur;
Adambaşına 7,4 kv.metr pambıq parçanın illik əldə edilməsi 1,1 mlrd. kv.metrdən çox deyildir.
Avtomobil zavodları: N.Novqorod, Naberejm Çelnı, Ulyanovsk, Miass, Moskva, Tolyatti, Likino şəhərlərindədir;
Aviasiya maşınlarının zavodları Volqaboyu, Mərkəz, Ural rayonlarında cəmlənmişdir.
Traktor zavodlan Volqoqradda, Lipetskdə, Vladimirdə, Çelyabinskdə, R.ubtsovada, Sankt-Peterburqda yaradılmışdır; Dünya kənd təsərrüfatı məhsullarının 2,0 %-ə qədərini verərək 12-ci yeri tutur. Dünyada əkin sahəsi 20 mln.ha, məhsul toplantısının ıllik miqdarı 300 mln. tondan çox olan əsasən mülayim qurşağın bitkisi hesab edilən kartof toplanmasında 2-ci yeri tutur.
Traktor zavodlaRI Volqoqradda, Lipetskdə, Vladimirdə, Çelyabinskdə, R.ubtsovada, Sankt-Peterburqda yaradılmışdır;
Dünya kənd təsərrüfatı məhsullarının 2,0 %-ə qədərini verərək 12-ci yeri tutur. Dünyada əkin sahəsi 20 mln.ha, məhsul toplantısının ıllik miqdarı 300 mln. tondan çox olan əsasən mülayim qurşağın bitkisi hesab edilən kartof toplanmasında 2-ci
yeri tutur. Belə ki, illik məhsul tədarükü 34 mln. ton təşkil edir. İllik taxıl tədarükü 60 mln. ton, şəkər çuğunduru 14,2 mln. ton, yun 60 min ton, ət 2,3 mln, ton, süd 33,2 mln. ton təşkil edir.
Şimali Qafqaz ölkənin ən böyük bağçılıq bazasıdır. Kənd tosərrüfatının 2-ci aparıcı sahəsi iribuynuzlulardan, donuzçuluqdan, quşçuluqdan, maralçılıq və atçılıqdan, balıqçılıqdan ibarət olan heyvandarlıqdır.
Belə ki, 30 mln. baş iribuynuzlu, 17 mln. baş donuz saxlanılır.
Avtomobil yolları 900 min km (avtomobil parklarında 22 mln. maşın var), qaz kəmərləri 63 min km-dir. Magistral qaz kəməri ilk dəfə 1946-cı ildə Saratov - Moskva arasında - (840 km) çəkilmişdĐr. Neft kəmərləri 150 min km-ə çatmaqla boru-kəmər
nəqliyyatı 213,0 min km uzunluğa malikdir. Belə vəziyyət onu ABŞ-dan sonra dünyada 2-ci yerdə saxlayır:
Limanlarda 4700-dən artıq gəmiləri vardır;
Daxili su yollarının uzunluğu 84 min km olsa da onun fəaliyyətdə olan hissəsi 47 min km-dir.
6 şəhərdə: Moskva, Sankt-Peterburq, N.Novqorod, Samara, Yekaterinburq və Novosibirskdə ümumi uzunluğu 390 km olan metro nəqliyyatı fəaliyyət göstərir;
Elektron nəqliyyatından hasil olunmuş elektrik enerjisinin istehlakçıya çatdırılmasında istifadə olunur;
Avtobus marşrutlarının ümumi uzunluğu 2,0 mln. km-dir;
Dəmir yollarının yük dövriyyəsi 2004-cü il üçün 1,2 trln ton/k olmuşdur;
Ərazidə mövcud müxtəlifliyə görə Ural da daxil olmaqla Qərb və Qərbi Sibiri, Şərqi Sibiri, Uzaq Şərqi özündə birləşdirən şərq ıqtısadı zonası ayrılır. (Qərb iqtisadi zonasına 8 iqtisadi rayon, Şərq iqtisadi zonasına isə Qərbi Sibir, Şərqi Sibir, Uzaq Şərq iqtisadi rayonları daxildir. Deməli, ölkədə 11 iqtisadi rayon ayırmaq mümkündür.
DÜNYANIN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI
R.H.MƏMMƏDOV, TOFİQ BƏHƏRÇİ,
V.Z.MEHDİYEVA, T.S.QULİYEV
Yorum Gönder