Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Miqyas - misallar

1: 2 500 000 miqyaslı xəritədə A və B məntəqələri arasında məsafə 12 sm-dir. Bu məntəqələr arasında Yer səthi üzrə həqiqi məsafəni təyin edin.

I variant. Xəritə (qlobus, plan) üzrə məsafə və miqyas verilir. Yer səthi üzrə həqiqi məsafəni tapmalı;
Həlli qaydası: Miqyasın kəmiyyəti tapılır və xəritə üzrə verilən məsafəyə vurulur, nəticədə yer səthi üzrə həqiqi məsafə tapılır.

1.) 1: 2 500 000 miqyaslı xəritədə A və B məntəqələri arasında məsafə 12 sm-dir. Bu məntəqələr arasında Yer səthi üzrə həqiqi məsafəni təyin edin.

Həlli: Miqyasın kəmiyyətini tapırıq (1 sm-də 25 km). Tənasüb quraq:
1 sm-də--------------25 km
12 sm-də------------x km
x=(12 • 25) : 1=300 km (yer səthi üzrə həqiqi məsafə).

2). 1:20 000 000 miqyaslı xəritədə Ekvator üzərində yerləşən A və B məntəqələri arasında məsafə 22,2 sm-dir. Bu məntəqələr arasında qalan Ekvator qövsünün uzunluğunu təyin edin.Həlli: İlk növbədə yer səthi üzrə məsafəni tapaq:
I sm-də------------200 km
22,2 sm-də-------x km
x=(22,2 * 200): 1=4440 km
Ekvator üzərində l°-lik qövsün uzunluğunu (111 km) bildiyimiz üçün bu məsafənin 4440:111=40° olduğunu təyin edirik.
II variant. Yer səthi üzrə məsafə və xəritənin miqyası verilir. Xəritə üzrə olan məsafəni tapmalı;
Həlli qaydası: Miqyasın kəmiyyətini tapır, yer səthi üzrə verilən məsafəni miqyasın kəmiyyətinə bölür və xəritə üzrə məsafəni təyin edirik.

3). Yer səthində A və B məntəqələri arasında məsafə 3000 km-dir. Bu məsafə 1: 6 000 000 miqyaslı xəritədə neçə sm-ə uyğundur?Həlli: Yenə də miqyasın kəmiyyətini tapır və tənasüb qururuq:
1 sm-də----------60 km
x sm-də----------3000 km
x=(1 * 3000): 60=50 sm olduğunu təyin edirik.

4). Turistin 6 km/saat sürətlə 4 saata getdiyi yol 1:200 000 miqyaslı xəritədə neçə sm-dir?Həlli: İlk növbədə gedilən yolu tapaq: S=6 km/saat • 4 saat = 24 km. Miqyasın kəmiyyətini tapır və tənasüb qururuq:
1 sm-də----------2 km
x sm-də--------24 km
x =(1 • 24): 2=12 sm olduğunu təyin edirik.

5). 40° paralel üzərində olan A və B məntəqələri bir-birindən 50° məsafədə yerləşir. Bu məntəqələr arasında məsafə 1:10 000 000 miqyaslı xəritədə neçə sm-dir.Həlli: Bildiyimiz kimi 40° paraleldə 1°=85,4 km, onda bu məntəqələr arasındakı məsafə 50° • 85,4 km=4270 km-dir. Xəritə üzrə məsafə isə:
I sm-də-------------100 km
x sm-də-----------4270 km x=(l • 4270): 100=42,7 sm olacaq.
III variant. Yer səthi üzrə və xəritə (qlobus, plan) üzrə məsafə verilir, miqyası tapmalı;
Həlli qaydası: Yer səthi üzrə verilən məsafəni xəritə üzrə verilən məsafəyə bölməklə miqyasın kəmiyyəti tapılır və ədədi miqyasa çevrilir.

6). Yer səthində A və B məntəqələri arasındakı məsafə 6600 km-dir. Xəritədə bu məntəqələr arasındakı məsafə 11 sm-dirsə, xəritənin miqyasını təyin edin.Həlli: Tənasüb quraq:
II sm-də----------------6600 km
1 sm-də ------------------x km x=(l • 6600) : 11=600. 1 sm-də

7). 600 km miqyasın kəmiyyətini tapdıq. 600 km=60 000 000 sm, onda miqyas 1:60 000 000 olar.Qlobusda coğrafi qütblər arasında məsafə 40 sm-dir. Qlobusun miqyasını təyin edin.
Həlli: Coğrafi qütblər arasındakı məsafənin təqribən 20 000 km olduğunu bilirik. Qlobusun miqyasının 1 : 50 000 000 (orta miqyaslı) olduğunu təyin etmək çətin deyil:
40 sm-də-----------20 000 km 
1 sm-də ------------ x km
x=(l • 20 000): 40=500 km=50 000 000 sm.

8). 1 : 12 500 000 miqyaslı xəritədə A və B məntəqələri arasındakı məsafə 8 sm-dir. Digər xəritədə bu məntəqələr arasındakı məsafə 20 sm-dir. ikinci xəritənin miqyasım tapın.Həlli: İlk növbədə bu məntəqələr arasındakı yer səthi üzrə məsafəni təyin edək:
1 sm-də-----------125km
8 sm-də-----------x km
 x=(8 • 125) :1=1000 km
İkinci xəritədə bu məsafə (1000 km) 20 sm-dirsə, onun miqyası:
20 sm-də----------1000 km
1 sm-də------------ x km
x=(l • 1000): 20=50 km; 1 : 5 000 000 olacaq.

9). Yer səthində eni 50 km, uzunluğu 75 km olan ərazi 1:2 500 000 miqyaslı xəritədə neçə sm2 sahə tutar?Həlli: Miqyasın kəmiyyətini (1 sm-də 25 km) tapırıq,
verilən ölçülərin hər birini ayrı-ayrılıqda miqyasın kəmiyyətinə bölürük: 50:25=2(sm); 75:25=3(sm). Xəritədə eni 2 sm, uzunluğu 3 sm olan sahə 2 • 3=6 sm2 -dir.

10). 1: 50 000 miqyaslı xəritədə eni 1,5 sm, uzunluğu 3 sm olan bağın həqiqi sahəsini təyin edin.Həlli: Miqyasın kəmiyyətini (1 sm-də 500 m ) taparaq, verilən bağın eninin 750 m (500 • 1,5), uzunluğunun 1500 m (500 • 3) olduğunu hesablayırıq. Onun enini uzunluğuna vurmaqla sahəsini tapırıq: 750 m • 1500 m=l 125 000 m2 və ya 1,125 km2 olduğunu təyin edirik.

11). Bakıdan (40° şm.e., 50° ş.u.) 0° azimutla 555 km/saat sürətlə 6 saat uçan təyyarə hansı koordinatlarda yerə enməlidir?Həlli: Gedilən yolu tapaq: S=555 km/saat • 6 saat=3330 km. Hərəkət istiqaməti meridian üzrə (0° azimut) olduğundan bu məsafə 3330 : 111=30° meridian qövsünə bərabər olacaq. Deməli, təyyarə Bakıdan şimal istiqamətində 30° uçmuşdur. Onun gəlib çatdığı enlik 40°+30°=70° şm.e., uzunluq isə sabit qalaraq 50° ş.u. olacaq (çünki Bakının meridianı boyunca uçur).

12). Təyyarə 20° şm.e., 35° ş.u. -dan 270° azimutla 60° məsafə uçarsa, hansı koordinatlara çatar?Həlli: Hərəkət istiqaməti 270° (90°) - paralel üzrə olduğundan coğrafi enliyin qiyməti dəyişməz qalır. Coğrafi uzunluğun dəyişməsi bu məsələdə ş.u. -dan qərbə, yəni azalmağa doğrudur. Odur ki: 35° - 60°= -25°. Mənfi (-25°) kəmiyyətin alınması təyyarənin 0° uzunluğa çatıb yolun qalanını əks yarımkürədə ( q.u.) davam etməsini bildirir. Deməli, təyyarənin çatdığı koordinatlar 20° şm.e., 25° q.u. -dur.

13). Eyni coğrafi uzunluqda yerləşən A məntəqəsi 60° şm.e. -də, B məntəqəsi 5° şm.e. -dədir. A məntəqəsi B məntəqəsindən hansı azimutda, B məntəqəsi A məntəqəsindən hansı istiqamətdədir (şəkil 1)?
şəkil - 1
Həlli: Eyni coğrafi uzunluqda yerləşən məntəqələr eyni meridian üzərində olduğundan onlar biri-digərinə nisbətən şimalda (0° azimutda) və ya cənubda (180° azimutda) olmalıdır. Bu məsələdə A məntəqəsi B-dən 0° azimutda, B isə A-dan cənub istiqamətindədir.
Eyni enlikdə yerləşən A məntəqəsi 15° ş.u. -da,
şəkil - 2
14). B məntəqəsi 55° ş.u. -da yerləşir. B məntəqəsi A məntəqəsindən hansı istiqamətdə, A məntəqəsi B-dən hansı azimutdadır (şəkil 10)?
Həlli: Eyni enlikdə yerləşən məntəqələr eyni paralel üzərində olduğundan, onların biri-digərinə nəzərən qərbdə (270° azimutda) və ya şərqdə (90° azimutda) olmalıdır. Bu məsələdə B məntəqəsi A-dan şərqdə, A məntəqəsi isə B-dən 270° azimutdadır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget