LA Amerika qitəsində ABŞ-dan cənubda yerləşən 33 ölkəni, 15 asılı ərazini birləşdirir. Region əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Buna görə region Latın Amerikası adlandırılır. Bu ölkələrin əksəriyyəti XIX əsrdə müstəqillik əldə etmişdir. Müstəqilliyin uzun yolunu keçmiş bu ölkələrdə sosial-iqtisadi inkişafın yüksək səviyyəsi (Asiya və Afrikanın İOÖ ilə müqayisədə) özünü göstərir. Lakin bu ölkələr də, digər İOÖ kimi, İEÖ-in xammal tədarükçüsü rolunda çıxış edirlər.
Regionun ICM-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi, ABŞ-a qonşu olmasıdır.
inzibati-ərazi quruluşuna görə Meksika, Braziliya, Argentina Venesuela, Sent-Kits və Nevis federativ, qalanları unitar dövlətlərdir.
Əhalisi yerli (hindu) və gəlmə (Avropadan, Afrikadan, qismən Asiyadan) xalqlarm qarışması nəticəsində formalaşmışdır (metis=avropalı+hindu; mulat=avropalı+zənd; sanbo=zənci+hindu). Argentina, Uruqvay, Çilidə (köçürmə ölkələr) avropalılar, Boliviya və Qvatemalada hindular üstünlük təşkil edir. Əhalinin təbü artımı böyükdür - 2%. Əhalinin dinamikasının 3 başlıca xüsusiyyəti var:
1. Müstəmləkələşdirmə dövründə hinduların qırılması;
2. Müstəqillik dövründə kütləvi mühacirətlə bağlı artım;
3. II dünya müharibəsindən sonra sürətli təbü artım.
Urbanizasiyanın səviyyəsinə görə (70%) digər İOÖ regionlarından öndədir. Əhalisinin sayı 10 mln nəfərdən çox olan Mexiko, San-Paulu, Buenos-Ayres "dünya şəhərləri" sırasına daxildir.
Son dövrlər sənayenin payı milli gəlirdə artmışdır. Argentina, Braziliya, Meksika, Çili, Venesuela, Kolumbiya və Peru daha aydm seçilir. Regionun sənaye istehsalmm 2/3—si Argentina, Braziliya və Meksikanın payına düşür. Latın Amerikası dünya təsərrüfatının "xəzinəsi" adlanır. Zəngin təbii resurslara malikdir: neft-Meksika və Venesuela; təbii qaz-Boliviya, Venesuela, Argentina; kömür- Kolumbiya; uran-Braziliya; hidroresurslar-Braziliya, Paraqvay; dəmir-Braziliya, Venesuela, Çili, Meksika; boksit-Qviana yaylası, Yamayka; mis-And ölkələri; qalay- Boliviya, meşə və s. Ənənəvi sənaye sahələrinin (yüngül və yeyinti) payı azalsa da, əksər ölkələrdə, bu sahələr hələ də üstündür. Yeyinti sənayesi məhsulları ixracat əhəmiyyətlidir (ət-Argentina, Uruqvay, Braziliya; şəkər-Braziliya, Kuba, Peru, Meksika, Mərkəzi Amerika və Vest-Hind ölkələri). Sənaye istehsalının böyük hissəsi dəniz sahilində, paytaxt və iri portlarda təmərküzləşmişdir.
Regionun şimaldan cənuba böyük məsafədə (şimal tropik-cənub mülayim) uzanması təbii şəraitin rəngarəngliyinə səbəb olur, kənd təsərrüfatının çoxsahəli inkişafına imkan verir. Məhsuldar torpaqlara malik La-Plata ovalığı (pampa) xüsusi seçilir. Regionda kənd təsərrüfatının başlıca sahəsi əkinçilikdir - məhsul dəyərinin 2/3-si bu sahənin payına düşür. Əmtəəlik (ixracat) bitkilər: qəhvə, kakao, banan, şəkər qamışı, pambıq, qarğıdalı, buğda; həmçinin heyvandarlıq məhsulları (ət, süd məhsulları); yerli istehlak məhsulları: maniok, kartof, yağlı və paxlalı bitkilər, tərəvəz və s. Pampada buğda və qarğıdalı əkilir, qoyunçuluq, ətlik və südlük maldarlıq inkişaf edir. Braziliya, Kolumbiya, Qvatemala, Salvador, Kosta-Rika, Haitidə qəhvə, Ekvador, Honduras və Panamada banan, Qayana, Kuba və Dominikanda şəkər qamışı, Peru və Nikaraquada pambıq ixracat əhəmiyyətlidir.
Nəqliyyatın zəif inkişafı sosial-iqtisadi inkişafı ləngidən səbəblərdən biridir. Başlıca quru yol nəqliyyatı avtomobildir. Boru kəməri nəqliyyatı sürətlə inkişaf edir. Xarici ticarətdə dəniz nəqliyyatı həlledici rol oynayır. Hava nəqliyyatı zəif mənimsənilmiş daxili rayonlara xidmət edir.
Meksika Birləşmiş Ştatlarının İCM-nin əsas xüsusiyyəti ABŞ-la qonşuluq, Sakit və Atlantik okeanlarına çıxışın olmasıdır. Relyefi dağlıqdır, ölkə əhalisinin 70%-i okean səviyyəsindən 1000 m yüksəkdə yaşayır. Təsərrüfatın ərazi üzrə yerləşməsində uyğunsuzluq-emaledici sənaye məhsullarının 3/5-nün mərkəz rayonda yerləşməsidir. Ölkə energetika resursları ilə - neft, qaz, həm də əlvan metal, gümüş, qurğuşun, mis, manqan ilə zəngindir. Kənd təsərrüfatında əsas ərzaq bitkisi qarğıdalıdır. Buğda, qəhvə, pambıq, paxlalı bitkilər, şəkər çuğunduru və s. becərilir.
Beynəlxalq turizm ölkəyə böyük gəlir gətirir.
Mərkəzi Amerika Şimali və Cənubi Amerika arasında əlverişli İCM-yə malikdir. Panama kanalı burada yerləşir. İqtisadiyyatda kənd təsərrüfatı əsas yer tutur. Mərkəzi Amerika banan və qəhvə plantasiyalarmm ən iri regionlanndandır ("Banan respublikaları" adlanır).
Vest-Hind Karib dənizi hövzəsində adalar regionudur. Burada 13 müstəqil dövlət, 13 asılı ərazi var. İCM-nin əsas cəhətləri Şimali, Mərkəzi və Cənubi Amerika qovşağmda, ABŞ və Panama kanalının yaxınlığında, beynəlxalq ticarət yollarının qovşağmda yerləşməsidir. Region adalarının başlıca zənginliyi onun gözəl təbiətidir. Kənd təsərrüfatı üçün əlverişli aqroiqlim şəraiti qəhvə, banan, tütün, şəkər qamışı və s. becərməyə imkan verir. Mineral resurslardan boksit (Yamayka və Haiti), neft və qaz (Trinidad və Tobaqo), nikel, kobalt, dəmir, manqan (Kuba) var. Region gözəl çimərlikləri, mənzərəli landşaftı, daimi yayı ilə turizmin ən iri rayonlarından birinə çevrilmişdir. Regionun ən inkişaf etmiş ölkəsi Yamayka, ən geri qalam Haitidir.
Cənubi Amerikanın şimal-şərqi Qviana yaylası və Atlantik okean sahilində yerləşir (Qayana, Qviana, Surinam). Ərazinin 80%-i meşələrlə örtülüdür. Zəngin boksit resurslarına malikdir.
Braziliya Federativ Respublikası sahəsi və əhalisinin sayına görə dünyada V yeri tutur. Ölkə geniş ərazi, su və meşə (ərazinin 2/3-si) resurslarına, məhsuldar torpaqlara, dəmir, manqan, boksit ehtiyatlarına malikdir. Neft resurslan çatışmır, alternativ enerji olaraq şəkər qamışından alman spirtdən (avtomobillərdə) istifadə edilir. İqtisadiyyatının dinamik inkişaf edən sahəsi sənayedir. Maşınqayırma, neft-kimya, qara metallurgiya yüksək inkişaf səviyyəsinə çatmışdır. Braziliya dünyanın ən borclu ölkəsidir. Ölkə ərazisi iqtisadi inkişaf səviyyəsinə görə iki hissəyə ayrılır: Ölkənin "iqtisadi ürəyi","ölkə içərisində ölkə" sayılan San-Paulu - Rio-de-Janeyro - Belu-Orizonti üçbucağı Avropa səviyyəli hissə; Afrika ölkələri səviyyəsində olan Şimal-Şərq hissə. San-Paulu ştatı ərazinin 3%-ni tutur, burada ölkə əhalisinin 1/5—i, ixracat məhsullarının 2/5-si təmərküzləşmişdir. Ölkədə yaşayan 1 mln yaponun 800 mini buradadır. Braziliyanın kənd təsərrüfatında iri kapitalist təsərrüfatı üstündür. Xarici bazar üçün qəhvə, kakao, şəkər qamışı, soya, portağal, banan, ananas becərilir. Amazon hövzəsi zəif mənimsənilmişdir.
La-Plata hövzəsi ölkələri əsasən subtropik və mülayim qurşaqda yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar torpaqlar - pampa buradadır. Argentina və Uruqvaym dənizsahili mövqeyi ixrac əhəmiyyətli taxılçılıq və heyvandarlığın inkişafına təsir etmişdir. Son illərdə metallurgiya, maşınqayırma və kimya sənayesinin inkişafı Argentinam IEÖ səviyyəsinə yaxınlaşdırmışdır. Uruqvayda kənd təsərrüfatı (heyvandarlıq), yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Paraqvay qitədə ən geridə qalan ölkələrdəndir. Son vaxtlar ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyanın dünya bazanna kənd təsərrüfatı məhsulları çıxarması bu regionun durğunluğuna səbəb olur.
And ölkələri Sakit okean boyunca yerləşir. Boliviya və Çilidən başqa bütün ölkələr "3 təbii mərtəbədən" ibarətdir: 1 - ensiz sahil zolağı; 2 - yüksək dağlıq; 3 - And dağlarının Şərq yamacı, tropik çayların hövzəsi. Region ölkələrinin iqtisadiyyatında hasilat sənayesi mühüm əhəmiyyət kəsb edir (Venesuelada neft, Çili və Peruda mis, Boliviyada qalay). Tropiklərdə qəhvə, banan, şəkər qamışı plantasiyaları inkişaf etdirilmişdir. Peru balıq ovuna görə dünyada qabaqcıl yerlərdən birini tutur. Regionda Venesuela qabaqcıl, Boliviya və Ekvador geridə qalmış ölkələrdir.

Yorum Gönder