Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Vatikan dövləti

Vatikan — müstəqil dövlət-şəhər və Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzidir.Əhali sıxlığı 1884 nəfər/km²-dir.Başçısı Papadır.

Vatikan — müstəqil dövlət-şəhər və Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzidir.Əhali sıxlığı  1884 nəfər/km²-dir.Başçısı Papadır.Vatikan şəhər-dövlətinin yaranması 7 iyun 1929-cu ildə imzalanmış Lateran müqaviləsi ilə bağlıdır. İtaliya hökuməti ilə imzalanan "Lateran sazişi"nə əsasən, paytaxt Roma şəhərinin Monte-Vatikano adlanan hissəsində Vatikan dövləti yaranıb. Sahəsi 44 hektar, əhalisi isə cəmi 1000 nəfərə yaxın olan Vatikan dünyanın ən kiçik dövləti sayılır. Paytaxtı Vatikan şəhəridir. Vatikan bütün dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır.BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir.Vatikan monarxiya olsa da, hakimiyyət irsi xarakter daşımır. Yəni dövlətə, kardinallar tərəfindın seçilmiş şəxs – Roma yepiskopu başçılıq edir.Vatikan 134 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir (2005-ci ilin sonuna olan məlumata görə).Rəsmən dövlət statusuna malik Vatikanın cəmi 530 daimi sakini var. Lakin ərazisində törədilən müxtəlif cinayətlərin sayına görə, Vatikan dünya liderlərindən biridir. Vatikanda cinayətkarlıq səviyyəsinin çox yüksək olmasının səbəblərindən biri buraya gələn turistlər arasında qanun pozuntularıdır. Vatikanın hüquq-mühafizə sturkturu 2010-cu ildə turistlər və zəvvarlarla bağlı 170 cinayət, 1300-ə yaxın mülki iş qaldırıb. Vatikana hər il 17 milyondan artıq turist və zəvvar baş çəkir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget