Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycanda coğrafiya elminin inkişafı (8-ci sinif dərslik)

Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur.

Azərbaycanda coğrafiya elminin inkişafı (8-ci sinif dərslik)
Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı  və tarixçisi Əbdürrəşid Bakuvinin  coğrafiyaya dair  fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakının neft  quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir. 
Hacı Zeynalabdin Şirvani (1780-1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır. 
Abbasqulu ağa BakıxanovAbbasqulu ağa Bakıxanov (1794-1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, “Qəribə kəşflər” əsərini Amerika qitəsinin kəşf olunmasına - ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir. 
İsmayıl Qutqaşınlı (1806-1861). Məkkə səfərini əks etdirən “Səfərnamə” adlı əsəri coğrafiya baxımdan qiymətlidir. 
Görkəmli maarifçi, təbiətşünas alım Həsənbəy  Zərdabinin (1842-1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur. 

Qafur Rəşad MirzəzadəQafur Rəşad Mirzəzadə (1884-1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” adlı əsərləri respublıkamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir. 

Məhəmmədhəsən BaharlıMəhəmmədhəsən Baharlı (1896-1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə “Azərbaycan” kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur. 
Respublıkamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycanda Respublıkası Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublıkamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget