1. Afrika qitəsində ən öldürücü təhlükəli heyvan begemotdur. O, burada ən çox insan ölümünə səbəb olur.
2. Afrika və Avropanı cəmi 14 kilometr məsafə ayırır, bu səbəbdən bəzi şirkətlər artıq dünyada ən uzun körpünün tikintisi üzərində düşünür.
3. Afrikada uşaqların 40%-i 5-14 yaşlarında işləməyə məcbur olur.
4.Orta hesabla burada yaşayan insanlar su toplamaq üçün təxminən dörd kilometr məsafə qət etməlidirlər.
5. Hər gün bu qitədə 96 fil öldürülür.
6. Ginnesin rekordlar kitabına əsasən, Zimbabve ən çox rəsmi dilə malik ölkədir. Buradakı rəsmi dillərin sayı 16-ya bərabərdir.
7. Yerdə indiyədək çıxarılan qızılın, demək olar, yarısı Cənubi Afrikadakı Vitvatersrand dağ zəncirindəki kiçik yataqdan çıxarılıb.
8. 1530-1780-cı illər ərzində Şimali Afrikada təxminən 1.5 milyon avropalı qul olaraq satılıb. Bu təəssüfləndirici hal tarixdə "bərbər qul alveri" kimi tanınır.
9. Lesoto dünyada ərazisi dəniz səviyyəsindən 1000 metr aşağıda yerləşən yeganə ölkədir.
10. Afrikada 100 milyon "Facebook" istifadəçisi qeydə alınıb.
11. San Cənubi Afrikada yaşayan xalqdır. Onlar hazırda 44 min il bundan əvvəl istifadə edilmiş alətlərdən istifadə edirlər.
12. Cənubi Afrikada siz maşınınızı qaçırılmaqdan müdafiə etmək üçün onu qanuni əsasla odsaçanla təchiz edə bilərsiniz.
13. Tanzaniya dünyada ən yüksək albinizm göstəricisinə malikdir. Təəssüf ki, burada şamanlar tez-tez albinosların "ovuna çıxır"; onlar albinosların qanından müxtəlif "cövhər"lər hazırlamağa cəhd edirlər.
14. Afrikada frank dilində danışanların sayı Fransada olanlardan çoxdur.
15. Dünyada ən yaxşı qaçışçıların böyük əksəriyyəti Keniyanın Kalencin adı ilə tanınan qəbilələrindən birindən çıxır.
16. Mursi qəbiləsindən olan qadınlar 12 santimetr diametrə malik ola bilən dodaq plastini taxırlar.
Mənbə: salamnews.org
Yorum Gönder