Cənubi Amerikada, And dağlarının ətəklərində, Perunun cənubunda illərlə yağış yağmayan kimsəsiz yayla yerləşir. Burada hər gün qum fırtınası qoparan parakas küləkləri əsir. Heç bir həyat əlaməti olmayan bu səhra Yer kürəsinin ən müəmmalı yerlərindən biridir.
Sakit okeanın 50 kilometrliyində yerləşən Naska yaylasında 2500 il bundan qabaq insanlar yaşayırdılar. Onlar taxıl becərir, gildən evlər tikir, balqabaqdan butulkalar düzəldir, müxtəlif qablar hazırlayır və üzərində gözəl naxışlar çəkirdilər.
Ölümdən sonra da həyatın olduğuna inanan naskalılar insanları bir neçə qat parçaya büküb oturaq vəziyyətdə dəfn edirdilər. Naska mədəniyyətinin nümayəndələri öz kəllələrinə uzunsov forma verməyə çalışırdılar.
Bunun üçün uşaqların başına taxta parçaları bağlayırdılar. Onlar niyə belə edirdilər? Bəlkə başqalarından fərqlənmək üçün? Yaxud qədim allahlardan birinə bənzəmək istəyirdilər? Bəlkə belə forma onlara dünyanı adi insan kimi deyil, başqa cür görməyə imkan verirdi?
Bu yerlərin qədim sakinləri öz həyat tərzləri barədə yazılar qoymayıblar. Lakin məlumdur ki, Naska xalqı insanları qurban verən sərt xalq olub. Qədim parçalarda və qablarda şamanlar, pişiklər, dəniz məxluqları və kəsilmiş başlar təsvir olunub.
Naskalılar bacarıqlı ustalar olublar. Onların gözəl naxışlı örtükləri hansı üsullarla hazırladıqları bizə bəlli deyil. Naskalılar yeraltı bulaqlar tapırdılar. Onların inşa etdikləri akveduklar, su kəmərləri zəmanəmizə qədər gəlib çatmışdır.
Daşlarla döşənmiş bəzi kanalların uzunluğu 450 metrdən çoxdur. Naskalılar Kaxuaçi adlı şəhər salıblar. Bu şəhərin ətrafında çoxlu sayda məzar təpələri vardır. Təpəyə qalxanda Nasko yaylası sakinlərinin ən böyük müəmması – nəhəng rəsmlər görünür.
Yerin səthindəki xırda qırmızı daşları yerindən tərpədəndə, onların altında açıq rəngli qumun və gilin olduğu görünür. Yaylada bu günə qədər məlum olan 13 mindən çox xətt və fiqur vardır. Külək min il ərzində onları təmizləyib, daha qabarıq edib.
Səmadan əcaib mənzərə açılır - bütün səhra boyu xətlər çəkilib. Sanki nəhəng bir adam yaylanın üzərində albom vərəqində olduğu kimi şəkillər çəkib. Uçuş zolağı kimi düz və uzun xətlər; həndəsi fiqurlar; yarpaqlar; budaqlar; heyvan və quş təsvirləri; möhkəm spiral və ziqzaqlar – şəkillər heç bir yerdə qırılmayan xətlərlə çəkilib.
XX əsrdə Naska xətləri ilə arxeoloqlar maraqlanmağa başlayıblar. Əvvəlcə bu xətlərə çox da əhəmiyyət verməyiblər. Belə qərara gəliblər ki, bunlar qədim suvarma kanalları və ya müqəddəs yerlərə aparan yollardır.
Lakin tezliklə görüblər ki, Günəş bu xətlərdən birinin oxu boyu qürub edir, “kolibri”nin burnu yay gecə-gündüz bərabərliyində Günəşin doğduğu yeri göstərir. Onda qərara gəlirlər ki, bu qədim təqvimdir, hərçənd xətlərin çox cüzi hissəsini ulduzlu səma ilə tutuşdurmaq mümkün olur. Bəzi alimlər hesab edirlər ki, xətlər yeraltı çayların xəritəsidir.
Naska xətlərinin sirri hələ də açılmayıb. Bir versiya digərini əvəzləyir. Bu müəmmadan baş çıxarmaq isə hələlik mümkün görünmür. Heoqlifləri (yerdə uzunluğu dörd metrdən çox olan xətləri belə adlandırırlar) qoruyub saxlamaq üçün Naska xətləri UNESCO tərəfindən qorunur. Lakin yayladan keçən avtomobil yolu və meşələrin qırılması səbəbindən məcrası dəyişən çay daşqınları nadir abidəyə təhlükə yaradır. /portal.azertag.az/

Yorum Gönder