Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Düzənlik və Səhralar"

Cənubi Amerikada, And dağlarının ətəklərində, Perunun cənubunda  illərlə yağış yağmayan kimsəsiz yayla yerləşir. Burada hər gün  qum fırtınası  qoparan parakas küləkləri əsir. Heç bir həyat əlaməti olmayan bu səhra Yer kürəsinin ən müəmmalı yerlərindən biridir.  

Sakit okeanın 50 kilometrliyində yerləşən  Naska yaylasında 2500 il bundan qabaq  insanlar yaşayırdılar.  Onlar taxıl becərir, gildən evlər tikir, balqabaqdan butulkalar düzəldir, müxtəlif qablar hazırlayır və üzərində gözəl naxışlar çəkirdilər.  

Ölümdən sonra da həyatın olduğuna  inanan naskalılar insanları bir neçə qat parçaya büküb oturaq vəziyyətdə dəfn edirdilər. Naska mədəniyyətinin nümayəndələri  öz kəllələrinə uzunsov forma verməyə çalışırdılar.  

Bunun üçün uşaqların başına taxta parçaları bağlayırdılar. Onlar niyə belə edirdilər? Bəlkə başqalarından fərqlənmək üçün? Yaxud  qədim allahlardan birinə bənzəmək istəyirdilər?   Bəlkə belə forma onlara  dünyanı  adi insan kimi deyil, başqa cür görməyə imkan verirdi?   

Bu yerlərin qədim sakinləri  öz həyat tərzləri barədə  yazılar qoymayıblar.  Lakin məlumdur ki, Naska xalqı insanları qurban verən  sərt xalq olub.  Qədim parçalarda və qablarda şamanlar, pişiklər, dəniz məxluqları və kəsilmiş başlar təsvir olunub.  

Naskalılar bacarıqlı ustalar olublar.  Onların gözəl naxışlı örtükləri hansı üsullarla hazırladıqları bizə bəlli deyil. Naskalılar yeraltı bulaqlar tapırdılar. Onların  inşa etdikləri akveduklar, su kəmərləri zəmanəmizə qədər gəlib çatmışdır.

Daşlarla döşənmiş bəzi  kanalların uzunluğu  450 metrdən çoxdur. Naskalılar  Kaxuaçi adlı şəhər salıblar.  Bu şəhərin ətrafında çoxlu sayda məzar  təpələri vardır.  Təpəyə qalxanda Nasko yaylası   sakinlərinin ən böyük müəmması – nəhəng rəsmlər görünür.  

Yerin səthindəki xırda qırmızı  daşları yerindən tərpədəndə, onların altında açıq rəngli qumun və gilin olduğu görünür. Yaylada bu günə qədər məlum olan 13 mindən çox  xətt və fiqur vardır.  Külək min il ərzində onları təmizləyib,  daha qabarıq edib. 

Səmadan əcaib mənzərə açılır - bütün səhra boyu xətlər çəkilib. Sanki nəhəng bir adam yaylanın üzərində albom vərəqində olduğu kimi  şəkillər çəkib.  Uçuş zolağı kimi  düz və uzun xətlər; həndəsi fiqurlar; yarpaqlar; budaqlar; heyvan və quş təsvirləri; möhkəm spiral və ziqzaqlar – şəkillər heç bir yerdə qırılmayan xətlərlə çəkilib.    

XX əsrdə Naska  xətləri ilə arxeoloqlar maraqlanmağa başlayıblar.  Əvvəlcə bu xətlərə çox da əhəmiyyət verməyiblər. Belə qərara gəliblər ki,  bunlar qədim suvarma kanalları və ya müqəddəs yerlərə aparan  yollardır.


Lakin tezliklə  görüblər ki, Günəş  bu xətlərdən birinin  oxu boyu qürub edir, “kolibri”nin  burnu  yay gecə-gündüz bərabərliyində  Günəşin doğduğu  yeri göstərir. Onda qərara gəlirlər ki,  bu qədim təqvimdir, hərçənd  xətlərin çox cüzi hissəsini ulduzlu səma ilə tutuşdurmaq mümkün olur. Bəzi alimlər hesab edirlər ki, xətlər yeraltı çayların xəritəsidir. 

Naska xətlərinin sirri hələ də açılmayıb.  Bir versiya digərini əvəzləyir.  Bu müəmmadan baş çıxarmaq isə hələlik mümkün görünmür.  Heoqlifləri (yerdə uzunluğu dörd metrdən çox olan xətləri belə adlandırırlar) qoruyub saxlamaq üçün  Naska xətləri UNESCO tərəfindən qorunur.  Lakin  yayladan keçən  avtomobil yolu və meşələrin qırılması  səbəbindən  məcrası dəyişən çay daşqınları  nadir abidəyə təhlükə yaradır.  /portal.azertag.az/

Qobi Mərkəzi Asiyanın ən böyük və qeyri-adi səhralarından biridir. Adını monqol  sözü “qov”dan alıb. Monqol dilində “qov” “boş, susuz yer” deməkdir. Bu bölgəni ilk kəşf edənlərə Qobi çox dəhşətli yer təsiri bağışlayıb. 

Qobinin ilk tədqiqatçılarından biri rus səyyahı Nikolay Prjevalski olub. Cəhənnəm istisi ilə nəfəs boğan, qum qasırğaları qoparan dalğavari qum təpələri ilə yüzlərlə verst məsafə qət etmək ekspedisiya üçün ağır olub. Təsəvvür edin ki, bir damcı da su yoxdur. Nə bir quş, nə də bir heyvan gözə dəyir. Əvəzində qarşıya saysız-hesabsız at və dəvə sümükləri çıxır. İlğım. Dan yeri ağarandan qürub çağına qədər günəş yandırıb-yaxır. 

Prjevalskidən 500 il əvvəl başqa bir yolçu Qobi barədə yazıb: “Biz yol gedirdik... iki ay və 10 gün. Bu müddət ərzində sərdabalardan başqa heç bir tikilinin izinə-tozuna da rast gəlmədik”. Daha 700 il əvvəl isə Çin səyyahı bu səhranı oxşar şəkildə təsvir edib: “...çoxlu mənfur şeytan və isti küləklər var. Bunlarla qarşılaşan səyyahların hamısı tələf olur...”.

Qobi dəhşətli istiləri, gözqamaşdıran günəşi və güclü küləkləri ilə bərabər, sərt   soyuqları ilə də məşhurdur. Yayda temperatur 50-yə yüksəlirsə, qışda mənfi  50 dərəcə soyuqlar olur.  Belə temperatur dəyişməsi hətta soyuq qütbü Oymyakonda da yoxdur.

Əslində, Qobi ilk səyyahların təsvir etdikləri qədər yeknəsəq və dəhşətli yer deyildir.  Yerli sakinlər bu geniş ərazidə Qırmızı, Qara, Sarı, Şoran, Bərəkətli və digər qobiləri fərqləndirirlər. Bu qobilər də çoxsaylı regionlara bölünür. Deyilənə görə, monqollarda  33 Qobi səhrası  var.  Həqiqətən, Qobi rəngarəngdir. Burada həm  qumlu düzənliyə, həm də hündür barxanlara təsadüf olunur.

Səhranın xeyli hissəsini gilli-daşlı səhralar – hamadalar təşkil edir. Qayalı dağları olan çöllüklər də az deyildir. Burada şoranlıq ərazilərə, vahələrə təsadüf olunur. Qobinin çox sərt iqlimli bölgələrində insanlar yaşamır. Amma ərazilərinin bir qismi bu səhrada yerləşən Monqolustan və Çin bu torpaqları heç də vecsiz saymır. Səhrada köçəri həyat keçirən çobanlar sürü otarır. Vəhşi heyvanlar və yabanı bitklilər də az deyil. 

Qobi on milyonlarla ildir quru ərazidir. Hərçənd 130 milyon il əvvəl başdan-başa bataqlıq ərazi olan bu yerlər dinozavrların məskəni olub. Belə bir versiya var ki, heyvanlar məhz burada əmələ gəlib və yer üzünə yayılıb.  Qobidə bu qədim nəhəng heyvanların xeyli skeleti tapılıb və ilk dəfə dinozavr yumurtası aşkar edilib.  Səhrada  elmi ekspedisiyalar işləyir.  Hətta turistlərə də qazıntı halında olan heyvan sümükləri  axtarmaq icazəsi verilib. Doğrudur, qazıntı aparmaq üçün çox sərt şərtlər irəli sürülür.  

Bəzi heyvanlar Qobi səhrasının ağlasığmaz temperatur dəyişmələrinə uyğunlaşıb.  Xırda gəmiricilər  yuvalarda gizlənir. Baktrian adlandırılan vəhşi dəvələrin qalın yunu onları soyuqlardan və qızmar günəşdən qoruyur. Bədənlərinin aşağı hissəsində yun qalın deyil və bu da onlara sərinləmək imkanı verir. Ceyran, kulan, antilop kimi heyvanlar bu sərt yerlərin sakinləridir. 

Kənd təsərrüfatını inkişaf etdirən insanlar səhranın olan-qalan suyunu qurudur, onun strukturunu pozur, meşələri qırır, nəticədə səhra daha genişlənir. Monqolustanın və  Çinin şəhərləri  Qobidən qopan qum qasırğalarından əziyyət çəkir. Böyük səhradan  qorunmaq üçün  Çində  Böyük yaşıl hasar hörmək qərarına gəliblər. 1970-ci ildə başlanan yaşıllaşdırma işlərini 2050-ci ildə başa çatdırmaq nəzərdə tutulur. Layihəyə görə, ölkənin 13 əyalətini əhatə edən geniş ərazidə ağaclar əkilməlidir.  Böyük yaşıl zolağın uzunluğu 4500 kilometrdən çox, eni təqribən 100 kilometr olmalıdır.  Yaşı 11-60 arasında olan hər bir çinli  hər il  ya 3-5 ağac əkməli, ya da  vergi ödəməlidir.  /portal.azertag.az/

,
Siyahıda birinci yeri bakteriyaların belə yaşamasına şərait olmayan səhra tutub.
10. Dünyanın 10 ən isti yerinin reytinqi tərtib edilib. “APA-Economics”in RBK-ya istinadən verdiyi məlumata görə, siyahının 10-cu yerində Çinin Turfan şəhərində yerləşən Turfan çalası qərarlaşıb. Turfan şəhərində orta illik temperatur 15,4 dərəcə olsa da, Turfan çalası yayda 33,2 dərəcəyədək qızır və bu rəqəm bəzən 40 dərəcəyə də çatır. Turfan çalasında istinin rekord dərəcəsi 48,4 dərəcə olub.

9. Reytinqin 9-cü pilləsində İsraildə İordan çayının qərbində yerləşən Tirat-Tsvi adlanan yer qərarlaşıb. Əhalisi cəmi 700 nəfər olan bu ərazidə havanın orta illik göstəricisi 24,2 dərəcə təşkil edir, yayda isə bu göstərici 34,7 dərəcəyə çatır. Tirat-Tsvidə istinin rekord göstəricisi 1942-ci ildə qeydə alınıb – 53,9 dərəcə.

8. Siyahının 8-ci yerində Malinin Timbuktu şəhəridir. Təkcə may ayında bu şəhərdə havanın orta göstəricisi 34 dərəcə təşkil edir. Timbuktuda isti havanın rekord göstəricisi 52,4 dərəcədir.

7. Reytinqdə 7-ci yerdə ABŞ-dakı “Ölüm Vadisi” adlanan milli park qərarlaşıb. Kaliforniya və Nevada ştatlarının sərhədlərində dəniz səviyyəsindən 85 metr aşağıda yerləşən vadidə demək olar ki, həyat yoxdur. Burada yalnız müəyyən heyvanların qalıqlarına rast gəlmək olar. Yayda “Ölüm Vadisi”ndə orta temperatur 37 dərəcə, rekord temperatur isə 56,7 dərəcə təşkil edir.

6. Siyahının 6-cı yerində Liviyanın Əl-Əziziyə şəhəridir. Şəhərdə havanın orta illik göstəricisi 33,7 dərəcə, yayda 41,2 dərəcə, rekord göstəricisi isə 57,7 dərəcə təşkil edir.

5. Siyahının 5-ci pilləsində Həbəşistanın Dallol şəhəri yer alıb. Bu şəhərdə havanın orta illik göstəricisi 34 dərəcə, yay aylarında 42,4 dərəcə, rekord göstərici isə 54,2 dərəcə təşkil edir.

4. Liviyanın Qadames şəhərciyi havanın orta illik göstəricisi 35,1 dərəcə, yayda 41,7 dərəcə, rekord göstərici isə 52,7 dərəcə ilə reytinqin 4-cü yerində qərarlaşıb.

3. Reytinqin ilk üçlüyündə Sudanda yerləşən Vadi-Xəlfə vadisi yer alıb. Burada havanın orta illik göstəricisi 38,2 dərəcə təşkil edir. Yayda bu göstərici 42,4 dərəcə olur. Vadidə havanın rekord göstəricisi isə 53,2 dərəcə təşkil edir.

2. Siyahının ikinci yerində Avstraliyanın Kvinslend ştatının torpaqları qərarlaşıb. Burada havanın orta illik göstəricisi 44,4 dərəcə, qış aylarında 53 dərəcə, rekord göstərici isə 62,3 dərəcə təşkil edir.

1. Nəhayət, reytinqin birinci yerinə İranda yerləşən Lut səhrası layiq görülüb. Səhrada havanın rekord göstəricisi 2005-ci ildə qeydə alınıb + 70,5 dərəcə. Uzunluğu 900 km olan bu səhrada hətta bakteriyaların yaşamasına şərait yoxdur. Səhrada havanın orta illik göstəricisi 49,6 dərəcə, yayda isə 58,3 dərəcə təşkil edir.
(/www.anspress.com/)

Qanıx-Həştəran Vadisi
Qanıx-Həftəran vadisi qərbdə Gürcüstanla sərhəddən şərqdə Girdmançaya qədər 215 km məsafədə uzanır (ümumi uzunluğu 350 km-dir). Vadinin eni qərbdə 30-35 km, mərkəz hissədə 10-15 km, şərqdə 2-5 km-dir
Qanıx-Həftəran vadisinin mütləq hündürlüyü 200-500 m arasında dəyişir. Lakin bəzi gətirmə konuslannm zirvəsinin hündürlüyü 500 m-dən də artıqdır
Vadi oroqrafık xüsusiyyətlərinə görə əsas iki hissəyə (yaxud zonaya) ayrılır. 

  • Birinci hissə Qanıx və Əyriçay boyu uzanan nisbətən ensiz (3-5 km) və az maili düzənliklərdən ibarətdir. 
  • İkinci hissəni daha geniş (15-20 km) maili dalğavari düzənliklər əmələ gətirir. Bu hissə cənub yamac çaylarının səthi qabarıq gətirmə konuslan və konusarası çökəklərin növbələşməsindən əmələ gəlmişdir. Burada mezozoy çöküntülərindən təşkil olmuş tək-tək təpələrə rast gəlmək mümkündür.

Sonor səhrası Şimali Amerikada, ABŞ-la Meksika sərhəddində yerləşən subtropik səhradır.Səhranın sahəsi 311 km2-dır və bu sahəsinə görə şimali Amerikanın ən böyük eləcədə ən isti səhrasıdır.Sonor səhrasa birləşik şimali amerikanın digər böyük səhrası Moxave səhrası yerləşir.
Kolorado və Yuma çölləri də Sonor Səhranın bir parçası olaraq qəbul edilir.
Səhranın sahəsinini təxminən 25% -ni vulkanik süxurlardan ibarət olan təpələrdən, 75%-ni isə düzənliklərdən ibarətdir.
Moxave  Amerika Birləşmiş Ştatlarının cənub-qərbində və Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir.
Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə ,cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə sərhədlənir. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonor səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır. Səhrada 2 000-ə qədər müxtəlif bitki növlərinə rast gəlmək olar.
İQLİMİ.
Səhrada illik yağıntının miqdarı 150 mm-dən az, ancaq dağlarda — 1 000- 2 000 mm-ə qədərdir. Səhranın ərazisində Moxave milli qoruğu və Coşua-Tri milli parkı yerləşdirmişdir. Həmçinin Şimali Amerikanın ən aşağı və ən isti yeri olan Ölüm dərəsi milli parkı buradadır. Quraqlıq iqlimə baxmayaraq, səhrada uzun müddət qrunt sularının və Kaliforniya su kəmərinin köməyi ilə suvarılan torpaqlarda bitkiçilik inkişaf etdirilir.
Yayda Moxave səhrasının vadilərində temperatur 49 °C və düzən ərazilərdə 54 °C-ə qədər qalxır. Səhra dağlarında qışda qar yağır. Qarlar bəzən avtomagistralların bağlanmasına səbəb olur. Qış ayının orta temperaturu  0 °C-ə çatır.
İqlimə təsir edən amillərdən biri də küləkdir. Əgər səhranın şərqində yerləşmiş Las-Veqas şəhərində küləkli hava nisbətən az olursa, onda qərbdə küləkli hava hər gün müşahidə edilir və küləyin gücü 80 km/saat-dan çox olur. Texaçapi aşırımı ərazisində elektrik istehsal edən yel turbinləri qurulmuşdur.

Saxara və ya Böyük səhra
Saxara və ya Böyük səhra Şimali Afrikada yerləşir və dünyanın ən böyük səhrasıdır . Sahəsi təxminən təxminən 8.6 milyon km ² (Braziliya sahəsindən bir az daha böyük , ərazinin təxminən 30 % çox) . Qırmızı dənizidən Atlantik okeanına , şimaldan Atlas dağları və Aralıq dənizi ilə məhdudlaşır . Əlcazayir, Misir, Liviya , Mali , Mavritaniya , Mərakeş , Niger , Sudan , Tunis, Çad on ölkənin ərazisini əhatə edir. Səhranın daxilində-Tenere , Böyük Şərqi  Erg , Böyük Qərbi Erg , Tanezruft , Hamad al -Hamra , ərəb, Əlcazayir , Liviya , Nubia səhrası , Talaq kimi səhralar bu səhrada yerləşir. Səhrada Tibesti Əhaqqar kimi yüksəkliklikləri olan dağlar da vardır. Saxara səhrası həqiqətən sonsuz qum dənizdir. " Sahara " ərəb sözüdür və yumşaq deməkdir. Lakin bu səhrada dəhşətli lətafətlər olur. Dünyanın ən isti yeri olanb Tripoli ( Liviyanın paytaxtı +58 ° C ) bu səhrada yerləşir. Saharaya il ərzində heç bir damcıda yağış yağmır, yağsa belə su yerə çatmır göydə buxarlanır. Saxaranın iqlimi tropik isti və şimal hissədə isə quru - subtropikdir .Səhranıb böyük bir hissəsi bütün il ərzində şimal-şərq əsən küləklərinin təsiri altında olur. Səhrada qərbdən şərqə uzanan Atlas dağları rütubətin daxil olmasına maneə törədir. Bu səhranı keçmək böyek bir cəsarət tələb edir.
Saxara səhrasına 1979-cu ildə qəribə olsada qar yağıb...
Saxara və ya Böyük səhra

Saxara və ya Böyük səhra

Saxara və ya Böyük səhra

Düzənliklərdə yüksəklik fərqi az olsa da özünəməxsus relyef formaları vardır. Bunlar mezo və mikrorelyef formaları olmaqla düzənliklərin geomorfoloji landşaftının formalaşmasında çox mühüm rol oynayır. Mezorelyef formalarından bir qrupu düzənliklərin formalaşması ilə eyni vaxtda əmələ gəlmişdir. Bunlar qədim çay yataqlarından, yataqyanı vallardan, gətirmə konuslarından və.s ibarətdir. Başqa mezorelyef formaları isə düzənliyin əmələ gəlməsi ilə əlaqədar olmayıb, sonradan ekzogen amillərin düzənliyin səthinə təsiri nəticəsində yaranır. Düzənliyin textonik qalxması bu formaların əmələ gəlməsini xeyli surətləndirə bilər. Bu cür relyef formalarından ən başlıcası eroziyon relyef formalarıdır. Ətraflarda-dağlar və yüksəkliklər olmayan düzənliklərdə yağıntılar az olduğundan eroziyon relyef formaları zəif inkişaf edir (Xəzər sahili ovalığı, Turan düzənliyi və s.). Adətən düzənliklərin meyli az olur. Bu halda axın çətinləşir, ərazi bataqlıqlaşmağa başlayır, tez-tez göllərə təsadüf edilir. Belə düzənliklərə Qərbi Sibir düzənliyi misal ola bilər. Bu cür düzənliklərdə çaylar çox sakit axır. Düzənliklərdə çay şəbəkəsinin və eroziyon relyef formasının sıxlığı yağıntıların miqdarından, çöküntülərin su keçirmə xüsusiyyətlərindən və bitki örtüyündən aslıdır. Dərinlik eroziyasının inkişafı düzənliyin eroziya bazisinin yüksəkliyindən aslıdır. Düzənlik ümumi eroziya bazisindən nə qədər yüksəkdə yerləşmiş olarsa, bir o qədər də parçalanmış olur. Dənizlərə axarı olmayan və özünün xüsusi eroziya bazisi olan düzənliklər üçün dərinlik eroziyasının sürətini müəyyənlişdirən yerli eroziya bazisi olur. dərinlik eroziyasl zəif olarsa, sular ana süxurlara çatmayıb, yalnız düzənliyin səthini örtən kövrək çöküntüləri parçalayır. Ona görə də yamaclar maili relyefi isə tamamilə rəvan olur. Tektonik qalxmaqda olan düzənliklər üçün ən xarakterik eroziyon relyef formalarından biri də yarğanlardır. Dördüncü dövrdə materik buzlaşmasına məruz qalmış düzənliklər üçün relyef formaları, arid iqlimi olan düzənliklər üçün isə eol relyef formaları xarakterikdir. Landşaftın yaranmasında və onlardan xalq təsərüfatında istifadə edilməsində mikrorelyef formaları böyük rol oynayır. Bu mikrorelyef formaları istilik çox olduqda və yağıntıların az düşdüyü zaman özünü xüsusilə göstərir. Məsələn, yağıntıların az olduğu sahələrdə gözə çətinliklə çarpan çökəkliklərdə xüsusi rütubətlənmə rejimi yaranır. Torpaq və bitki örtüyü ətraf sahələrdən kəskin fərqlənir. Düzənliklərdə yerləşən alçaq tirələrin və təpələrin yamacları səmtdən aslı olaraq özünə məxsus torpaq və bitki örtüyünə malikdir. Bu yamaclarda eroziya prosesləri özünü tamamilə müxtəlif formada və sürətdə göstərir. 


Atakam səhrası Cənubi Amerikada, Sakit Okean sahilində, And dağlarının qərbində 1 000 kilometrlik zolağı əhatə edir.Cənubi Amerikada, Çilinin şimalında yerləşən Atakama səhrasıdünyanın ən quru isti səhradır.
Atakama Səhrası ehtimal olunur ki yerdə ən qədim səhradır və ən azı 3 milyon il əvvəl yaranmışdır.
Bəzi faktlara görə burada 1570-1971-ci illər arası qətiyyən yağıntı düşməyib. Hal-hazırda isə illik yağıntının miqdarı ortalama 1mm-ə bərabərdir və səhranın bəzi yerlərinə 10 ildə bir dəfə yağıntı yağır. Burada havanın rütubəti 0%-ə bərabərdir.Səhranın quru və isti olması Hündürlüyü 7000 metrə yaxın olan dağların başlarını da qarlar örtməsinin qarşısını alır.
Atakama səhrasını bəzən Marsda olan səhralara bənzəyir və müqayisə olunur.Elə buna görədə mars planetinə aid filimlərin bir çoxu bu səhrada çəkilmişdir.Bu səhrada təkcə filimlər deyil  NASA -nın yaratdığı qurğuların yoxlanması aparılır.
Bu yaxınlarda isə Atakamada maraqlı bir surpriz hal yaşanıb. Belə ki 19 may 2010-cu ildə burada güclü qar yağmış və nəticədə bir neçə şəhər qar uçqunu altında qalmışdı.
Səhranın coğrafi və iqlim şərtlərinə quraq olmasına baxmayaraq zəngin floraya malikdir.

Səhranın bəzi hissəsi elə ki, heç bir bitki və ya heyvan sağ qala bilməzlər.Buna baxmayaraq səhrada cırcıramalara, böcəklərə ,səhra eşşəkarılarınə və qırmızı əqrəblər bu səhrada yaşayır.
Quşlar ehtimal ki Atakamada ən böyük heyvan qrupudur. Humboldt pinqvinləri sahil boyunca il boyu yaşayır və okeanla  səhra sıldırım qayalarında yuva salaraq.Başqa quşlar (kolibrilərin və sərçələrin növləri daxil olmaqla) həşəratlar, nektar, toxumlar və çiçəklər ilə mövsümi olaraq qidalanmaq üçün bura gəlirlər.
Səhranın fövqəladə quraqlığı səbəbdən, yalnız bir neçə xüsusilə uyğunlaşmış  məməli növü Atakamada yaşayır.

Alp dağlarının şərqində yerləşən Vyana çökəkliyindən Qara dəniz sahilinə qədər, təxminən 1100 km məsafədə Dunayboyu ovalıqları uzanmışdır. Bunlar morfostruktur xüsusiyyətinə görə iki böyük ovalığa: Orta və Aşağı Dunay ovalıqlarına ayrılır. Əmələ gəlməsi və geoloji inkişaf tarixinə görə hər iki ovalığın ümumi oxşar cəhətləri vardır. Üçüncü dövrün əvvəllərinə qədər Ortadunay yaxud Macar ovalığının yerində qədim hertsin massivi olan Pannon qurusu yerləşirdi. Neogenin əvvəllərinə başlayan tektonik hərəkətlər Pannon qurusunun tədricən çökməsi ilə nəticələnmişdir. Ortadunay ovalığında sarmat dövrünün çöküntüləri və pont yaylaları 800 m dərinlikdə yatır və onun üzərini qalınlığı 120 m-ə çatan dördüncü dövrün allüvial çöküntüləri örtür. Üçüncü dövrdə Ortadunay ovalığı sahəsində qapalı dəniz hövzəsi olmuşdur. Dördüncü dövrün əvvəllərində ovalığın kənarlarında yerləşən dağlardan yuyulub gətirilmiş məhsullar hesabına dəniz suları tədricən çəkilmiş və nəhayət ərazi quruya çevrilmişdir. Orta Dunay ovalığında Dunayın sol sahil hissəsi çökmüş, sağ sahildə yerləşən sahələrdə isə qədim hertsin massivləri 700-800 m-ə qədər qalxmış və qayma şəklində yüksəkliklər əmələ gəlmişdir. Aşağı Dunay ovalığı da təxminən Orta Dunay ovalığına yaxın inkişaf dövrü keçirmişdir. Ovalığın mərkəzi hissəsində sarmat dövrünün çöküntüləri 800-1000 m dərinlikdə yatır. Kənar sahələrdə isə onlara dəniz səviyyəsindən 200-300 m hündürlükdə yerləşən sahələrdə rast gəlinir. Bu xüsusiyyət üçüncü dövrün axırlarından ovalığın mərkəz hissəsində çökmənin, şimal kənarında isə qalxmanın baş verdiyini sübut edir. Aşağı Dunay ovalığının cənub-şərq kənarında yerləşən Dobruca massivi qədim hertsin qırışıqlarının qalığıdır. Dunayboyu ovalıqlar içərisində sahəsinə görə geniş yeri Orta Dunay və ya Macar ovalığı tutur. O, Vyana çökəkliyindən Dəmir Darvazaya qədər şimal-qərbdən cənub-şərqə doğru təxminən 600 km məsafədə uzanaraq ən geniş sahədə eni 450 km-ə çatır. Dunay çayı bu ovalığı iki hissəyə bölür. Dunay çayından şərqdə yerləşən hissə, Böyük Macar ovalığı və ya Alfyeld adlanır. Ovalığın dəniz səviyyəsindən hündürlüyü 120 m-dən çox deyildir. Əsasən allüvial çöküntülərlə, bəzi sahələrdə isə lyoss və lyossvarı gillicələrlə örtülmüşdür. Tissa çayı və onun qolları ovalığı çox parçalamışdır. Şimal-qərb istiqamətində uzanmış və çox da hündür olmayan qum tirələri əsas suayırıcıları hesab olunur. Böyük Macar ovalığının şimal-qərbində, Morava və Qron çayları arasında, Kiçik Macar düzənliyi və ya Kişalfeld yerləşmişdir. Bu ərazi Dunay çayının Bratislava çökməsini doldurmuş qədim gətirmə konusundan ibarət sahəsidir. Orta Dunay ovalığının Dunay çayından qərbdə yerləşən hissəsinə Dunantule deyilir. Böyük Macar ovalığından fərqli olaraq, Dunantuledə qədim Pannon qurusunun bəzi sahələrinin qalxması baş vermişdir. Ərazinin hazırkı relyefində ayrı-ayrı tirələrdən ibarət dağ massivləri nəzəri daha çox cəlb edir. Burada ən böyük dağ massivi Bakon dağlarıdır. Dağların cənub yamacında, 80 km uzunluğundakı tektonik çökmədə Balaton gölü yerləşir (sahəsi 614 km, dərinliyi 11 m-dir). Balaton gölünün cənubunda Piliş, Meçek (685 m) və Villiali (440 m) dağları vardır. Adları çəkilən dağ massivlərində karst formaları geniş yayılmışdır. Aşağı Dunay və yaxud Valaxiya ovalığı Transilvaniya Alpları ilə Stara-Planina (Balkan) dağları arasında yerləşir. Dəmir Darvazadan Qara dəniz sahilinə qədər, uzunluğu təxminən 500 km, eni isə 150-300 km arasında dəyişilir. Ovalıq, cənubda Dunay çayının enli yatağı (Balta) ilə əhatələnir. Bura ovalığın dəniz səviyyəsindən 100 m hündürlükdə yerləşən hissəsidir. Dunay çay dərəsi bu hissədə 20-25 km enində olub, axmaz göllərin, bataqlıq sahələrin və onları bir-birindən ayıran sahil boyu tirələrin geniş yaılması ilə səciyyələnir. Şimala doğru ovalığın hündürlüyü tədricən artır. Karpatın ətəklərində konqlomeratlardan və başqa iri qırıntılı materiallardan əmələ gəlmiş alçaq tirələr yayılmışdır. Ovalığın bu hissəsi Jiu, Olt, Vedya, Arceş çayları və onların bir çox kiçik qolları tərəfindən çox kəsilib parçalanmasıdır. Valaxiya ovalığını Qara dəniz sahilindən Dobruca massivi ayırır. Bu yüksəklik qədim hertsin massivinin qalığı olub, səthi əhəngdaşlarından və bəzi sahələrdə lyoss çöküntülərindən yaranmışdır. Bəzi tirələrin hündürlüyü 400 m-ə çatır. Karst relyef formalarının geniş yayılması ilə əlaqədar olaraq səth axarı zəif inkişaf etmişdir. Dunayboyu ovalıqların iqlimi qonşu dağlıq sahələrdən daha çox kontinentallığı ilə fərqlənir. Qış demək olar ki, mülayim keçir. Yanvar ayının temperaturu 0° ilə -2° arasında dəyişilir. Bəzən soyuq Arktika hava kütlələri daxil olduqda, havanın temperaturu -20°-dən aşağı düşə bilir. Yay ayları isti və bəzi yerlərdə quraq keçir. İyul ayının temperaturu 20-22° arasında dəyişilir. Bəzən cənubdan tropik hava kütlələri daxil olduqda, havanın temperaturu +40°-yə qədər qalxır. Macar ovalığından fərqli olaraq, Valaxiya ovalığında yayın axırları bəzən quraq keçir. Orta Dunay ovalığının Alfyeld hissəsində illik yağıntının miqdarı 400-600 mm, Dunantuledə isə 600-800 mm-dir. Aşağı Dunay ovalığında yağıntıların miqdarı bir qədər azdır – qərbdə 400-500 mm, Dobruca və onun ərtaflarında 350-400 mm-dir. Ovalıqların əsas çayları – Dunay və onun onlarca iri qolları, gəmiçilik, suvarma və hidroenerji əhəmiyyətinə malikdir.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget