Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Süveyş kanalı

Süveyş kanalı Sinay yarımadasının qərbində, Misir ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır. Kanalın uzunluğu 163 km, ən dərin yeri 300 metrdir. Əsas limanları Port-Səid və Süveyş şəhərləridir. Kanalın çəkilişi fransız diplomatı və mühəndisi Ferdinand de Lessepsin rəhbərliyi altında 25 aprel 1859-cu ildə başlanılmış, 16 noyabr 1869-cu ildə açılmışdır. Kanal ilk açıldığında 163 km uzunluğu və 8 metr dərinliyi olub. Hazırda isə, Süveyş kanalının uzunluğu 193 km, eni 205 metr, dərinliyi isə 24 metrdir. Süveyş kanalının İdarəetmə Mərkəzinin məlumatına görə, 2003-cü ilin yekunlarına əsasən, kanaldan 17224 gəmi keçmişdir. Keçid müddəti 11-16 saat təşkil edir. Süveyş Kanalı 31 oktyabr 1956-cı ildən 24 aprel 1957-ci ilədək, həmçinin 5 iyun 1967-ci ildən 10 iyun 1975-ci ilədək bağlı olub. İlk bağlanmaya səbəb Süveyş böhranı adı ilə tanınan ikinci İsrail rejimi-ərəb müharibəsi olub. 1956-cı ilin oktyabrından başlayaraq Süveyş kanalınınadministrasiyasının səlahiyyətləri ilə bağlı fikir ayrılığı genişlənib və bunun nəticəsi olaraq Böyük Britaniya, Fransa və İsrail rejimi Misirə qarşı hərbi əməliyyatlara başlayıb. Nəhayət, bu əməliyyatlar 1957-ci ilin martında sona çatıb. Afrika qitəsində yerləşməsinə baxmayaraq, Süveyş kanalı Asiya və Avropa dənizçiliyi üçün də çox önəmli su yoludur. Məlumatlara görə, dünya dəniz nəqliyyatının, təxminən 10%-i Süveyş kanalı vasitəsilə həyata keçirilir. Başqa sözlə desək, hər il bu kanaldan 20 minədək gəmi keçir. Bu da gündəlik 600 gəmi deməkdir
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget