Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünya okeanında buzlar

Ekvatordan qütblərə doğru getdikcə okean sularının temperaturu aşağı düşür.Qütblərdə və onlara yaxın sahələrdə suyun temperaturu -1 -2 C –yə qədər azalır.Orta duzluğa malik olan okean suyu -1,8 , -1,9 C-də donur


Ekvatordan qütblərə doğru getdikcə okean sularının temperaturu aşağı düşür.Qütblərdə və onlara yaxın sahələrdə suyun temperaturu -1 -2 C –yə qədər azalır.Orta duzluğa malik olan okean suyu -1,8 , -1,9 C-də donur.Dünya okeanının 15 % -i və ya 55 mln kv.km-i buzlaqlarl örtülüdür.Onlar okeanların həyatına ,Yerin iqliminə böyük təsir göstərir. Okeanda yaranmış buzlarla yanaşı materiklərdən gələn buzlarda vardır.Bu buz parçalarına Aysberqlər deyilir.Aysberqlər üzən buz dağlardır.Onlar hər il okeana 2,7 min kub km su gətirir.Şm yarımkürəsində aysberqlərin əsas mənbəyi Qrenlandiya adasıdır. Hər il buradan okeana 15 min aysberq düşür.Uzunluqları 1-2 km,bəzən 200-300 km,eni 70 km qədər,hündürlüyü 600m olur.Şpistbergen,Frans-İosif və b. Şimal adalarından da okeana Aysberqlər düşür.Cənub yarımkürəsində Aysberqlərin mənbəyi Antarktidadır və buradakı aysberqlər daha böyükd. Aysberqlər Atlantik okeanın 30-40 şm enliklərinə qədər gəlib çıxır.Qrenlandiyadan qopan Aysberqlər 2-3 ilə Antarktidadan qopan isə çox hallarda 10 ilə əriyir. Aysberqlər günəş şüasının əsas hissəsini əks etdiri,ətrafında olan hava soyuduğuna görə duman yaradır.Onlar gəmilərin hərəkətinə ciddi təhlükə yaradır.1012-ci ildə Avropadan Amerikaya gedən Titanik gəmisi Atlantik okeanın şimalında aysberqlə toqquşmuşdur.1953-cü ildə Danimarkanın Hedtoft gəmisi aysberqlətoqquşma nəticəsində qəzaya uğramışdır.Bu problemi həll etmək üçün gəmilərdə xüsusi cihazlar qurulur. Son vaxtlar aysberqlərdən şirin su mənbəyi kimi istifadə edilməsi üzrə layihələr hazırlanır.Onların gəmilərə qoşulub aparılması müzakirə olunur.Bu sahədə Səudiyyə Ərəbistan daha çox iş görür.Hündürlüyü 150 m,uzunluğu 2 km,eni 1,5 km olan aysberqdə 150 mln t su ehtiyyatı olur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget