Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Nikolay Kopernik

Nikolay Kopernik (19 fevral, 1473 - 24 may, 1543) - polyak astronom, riyaziyyatçı və iqtisadçı, Günəş sisteminin heliosentrik modelini irəli sürmüşdür. Onun "Səma cisimlərinin hərəkətinə dair" kitabındakı hipotezlər müasir astronomiyaelminin əsası kimi qəbul edilir.

Nikolay Kopernik (19 fevral, 1473 - 24 may, 1543) - polyak astronom, riyaziyyatçı və iqtisadçı, Günəş sisteminin heliosentrik modelini irəli sürmüşdür. Onun "Səma cisimlərinin hərəkətinə dair" kitabındakı hipotezlər müasir astronomiyaelminin əsası kimi qəbul edilir.
Avropa elmi intibahının ən qabaqcıl nümayəndələrindən biri olan Kopernik ondan çox-çox əvvəl yaşamış yunan, hind və İslam astronomlarının irəli sürdükləri heliosentrik nəzəriyyələri diqqətlə öyrənmiş, klassik heliosentrik nəzəriyyələrə bir qədər düzəliş vermiş və Yerin deyil, Günəşin Günəş sisteminin mərkəzi olması ideyasını irəli sürməklə müasir astronomiya elminin istiqamətini müəyyənləşdirmişdir.
Kopernik 30 ildən artıq bir vaxtda ən sadə qurğuların köməyi ilə səma cisimlərini müşahidə etmişdir. Alim mürəkkəb hesablamalar apararaq belə nəticəyə gəlmişdir ki, Yer Günəş ətrafında və eyni zamanda öz oxu ətrafında fırlanır. Özüdə Yer planetlərdən ancaq biridir; həmin planetlərin hamısı Günəş ətrafında fırlanır.
Kopernik öz kəşfini uzun illər gizli saxlamışdır. Çünki yeni təlim onu kilsənin təqibinə məruz qoymaqla yanaşı kütləvi məzəmmət obyektinə də çevirə bilərdi.
1543-cü ildə Kopernik "Göy cisimlərinin fırlanması haqqında" əsərini çap etdirmək qərarına gəldi. Dostları çap olunmuş kitabın bir nüsxəsini gətirib onun əllərinin içərisinə qoyanda alim artıq ölüm ayağında idi. Kopernikin kəşfi elmdə çevriliş yaratmış və xurafata sarsıdıcı zərbə vurmuşdur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget