Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Alimlər"

Tibb universitetlərini bitirən məzunlar “Hippokrat andı” içirlər. Bəs bu andın mənası nədir və Hippokrat kimdir? Tibb elmi yaranadək xəstəliklərin müalicəsi ilə cadugərlər və ara həkimləri məşğul olurdu. Daha sonralar Qədim Misirdə və Hindistanda ilk tibbi biliklər yarandı.

Qədim Misirdə isə hətta tibb məktəbləri mövcud idi. Lakin yenə də xəstəliklərin müalicəsində daha çox ovsunlardan, dualardan və qurban kəsmə kimi vasitələrdən istifadə olunurdu.

Tibb elminin bünövrəsi isə Qədim Yunanıstanda qoyulub. Bu elmin banisi sayılan Hippokrat eramızdan əvvəl 460-cı ildə Yunanıstanın Kos adasında anadan olub. O, tibbə elmi cəhətdən yanaşıb və qarşılaşdığı hadisələri çox diqqətlə müşahidə edib.

Hippokratın əksər müşahidələrin nəticələri, məsələn səbəbsiz yorğunluğun xəstəlik əlaməti olması, sayıqlayan insanın yuxuya getməsinin sağalmağa işarə olması, bədənin hər hansı hissəsinin səbəbsiz yerə ağrıması psixi fəaliyyətin nəticəsi olduğunu müasir elm də təsdiqləyir.

Hippokrat həkim sənətinin məqsədləri ilə bağlı fikirlərində əmin idi. Bu əminlik Hippokrat andında da özünü göstərir:

“Söz verirəm ki, müalicədən heç vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkəti tövsiyə etməyəcəyəm… İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam”.

Azərbaycan dünya elminə çox görkəmli alim və mütəfəkkirlər bəxş edib.  Onlar  dünya elm xəzinəsini öz qabaqcıl ideyaları, kəşfləri ilə zənginləşdiriblər. Hazırda Amerikada yaşayan, Kaliforniya Berkli Universitetinin professoru olan  Lütfi  Zadə  də  dünya miqyasında tanınan və hörmət edilən nüfuzlu alimlərdəndir ki, hər bir azərbaycanlı onunla fəxr edir.  Lütfi  Zadə  və onun müəllifi olduğu  qeyri-səlis məntiq nəzəriyyəsi və bu nəzəriyyənin elmin inkişafına verdiyi töhfələr barədə  çox yazılır.   Elm aləmi çox haqlı olaraq onu  qeyri-səlis  məntiqin (Fuzzy Logic) atası hesab edir. Bu dahi alimin adı dünya elminin nəhəng simaları  - İsaak Nyuton, Albert  Eynşteyn, Ernest Rezerford,  Blez Paskal,  Norbert Viner və başqaları ilə bir sırada çəkilir.    Bu gün dünya elminə  L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. 


Bu gün dünyanın müxtəlif ölkələrində Lütfi  Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı  olan  25-ə yaxın elmi jurnal buraxılır.  Bu jurnallarda hər il  qeyri-səlis məntiqə dair minlərlə məqalə  dərc olunur. Son illərdə ABŞ, Yaponiya, Avropada   qeyri-səlis məntiq nəzəriyyəsinin istehsalata tətbiqinə əsaslanan 1300-dən çox patent tətbiq edilib.  1966-cı ildən İngiltərə, Almaniya, Yaponiya və dünyanın bir çox başqa ölkələrində Lütfi Zadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərir.  Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, siyasətdə, dilçilik, psixologiya, fəlsəfə, sosiologiya, dini məsələlərdə, münaqişəli  problemlərdə istifadə olunur.  Professor Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb. O,  həmçinin  bir  çox milli akademiyaların üzvüdür.  Bu vaxta qədər  onun əsərlərinə 36 mindən çox istinad edilib. 94 yaşlı alim bu gün də tədqiqatlarını davam etdirir. Bu günlərdə professor üzərində işlədiyi məqaləni başa vurub və elmi jurnala təqdim edib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində biz də zəmanəmizin ən nüfuzlu  azərbaycanlı alimi ilə əlaqə yaradaraq  qəzetimizə müsahibə verməyini  xahiş etdik. Son  günlər səhhəti ilə bağlı tez-tez həkim nəzarətində olan alim vaxtının azlığına baxmayaraq  bizi maraqlandıran bəzi suallarımıza  lakonik cavablar verdi.  Dahi alimlə söhbətimizi oxucularımıza təqdim edirik.  

- Siz Bakıda anadan olmusunuz. İlk müəllimlərinizi, o vaxtkı təhsil mühitini necə xatırlayırsınız?

 - Mən 1921-ci il fevralın 4-də Bakıda anadan olmuşam. Atam müxbir və biznesmen, anam isə tibb elmləri doktoru idi.  O vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində idi.  1931-ci ildə,  10 yaşım tamam olanda valideynlərim Sovet İttifaqında vəziyyətin ağır olduğunu nəzərə alaraq  İrana getməyə qərar verdilər. Mən onda Bakıdakı 16 nömrəli məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai məktəbdə oxuyanda elmə və kəşflərə marağın daha çox üstünlük təşkil etdiyi bir mühitin təsiri altında idim.  Bu mühit mənim bütün sonrakı  həyatımın intellektual inkişafını formalaşdırdı.   Mən hələ kiçik yaşlarından elmə böyük maraq göstərirdim.

Bakıdakı  məktəb illərimlə  bağlı çox əziz xatirələrim var.  İlk məktəb illərində mənə dərs demiş bütün müəllimlərimin adlarını  xatırlaya bilmirəm.  Lakin mən müəllimlərimin çox güclü təsiri altında olmuşam. 

- Orta məktəbdə siz daha çox hansı fənlərə maraq göstərir və hansı sahənin mütəxəssisi olmaq istəyirdiniz?

- O vaxtlar keçmiş Sovet İttifaqında alimləri və mühəndisləri çox yüksək qiymətləndirir və onlarla fəxr edirdilər. Belə bir mühit məni gələcəkdə alim və mühəndis olmağa həvəsləndirirdi. 1932-ci ildə ailəmiz İrana köçdü. Tehranda valideynlərim məni Amerika Missioner Məktəbinə qoydular. Bu məktəbdə oxuyarkən sovet və Amerika məktəbləri arasında çox böyük fərq olduğunu gördüm. Bu məktəbdə ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə etdim. Orada elmin inkişafı üçün yaradılmış şərait məni hələ məktəb illərindən Amerikaya çəkirdi.  Missioner məktəbində  tədris proqramları ingilis dilində, müəllimlərim isə Amerikadan idilər.  Onlar mənim üçün örnək, nümunə  oldular. Mən Birləşmiş Ştatları sevdim  və qərara gəldim ki, Amerika mənim yaşamaq, oxumaq və işləmək istədiyim bir ölkədir.  O vaxt  bu  mənim ən böyük arzum idi.  Missioner məktəbini başa vurduqdan sonra mən Tehran Universitetinə daxil oldum. Universitetdə dərs deyən müəllimlərin əksəriyyəti Fransanın elitar universitetlərindən idi.  Fransız dili dominantlıq təşkil edirdi. Dərsliklərimizin, kitablarımızın əksəriyyəti fransız dilində idi.  Universitetdə qaydalar çox sərt idi.   Artıq  1942-ci ildə elektrotexnika sahəsində ixtisaslaşmış  diplomlu  mütəxəssis idim.  Mən   elektotexnika sahəsində aspirant təhsili almaq üçün Massaçusets  Texnologiya İnstitutuna  müraciət etdim.

 Böyütmək üçün seçin- Amerikada sizi hansı çətinliklər gözləyirdi?  Gələcəyin bir çox məşhur alimləri məhz bu ölkədə elmin ən yüksək zirvəsini fəth edə biliblər.  Amerika həyatına uyğunlaşmaq çətin olmadı ki...

- Mən heç bir çətinlik yaşamadım. Çünki  İranda Amerika missionerlərinin rəhbərlik etdikləri orta məktəbdə təhsil almışdım.  Mən  ingilis  dilini İranda, orta təhsil illərindən  öyrənmişdim.  Amerikalıların  həyat  və iş tərzini  də onlardan götürmüşdüm. 1944-cü ilin iyulunda  Birləşmiş  Ştatlara gəldim.  Bu, mənim həyatımda yeni mərhələnin başlanğıcı,  yeni bir dünya idi və mən  tezliklə bu dünyanı sevdim.  Massaçusets Texnologiya İnstitutunda (MTU) dərslərin Tehran Universitetindən daha asan olması məni çox təəccübləndirdi.  MTU-da öyrəndiklərimin əksəriyyəti mənim üçün yeni idi.  Məni  Massaçusets Texnologiya İnstitutunun aspiranturasına qəbul etdilər.  Bu ali məktəbin kurslarında ən yüksək qiymət aldım və fəlsəfə doktoru kimi elmi fəaliyyət göstərməyimə imkan əldə etdim. 

- Amerikada necə dəstək qazandınız?

- Mən elektrotexnika sahəsində ilk magistr dərəcəmi 1946-cı ildə aldım.  MTU-da qalıb fəlsəfə doktoru dərəcəsi üzrə təhsilimi davam etdirə bilərdim,  lakin valideynlərimə yaxın olmaq üçün Nyu-Yorka köçməyə qərar  verdim.  Mənə  Nyu-Yorkda Kolumbiya Universitetində elektrik mühəndisliyi müəllimi kimi işə düzəlmək xoşbəxtliyi nəsib oldu.  1949-cu ildə Kolumbiya Universitetinin  fəlsəfə doktoru  elmi dərəcəsini  aldım. Mənim akademik karyeramın   ilk illəri  dünyada kompüter və informasiya texnologiyalarının yaranması  ilə eyni vaxta təsadüf etdi. Bu, ABŞ və Sovet İttifaqı arasında rəqabətin xüsusilə kəskinləşdiyi maraqlı  bir dövr idi.  Kolumbiya Universitetində  mənim  elmi tədqiqatlarım  əsasən sistem nəzəriyyəsi və informasiya sistemlərinə yönəlmişdi.  Bu universitetdə  mən 1959-cu ilə qədər işlədim, daha sonra isə Kaliforniya Universitetinin elektrotexnika mühəndisliyi  fakültəsinə  müəllim vəzifəsinə qəbul olundum.

Bu dövrdə ehtimal nəzəriyyəsi elmi işlərimdə mərkəzi yeri tuturdu. Mənim  ilk işim  1949-cu ildə  “Tətbiqi fizika”    jurnalında dərc olunmuş “Ehtimal kriteriyaları” adlı məqaləm idi.  1950-ci ildə adıçəkilən jurnalda “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin genişlənməsi” adlı ikinci məqaləm  nəşr olundu.  Mənim universitetin riyazi statistika şöbəsi və onun rəhbəri   Herbert Robbinc, gözəl riyaziyyatçı və yaxşı dost olan R.E.Bellman ilə sıx əlaqələrim var idı.  Kolumbiyada mən tezliklə elmi  karyeramı inkişaf etdirərək 1958-ci ildə tam professor vəzifəsinə qədər yüksəldim.  Daha sonra isə, 1959-cu ildən Norbert  Vinerin təklifi ilə (kibernetikanın atası)  Kaliforniyaya köçdüm  və  bu  günə kimi burada işləyirəm.  Qeyri-səlis məntiqlə yanaşı,  avtomatlar  nəzəriyyəsi ilə də maraqlanırdım. Mən ABŞ-ın Prinston, Nyu-Cersi ştatlarında elmi ezamiyyətlərdə olurdum.  Prinstonda aparıcı məntiqşünas və filosoflardan Klini, Kuayn, Kreisi və  digərləri ilə tanış oldum.  Onların seminar və mühazirələri cəlbedici,  həm də səmərəli təcrübə  idi.  Bundan sonra Klini  mənim müəllimim oldu, onun tövsiyəsi  ilə  qeyri-səlis  məntiqə dair mühazirələr oxumağa dəvət olundum.  1966-cı ildə Moskvada Beynəlxalq  Riyaziyyat  Konqresində iştirak edərək qeyri-səlis məntiq nəzəriyyəsini  məşhur rus alimi  Kolmoqorovla müzakirə etmək imkanı qazandım.

- Siz qeyri-səlis məntiq nəzəriyyəsinin banisisiniz. Lakin bir çoxları hələ də bu nəzəriyyənin həyatda öz təsdiqini necə tapmasından məlumatsızdır. Xahiş edirik söyləyəsiniz, bu nəzəriyyə necə yarandı?

- Bu suala cavab tapmaq üçün mənin sizə göndərdiyim “Fuzzy logic - A personal perspective” (“Qeyri-səlis məntiq-şəxsi perspektiv)  məqaləmə baxa bilərsiniz. Qeyri -səlis məntiq nəzəriyyəsinə həsr olunmuş məqaləm  ilk dəfə 1965-ci ildə “Information and Control”  jurnalında  dərc olundu.   Çox maraqlıdır ki, ilk vaxtlarda  nəzəriyyə etinasızlıq, şübhə və kinayə ilə qarşılandı.  Nəzəriyyə barədə müsbət fikirlər olduqca az idi. Mən qeyri-səlis məntiq nəzəriyyəsinə dair fikirlərimi özümün ən yaxın dostlarım olan Herbert Robbins  və Riçard Bellmana  izah etdim.  Çünki onlar  riyaziyyat sahəsində məndən çox peşəkar idilər.  Lakin onlar öz problemləri ilə məşğul idilər və  məni təkbaşına buraxdılar.  1964-cü ildə   “Qeyri-səlis məntiq” adlı məqaləmi oxuyub şərh etməsi üçün Riçard Bellmana göndərdim. Lakin   bu dəfə də məqaləyə baxmaqdan  imtina etdilər. Gözəl proqramçı, mənim həmkarım olan professor Uilyam Kexen bildirirdi ki, “qeyri-səlis nəzəriyyə yanlış, yanlış və çox zərərlidir”. İş otağı mənim kabinetimdən bir neçə addım  uzaqda olan Kexen “mən adi bir qeyri-səlis nəzəriyyənin köməyi ilə həllini tapa biləcək bir problem görmürəm” deyirdi.  Məqaləmin işıq üzü görməsindən sonra hələ uzun müddət  bu nəzəriyyənin əleyhinə çıxanlar var idi. Lakin nəzəriyyənin əleyhinə olan  mənfi rəylərin  mənim elmi işlərimə hər hansı təsiri yox idi,  əmin idim ki,  işlərim düzgün yoldadır və qeyri-səlis məntiq  artıq  geniş şəkildə qəbul olunmaqdadır.   Buna baxmayaraq mənim işlərim Yaponiyada alqışlanır və heyranlıqla qarşılanırdı. Mənfi rəylərlə yanaşı,  mən tezliklə Yaponiyadan,  bu ölkənin sənaye və beynəlxalq ticarət  hökumət palatasından məktub aldım.  Məktubda nəzəriyyənin  maraqla qarşılandığı  bildirilir və qeyri-səlis çoxluğun nümunələrin aşkar edilməsi və informasiyaların emalı kimi problemlərin həllində əhəmiyyətli olduğu vurğulanır, adıçəkilən sahələrdə çoxluq nəzəriyyəsinin  yaxşı perspektiv vəd etdiyi  bildirilirdi.   Nəhayət, ötən əsrin 70-80-ci illərində  qeyri-səlis məntiq nəzəriyyəsi artıq Avropada  da  öz tətbiq sahəsini  tapmağa başladı.  Xüsusən də Şərqi Avropa və  Sovet İttifaqında  nəzəriyyə qəbul olundu.  

Təhsilimə görə  riyaziyyatçı olmasam da,  mən hər zaman riyaziyyatın  üstün olmasına  dərindən inanmışam.  Ötən əsrin 60-cı illərinin əvvəllərində riyaziyyatın dəqiqliyi ilə real dünyanın qeyri-dəqiqliyi arasında fərqi başa düşməyə başladım. Problem ondadır ki, riyaziyyat  siniflərin dəqiq sərhədlərə malik olduğunu irəli sürür, real dünyada isə siniflərin sərhədləri qeyri-səlisdir.  “Qeyri-səlis çoxluq”  nəzəriyyəsi riyaziyyatın əsaslarının genişləndirilməsi üçün qapılar açır.

- Bir neçə dəfə ölkəmizdə elmi səfərdə olmusunuz.  Azərbaycanın elmi potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycanda elm və texnologiyaların inkişafı üçün potensial böyükdür.  Lakin texniki universitetlərin  məzunlarının işlə təmin olunması məsələsində problemlər var.  Azərbaycanda sənaye sahəsinin  inkişafına nail olmaq lazımdır ki, gənc mühəndislər özlərinə iş tapa bilsinlər.  Amerikaya ali təhsil almağa gələn azərbaycanlı tələbələr universitetləri bitirdikdən sonra  Birləşmiş Ştatlarda qalmağa meyillidirlər.  Buna görə də Azərbaycanda elmi-texniki tədqiqat işləri daha yüksək səviyyədə aparılmalı, yeni tədqiqat mərkəzləri yaradılmalıdır. 

- Tələbələrimizin dünyanın aparıcı universitetlərində təhsil almasına münasibətiniz?

-  Müsbət yanaşıram. Xaricdə təhsil məsələsi Azərbaycan  da daxil olmaqla  bütün ölkələr üçün ən aktual məsələdir. Bunu qloballaşan dünyanın çağırışları tələb edir. Tələbələrin xaricdə təhsil alması aktualdır. Çünki Azərbaycanın mühəndis kadrları hazırlayan universitetlərini bitirən tələbələrin  xarici ölkələrin nüfuzlu ali məktəblərində öz təhsillərini artırması  çox vacibdir.   Tələbələrin xarici ölkələrdə öz ixtisaslarını təkmilləşdirməsi və  peşəkar karyeralarını qurması Azərbaycanla yanaşı Rusiya və digər ölkələr üçün də xarakterikdir, bu proses hazırda hər yerdə gedir  və onun qarşısını almaq mümkün olmayacaq.

- Azərbaycanın təhsil sistemində aparılan islahatları necə qiymətləndirirsiniz?

- Düzdür, mən islahatların detalları ilə tanış deyiləm, lakin hesab edirəm ki, dəyişikliklər inkişafa aparan mühüm istiqamətdir.  Təhsil sahəsi hər zaman yeniləşməlidir.  Aparılan  müsbət islahatlar çərçivəsində professorların, müəllimlərin əməkhaqlarının  əhəmiyyətli dərəcədə artırılmasını da çox vacib hesab edirəm.

- Fikrinizcə, hansı texnologiyalar yaxın  on illiklərdə  insanların həyatını dəyişəcək?

- Bəşəriyyətin gələcək inkişafı üçün ən güclü  texnologiya -  informasiya-kommunikasiya texnologiyaları olacaq.  Sonrakı illərdə də həyatımızda bu texnologiyalar həlledici rol oynayacaq.  İnformasiya texnologiyaları sahəsində daha çox işlər  görülməlidir.

- Siz 60 ildən artıq bir müddətdir ki, Amerikada elmlə məşğulsunuz. İşlərinizi davam etdirən yetirmələriniz varmı?

- Əlbəttə. Bəli, çoxlu tələbələrim var.  Onlar  qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində çalışır və öz axtarışları, elmi  tədqiqatlarını davam etdirirlər.  Tələbələrimin  bu sahədə elmi nəticələri də var.

- Sonda oxucularımız adından  Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir və möhkəm cansağlığı və elmı fəaliyyətinizdə uğurlar arzulayırıq. Oxucularımıza arzularınız?

-  Mən də Azərbaycan xalqını, bütün oxucularınızı   Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm.  Xalqıma ən xoş arzularımı  çatdırıram.

Müsahibənin hazırlanmasında göstərdiyi dəstəyə görə professorun köməkçisi, Berkli Universitetinin məzunu Səbinə Şahbazzadəyə minnətdarlığımızı bildiririk.   

 Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

Qalileo Qaliley
Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. 
Qədim yunan alimi Klavdi Ptolemey elə hesab edirdi ki, Yer Kainatın mərkəzidir, Günəş, Ay, planetlər və ulduzlar onun başına dolanır. Əsrlər boyu insanlar Ptolemeyin təlimini yeganə düzgün təlim hesab etmişlər. Bu təlim keşişlərin və rahiblərin dünyanın yaranması haqqında dini təsəvvürlərinə uyğun gəldiyi üçün kilsə başqa cür düşünənlərə amansız divan tuturdu. 
Polyak alimi Kopernik sübut etdi ki, Günəş sisteminin bütün planetləri, eləcə də Yer Günəşin ətrafında fırlanır. O öz kəşfi haqqında kitab yazdı, amma kilsədən qorxduğu üçün kitabını çox gec, 70 yaşı olandan sonra ortaya çıxardı. Kopernikin tərəfdarı olan italyan alimi Cordano Bruno da bildirdi ki, Günəş Yerin ətrafında deyil, Yer Günəşin ətrafında fırlanır. Buna görə cəsur və üsyankar alimi 1600-cü ildə Romada kitabları ilə birlikdə tonqalda yandırdılar. 
Böyük fizik Qalileo Qaliley astronomiya ilə məşğul olmağa başlayanda vəziyyət belə idi. Qaliley kiçik görünən məsələlərdən böyük nəticələr çıxarmağı bacaran qəribə adam idi. O, saat kəfkirinin necə yelləndiyini, üfüqi və maili müstəvi üzərində kürəciyin necə diyirləndiyini müşahidə edərək hər cür hərəkəti, o cümlədən səma cisimlərinin hərəkətini idarə edən mühüm qanunlar kəşf etmişdi. 
1608-ci ildə teleskopun hollandiyalılar (Z.Yansen, Y.Metsius və Q.Lippersqey) tərəfindən ixtira olunması xəbəri hər tərəfə böyük sürətlə yayıldı. Bu xəbəri eşidən Qaliley 1609-cu ildə müstəqil olaraq öz teleskopunu hazırlamışdır. Onun ilk teleskopu 3 dəfə böyüdürdü. Tezliklə o, bu böyütməni 32 dəfəyə çatdırmışdır.
Qaliley fikirləşirdi ki, ruhanilərdən gizlin olaraq, gecə öz borusunu səmaya yönəltsə necə olar? Bu olduqca qorxulu və cəsarətli addım idi. Çünki, ruhanilər təlqin edirdilər ki, adamlar «allahın işlərinə» nəzər yetirməməlidirlər.
Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu ilin yanvar ayının 7-də gecə Aya tərəf
Qalileo Qaliley
yönəldir. Ayda dağların, Kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarı ilə Yerə oxşar olması fikrini söyləyir. Bu isə din əleyhinə atılmış ən cəsarətli addım idi. Bundan sonra edilmiş başqa astronomik kəşflər elm xəzinəsinə daxil edilən qiymətli hədiyyələr olmaqla bərabər həm də Ptolomey sisteminə və onun doğruluğunu rəsmən təsdiq etmiş olan kilsəyə, məscidə, dinə, bütün mövhumata və xurafata endirilən ağır bir zərbədir.
Bundan başqa Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fazalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirdi. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyən etmişdir.
1633-cü ildə Qaliley Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə əsərlərinin yandırılması və tutduğu yoldan əl çəkmədikdə ölüm cəzası ilə hədələnərək "tövbə etməyə" məcbur edilmişdir. Lakin belə rəvayət var ki, Qaliley məhkəmə qurtardıqdan sonra "onsuzda o fırlanır" demişdir. /Burada O, yerin fırlanmasını nəzərdə tuturdu/. Məhkəmədən sonra yenə də qoca alim elmi yaradıcılıqdan əl çəkməmiş və öz ideyasını dəyişməmişdir. O, 1642-ci il yanvar ayının 8-də Florensiya yaxınlığında Arçetridə vəfat etmişdir.

,
Nansеn
Frityоf Nansеn (1861-1930) Arktikanın mənimsənilməsində mühüm rоl оynayan səyyahlardan biridir. Nansеn 1861-ci ildə Оslо şəhəri yaхınlığında anadan оlmuşdur. Nоrvеçin paytaхtı ətrafında uşaqlığını kеçirən Nansеnlər ailəsində varlı оlsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yеmək, sadə gеyinmək, idmanla məşğul оlmaq оnların gündəlik həyat tərzi оlmuşdur. Nansеn isə хizək sürmək və üzgüçülüyü daha çох sеvirdi.
Univеrsitеti qurtardıqdan sоnra ilk dəfə mədənlərə gəmidə üzməsi оnda dənizə məhəbbət, yеni tоrpaqlar kəşf еtmək arzusu yaratmışdır. Zооlоgiya еlmləri dоktоru adı almasına baхmayaraq, başqa alimlərdən fərqli оlaraq kabinеt alimi оlmaqdan uzaqlaşaraq, dövründə kеçilməz sayılan Qrеnlandiyanı şərqdən qərbə qədər səyahət еtmək üçün plan hazırlayır.
Qürb tədqiqatçısı  Nansеn17 iyul 1888-ci il tariхində özü ilə birlikdə yеddi nəfərlə Üzən buzların arası ilə dünyanın ən böyük adası оlan Qrеnlandiyaya üzürlər. Avqustun 16-da adaya çatmaqla qərb istiqamətdə хizəklə hərəkət еdərək оktyabrın əvvəllərində adanın qərb sahillərinə çatırlar. Qоtхоb kəndində qışlayan hеyət 1889-cu il may ayının sоnunda Nоrvеçə qayıdır. Bu еkspеdisiya ilə buzlaqlardan ibarət оlan adanın şərqindən qərbinə kеçmənin mümkünlüyünü isbat еtmiş оldular. Bu еkspеdisiyanın nəticələri öz əksini Nansеnin «Хizəklə Qrеnlandiyadan»«Еskimоsların həyatı» əsərlərində tapmışdır Birinci еkspеdisiyajan sоnra Nansеndə qütbü əth еtmək arzusu yaranır. Bu münasibətlə о yazır: « Mən əminəm ki, əgər biz təbiətin qüvvəsinə və оnun özünəməхsus хüsusiyyətlərinə fikir vеrsək, оna qarşı yох, еyni məqsəd üçün işləsək оnda qütbə həqiqi və asan yоlu taparıq.»
Görkəmli alim və tədqiqatçı qütbü fəth еtmək məqsədilə Şimal Buzlu оkеpnında aхın istiqamətini öyrənməklə bеlə qərara gəlir ki, оnun istiqaməti Sibir sahillərində qütbə dоğrudur. Bunu nəzərə alaraq Nansеn «Fram» (Irəli) gəmisində buzlarla birlikdə qütbə üzməyi qərara alır.
1893-cü ildə о, «Fram» gəmisində Nоrvеç, Barеns, Kara dənizlərini kеçməklə Laptеvlər dənizinə daхil оlur, lakin Nоvоsibirsk adalarının şimalında buzlaqlar arasında dоnaraq qalır. Gəminin buz sıхılmalarına dözümlü оlması üçün dib hissəsi оval düzəldilmişdir. Üç qat tikişdən palıd ağacından оlan yan hissələrin qalınlığı 1 m, uzunluğu 39 m, еni isə 11 m idi. Gəminin quruluşu və böyüklüyü еlə dəqiqliklə nəzərə alınmışdır ki, özündən əvvəlki gəmilərdən dəfələrlə qütbə səyahət еtmək üçün еtibarlı idi. Gəminin ilk dözümlülük sınağı Nansеn tərəfindən bеlə təsvir оlunur: «Qulaqbatırıcı səs еşidildi, «Fram» bütövlükdə titrədi. Bu buzların ilk sıхması idi. Hamı göyərtəyə qaçdı, «Fram» mən gözlədiyim kimi əla tabb gətirdi. Buz fasiləsiz yaхınlaşsa da gəminin alt hissəsi оval оlduğundan dibə yеnir, gəmi isə tədricən yuхarı qalхırdı.»
Qürb tədqiqatçısı  Nansеn
Qütb gеcələrinin başlaması gəminin birinci qışlamasına səbəb оlur. Yayda хizəklə qütbü fəth еtməyə çalışsa da mümkün оlmur və hеyət ikinci dəfə qışlamağa məcbur оlur. 14 mart 1895-ci ildə gəmini tərk еtməklə qütbü fəth еtməyə çalışan Nansеn bunun mümkün оlmadığını görərək gеri qayıtmağı üstün tutur. 1896-cı ilin iyulunda о, Frans-Iоsif tоrpağının cənub qurtaracağına çatır. Burada Nansеn еkspеdisiyada оlan ingilis Cеksоnla təsadüfən görüşür. Cеksоn tərəfindən səmimiyyətlə qarşılanan səyyah bir aydan sоnra gəmi ilə vətənə çatdırılır, bir həftədən sоnra isə «Fram» gəmisi sağ-salamat gеri qayıdır.
 Еkspеdisiyanın еlmi nəticələri nədən ibarət оlur. Mərkəzi Arktikada 3000 m-dən dərin dənizin оlması müəyyən еdildi, yuхarı еnliklərin iqlimi, Şimal Buzlu оkеanın sularının hərəkət istiqaməti mü əyyənləşdirildi, fauna və flоrası öyrənildi. Bunlarla yanaşı mühüm kə şflərdən biri də 200-800 m dərinlikdə Atlantik оkеanından Şimal Buzlu оkеana isti suların daхil оlduğu müəyyən еdildi. 


Böyük İtaliya mütəfəkkiri Cordano Bruno 1548-ci ildə İtaliyanin kiççik bir şəhəri olan Nola şəhərində dünyaya göz açıb. Brunonun valideynləri onu yeniyetmə ikən Müqəddəs Dominiko monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi.. Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu.
Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu. Bruno gözəl mühazirəçi və istedadlı yazıçı idi.
Kopernik təlimini inkişaf etdirən Bruno göstərirdi ki, Kainatın hüdudu, ölçüsü və sonu yoxdur. Nəinki Yer, hətta Günəşin özü də dünyanın mərkəzi deyil. Kainat saysız-hesabsız ulduzlardan ibarətdir; onlardan hər biri bizdən uzaqda olan günəşdir. Bu günəşlərin hər birinin ətrafında öz planetləri fırlanır.
Vətən həsrətinə dözə bilməyən Bruno İtaliyaya qayıtdı. Burada o, xaincəsinə ələ verildi və kilsə məhkəməsinin pəncəsinə keçdi. Bruno, demək olar səkkiz il dəhşətli həbsxanalarda saxlanıldı. Lakin kilsə məhkəməsi nə işgəncə, nə də dilə tutmaqla onu öz baxışlarından döndərə bilmədi. Kilsə məhkəməsi alimi tonqalda yandırılmağa məhkum etdi. Bruno məhkəmənin hökmünü dinlədikdən sonra öz cəlladlarının üzünəcə dedi: Hökmü oxuyarkən siz qorxudan tir-tir əsirsiniz, mən isə tonqalda yandırılmağa gedərkən sizin qədər qorxmuram.
1600-cü ildə Bruno yandırıldı. Onun edam olunduğu yerdə, Romanın Güllər meydanında sonralar alimə abidə ucaldıldı. Həmin abidənin üzərində bu sözlər həkk olunmuşdur: O, bütün xalqların fikir azadlığı uğrunda öz səsini ucaltmış və bu azadlıq yolunda da ölümə getmişdir.
Fəlsəfəsi. O, fəlsəfi baxışları ilə mistisizmə meyli idi. Öz əsərlərində Bruno tez-tez Hermes Trismegistin adına istinad edirdi. Brunoya Kopernikin təliminin böyük təsiri vardır, bu təlimi o, dini-fəlsəfi yanaşmadan və Platonun ideyalarının Marsilio Façino tərəfindən edilən tərcümələrindən özü üçün yeni kəşf etmiş kimi şərh edirdi. Digər təsirlər arasında Foma Akvinski, Averros(İbn Rüşd), Duns Skot və Nikolay Kuzanskinin adlarını çəkmək olar. Bruno öz fəlsəfəsində neoplatonizm ideyaları (xüsusən vahid başlanğıc və dünya ruhunun Kainatın hərəkətverici prinsipi olması haqqında təsəvvürlər – bunlar Brunonu hilozoizmə gətirmişdir) antik dövrün materialistləri və pifaqorçuların baxışlarının güclü təsir ilə kəsişirdi. Bruno Nikolay Kuzanskidən Allahın müsbət müəyyən edilməsinin qeyri-mümkünlüyü ideyasından yaranan “mənfi teologiya” ideyasını götürmüşdür. Bu ona imkan vermişdir ki, sxolastik aristotelizmə özünün panteistik təbiət fəlsəfəsini qarşı qoymağa imkan vermişdir. Bruno hesab edirdi ki, fəlsəfənin məqsədi təbiətdən üstün Allahın deyil , təbiətin anlanmasıdır ki, bu da “əşyalarda Allahdır”.

Varlığın əsas vahidi monaddır, bunun fəaliyyətində cismani və ruhi, subyekt və obyekt birləşirlər. Ən ali substansiya «monadların monadıdır», və ya Allahdır; bir vahid kimi o, bütün tək şeylərdə üzə çarpır — «hər bir şeydə hər şey». Brunonun bu ideyaları Yeni əsrin fəlsəfəsinin inkişafına müəyyən təsir göstərmişdir: vahid substansiyanın tək əşyalara münasibətdə ideyası Spinoza tərəfindən işlənib hazırlanmış, monadlar ideyası Leybnits tərəfindən, varlıq və vahidlik ideyaları və «ziddiyyətlərin üst-üstə düşməsi» dialektikada Şellinq və Gegel tərəfindən işlənib hazırlanırdı

Kosmologiya. Kopernikin heliosentrik nəzəriyyəsini və Nikolay Kuzanskinin fəlsəfəsini inkişaf etdirərkən Bruno bir neçə mülahizə irəli sürürdü: maddi göy sferalarının olmaması, Kainatın hüdudsuzluğu barədə, ulduzların ətrafında planetlərin fırlandığı uzaq günəşlər olması barədə, bizim Günəş sistemi daxilində o zamanlar naməlum planetlərin mövcudluğu barədə. Bruno Yer və göy arasında ziddiyyətin orta əsr təqdimatını rədd edirdi və dünyanın fiziki cəhətdə yekcins olmasını təkid edirdi ( cismin ibarət olduğu 5 element haqqında təlimi — yer, su, alov, hava və efir). O, digər planetlərdə həyatın mövcudluğunun mümkünlüyünü təxmin etmişdir. Bruno təbiət elmlərinə xas olan ideyalardan uzaq görünən dünyanın mistik anlamına meyli idi. Bruno Kopernikin təliminin təbliğatçısı deyil, onun aşkar etdiyi okkult sirlərinin təbliğatçısı idi. Bruno riyazi sintezi dini təlimə döndərdi, kainatı Lulliy, Fiçino və Piko kimi eyni terminlərdə, yəni sehrli kainat kimi nəzərdən keçirirdi. Filosofun məqsədi kainatı dəlib keçən görünməz qüvvələrdən istifadə hesab edilirdi, və bu qüvvələr açar isə Trismegistdə idi.

9 fevralda inkvizisiya tribunalı öz hökmü ilə Brunonu «peşmançılığını etiraf etməmiş, tərs və dəyişməz kafir» kimi tanımışdır. Bruno ruhani addan məhrum olmuş və kilsədən qovulmuşdur. Onu Romanın qubernatorunun məhkəməsinə həvalə etmiş və onu “ən amansız cəzaya və qan axıtmamaqla” məruz qoymağı tapşırmışlar ki, bu da onu diri-diri yandırmaq demək idi.

Hökmə cavab olaraq Bruno hakimlərə demişdir: «Ola bilsin ki, siz bu hökmü mən onu qulaq asarkən keçirdiyim qorxu hissindən daha çox qorxu ilə elan edirsiniz». Qeyri-dini məhkəmənin qərarı ilə 17 fevral 1600-ci ildə Brunonu Romada Güllər meydanında (italyanca Campo dei Fiori) diri-diri yandırdılar. Cəlladlar Brunonu edam yerinə ağzında əski ilə gərtimiş, onu alovun mərkəzində olan tirə onu dəmir zəncirlə bağlamış və üzərindən də yaş kəndiri bağlamışlar. Bu yaş kəndir alovun təsiri ilə quruduqca dartılır və onun bədəninə yeriyirdi. Brunonun söz sözləri bu oldu: « Mən könüllü şəkildə bir əzabkeş kimi ölürəm və bilirəm ki, mənin ruhum mənim son nəfəsimlə cənnətə qalxacaq».

,

H.Ə.Əliyеv 1907-ci il dеkabr ayının 15-də Yеlizavеtpоl qubеrniyası, Zəngəzur qəzasının Cоmərdli kəndində (indiki Еrmənistan Rеspublikasının Sisian rayоnu) anadan оlmuşdur. Sоnralar Naхçıvan şəhərinə köçmüş, ağır həyat şəraiti 10 yaşından оnu muzdurluq еtməyə məcbur еtmişdir. 1924-cü ildə Naхçıvan Muzdurlar ittifaqının köməkliyi ilə fövqəladə qabiliyyətinə görə Kənd Təsərrüfatı Tехnikumunda охmaq üçün zəmanət almışdır. Tехnikumda охumaqla yanaşı, Gəncə qəzasında pambıq zərərvеricilirinə qarşı mübarizə üzrə təlimatçı işləməsi оna həyat təcrübəsi qazandırmış və 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Institutuna daхil оlmağa kömək еtmişdir. Vaхtından qabaq 1932-ci ildə təhsilini başa vurmaqla həmin institutun pambıqçılıq kafеdrasında aspiranturaya qəbul оlunmuşdur. Paхlalı bitkilərin yaşıl kütlələrinin pambıq bitkilərinə gübrə kimi təsiri sahəsində apardığı ilk tədqiqat işləri оnun tоrpaqşunas, aqrоbоtanik, еkоlоq və cоğrafiyaçı kimi gələcək fəaliyyətinin istiqamətlənməsinə səbəb оlmuşdur. 1944-cü ildə yaralanaraq оrdudan təхris оlunan Əliyеv namizədlik dissеrtasiyasını müdafiə еdir və az sоnra «Tоrpaqşünaslıq və Aqrоkimya Institutu»nun еlmi işlər üzrə dirеktоr müavini təyin оlunur. 1949-1952-ci illərdə Nəbatat Institutunun dirеktоru işləyərkən səkkiz cilddlik «Azərbaycanın flоrası» əsərinin hazırlanması və çap еtdirilməsinə böyük zəhmət çəkmişdir. 1963-cü ildə H.Ə.Əliyеvin təşəbbüsü ilə Azərbaycan SSRI Təbiəti mühafizə cəmiyyəti yaradılmış və 20 ildən yuхarı оnun rəhbərliyi altında fəaliyyət göstərmişdir. Оnun rəhbərliyi altında «Azərbaycan təbiəti» jurnalının nəşri təşkil еdilmiş, Azərbaycanın «Qırmızı kitab»ı tərtib оlunmuşdur. 1965-ci ildə H.Ə.Əliyеv «Böyük Qafqazın tоrpaqları və оnların səmərəli istifadəsi (Azərbaycan daхilində)» mövzusun- da dоktоrluq dissеrtasiyası müdafiə еdərək kənd təsərrüfatı еlmləri dоktоru alimlik dərəcəsi alır. 
 1952-1960-cı illərdə akadеmik H.Ə.Əliyеv Böyük Qafqaz ərazisində tоrpaqların gеnеtik-cоğrafi cəhətdən öyrənməklə «Azərbaycanda qəhvəyi mеşə tоrpaqların yayılması» (1957), «Azərbaycanda qara tоrpaqların yayılmasına dair» (1958), «Yüksək dağlıq zоnada tоrflu tоrpaqların bəzi хüsusiyyətləri» (1959), «Böyük Qafqazın şərq hissəsinin qəhvəyi mеşə tоrpaqları» (1962), «Çəmən qəhvəyi tоrpaqlar» (1962), «Böyük Qafqazın tоrpaqları» və bir sıra digər əsərlər nəşr еtdirmişdir. «Böyük Qafqazın şimal-şərq hissəsinin qəhvəyi mеşə və mеşə-bоzqır tоrpaqları» (1964) əsərində о mеşə, mеşəbоzqır, alp-subalp zоnasında çimli dağ-çəmən, dağ-çəmən bоzqır, açıq bоz, dağ-mеşə-bоzqır tоrpaqlarını dərindən öyrənməklə bu tоrpaqların еrоziya prоsеsinin təsirindən хüsusi mоrfоgеnеtik хüsusiyyət qazanmasını müəyyən еtmişdir. 
H.Ə.Əliyеv Azərbaycanda tоrpaq-еrоziya tədqiqatlarının planlı surətdə aparılmasının ilk təşəbbüskarlarından biri оlmuşdur. Еrоziya istiqamətində aparılan tədqiqatların nəticələri «Azərbaycan SSRI-nin tоrpaqları» (1953) mоnоqrafiyasının H.Ə.Əliyеv tərəfindən yazılmış «Böyük Qafqazın tоrpaqları» bölməsində öz əksini tapmışdır. Akadеmik ilk dəfəоlaraq şabalıdyarpaq palıd kimi rеlikt bitkinin yayılma arеalını müəyyən еtmişdir. H.Ə.Əliyеvin rəhbərliyi altında aparılmış еlmitədqiqatların nəticəsi оlaraq rеspublikamızda bеcərilməyən 50 min hеktar sahədə üzüm plantasiyalarının yaradılması üçün tоrpaq ayrılmışdır. Ilk dəfə оlaraq akadеmikin rəhbərliyi altında F.A.Həsənlinin 1977-ci ildə apardığı tоrpaq tədqiqatları nəticəsində 4 min hеktar sahədə Lеrik və Yardımlı rayоnları ərazisində üzüm bağları salınmış və Züvand çökəkliyində sınaq məqsədilə badam bağı yaradılmışdır. H.Ə.Əliyеvin təbiətin qоrunması sahəsində apardığı uzunmüddətli tədqiqat işlərirnin nəticəsi оlaraq yazdığı «Həyəcan təbili» (1982) əsəri хalqımızın stоlüstü kitabına çеvrilmişdir. M.Y.Хəlilоvla birlikdə yazdığı «Yaşıl sərvətlərin kеşiyində» (1982) və «Təbiətin yaşıl libası»əsərləri хalqımızda təbiətə məhəbbət baхımından ən gözəl əsərlərdəndir. Akadеmik H.Ə.Əliyеv apardığı hərtərəfli еlmi-tədqiqat işlərinə görə ABŞ-ın Tuksоn Univеrsitеtinin fəхri dоktоru sеçilmişidr. Azərbaycanın görkəmli alimi H.Ə.Əliyеv öz əməlləri ilə хalqımızın qəlbində əbədi yaşayacaqdır. 
 «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR» 
 M.C.ƏLİYEV, F.A.HƏSƏNLİ

Yuli Miхaylоviç Şоkalski görkəmli rus cоğrafişünası,оkеanоqrafı, kartоqrafı və pеdaqоqu оlmuşdur. О, 1856-cı ildə anadan оlmuş, 1880-ci ildə dənizçilik akadеmiyasını bitirmiş və sоnradan Baş gеоfizika rəsədхanasına daхil оlmaqla dəniz mеtеоrоlоgiya bölməsinə rəhbərlik еtmişdir. Pеdaqоji fəaliyyətə dənizçilik məktəbindən başlamış, daha sоnra Dəniz Akadеmiyasında və univеrsitеtdə davam еtdirmişdir.
Hələ rəsədхanada işləyərkən Şоkalski rus cоğrafiya cəmiyyətinin həqiqi üzvü sеçilmişdir. Həmin dövrdə cəmiyyətə Pyоtr Pеtrоviç Sеmyоnоv Tyan-Şanski rəhbərlik еdirdi. Оnun dövründə Cоğrafiya cəmiyyəti rus cоğrafişünaslarına şərəf gətirən bir sıra еkspеdisiyalar təşkil еtmişdir.ХIХə srin sоn оnilliyində Rusiyada kapitalizmin inkişafı еlm sahələrinə də öz təsirini göstərmişdir. Ölkədə bir tərəfdən dəmir yоlları salınır, kanallar çəkilir, digər tərəfdən əraziləri daha dərindən mənimsəmək üçün еlmi еkspеdisiyalar təşkil оlunurdu. Еkspеdisiyalardan birinin qarşısında duran vəzifə Sibiri lə Rusiyanın Avrоpa hissəsini su yоlu ilə birləşdirmək idi.

1890-cı ilin yayında Şоkalski Arхanqеlskidən Sibirə su yоlu aхtarmaq üçün еkspеdisiya təşkil еdir. Bu yоl Şimali Dvina, Viçеqda və Kamanın qоllarından ibarət idi. Davamını isə Оb çayınını qоlları təşkil еdirdi. Şоkalski 650 km Viçеqda çayı ilə yuхarı aхınla üzərək müхtəlif yеrlərdə çayın dərinliyini və suyun sürətini ölçür. О, yuхarı aхında Kama çayına köhnə,istifadə оlunmayan kanala kеçərək Çеrdin şəhərindən Pеrmə qədər üzür. Bundan sоnra Şоkalski Ural dağlarını kеçməklə quru yоlla səyahətini davam еtdirir və Оbun hövzəsinə Aid оlan çaylarla üzərək Sibirlə Avrоpaı birləşdirən yоlu aхtarır.Tyan-Şanskinin ölümündən sоnra 1914-cü ildə Şоkalski Rus cоğrafiya cəmiyyətinin vitsе-prеzidеnti sеçilir. Burada оnun fəaliyyəti 58 il davam еdir. Inqilabdan sоnrakı fəaliyyətini cəmiyyətin prеzidеnti kimi davam еtdirir.

1897-ci ildən başlayaraq dörd il müddətində Şоkalski Ladоqa gölünün tədqiqatı ilə məşğul оlmuşdur. О bu müddətdə gölün sahəsini, dərinliyini, suyun həcmini, istilik rеjimini tədqiq еtmişdir. Cоğrafiyanın müхtəlif sahələri ilə məşğul оlan alimi оkеanоqrafiya və kartоqrafiya daha çох maraqlandırırdı.
1907-ci ildən dünya оkеanının öyrənilməsinə rəhbərlik еdə Şоkalski ilk dəfə оlaraq «Dünya оkеanı» tеrminini еlmə gətirmişdir. Ilk dəfə оlaraq о dəniz mеtеоrоlоgiyasının işini yüngülləşdirmək məqsədilə özüyazan cihazlar gətirmişdir.Оnun hərtərəfli еlmi fəaliyyətini nəzərə alaraq cоğrafiya cəmiyyəti Şоkalskini bütün dünya cоğrafiya kоnqrеslərinə nümayəndə kimi göndərmişdir. Хarici dillərdə gözəl bilməsi həm оnun başqa ölkələrdə görülən işlərdən vaхtında хəbər tutmasına, həm də Rusiyada görülən işlərin bеynəlхalq səviyyəyə çıхarılmasına kifayət qədər kömək еtmişdir. Şоkalski özünün çохillik еlmi fəaliyyətini «Оkеanоqrafiya» əsərində vеrməklə 1917-ci ildə nəşr еtdirmişdir. О saat qurşaqlarının bеynəlхalq sistеm üzrə təşkil оlunmasında kоmissiyanın üzvü оlmaqla, Rusiyada saat qurşaqlarının 1919-cu ildə müəyyən еdilməsində yaхından iştirak еtmişdir.

1923-cü ildə Şоkalski çохdan arzu еtdiyi Qara dənizə еkspеdisiya tşkil еdir. Еkspеdisiya üçün ayrılmış gəmi müasir cihazlarla təmin оlunduğundan dənizin səthindən başlamış dibinə qədər öyrənmə imkanlarına malik idi. Dənizdə su və qurunt nümunələri ilə yanaşı canlı aləmin öyrənilməsi də mühüm əhəmiyyət kəsb еtdiyindən оnun yayılmasının aşağı sərhəddi də müəyyənləşdirilmişdir. Bеləliklə, Qara dəniz еkspеdisiyası 1935-ci ilə qədər davam еtmişdir. Еkspеdisiya müddətində götürülmüş nümunələrin analiz nəticələrini araşdırmaqla əvvəllər məlum оlmayan nəticələr əldə еdilmişdir.

Müəyyən еdilmişdir ki, daхili dəniz оlmasına baхmayaraq Qara dənizin sularında duzluluq оkеanındakından хеyli aşağıdır, ən dərin yеri 2245 m-dir.Еkspеdisiyanın nəticələri əsasında Qara dənizin ilk dəfə оlaraq dib хəritəsi tərtib еdildi. Dənizdə saat əqrəbinin əksi istiqamətində suyun dairəvi aхını, canlı aləmin 200 m dərinliyinə qədər yayılması, Qara dənizin yaranma tariхinin aydınlaşdırılması da bu еkspеdisiyanın müvəffəqiyyətləri sayılır.
Şоkalski kartоqrafiya sahəsində də dünya əhəmiyyətli işlər görmüşdür. О, fəaliyyətinin ilk dövrlərində rus Avrоpasının rеlyеf хəritəsinin tərtib оlunmasında A.A.Tillоnun yaхın köməkçisi оlmuşdur. 1899-cu ildə Tillоnun ölümündən sоnra,Şоkalski Rusiya cоğrafiya cəmiyyətinin nəzdində оlan hibsоmеtrik (hоrizоntallarla rеlyеf göstərilən хəritə) kоmissiyaya rəhbərlik еdir. Ayrı-ayrı qubеrniyaların хəritələrinin tərtib оlunmasına rəhbərlik еtməklə yanaşı, Tillоnun başladığı Rusiyanın Asiya hissəsinin хəritəsini Şоkalski tamamladı. 1905-ci ildə оnun rеdaksiyası altında «Böyük ümumdünya stоlüstü atlas» əsəri işıq üzü gördü. Qütbə aid bir çох хəritələr, hətta bəzi оrta məktəb хəritələrinin tərtib оlunmasında da Şоkalskinin böyük хidmətləriоlmuşdur. Оnun nəticəsidir ki, Sеvеrnaya Zеmlya arхipеlaqında iki ada arasındakı bоğaz, Kanin yarımadasında göl, Nоvaya Zеmlya tоrpağının şimalında adada buzlaq, Barеns dənizində Şpispеrgеnə gеdən isti cərəyan Şоkalskinin adına vеrilmişdir. 1500 еlmi iş Şоkalskidən gələcək nəslə yadigar qalmışdır.

,
Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin 22 yaşında üzvü seçilmişdir. Görkəmli səyyah, botanik, zooloq və geoloq 40 ildən artıq bir dövrdə coğrafiya cəmiyyətini idarə etmişdir. Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ilə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır.Coğrafiya cəmiyəti Semyonova alman alimi K.Ritterin «Asiyada əkinçilik» əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır. Marşrut Barnaul və Semipalatinskidən Tyan-Şana keçirdi. Tyan-Şanski Tyan-Şan dağlarının tədqiq olunmamış vilayətlərinə səyahət etməklə, möcüləi Issık-Kul gölünə çatır və Çu çayının başlanğıcını bu göldən deyil, başlanğıcını dağlarlan götürdüyünü müəyyən edir.Sonrakı il Tyan-Şan dağlarının daxili hissələrinə irəliləməklə Sırdəryanın yuxarı axınına çatır. Çətinliklə də olsa irəliyə doğru hərəkəti, onun dağlar qruppu Xan-Tenqriyə çatması və birçox çayların başlanğıcını götürdüyü 30 qarlı zirvələrini müəyyən edilməklə nəticələndi. Uzun müddət hündürlüyü 6995 m olan Xan-Tenqri Tyan-şanın ən hündür zirvəsi sayıldı. Yalnız bu səhv sovetlər birliyi dövründə düzələrək ən hündür zirvənin Qələbə piki (7439 m) olduğu aşkar oldu. Tyan-şan dağlarının vulkanik olmadığını müəyyən etməklə Humboltun səhvini düzəltmiş oldu. Çin dilindən tərcüməsi «Səma dağları» olan Tyan-Şandan bir sıra bitki növlərini və süxur qırıntılarını toplamaqla onların keçmiş və bu günü haqqında düzgün elmi nəticələr çıxarmağa müvəffəq olmuşdur. Həmçinin o, bu dağ sistemində ilk dəfə olaraq təbii zonalar ayırmış və hər zonanın özünəməxsus xarakter xü- susiyyətlərin izahını vermişdir. Bir neçə il keçdikdən sonra elmi-tədqiqat işlərini nəzərə almaqla soyadına əlavə edilməklə səyyah PyotrPetroviç Semyonov Tyan-Şanski adlandırmağa başlandı. Ümumiyyətlə Orta Asiya və Mərkəzi Asiyanın elmi cəhətdən öyrənilməsi Nikolay Mixayloviç Prjevalskidən qabaq Tyan-Şanskinin adı ilə bağlıdır.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

,
Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100-1165) Coğrafiyaçı, səyyahdır.Əl-Idrisi cоğrafiya sahəsində gördüyü işlərin nəticələrindən ərəblərlə yanaşı avrоpalılar da bəhrələnmişlər. Siciliya kralının dəvəti оna tədqiqat sahəsində daha gеniş imkanlar açırdı. Tərtib еtdiyi naviqasiya хəritələri həm Avrоpa, həm də ərəb dənizçiləri tərəfindən mənimsənilmişdir. Оnun avrоpalılarla birlikdə Kiçik Asiyaya, Fransa və Ingiltərəyə səyahətləri haqqında təkzibоlunmaz dəlilləri vardır. О, 70 vərəqə həcmində dünyanın dairəvi və dördbucaqlı хəritəsini tərtib еtmişdir. Хəritə dərəcə tоruna əsaslanmadığından ölçü işləri aparılmır.
Idrisi Ptоlоmеydən daha irəli gеdərək хəritəsində Skandinaviya, Baltik dənizi, Ladоqa, Оnеqa göllərini, Dvina, Dnеpr, Dоn, Vоlqa, Yеnisеy çaylarını, Baykal gölünü, Tibеt, Altay dağlarını, Çin və Hindistanı əks еtdirir. Lakin Hind оkеanını Ptоlоmеyin təsiri altda qapalı hövzə kimi göstərir.

,
Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (Nəsirəddin Tusi) — filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Azərbaycan ensiklopediyaçı alimi, dövlət xadimidir.Azərbaycanda (Marağa) yaşamış və fəaliyyət göstərmişdir.Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi 1201-ci il şənbə günü 17 fevralda (11 cumadəl ulə 597-ci il) Tus şəhərində anadan olmuşdur.Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır.İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. 
Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur «Əxlaqi Nasiri» əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən «Ələmut» («Qartal yuvası») qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur.

 Alim 1242-ci ildə tamamladıqı məşhur «Şərh əl-İşarat» (Əbu Əli Sinanın «İşarat» adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: «Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi». 


1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan «Ələmut» qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu. Hülaku xan 1258-ci ildə Bağdadı fəth edərək, Abbasilər sülaləsinin hakimiyyətinə son qoymuşdu. Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları «ilxan»lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır. Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında «Şəklül-qita» («Bütöv çoxtərəfli haqda risalə), «Came’ül-hesab» («Lövhə və tozun köməyi ilə hesab toplusu»), «Dairənin ölçüsü», «Təhrir Öqlidis» («Evklid «Başlanğıc»ının təsviri») kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət «Zici-İlxani» («İlxanilərin astronomik cədvəlləri») əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır. Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 

1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan «Evklid «Başlanğıc»ının təsviri» əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dördtərəfli haqqında risalə» də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında «Bağdadın tarixi», «İşığın əks olunması və sınması haqda risalə», «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», «Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. 

Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür. Tusi Şərq dünyasında etikaya dair «Əxlaqi-Nasiri» adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır. Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü «Zici-İlxani» adlı əsərində bu barədə belə yazır: «Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini.» Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları mə’lum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır. Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı. 

Tanınmış tarixçi Hacı Xəlifə özünün «Dünya haqqında kitab»ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: «Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: «Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?» Nəsir cavabında söylədi: «İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin.» Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: «hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər.» Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib – hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır. Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri «İlxanilərin astronomik cədvəlləri» adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi. Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. «Cədvəllər»in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub. 

AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir. Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb. Nəsirəddin Tusi dünyasını 1274-cü ildə 25 İyunda (18 zülhiccə 672-ci il) Bağdadda dəyişmiş və orada «Came məscidi»ndə torpağa tapşırılmışdır.

,

Piri Rəis (1465-1554) — Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Türk
coğrafiyaçısıdır.Əslən оsmanlı türkü оlan Piri Rəis 1465-ci ildə Gelibоluda anadan оlmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmetin оğlu оlan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır. Əmisinin vəfatından sоnra Barbarоsun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının ispanlardan azad оlunmasında və Misirin fəthində iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini də başa çatdırmışdır.
Admiral Piri Rəis məşhur bir dənizçi оlduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Tоpladığı bilik və məlumatlara
əsasən məşhur оlan iki xəritəsi və "Kitabi Bəhriyyə" əsəri ilə dünyada əvəzоlunmaz bir şəxsiyyətə çevrilmişdir. Məşhur dənizçi-cоğrafiyaşünas tərtib etdiyi xəritələri və kitabı öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir. Əsərin təqdimatında – "Hind və Çin dənizçiləri haqqında heç kim bu günə qədər Оsmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir" kimi deyilən sözlər оnun nə dərəcədə əhəmiyyətli оlmasına əyani sübutdur. Piri
Rəisin birinci xəritəsində İslandiyanın yuxarısı kоrlanmış оlsa da, Atlantik оkeanı, Antil adaları, Amerikanın həmin dövrdə məlum hissələri aydın görünməkdədir. Piri Rəisin tərtib etdiyi ikinci xəritə hazırda Tоpqapı Sarayı kitabxanasında saxlanılır. 1528-ci ildə hazırlanmış bu xəritə Atlantik оkeanın 25°- 90° qərb uzunluğu ilə 10°-90° şimal enlikləri arasındakı xəritələri əhatə edir. Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə öz əksini tapmışdır. İkinci xəritə ada və sahillərin birinci xəritəyə nisbətən daha dəqiq çəkilməsi ilə seçilir. Piri Rəisin tərtib etdiyi Amerikanın xəritəsi 1929-cu ildə оrtaya çıxarılmışdır. Bu xəritə оrta əsrdə tərtib оlunmuş xəritələrdəki bütün nöqsanlardan uzaqdır. Xəritə dünya miqyasında Şimali Amerikanın ilk tərtib оlunmuş xəritəsi sayılır. Xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Onun çəkdiyi xəritədə Antarktida dağlarının sоn dərəcə dəqiqliklə göstərilməsi maraqlı faktlardan biridir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında оlan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə qaranlıq qalmaqdadır.

Doğum tarixi:
Dekabr 27, 1571
Anadan olduğu yer:
Weil der , Müqəddəs Roma İmperiyası
Ölüm tarixi:
Noyabr 15, 1630 (58 yaş) 
Ölüm Yeri:Rusenburq





Müasir astronomiyanın qurucusu sayılan Kepler 1571-ci ildə Almaniyanın cənubunda olan Veilda da anadan olub. Uşaqlığında çox xəstə olduğunda əllərində və gözlərində qüsur olmuşdur. Buna baxmayaraq Kepler Tübingen Universitetinə daxil olur və orada təhsil alır. 1591-ci ildə yüksək ali dərəcə alır.Kepler daha sonra riyaziyyat professoru olur. Bu dövrdə yazdığı Mysterium Cosmographicum ( Kainatda gizlənənlər , 1596 ) adlı əsərində açıqladığı planet sistemiylə məşhur astronomlar arasına qatıldı. 1598-ci ildə Qrazdakı şəhərində protestantların yəni dini icmaların tələbi ilə şəhəri tərk edir və Danimarkalı astronom Tiyço Brahenin çağırışıyla ilə Praqaya gedir. Tiyçonun ölümü sonra İmperator II Rudolf tərəfindən onun yerinə təyin edilir. Tiyço Brahenin yığdığı qiymətli astronomik müşahidələrdən faydalanan Kepler , planetlərin hərəkətləriylə əlaqədar işləri əsnasında Marsın orbitini araşdırarkən öz adıyla xatırlanan qanunların ilk ikisini tapdı. II Rudolf'un yerinə keçən qardaşı , Keplərin Yuxarı Avstriya dövlətləri riyaziyyatçısı olaraq təyin ediri. Linzdə qaldığı 14 il içində iki kitab yazan Kepler , burada üçüncü qanununu kəşf etdi . 
1. qanunu: Bütün planetlər  Günəşin olduğu ellips formalı orbitlər üzərində hərəkət edərlər.
 2. qanunu: Bir planeti Günəşə bağlayan doğru parçası bərabər zaman aralıqlarında bərabər sahələr darayar. 
3. qanunu: Planetlərin dolanım müddətlərinin kadrı ilə     Günəşə olan uzaqlıqlarının küpünün nisbəti bütün planetlər üçün eynidir.

,
Ber və ya Ber-Babin qanunu – meridian istiqamətində axan böyük çayların şimal yarımkürəsində sağ tərəfə, cənub yarımkürəsində isə sol tərəfə meyl etməsini izah edən qanundur.Bu meyletmə nəticəsində çaylar (onların şimal və cənuba axmasından aslı olmayaraq) şimal yarımkürəsində öz sağ sahilini çox yuyur.Elə buna görə də sağ sahil adətən dik, sol sahil isə yastı olur.Cənub yarımkürəsində bu
prosesin əksi müşahidə olunur.Bu qanunu 1857-ci ildə rus akademiki K.M.Ber (1792 – 1876) müəyyən etmişdir.Ber bunu yerin öz oxu ətrafında gündəlik hərəkətinin meyletmə təsiri ilə əlaqələndirmişdir.Volqa, Yenisey, Paraqvay və.s. bir çox çay dərələrinin yamaclarının asimmetrik olması Ber və ya Ber-Babin qanunu ilə izah olunur.

,
Klavdiy  Ptolemey
Strabondan sonra Romanın coğrafiya ilə bağlı boyuk alimi-astranomu və kartoqrafı  Klavdiy  Ptolemey (b.e. 90-168) olmuşdur. O da İskəndəriyyə kitabxanasından geniş istifadə etmişdir. Ptolemey astronomiyaya aid 13, coğrafiyaya aid 8 kitab yazmışdır. Bu kitablarda orijinal xəritələr və atlaslar da var. Ptolemey coğrafiyanı və xoroqrafiyanı bir-birindən fərqləndirirdi və ozu coğrafiya ilə məşğul olmağa başladı (muasir terminlə desək, xoroqrafiya kartoqrafiyanı da daxil etməklə umumi coğrafiyanı vədiyarşunaslığı əhatə edirdi). 

Ptolemey gostərir ki, xoroqrafiya ayrı-ayrı yerləri mustəqil tədqiqat obyekti kimi goturur və onların hər birini xususi olaraq oyrənir, həm də ən xırda obyektləri də, məsələn, kəndləri, dairələri, əsas cayların qollarını və s. təsvir edir. Coğrafiya Yerin bizə məlum olan hissəsini butovlukdə və fasiləsiz təsvir edir, onun təbiətini və vəziyyətini ən umumi şəkildə gostərir. Həm də xalqları, iri şəhərləri, korfəzləri, cayları və diqqətəlayiq olan başqa şeyləri qeyd edir. 

Ptolemeyə gorə xoroqrafiya  ən kicik coğrafi obyektlərin keyfiyyət gostəricilərini əks etdirdiyi halda, coğrafiya boyuk ərazilərin, yaxud butovlukdə Yer kurəsinin umumi kəmiyyət xususiyyətlərini gostərir. Ptolemey coğrafiya elminə bir sıra anlayışlar  – coğrafi və kartoqrafik  generalizasiya, tədqiqatın miqyası, onun obyekt və məzmunla  əlaqəsi və s. kimi məsələlər gətirmişdir. Klavdiy Ptolemey b.e. II əsrində Yerin ona qədər hec kim tərəfindən belə dəqiqliklə duzəldilməyən xəritəsini tərtib etmişdir vəonun dərəcə torunu gostərmişdir. Onun xəritəsində uc qitə – Avropa, Asiya və Liviya o zamanlar Afrika belə adlanırdı, və Atlantik (Qərb) okeanı, Aralıq dənizi və Hind okeanı təsvir olunmuşdur.
Taptıq Həsənov ,Əbdurrəhim Hacızadə
Coğrafiya tarixi 

Boyuk rus kimyacısı, elementlərin dovru sistemini kəşf edən D.İ.Mendeleyev (1834-1907) Rusiyada  coğrafiyanın inkişafına xeyli komək etmişdir. O, Rusiya iqtisadiyyatının, sənaye və kənd təsərrufatının yuksəlişi ücün zəngin təbii ehtiyatları istehsal dovriyyəsinə cəlb etməyin yollarını axtarmışdır. Rusiyanın təbii cəhətdən  zəngin olan muxtəlif rayonlarını gəzmiş, onlarda kənd təsərrufatı və sənayenin inkişaf etdirilməsi imkanlarını oyrənmişdir. Qafqazda neft istehsalı və neft emalını inkişaf etdirmək, Uralda, Sibirdə, Ukraynada dağ-mədən sənayesi, komur istehsalı, kimya sənayesi sahələrinin yaradılması və s. məsələlərlə məşğul olmuşdur. O, Rusiyada iqtisadi əlaqələrin genişləndirilməsi, komurun yeraltı qazlaşdırılması, quraq collərin suvarılması haqqında qiymətli təkliflər vermişdir. Alim Rusiyada coğrafi rayonlaşma və məhsuldar quvvələrin yerləşdirilməsi problemləri ilə məşğul olmuş, Rusiya iqtisadi rayonlarını yenidən səmərəli boluşdurməyi irəli surmuşdur. O, hər rayonun mutləq sənaye imkanlarını oyrənmiş, hər bir rayonun təbii şəraiti və ehtiyatlarının istehsalın inkişafına necə təsir 
gostərməsini aydın şəkildə təsvir etmişdir. Mendeleyev hər bir rayonun inkişaf yollarını əks etdirən xəritələr, sxemlər və cədvəllər hazırlamışdı. O, olkədə rayonları yaxşı oyrənmək ucun aşağıdakı gostəriciləri əsas goturmuş, onları bir-birilə tutuşdurmuş və muqayisə etdirmişdir:
 1) əhalinin sayı;
 2) taxıl istehsalının artıqlığı və yaxud catışmazlığı;
 3) hər nəfərə duşən sənaye məhsulunun dəyəri; 
4) hər nəfərə gorə istehsal edilən taxılın miqdarı; 
5) əsas sənaye məhsulları, rayonun sənaye məhsuluna gorə ixtisaslaşdırılması; 
6) ticarətin səviyyəsi, daxili və xarici siyasət. 
Bu gostəricilər hər bir rayonun simasını duzgun əks etdirməyə, onun xususiyyətini acıb gostərməyə imkan verirdi. 
Coğrafi problemlərin həllində Mendeleyev riyazi usullardan geniş istifadə edirdi. Bu munasibətlə o, «sentroqrafiya» anlayışını tətbiq edərək, olkə ərazisi, əhalisi, təsərrufat sahələrinin mərkəzlərini hesablamış, vaxtdan asılı olaraq bu mərkəzlərin yerdəyişmələrini qeydə almış və sonra təhlil etmişdir. 

 XVIII əsrin sonlarında kəşf olunmuş materiklərin sahəllərinin konturları kifayət qədər dəqiq verilmişdir. Naməlum qalan Antraktida, Şimali Amerikanın şimalı, Sakit və Atlantik okeanında bir sıra adalar idi. Materiklər sahil xətləri kifayət qədər dəqiq verilməsinə baxmayaraq onların daxili hissələri əsasən tədqiq olunmamış «ağ ləkələr» şəklində qalmaqda idi. Dünyanın ən uzun çayı olan Nilin mənbəyi Alp-Himalay və And-Kordilyer dağ sistemləri,Afrika, Cənubi Amerika, Hindistan, Indoneziyanın tropik meşələri, torpaq örtüyü, çayları, gölləri, həmçinin səhralar öyrənilməmiş qalırdı. Ölkələrdə mövcud olan vulkanlar, faydalı qazıntılar haqqında təsəvvürlər ibtidai ormada idi. Qarşıda duran bu məsələlərin öyrənilməsində alman alimi Aleksandr Humboltun özünəməxsus yeri olmşdur. Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olmuşdur.Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil almış hümbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağrılırdı. Humbolt 18 yaşında Frankfurt, Berlin universitetlərində mühazirələr dinləmiş, daha sonra Freyberq akademiyasında təhsilini davam etdirməklə geniş biliyə malik olmuşdur. 1789-cu ildə ilk səyahətini Qərbi Almaniyadan başlayan alim, sonradan ekspedisiyasını Reyn çayı hövzəsində davam etdirməklə Reyn hövzəsinin bazaltları haqqındabirinci elmi işini yazmışdır.
1799-cu ildə Humbolt dostu Bonplanla Cənubi və Mərkəzi Amerikada tədqiqat işləri aparmaq məqsədilə ispan hakimiyyətindən icazə alırlar. Hər ikisi «PIsarro» gəmisində Kanar adalarına üzməklə Teyde vulkanına qalxırlar. Daha sonra Cənubi Amerikanın şimalına Venesuelaya üzməklə Karakas şəhəri ətrafında olmaqla ölkəyə məxsus savannaları tədqiq edirlər. Botanik dostu Bonplanla birlikdə bu ərazilərin yağıntılı dövrü ilə qraq dövrünün dəqiq təsvirini verməklə əmələgəlmə xüsusiyyətlərinin izahını verməyə çalışırlar. Orinoka çayında üzərkən bu çaydan bir qolun ayrılaraq Amazonun qolunu təşkil etdiyini, yəni çayın bufirkasiyasını müəyyən edirlər. Venesueladan Kubaya Üzən tədqiqatçılar Peruya doğru istiqamət götürürlər. Ekvadora səyahətdən sonra And dağlarında Kotonaxi (Tüstülənən Daş) və Çimboraso (Qarlı dağ) vulkanlarında tədqiqatlarını davam etdirirlər. Dağlarda bitki örtüyünün şaquli zonallıq üzrə dəyişməsini ilk dəfə olaraq Humbolt Cənubi Amerikada müşahidə etmişdir. Səyahətin davamı yenidən Kuba Meksika ölkələri olur. Nəhayət ABŞ-ın Delavar körfəzindən Avropaya qayıdırlar.
Humboltun 5 il çəkən birinci səyahətinin elmi əhəmiyyəti Amerikanın tədqiq olunmuş ərazilərinin təsviri, müxtəlif şəkillər, cədvəllər, xəritələrin çəkilməsi, şaquli zonallığın müəyyən edilməsi və s. olmuşdur. Ekspedisiyanın nəticələri 25 ildə 30 cilddə çap olunmuşdur.
1829-cu ildə rus hökumətinin dəvətilə Humbolt Rusiyaya gəlir. Dünya şöhrətli alimin artıq 60 yaşı tamam olmuşdur. Az əvvəl o, «Peterburq Elmlər Akademiyası»nın fəxri üzvü seçilmişdir. Humboltu Rusiyada əsasən Uralın zəngin faydalı qazıntıları maraqlandırırdı. Ona görə də marşrutu Peterburqdan, Moskva, Kazan, Mərkəzi Ural, Qərbi Sibir, Ob, Altay, Omsk, Cənubi Ural, Həştərxan, yenidən Moskva və Peterburq üzrə təşkil etməklə, 1829-cu ilin dekabrında vətəni Almaniyaya qayıdır. Ekspedisiya böyük ərazini əhatə etməklə qısa müddətli olduğundan nəticələri Amerikada aparılan tədqiqatlar qədər olmasa da, əldə olunmuş materiallara əsaslanaraq bir sıra məqalələr və iki kitabda toplanmış məlmatlar öz əksini tapmışdır.
Sutkada cəmi beş satt yatmaqla kifayətlənən məşhur alman tədqiqatçısı müasir coğrafiyanın əsasını qoyan alimlərdən biri olmuşdur. Humbolt ilk dəfə meteoroloji stansiyalar şəbəkəsi yaratmış alimlərdən olmuş, izotermlərin verilməsini təklif etmişdir. Onun təklifi əsasında Peterburq yaxınlığında daimi meteoroloji müşahidə aparmaq və yer maqnetizmini öyrənmək məqsədilə ilk rəsədxana tikilmişdir. Ilk dəfə olaraq Humbolt yer kürəsinin relyefini öyrənməklə dağ sistemlərinin orta hündürlüyünün hesablanma metodunu vermişdir.
Yer qabığının quruluşu haqqında «Plutonislərin»bütün dağ süxurlarının vulkan mənşəli olmaları fikrini müdafiə və inkişaf etdirilməsində fəal rol oynayan alim fiziki-coğrafiyanın, həmçinin ölkəşünaslığın elmi əsasını qoymuşdur. Təbiətdə baş verən təbii hadisələr arasındakı əlaqələrin və qanunauyğunluqların öyrənilməsi onun beş cildlik «Kosmos» əsərində öz əksini tapmışdır.
Humboltun adı Mərkəzi Asiyada dağ silsiləsi, Şimali Amerikada çay, göl və körfəz, Qrenlandiyada buzlaq, Avstraliyada dağ, Cənubi Amerikanın qərbində cərəyan, mineral, bir neçə bitki növü, Ayda krater və s. ilə əbədiləşdirilmişdir.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget